Məhkəmə qərarları › İş №2(001)-1033/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1033/2023

06.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1033/2023 06.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə Ərizəçi əri xx.xx.1972-ci il təvəllüdlü X2 xx.xx.2022-ci il tarixdə ölməsi faktının müəyyən olunmasına dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Ərizəçi əri xx.xx.1972-ci il təvəllüdlü X2 xx.xx.2022-ci il tarixdə ölməsi faktının müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, əri xx.xx.1972-ci il təvəllüdlü X5 uzun sürən xəstəlikdən əziyyət çəkdiyi üçün vəfat etmişdir. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi publik hüquqi şəxsi X14 publik hüquqi şəxsin cavabından görünür ki, əri X5 xx.xx.2022-ci il tarixdə X12 daxil olmuş xx.xx.2022-ci il tarixdə cərrahi reanimasiya şöbəsində kəskin böyrək keçməməzliyi, ürək ağciyər çatışmamazlığı xəstəsi olduğu üçün vəfat etmişdir. X10n tibbi şəhadətnamənin alınması üçün müraciət etsə də, ölüm haqqında tibbi şəhadətnaməni almaq mümkün olmamışdır. Səbəb kimi mərhumun şəxsiyyət vəsiqəsinin etibarlılıq müddətinin bitməsi göstərilmişdir. Bu səbəbdən mərhum ərinin ölümü haqqında şəhadətnamə ala bilməmişdir. X1 ölüm faktının müəyyən edilməsi ona ölüm haqqında şəhadətnamənin alınması, mirasın qəbul edilməsi üçün tələb olunur. Ərinin ölümünün qeydə alınması məqsədi ilə o, ərazi üzrə qeydiyyat şöbəsinə rəsmi ərizə ilə müraciət elmiş, lakin ona qeydiyyat şöbəsindən ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ona görə də, əri xx.xx.1972-ci il təvəllüdlü X2 xx.xx.2022-ci il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs 3 saylı Bakı Asan xidmət mərkəzində qeydiyyat şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə maraqlı şəxs 3 saylı Bakı Asan xidmət mərkəzində qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1.şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; Füzuli rayonu VVADQ şöbəsi tərəfindən verilmiş Vİİ-JQ № 433152 saylı xx.xx.2001ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X5 ilə X3 xx.xx.2001-ci il tarixdə nikaha daxil olmuş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 187 saylı qeyd aparılmış, nikaha daxil olduqdan sonra arvada Aslanova soyadı verilmişdir. X9 xx.xx.2022-ci il tarixli arayışından müəyyən olunur ki, xx.xx.1972-ci il təvəllüdlü X5 xx.xx.2022-ci il tarixdə kəskin bağırsaq keçməməzliyi və ürək, ağciyər çatışmazlığı son kliniki diaqnozu ilə cərrahi reanimasya və intensiv terapiya şöbəsinə dail olmuşdur. X14 publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli № 3935 saylı məktubundan müəyyən olunur ki, X5 xx.xx.2022-ci il tarixdə X12 daxil olmuş, xx.xx.2022-ci il tarixdə cərrahi reanimasiya şöbəsində vəfat etmiş, mərhumun şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti xx.xx.2022-ci il tarixdə bitdiyindən X14 ölüm haqqında tibbi şəhadətnamə təqdim edə bilməmişdir. Füzuli rayon İcra Hakimiyyəti Başçısının Qacar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 107 saylı arayışdan müəyyən olunur ki, məcburi köçkün kimi Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsində yaşamış X5 xx.xx.2021-ci ildə vəfat etmişdir. Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli arayışından müəyyən olunur ki, X5 xx.xx.2022-ci il tarixdə Sulutəpə qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid X7 ifadəsində göstərmişdir ki, qardaşı xx.xx.1972-ci il təvəllüdlü X5 xx.xx.2022-ci il tarixdə X14 ölmüş və Sulutəpə qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid X6 ifadəsində göstərmişdir ki, atası xx.xx.1972-ci il təvəllüdlü X5 xx.xx.2022-ci il tarixdə X10 ölmüş və Sulutəpə qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid X4 ifadəsində göstərmişdir ki, qardaşı xx.xx.1972-ci il təvəllüdlü X5 xx.xx.2022-ci il tarixdə X10 ölmüş və Sulutəpə qəbiristanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 3 saylı Bakı Asan xidmət mərkəzində qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli 05/Q- 4148/15 saylı məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydasının 8.5-ci bəndinə əsasən ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktının məhkəmə tərəfindən müəyyən edildiyi, X2 adına ölüm haqqında tibbi şəhadətnamə təqdim etmədiyinə görə ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi Ərizəçi bildirilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla xx.xx.1972-ci il təvəllüdlü X2 xx.xx.2022-ci il tarixdə ölməsi faktı müəyyən olunduğundan, ərinin ölümünü təsdiq edən sənədi ərizəçi başqa qaydada ala bilmədiyindən məhkəmə ərizəni əsaslı hesab edib təmin edir. Məhkəmə məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. xx.xx.1972-ci il təvəllüdlü X2 xx.xx.2022-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar