Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1082/2025 03.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X9 Hüseynağa qızının sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi, Ərizəçi Qüdrət qızının və vəkili (nümayəndəsi) Nümayəndə iştirakı ilə X3 08 sentyabr 2024-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə mülki işə açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: Təsviri hissə Ərizəçi Qüdrət qızı ərizə ilə məhkəməyə müraciət edərək 20 sentyabr 1964-cü il təvəllüdlü X3 08 sentyabr 2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən olunmasını xahiş etmiş, ərizə onunla əsaslandırılmışdır ki, bacısı X5 20 sentyabr 1964-cü il tarixdə anadan olmuşdur. X2 08 sentyabr 2024-cü il tarixdə Şamaxı rayonu Birinci Çaylı kənd qəbirstanlığında dəfn edilmişdir. Bu barədə Şamaxı Rayon İcra Hakimiyyət başçısının Birinci Çaylı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 04 oktyabr 2024-cü il tarixdə 5-75-19/2-211/2024 nömrəli arayış verilmişdir. 25 nömrəli Şəhər poliklinikası tərəfindən 28 sentyabr 2024-cü il tarixdə TQS027 forma verilib və orada qeyd olunub ki, 20 sentyabr 1964-cü il təvəllüdlü X5 25 saylı Şəhər Poliklinikada tibbi qeydiyyatda olmayıb. Binəqədi r-nu, Ə.ünvan 1 ünvanında 08 sentyabr 2024-cü ildə vəfat etmiş X3 25 nömrəli Şəhər Poliklinikaya müraciəti və ambulator kartı olmadığından poliklinika tərəfindən ölüm haqqında sənəd verilə bilmədi. Ölüm haqqında şəhadətnamə verilməsi ilə bağlı Binəqədi ryon Qeydiyyat Şöbəsinə müraciət edilmiş, lakin ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olmaması barədə 27 sentyabr 2024-cü il tarixdə 3-16-5/7-13-1709/24 nömrəli məktub verilmişdir. Məhkəmə iclasında ərizəçi və nümayəndəsi ərizədə göstərilənləri təsdiq edərək, ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq izahatında hüquqi faktın müəyyən edilməsinin ərizəçinin bacısından sonra qalmış mənzilə dair payının sənədləşməsi üçün ona maneəçilik törətdiyini bildirmişdir. Maraqlı şəxs məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxti və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək maraqlı şəxsə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin olunmalıdır. Əsaslandırıcı hissə İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Şamaxı rayon İcra Hakimiyyət başçısının Birinci Çaylı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışına əsasən X5 xx.xx.2024-cü il tarixində saat 13-14 radələrində Şamaxı rayon Birinci Çaylı kəndində dəfn edilmişdir. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan müəyyə olunur ki, xx.xx.1964-cü il təvəllüdlü X4 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmədiyi üçün ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışda göstərilmişdir ki, “08 sentyabr 2024-cü il tarixdə vəfat etmiş X5 üçün ölüm haqqında şəhadətnamə almaq barədə müraciətə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”-nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Rəhmətə gedənin adına ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizə təmin edilə bilməmişdir.” Bakı şəhəri 25 saylı şəhər Poliklinikası tərəfindən verilmiş və həkim Səbirə İsmayılova tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli arayışa əsasən X5 poliklinikada tibbi və dispanser qeydiyyatında yoxdur, uzun illərdir ki, “Şizofreniya” diaqnozu ilə xəstə olduğu üçün 10 saylı poliklinikada qeydiyyatdaolub və oradan pulsuz dərmalar alıb. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin ******* saylı, xx.xx.2014-cü il tarixli çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 44, mənzil 111-ə ½ hissədə X5, ½ hissədə Eyubova Sevil pay üzrə mülkiyyət hüquqları qeydiyyata alınıb. Məhkəmə iclasında ifadə verən X6 və X1 Elmira Qüdrət qızının yataq xəstəi olmasını, uzun müddət xəstəlikdən əziyyət çəkməsini, tək yaşamasını, heç kimlə münaqişəsinin olmamasını, xx.xx.2024-cü il tarixdə Bakı şəhərində öz əcəli ilə ölməsini və Şamaxı rayonunda dəfn edilməsini bildirdi. Tətbiq edilən hüquq: Azərbayacan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8 maddəsinə əsasən məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. 308 və 311-ci maddələrinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümükün olmasın. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. 309.1-cü maddəsinə əsasən hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndinə əsasən məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, tədqiq edilmiş sənədlərlə tam sübuta yetirildiyindən X3 08 sentyabr 2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməli, məhkəmə xərcləri isə ərizəçinin özünə aid edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Nəticə hissəsi QƏTETDİ: Ərizə təmin edilsin. 20 sentyabr 1964-cü il tarixdə Bakı şəhərində anadan olmuş X3 08 sentyabr 2024cü il tarixdə Bakı şəhərində (ev şəraitində) ölməsinə dair hüquqi fakt müəyyən edilsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. X14
Məhkəmə qərarları › İş №2(001)-1082/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1082/2025
03.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver