Məhkəmə qərarları › İş №2(001)-1069/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1069/2025

03.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1069/2025 03.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi (Maraqlı şəxs qismində cəlb edilməklə) “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum xx.xx.1994-cü il təvəllüdlü qızının xx.xx.1195-ci il tarixində Bakı şəhəri, Nəsimi rayonunda ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında qeydiyyatda olan qızı xx.xx.1994-cü il təvəllüdlü X5 Bakı şəhərində rəhmətə getmişdir. Bildirir ki, qızının vəziyyəti xx.xx.1995-ci il tarixində qəfildən pisləşmiş, saat 16:00 radələrində Ə.Qarayev adına 2 saylı Uşaq Xəstəxanasının (hal-hazırda Respublika Pediatriya Mərkəzinin strukturuna daxildir. Yoluxucu şöbəsinə infeksion qastroenterit, aqonal vəziyyət, 2 tərəfli bronxopnevmoniya, ensefalopatiya diaqonozu ilə daxil olmuşdur.xx.xx.1995-ci il tarixində saat 21:00-da bioloji ölüm baş vermişdir. Qızı rəhmətə getdikdən sonra Binəqədi rayonu, Biləcəri qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizənin dəlillərinə uyğun izahat vermiş və iddanın təmin olunmasını, bununla bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, qızının soyadı Mehdizadə olsa da, şəhadətnaməsində Mehtizadə yazılmışdır. Uşaq 1 yaşının tamam olmasına az qalmış öldüyündən, uşaq olması səbəbindən qəbirstanlıqda basdırılsa da, qəbir daşının qoyulmasına icazə verilməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən ərizəçi izahatında bildirmişdir ki, digər uşaqları dövlət işində işləyirlər. Ailə htərkibi haqqında arayış alan zaman mərhum qızının da adı çıxır. Bununla bağlı ölüm haqında tibbi şəhadətnamənin alınması zəruridir. Qızının vəfatından 29 il müddət keçdiyi üçün poliklinika ölüm haqqında tibbi şəhadətnaməni verməkdən imtina etmişdir. Maraqlı şəxs Nəsimi rayon qeydiyyat şöbəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edilməməsinin səbəbini isə iş yükünün çoxluğu ilə əlaqələndirməklə, nümayəndənin iştirakı olmadan iclasın keçirilməsini xahiş etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində bildirmişdir ki, o, mərhumun anasıdır. Qızı Səidə 26 iyun 1994-cü ildə doğulub. Ölümü 1995-ci ilin iyun ayının 8-i tarixində olub. Belə ki, xx.xx.1995-ci il tarixində uşağın halının pisləşməsi səbəbindən Qarayev adına xəstəxnaya təcili yardımla aparmışlar. Uşağın öldüyünü gec, həmin günün gecəsində xəstəxanada olarkən onlara məlumat vermişlər. Uşağın qızdırması qalxır, sudurğası tuturdu. Halı pisləşdiyi gün də, eyni şey baş vermişdir. Uşaq dəfn edilsə də, sırf körpə olduğundan, qəbir daşının qoyulmasına icazə verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadəsində bildirmişdir ki, o, ərizəçinin qardaşıdır. Qardaşının qızı Səidə 1995-ci ilin yay aylarında 1 yaşı tamam olmadan ölmüşdür. Uşağın halı pisləşdiyi gün qardaşı ona yığımış, təcili yardımla xəstəxanaya aparılmışdır. Xəstəxanadan gecə təxminən 11-12 radələrində xəbər etdilər ki, uşaq ölüb, gəlin aparın. Uşaq Biləcəri qəbirstanlığında dəfn edilsə də, sırf körpə olduğundan, qəbir daşının qoyulmasına icazə verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində bildirmişdir ki, o, ərizəçinin dostudur. Ərizəçi ilə bir oxuyub, işləmişlər və həmin vaxtdan da, dostluqları davam edir. Uşaq 1995-ci ilin iyun ayında ölüb. Dostu həmin gün zəng edərək, uşağın öldüyünü bildirmişdir. Hələ də, yadındadır ərizəçiyə məxsus 06 dedikləri, qəhvəyi rəngli maşınla uşağı Biləcəri qəbirstanlığından dəfn etməyə aparmışlar. Məhkəmə ərizəçinin izahatını, şahidin ifadəsini dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək, onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: X2 xx.xx.1994-cü il tarixdə 1593 nömrə ilə qeydə alınmış doğumu haqqında akt qeydinin surətindən görünür ki, X6 26 iyun 1994-cü il tarixində Bakı şəhərində doğulmuş, atası Ərizəçi, anası Səadət Mehdiyevadır. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi“ X12 “Bakı şəhər Baş səhiyyə Mərkəzi“ X12 12 nömrəli Uşaq Poliklinikası tərəfindən verilən arayışın mətnində göstərilir ki, müddəti bitmiş arxiv sənədlərinin ləğv olunması ilə əlaqədar 4-cü mkr, 7-ci ünvan 2 ünvanında yaşamış 1994-cü il təvəllüdlü X2 1995-ci ildə baş vermiş ölümü haqqında məlumat vermək mümkün deyil. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi“ X12 “Respublika Pediatriya Mərkəzi X12 tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 664 saylı arayışdan görünür ki, X5 (xx.xx.1994-cü il təvəllüdlü) arxiv jurnalı məlumatlarına əsasın xx.xx.1995-ci il tarixində, saat 16:00-da Ə.Qarayev adına 2 saylı Uşaq Xəstəxanasının (Hal-hazırda Respublika Pediatriya Mərkəzinin strukturuna daxildir) Yoluxucu şöbəsinə infeksion qastroenterit, aqonal vəziyyət, 2 tərəfli bronxopnevmoniya, ensefalopatiya diaqonozu ilə daxil olmuşdur. xx.xx.1995-ci il tarixində saat 21:00-da bioloji ölüm baş vermişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanan xx.xx.2024-cü il tarixli məktubun mətnində göstərilir: “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”-nın 8.5-ci bəndlərinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Qızı adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizənin təmin edilməsi mümkün olmamışdır.” İddia tələbindən görünür ki, iddiaçının tələbinin hüquqi əsasını şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi təşkil edir. Belə ki, ərizəçi mərhum qızının ölümü ilə bağlı tibbi şəhadətnamənin əldə edilməsinin mümkünsüzlüyünə görə ölüm haqqında şəhadətnamə ala bilmir. Hansı ki, həmin şəhadətnamə ona sənədləşmə işlərinin aparılması üçün lazımdır. Belə ki, qızının ölmüş olmasında baxmayaraq, ailə tərkibində sağ kimi müəyyən olunur. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər.Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla və işin halları ilə müəyyən edilir ki, ölüm faktı müəyyən edilməsi xahiş edilən X6 Ərizəçi qızıdır. X2 xx.xx.1995-ci il tarixində ölməsi həm Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi“ X12 “Respublika Pediatriya Mərkəzi X12 tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 664 saylı arayışla, həm də şahid ifadəsi ilə müəyyən edilir. Belə ki, mərhumun ölümünün hansı şəraitdə baş verməsi ilə bağlı isə şahid ətraflı məlumat vermiş və məhkəmə həmin ifadəni mötəbər sübut kimi qəbul etmişdir. Odur ki, 26 iyun 1994-cü il təvəllüdlü X2 xx.xx.1995-ci il tarixdə Bakı şəhərində vəfat etməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından və ərizəçinin müəyyən edilməsini xahiş etdiyi fakt hüquqi əhəmiyyətli olduğundan ərizə əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi qızı 26 iyun 1994-cü il təvəllüdlü X2 07 iyun 1995-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməli, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307- 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə” ərizəsi təmin edilsin. xx.xx.1994-cü il təvəllüdlü X2 xx.xx.1995-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar