Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1125/2025 09.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə, daha sonra ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1969-cu il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında ev şəraitində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, X1 xx.xx.2024-cü tarixində ev şəraitində vəfat etmişdir. Arvadının dəfn mərasimi ilə bağlı tədbirlərlə məşğul olduğu üçün bugünə kimi ölüm haqqında şəhadətnamə ala bilməmişdir. X1 xx.xx.2024-cü il tarixində Bərdə Şəhəri, Güloğlular Şərq qəbirstanlıqda dəfn olunmuşdur. Bundan başqa Bərdə rayon İmamzadə Məscidindən verilən arayışa əsasən həmin ünvanda yerləşən qəbirstanlıqda dəfn olunması barədə arayış təqdim edilmişdir. Arvadının ölməsi barədə tibbi arayış olmadığından bügünə kimi onun ölməsi barədə ölüm haqqında şəhadətnamə almaq mümkün olmamışdır. Əlavə olaraq qeyd etmək istərdi ki, vərəsəliklə bağh gələcəkdə ölüm haqqında şəhadətnaməsi olması məcburiyyəti yarandığından məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ölüm haqqında şəhadətnamə alınması üçün arvadının qeydiyyatda olduğu Maraqlı şəxsnə müraciət etmişdi. Həmin qurumdan ona bildirilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli,145 saylı qərarı ilə təsdiq edimiş«Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyatı» qaydalarının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir və X1 adına ölüm haqqında tibbi şəhadətnamə olmadığına görə həmin fakt məhkəmə tərəfindən müəyyən edilməlidir. Məhkəmə iclasında iştirak edən ərizəçi yuxarıda göstərilən məzmunda izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəməyə ünvanlanmış məktubda iddiaya etiraz etmədiklərini və işin həllinin məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirdi ki, o, ərizəçinin və mərhumun qızıdır. Anası təzyiq xəstəliyindən əziyyət çəkirdi. Anası xx.xx.2024-cü il tarixdə ev şəraitində rəhmətə getmişdir. Mərhumu Bərdə rayonunda dəfn ediblər. O, dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirdi ki, o, ərizəçinin və mərhumun qızıdır. Anası təzyiq xəstəliyindən əziyyət çəkirdi. Anası xx.xx.2024-cü il tarixdə ev şəraitində onun yanında rəhmətə getmişdir. Mərhumu Bərdə rayonunda dəfn ediblər. O, dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 bildirdi ki, ərizəçinin və mərhumun kürəkənidir. Qaynanası təzyiq xəstəliyindən əziyyət çəkirdi. Qaynanası xx.xx.2024-cü il tarixdə ev şəraitində rəhmətə getmişdir. O, dəfn və yas mərasimlərində iştirak etmişdir. İş materiallarında olan: V-JQ 441684 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X6 arasında xx.xx.1991-ci il tarixdə nikah bağlanmış və arvada Kazımova soyadı verilmişdir. AA1812823 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1969-cu il tarixdə anadan olmuşdur. Təcili və X3 Stansiyası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 22:48-də R.İsmayılov küçəsi 1A, mənzil 33 ünvanında X2 meyidi (həkimə qədər ölüm) aşkar edilmişdir. Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanladığı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, onun vəfat edən arvadı – X7 üçün ölüm haqqında şəhadətnamə almaq barədə müraciətinə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edlmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”-nın 8.5 bəndlərinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Arvadının adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizəni təmin edə bilmirlər. 15 nömrəli şəhər poliklinikasının Ərizəçi ünvanladığı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X2 poliklinikaya heç bir xəstəliklə bağlı müraciəti qeydə alınmamışdır. Bu səbəbdən ölüm haqqında tibbi şəhadətnamənin verilməsi imkanları xaricindədir. Bərdə İmamzadə məscidinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X7 xx.xx.2024-cü il tarixdə Bərdə şəhəri Güloğlular kənd qəbirstanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9.3 və 9.4-cü bəndlərində göstərilmişdir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, ərizəçinin arvadı – xx.xx.1969-cu il təvəllüdlü X7 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində, Binəqədi rayonunda ev şəraitində vəfat etmiş, lakin ərizəçinin bu faktı təsdiq edə biləcək sənədi məhkəməyə müraciət etmədən əldə etməsi mümkün olmamışdır. Buna görə də məhkəmə iş üzrə toplanmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1969-cu il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində, Binəqədi rayonunda ev şəraitində vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azaddırlar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.1969-cu il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində, Binəqədi rayonunda ev şəraitində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-1125/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1125/2025
09.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver