Məhkəmə qərarları › İş №2(001)-1040/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1040/2025

27.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1040/2025 27.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X16 Hüseynağa qızının sədrliyi, Hümbətov Cavidan Etibar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə X4 21 noyabr 1989-cu il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: Təsviri hissə Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 07 noyabr 1989-cü il təvəllüdlü X4 21 noyabr 1989-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən olunmasını xahiş etmiş, ərizə onunla əsaslandırılmışdır ki, X2 və anam X6 xx.xx.1977-ci ildə rəsmi nikaha girməklə evlənmişlər və bu nikahdan xx.xx.1984-cü ildə Ərizəçi, xx.xx.1989-cu il təvəllüdlü X9 və xx.xx.1995-ci il təvəllüdlü X7 anadan olmuşdur. X2 xx.xx.2015-ci ildə vəfat etmişdir, anası X6 isə xx.xx.2024-cü il tarixində vəfat etmişdir. "Nissan Sunny minik" markalı, **-XT- *** dövlət nömrə nişanlı avtomobil anası X3 miras qalmışdır. xx.xx.1989-cu il təvəllüdlü qardaşı X9 doğulduqdan iki həftə sonra, yəni xx.xx.1989-cu il tarixində vəfat etmişdir. Lakin qardaşının ölümü haqqında şəhadətnamə alınmamışdır. xx.xx.1989-cu il tarixində vəfat etmiş qardaşı X4 ölümü haqqında şəhadətnamələrin olmaması, anası X3 miras qalmış "Nissan Sunny minik" markalı, **-XT-*** dövlət nömrə nişanlı avtomobili vərəsəlik yolu ilə mülkiyyətinə keçirməyinə maneçilik törədir. Bakı şəhəri 20 saylı Uşaq Polklinikasının vəkil sorğusuna verdiyi cavab məktubunda xx.xx.1989-cu il təvəllüdlü X4 20 saylı Uşaq Poliklinkasında qeydiyyatda olmadıqları bildirilmişdir. Maraqlı şəxs isə xx.xx.1989-cu il təvəllüdlü X4 ölümü ilə bağlı tibbi sənəd olmadığına görə ərizəni təmin etməmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənləri təsdiq edərək, ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq izahatında hüquqi faktın müəyyən edilməsinin anasından qalmış avtomobilin sənədləşməsi üçün ona maneəçilik törətdiyini bildirmişdir. Maraqlı şəxs məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxti və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək maraqlı şəxsə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin olunmalıdır. Əsaslandırıcı hissə İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Bakı şəhəri 20 saylı Uşaq Polklinikasının xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, xx.xx.1989-cu il təvəllüdlü X9 20 saylı Uşaq Poliklinkasında qeydiyyatda olmayıb. İş materiallarında olan ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X6 xx.xx.2024-cü il, X5 isə xx.xx.2015-ci il tarixdə ölmüşlər. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan müəyyə olunur ki, xx.xx.1989-cu il təvəllüdlü X4 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş 30 oktyabr 2024-cü il tarixli arayışda göstərilmişdir ki, “1989-cu il tarixdə 2024-cü il vəfat etmiş X9 üçün ölüm haqqında şəhadətnamə almaq barədə müraciətə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”-nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Rəhmətə gedənin adına ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizə təmin edilə bilməmişdir.” Ağstafa rayonu, A.Kəsəmən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli aktda 07 noyabr 1989-cu il təvəllüdlü X4 21 noyabr 1989-cu il tarixdə vəfat etməsi və Ağstafa rayonu, A.Kəsəmən kənd qəbirstanlığında dəfn edildiyi göstərilmişdir. Məhkəmə iclasında ifadə verən X8 və X1 07 noyabr 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş X4 21 noyabr 1989-cu il tarixdə Bakı şəhərində 2 həftə yaşadıqdan sonra xəstəlikdən ölməsini və Ağstafa rayonu, A.Kəsəmən kənd qəbirstanlığında dəfn edildiyini bildirmişlər. Tətbiq edilən hüquq: Azərbayacan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8 maddəsinə əsasən məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. 308 və 311-ci maddələrinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümükün olmasın. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. 309.1-cü maddəsinə əsasən hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndinə əsasən məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli, tədqiq edilmiş sənədlərlə tam sübuta yetirildiyindən X4 21 noyabr 1989-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməli, məhkəmə xərcləri isə ərizəçinin özünə aid edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Nəticə hissəsi QƏTETDİ: Ərizə təmin edilsin. 07 noyabr 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş X4 21 noyabr 1989-cu il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi fakt müəyyən edilsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. X19

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar