Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1103/2023 03.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə Ərizəçi anası xx.xx.1970-ci il təvəllüdlü X3 xx.xx.2019-cu il tarixdə ölməsi faktının müəyyən olunmasına dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Ərizəçi anası xx.xx.1970-ci il təvəllüdlü X3 xx.xx.2019-cu il tarixdə ölməsi faktının müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, anası xx.xx.1970-ci il təvəllüdlü X6 xx.xx.2019-cu il tarixdə ünvan 1ndə ürək çatışmazlığından vəfat etmişdir. xx.xx.1970-ci il təvəllüdlü X1 pisləşən zaman ünvana çağırılmış təcili-tibbi yardım xidmətinin həkimləri tərəfindən ölüm faktı ilə bağlı verilmiş tibbi sənəd 3 gün ərzində ərazi üzrə poliklinikaya təqdim edilmədiyindən hazırda o, anasının ölümü haqqında şəhadətnaməni ala bilmir. Ölüm haqqında şəhadətnamənin alınması ona anasının qeydiyyatda olduğu ünvandan çıxarılması üçün tələb olunur. Ona görə də, anası xx.xx.1970-ci il təvəllüdlü X3 xx.xx.2019-cu il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1.şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; Bakı şəhəri Binəqədi RPİ tərəfindən verilmiş AZE № 02564813 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X6 xx.xx.1970-ci ildə Göyçay şəhərində doğulmuşdur. BŞT və TTYS 9 saylı bölmənin Təcili və X5 stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsinin surətindən müəyyən olunur ki, ünvan 1 ünvanına X3 adına xx.xx.2019-cu il tarixdə çağırış daxil olmuş, həkim həkiməqədər ölüm qeydi aparmaqla qadın cinsli meyid aşkar etməsi barədə qeyd tərtib etmişdir. Göyçay rayon Potu Bələdiyyəsinin 340 saylı, xx.xx.2022-ci il tarixli arayışından müəyyən olunur ki, xx.xx.1970-ci il təvəllüdlü X6 xx.xx.2019-cu ildə vəfat etmiş və həmin tarixdə Göyçay rayon Potu Bələdiyyəsinin ərazisinə aid Ulaşlı Şıxlı kənd qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid X2 qızı ifadəsində göstərmişdir ki, qayınanası X6 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində yaşadığı evdə ölmüş, Göyçay rayonu Ulaşlı Şıxlı kənd qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid X11 ifadəsində göstərmişdir ki, anası X6 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində yaşadığı evdə ölmüş, Göyçay rayonu Ulaşlı Şıxlı kənd qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid X4 ifadəsində göstərmişdir ki, arvadı X6 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində yaşadığı evdə ölmüş, Göyçay rayonu Ulaşlı Şıxlı kənd qəbiristanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bakı şəhəri Maraqlı şəxs xx.xx.2022-ci il tarixli 05/9-3536/13 saylı məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydasının 8.5-ci bəndinə əsasən ölüm faktının tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməsi, anası X3 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığından ərizəsinin təmin olunmaması Ərizəçi bildirilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla xx.xx.1970-ci il təvəllüdlü X3 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən olunduğundan, ərizəçinin bu barədə sənədi başqa qaydada ala bilmədiyindən məhkəmə ərizəni əsaslı hesab edib təmin edir. Məhkəmə məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. xx.xx.1970-ci il təvəllüdlü X3 xx.xx.2019-cu il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-1103/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1103/2023
03.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver