Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1034/2024 11.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X2 katibliyi, Ərizəçi iştirakı ilə X1 06 noyabr 2023-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsi üzrə mülki işə 11 yanvar 2024-cü il tarixdə açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 12 aprel 1966-cı il tarixdə doğulmuş arvadı X1 06 noyabr 2023-cü il tarixdə vəfat etməsi faktının müəyyən olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi izahatında göstərdi ki, X3 onun arvadıdır. 06 noyabr 2023-cü il tarixdə arvadı işlədiyi Yasamal rayonu, Kataliz və qeyri-üzvi Kimya İnstitutunda vəfat etmişdir. Təcili və təxirəsalınmaz tibbi yardım çağırılsa da, həkimlərin gəlişinə qədər artıq ölüm baş vermişdir. Arvadı 2015-ci ildən arterial təzyiqdən əziyyət çəkmiş və 2020-ci ilin dekabr ayında xroniki böyrək çatışmazlığına görə yüksək kreatinin aşkarlanmışdır. 2020-ci ildən vəfat etdiyi tarixə qədər 1 saylı X7 Dializ şöbəsində həftəsə 3 dəfə dializ prosedura qəbul etmişdir. Arvadı Digah qəbirstanlığında dəfn olunmuşdur. Dəfndən sonra onlar ölüm haqqında şəhadətnamə almaq üçün 6 saylı “ASAN ximdət” mərkəzində qeydiyyat şöbəsinə müraciət etsələr də, məhkəməyə müraciət etmələri bildirilmişdir. Buna görə də o, hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Sonda Ərizəçi məhkəmədən göstərilənləri nəzərə alıb, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, mərhum İradə Məmmədova onun anası, ərizəçi isə atasıdır. Anası son illərdə xəstəlikdən əziyyət çəkirdi. 06 noyabr 2023-cü il tarixdə o, işdə olan zaman anasının vəfat etmə xəbərini eşitmişdir. Anası iş yerində vəfat etmiş, Digah qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, o, ərizəçinin oğlu Əlinin həm dostu, həm də iş yoldaşıdır. 06 noyabr 2023-cü il tarixdə Əlinin anasının vəfat etmə xəbərini eşitmiş, dərhal onların evinə getmiş, dəfndə iştirak etmişdir. Mülki iş materiallarında olan: - nikah haqqında şəhadətnamədən görünür ki, Ərizəçi X1 əridir. - “Ölüm haqqında xəbərdarlıq vərəqəsi”ndən görünür ki, 06 noyabr 2023-cü il tarixdə, saat 13:30-da Yasamal rayonu, Kataliz və qeyri üzvi kimya institutunda X1 meyidi aşkar edilmişdir. - Ambulator kartadan çıxarışdan görünür ki, X3 xroniki böyrək xəstəliyindən əziyyət çəkmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 6 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinin 17 noyabr 2023-cü il tarixli məktubunda göstərilmişdir ki, “xx.xx.1966-cı il təvəllüdlü vətəndaş X1 ölümünün qeydiyyata alınması barədə ərizənizə cavab olaraq bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.1-ci bəndinə əsasən, ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır. Həmin Qaydanın 8.5-ci bəndinə əsasən, ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Ölüm faktını təsdiq edən tibbi sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyil.” Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Azərbayacan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçinin izahatından, həmçinin mülki iş materiallarından məlum olur ki, X1 ölüm faktının müəyyən edən sənədin başqa qaydada alınması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.8-ci maddələrinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə hesab edir ki, Ərizəçi arvadı X1 06 noyabr 2023-cü il tarixdə vəfat etməsi faktını təqdim etdiyi sənədlərlə sübuta yetirə bildiyinə görə ərizəçinin xahişi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizəçi ərizəsi təmin edilsin. 12 aprel 1966-cı il tarixdə doğulmuş X1 06 noyabr 2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsinə dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-1034/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1034/2024
11.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver