Məhkəmə qərarları › İş №2(001)-1036/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1036/2023

17.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1036/2023 17.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə) “ölüm faktının müəyyən olunması” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə məhkəməyə müraciət edərək, Əmir Aslanov X21 1920-ci il tarixdə vəfat etməsi haqqında hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Şirvan şəhərinin Muğangəncəli kəndində anadan olmuşdur. X2 anası X20r. X1 Bakı neft sənayeçisi, mülkədarı olmuşdur. Əmiraslanov qardaşları neft kontorunun sahibi olmuşdur. 1880-1920-ci illərdə böyük neft istehsalçısı olmuşdur. Babası Əmir X28 Aslanov XİX əsrin ikinci yarısında anadan olmuşdur. O, babasının yaşadığı ünvanda ünvan 1ü illərə dair kameral siyahısında aşağıda göstərilən şəxslərin adları qeyd olunmuşdur: Əmir X28 Aslanov, onun arvadları – Dosti Əmir qızı 47 yaş, Xədicə Nağı qızı 44 yaş, onun oğlanları – X46 29 yaş, X47 18 yaş, X56 15 yaş, X54 14 yaş, onun qızları – X48 17 yaş, X34 7 yaş, X50 5 yaş, birinci arvadından olan uşaqları X44 22 yaş və X39 21 yaş. 1920-ci ilin aprelində babası Əmirhəmzə bolşeviklərin talanına məruz qalmışdır. Onun nəinki özü, ailə üzvləri də məhrumiyyətlərə səbəb olmuşdur. Onun zəhməti ilə əldə etdiyi əmlaklar əlindən alınmış, qanunsuz olaraq məhz sinfi mənsubiyyətinə görə işgəncələrə məruz qalmışdır. Məhz bundan sonra totalitar rejim tərəfindən verilən əziyyətlərdən, zülümlərdən sonra 1920-ci ildən babası vəfat etmiş, Yasamal qəbirstanlığında dəfn olunmuşdur. Onun övladları da sinfi mənsubiyyətinə, yəni neft mülkədarının ailə üzvləri olduğuna görə məhrumiyyətlərə məruz qalmış, acınacaqlı vəziyyətə görə səhhətlərində problemlər yaranmış və vəfat etmişlər. Onun yeganə sağ qalmış övladı nənəsi X23 olmuşdur. Fatma Ağayeva 08 may 1980-cı il tarixdə, Balaca Ağayeva isə 20 mart 2013-cü il tarixdə vəfat etmişdir. O, Sabirabad Rayon Məhkəməsinin 27 iyun 2019-cu il tarixli, 2(056)-1000/2019 saylı qərarı ilə X4 3-cü növbə vərəsəsi kimi tanınmışdır. Hazırda notariusa vərəsəlik haqqında şəhadətnamənin alınması üçün müraciət edir, lakin ondan ölüm faktı barədə sənəd tələb edirlər. Bu barədə Səbail rayon qeydiyyat şöbəsinə müaciət etsə də, bu barədə qeydin onlarda olmadığını bildirmişlər. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi bildirilmişdir. Başqa yolla ölüm haqqında şəhadətnaməni ala bilmədiyinə görə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən ərizəçi yuxarıda göstərilən məzmunda izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəməyə ünvanlanmış məktublarında iddiaya etiraz etmədiklərini və işin həllinin məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X32 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, ərizəçinin bacısıdır. X7 nənəsinin atasıdır. X7, Bakı neft sənayeçisi, mülkədar olmuşdur. 1920-ci ilin aprelində babası Əmirhəmzə bolşeviklərin talanına, fiziki işgəncələrinə məruz qalmış, bunlara dözməyərək Bakı şəhərində yaşadığı evdə vəfat etmişdir. Ulu babası Yasamal qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X25 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, ərizəçinin bacısıdır. X7 nənəsinin atasıdır. X7, Bakı neft sənayeçisi, zəngin, varlıqlı şəxs olmuşdur. Buna görə də ulu babası 1920-ci ilin aprelində bolşeviklərin talanına, fiziki işgəncələrinə məruz qalmış, bunlara dözməyərək Bakı şəhərində yaşadığı evdə vəfat etmişdir. Ulu babası Yasamal qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan: Azərbacan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən verilmiş 28 iyul 2017-ci il tarixli, 71-326 saylı arxiv arayışının surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin sənədləri üzrə Bakı şəhərinin 1873-1874-cü illərə dair kameral siyahısında aşağıda göstərilən şəxslərin adları qeyd olunmuşdur. X69 (sənəddə olduğu kimi) Əmir Aslanov. Onun arvadları: Dosti Əmir qızı - 47 yaş; Xədicə - 44 yaş Onun oğlanları: X46 - 29 yaş, X47 - 18 yaş, X56 - 15 yaş, X60 - 14 yaş. Onun qızları X48 - 17 yaş, X49 - 7 yaş, X50 - 5 yaş. Birinci arvadından olan qanunsuz uşaqları X44 - 22 уaş, X40 - 21 yaş. Sabirabad Rayon Məhkəməsinin 27 iyun 2019-cu il tarixli, 2(056)-10000/2019 saylı qətnaməsinin surətindən görünür ki, Ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmirhəmzə-Əmiraslan oğlu Əmiraslanovun onun anası X9 anası Fatma Əmirhəmzə qızının atası, yəni nənəsinin atası olmasının və onun mərhum X5 vərəsəsi kimi tanınması faktının (qohumluq faktının) müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin qətnamədə müəyyən edilmişdir ki, “ərizəçi Hacıyeva Güllər Rəşid qızı xx xxxxxx 1954-cü ildə keçmiş Əli Bayramlı rayonunun Muğangəncəli kəndində anadan olmuşdur. X22, anası isə Ağayeva Balacaxanım Mirələm qızı olmuşdur. X22 22 iyun 1996-cı ildə, anası X15 isə 20 mart 2013-cü il tarixdə vəfat etmişdir. Anasının anası (nənəsi) X26 olmuşdur. O, 08 may 1980-ci ildə vəfat etmişdir. Anasının anası, yəni nənəsi X18 atası X6 olmuşdur. Bu hal nənəsi Fatma Ağayevanın doğum haqqında şəhadətnaməsi ilə bərabər Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi tərəfindən verilmiş 28 iyul 2017-ci il tarixli, H-326№li arxiv arayışı ilə də təsdiq olunur. Arxiv arayışında X71 X59, onun arvadları və uşaqları haqqında məlumatlar qeyd olunmuşdur. Onun nənəsi Fatma Əmiraslan qızının adı həmin siyahıda vardır. Yaşı da 22 qeyd olunmuşdur. Anasının babası olmuş Əmirhəmzə Əmiraslanov 1920-ci ildə vəfat etmiş və Yasamal qəbrstanlığında dəfn edilmişdir. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Bakı şəhəri 20 saylı Vəkil bürosuna ünvanlanmış 10 avqust 2022-ci il tarixli, 12/1675-22 saylı məktubdan görünür ki, Şirvan şəhər sakini Ərizəçi ulu X1, onun övladları X12, X19 və X8 Sovet höküməti tərəfindən repressiyaya məruz qalmasını bildirmiş və siyasi repressiya qurbanı kimi tanınmaları barədə Azərbaycan Respublikası Baş Prokurorluğuna daxil olmuş müraciətinə baxılmışdır. Müəyyən edilmişdir ki, X13 xx.xx.1926-cı ildə həbs edilmiş, xx.xx.1926-cı il tarixli qərarla təqsiri sübuta yetirilmədiyinə görə iş üzrə icrata xitam verilmiş və həbsdən azad edilmişdir. Həmçinin, X12 xx.xx.1938-ci ildə həbs edilmiş, xx.xx.1940-cı il tarixli qərarla təqsiri sübuta yetirilmədiyinə görə iş üzrə icrata xitam verilmiş və həbsdən azad edilmişdir. X7 və X19 barəsində Azərbaycan Respublikası DİN və Azərbaycan Respublikası DTX-nın arxivində heç bir məlumat aşkar edilməmişdir. Göstərilənlərə əsasən, X7, X12, X19 və X13 “Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.1996-cı il tarixli Qanununun 2-ci maddəsinin təsir dairəsinə düşmədiyi üçün onların siyasi repressiya qurbanı kimi tanınmasından imtina olunmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı ünvan 3 ünvanlanmış 05 sentyabr 2022-ci il tarixli, **********55 saylı məktubun surətindən görünür ki, mərhum X4 adına qeydiyyatdan keçmiş daşınmaz əmlakın olub-olmaması haqqında məlumat verilməsi ilə bağlı müraciətə baxılmış və bildirilmişdir ki, fərdi yaşayış evlərinin 62 saylı qeydiyyat kitabının 23 saylı səhifəsində olan məlumatlara əsasən Bakı şəhəri, Marinskaya küçəsi, 26 saylı mülkün 1904-cü il tarixdə X3 adına qeydiyyata alınmasına dair məlumat mövcuddur. Sözügedən əmlakın sonradan digər hüquqi və fiziki şəxsin, eləcə də dövlətin balansına keçib-keçməməsi barədə reyestr kitabında məlumat aşkar edilməmişdir. Həmçinin bildirilir ki, qeyd olunan ünvanlara dair dəqiq məlumat (yeni ünvan və ya koordinat) verildikdən sonra müraciətə yenidən baxıla bilər. X4 adına hazırda qeydiyyatdan keçmiş digər daşınmaz əmlak aşkar edilməmişdir. Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 25 noyabr 2022-ci il tarixli, 05/Q-1494/15 nömrəli məktubdan görünür ki, sonuncunun 19 noyabr 2022-ci il tarixli babasının ölüm haqqında şəhadətnaməsinin alınması ilə bağlı müraciətinə baxılmışdır. Bildirilmişdir ki, Səbail rayon qeydiyyat şövbəsində arxiv sənədləri 1946-cı ildən indiyədək olan aktlar saxlanılır. X1 1920-ci ildə vəfat etmişdir. Onların qohumluq dərəcəsini sübut edən sənədlərlə bu barədə Azərbaycan Respublikası milli arxivinə müraciət etməsi tövsiyyə olunmuşdur. Bakı şəhəri Yasamal Bələdiyyəsi tərəfindən verilmiş 28 noyabr 2022-ci il tarixli, 1699 nömrəli arayışdan görünür ki, Bakı şəhəri, A.M. Şərifzadə küçəsində yerləşən Dağüstü 1 qəbiristanlığın 5-ci sektorunda qəbirdaşına əsasən babası Amir-X14 və X16 (1898-1951) dəfn olunmuşlar. 1 saylı Bakı “Asan-xidmət” mərkəzində notariat ofisi tərəfindən Ərizəçi ünvanlanmış 17 noyabr 2022-ci il tarixli, 1719 nömrəli məktubun surətindən görünür ki, sonuncunun X5 miras əmlakından paya vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə dair 04 oktyabr 2022-ci il tarixli ərizəsinə baxılmış və bildirilmişdir ki, Ə.Ə.Əmiraslanovun ölümü haqqında şəhadətnamə və ya onun ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi təqdim edilmədiyi üçün onun adına vərəsəlik işinin açılması və əmlakına dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilə bilməz. Belə ki, X5 adına vərəsəlik işinin açılması üçün miras qoyanın ölümü və yaşayış yerinin müəyyən olunması məqsədi ilə Elektron Notariat İnformasiya Sistemində Vətəndaşlıq vəziyyəti barədə məlumat və Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər bölmələrində axtarış aparılmış və Ə.Ə.Əmiraslanovun ölüm akt qeydi, eləcə də qeydiyyat üzrə daimi yaşayış yeri aşkar olunmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Ə.Ə.Əmiraslanovun ölüm faktının müəyyən olunması, eləcə də öldüyü tarixdə yaşayış yerinin müəyyən olunması üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. 12 dekabr 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, hazırki ərizənin verilməsi üçün ərizəçi tərəfindən məhkəmənin hesabına 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9.3 və 9.4-cü bəndlərində göstərilmişdir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçinin ulu babası Əmir Aslanov X30 1920-ci ildə Bakı şəhərində, ev şəraitində ölmüş, lakin ərizəçinin ulu babasının ölüm faktını təsdiq edə biləcək sənədi məhkəməyə müraciət etmədən əldə etməsi mümkün olmamışdır. Hazırki faktın müəyyən edilməsi hüquqi əhəmiyyətlidir və ərizəçiyə vərəsəlik işinin açılması ilə əlaqədar lazımdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Əmir Aslanov X21 1920-ci ildə Bakı şəhərində, ev şəraitində vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Əmir Aslanov X21 1920-ci ildə Bakı şəhərində, ev şəraitində vəfat etməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar