Məhkəmə qərarları › İş №2(001)-1133/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-1133/2020

29.10.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-1133/2020 29.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə olunan əmlakların naturada bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə olunan əmlakların naturada bölünməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işə məhkəmə baxışı zamanı tərəflər tərtib etdikləri barışıq sazişini məhkəməyə təqdim edərək təsdiq edilməsini və mülki işlə bağlı iddia tələbləri üzrə icraata xitam verilməsini xahiş etmişlər. Barışıq sazişindən müəyyən olunur ki, sazişinin predmetini İddiaçı və Cavabdeh hər birinin ½ hissədə paylı mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu F.Məiikov küçəsi 3A saylı evin 15 saylı mənzilinin, Lənkəran şəhəri Nərimanabad qəsəbəsində yerləşən fərdi yaşayış evinin və Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsinin naturada bölünməsi tələbinə dair iş üzrə münasibətlərin tənzimlənməsi məsələləri təşkil edir. Cavabdeh İddiaçı məxsus Azərbaycan Respublikası Əmlak Məsələlərin Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti tərəfindən verilən xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəsi olan çıxarışla təsdiq edilmiş Binəqədi rayonu F.Məlikov küçəsi ev 3A mənzil 15 ünvanında yerləşən ümumi sahəsi 77,25 m2 mənzilin sahəsinin ½ hissədə payının, Lənkəran şəhəri Nərimanabad qəsəbəsində yerləşən xx.xx.2019-cu il tarixli ********** saylı çıxarışla təsdiq edilmiş 0,04 ha torpaq sahəsində yerləşən 36,2 m2 fərdi yaşayış evinin ½ hissədə payının və Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən xx.xx.2019-cu il tarixli ********** saylı çıxarışla təsdiq edilmiş 0,06 ha torpaq sahəsinin ½ hissədə payının əvəzi olaraq İddiaçı 32000 manat pul verməyi, İddiaçı Cavabdeh verdiyi 32000 manat pul əvəzinə Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti tərəfindən verilən xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəsi olan çıxarışla təsdiq edilmiş Binəqədi rayonu F.Məlikov küçəsi ev 3A mənzil 15 ünvanında yerləşən ümumi sahəsi 77,25 m2 mənzilin sahəsinin ½ hissədə payından, Lənkəran şəhəri Nərimanabad qəsəbəsində yerləşən xx.xx.2019-cu il tarixli ********** saylı çıxarışla təsdiq edilmiş 0,04 ha torpaq sahəsində yerləşən 36,2 m2 fərdi yaşayış evinin ½ hissədə payından və Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən xx.xx.2019-cu il tarixli ********** saylı çıxarışla təsdiq edilmiş 0,06 ha torpaq sahəsinin ½ hissədə payından Cavabdeh xeyrinə imtina etməyi öhdəsinə götürmüşdür. İddiaçı xx.xx.2020-ci il tarixli qəbzindən müəyyən olunur ki, o, barışıq sazişi üzrə Cavabdeh 32000 manatı almışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim edilmiş sübutları tədqiq edib hesab edir ki, tərəflərin tərtib etdikləri barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilərək mülki iş üzrə icraata xitam verilməli, iş üzrə keşirilən ekspertiza tədqiqatının dəyəri bərabər hissələrdə tərəflərə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 52.3.-cü maddəsinə tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Prosessual normanın mənasına görə işin məhkəmə baxışını davam etdirmək hüququ tərəflərə məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1.-ci maddəsinə əsasən barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Həmin Məcəllənin 881.2.-ci maddəsinə əsasən barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Azərbaycan Respublikası MPM-nin 191.2.-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə iclasında tərəflərə barışıq sazişinin təsdiq olunmasının hüquqi nəticələri izah olunmuş, tərəflər Azərbaycan Respublikası MPM-nin 262.4.-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmədiyinin onlara aydın olduğunu bildirmişlər. Azərbaycan Respublikası MPM-nin 261.0. maddəsinə əsasən hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.5. tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə; Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 191, 261-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə olunan əmlakların naturada bölünməsi tələbinə dair mülki iş üzrə tərəflər arasında aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin: 1.Sazişin predmeti: 1.1.Barışıq sazişinin predmetini İddiaçı və Cavabdeh ¼ hissədə paylı mülkiyyətində olan ünvan 1 mənzil 15 ünvanında yerləşən yaşayış sahəsinin, Lənkəran şəhəri Nərimanabad qəsəbəsində yerləşən fərdi yaşayış evinin və Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsinin naturada bölünməsi tələbinə dair iş üzrə münasibətlərin tənzimlənməsi məsələləri təşkil edir.

2. Tərəflərin öhdəlikləri: 2.1.Cavabdeh İddiaçı məxsus Azərbaycan Respublikası Əmlak Məsələlərin Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti tərəfindən verilən xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəsi olan çıxarışla təsdiq edilmiş Binəqədi rayonu F.Məlikov küçəsi ev 3A mənzil 15 ünvanında yerləşən ümumi sahəsi 77,25 m2 mənzilin sahəsinin ½ hissədə payının, Lənkəran şəhəri Nərimanabad qəsəbəsində yerləşən xx.xx.2019-cu il tarixli ********** saylı çıxarışla təsdiq edilmiş 0,04 ha torpaq sahəsində yerləşən 36,2 m2 fərdi yaşayış evinin ½ hissədə payının və Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən xx.xx.2019-cu il tarixli ********** saylı çıxarışla təsdiq edilmiş 0,06 ha torpaq sahəsinin ½ hissədə payının əvəzi olaraq İddiaçı 32000 manat pul verməyi öhdəsinə götürür. 2.2.İddiaçı Cavabdeh verdiyi 32000 manat pul əvəzinə Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti tərəfindən verilən xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəsi olan çıxarışla təsdiq edilmiş Binəqədi rayonu F.Məlikov küçəsi ev 3A mənzil 15 ünvanında yerləşən ümumi sahəsi 77,25 m2 mənzilin sahəsinin ½ hissədə payından, Lənkəran şəhəri Nərimanabad qəsəbəsində yerləşən xx.xx.2019-cu il tarixli ********** saylı çıxarışla təsdiq edilmiş 0,04 ha torpaq sahəsində yerləşən 36,2 m2 fərdi yaşayış evinin ½ hissədə payından və Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən xx.xx.2019-cu il tarixli ********** saylı çıxarışla təsdiq edilmiş 0,06 ha torpaq sahəsinin ½ hissədə payından Cavabdeh xeyrinə imtina edir. 2.3.32000 manat pul nəqd qaydada cavabdeh tərəfindən iddiaçıya verilir və bu zaman hər iki tərəf qəbz imzalamaqla onun verilməsini təsdiq edirlər. 2.4.İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəsi olan çıxarışla təsdiq edilmiş ünvan 3 mənzil 15 ünvanında yerləşən ümumi sahəsi 77,25 m2 yaşayış sahəsinin ½ hissədə payından, Lənkəran şəhəri Nərimanabad qəsəbəsində yerləşən xx.xx.2019-cu il tarixli ********** saylı çıxarışla təsdiq edilmiş 0,04 ha torpaq sahəsində yerləşən 36,2 m2 fərdi yaşayış evinin ½ hissədə payından və Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən xx.xx.2019-cu il tarixli ********** saylı çıxarışla təsdiq edilmiş 0,06 ha torpaq sahəsinin ½ hissədə payından Cavabdeh xeyrinə imtina etməsi və bu barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi barədə məhkəmə qərardadının qanuni qüvvəyə minməsi ilə iddiaçının həmin əmlaklar üzərində paylı mülkiyyət hüququna xitam verilir və bu əmlakların Cavabdeh mülkiyyətinə verilməsi və onun sənədləşdirilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən həyata keçirilir.

3. Digər müddəalar: 3.1.Bu saziş məhkəmə tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir və tərəflər, öz öhdəliklərini icra edənədək qüvvədədir. 3.2.Bu sazişlə bağlı hər hansı mübahisə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının aidiyyatı məhkəməsi tərəfindən həll ediləcəkdir. 3.3.Barışıq sazişinin şərtlərinin məhkəmə qərardadının nəticə hissəsində əks olunmasını tərəflər məhkəmədən xahiş edirlər. 3.4.Bu saziş azərbaycan dilində, hər biri eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədə imzalanmış, tərəflərin hər birində bir nüsxə saxlanılır, bir nüsxə məhkəməyə verilir. 3.5.Saziş məhkəmə tərəfindən təsdiq edildiyi halda doğuracağı hüquqi nəticələr, eləcə də Azərbaycan Respublikası MPM-nin 52, 191, 261-269, 395-401-ci maddələrinin məzmunu tərəflərə aydındır. İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə olunan əmlakların naturada bölünməsi tələbinə dair 2(001)-1133\2020 saylı mülki iş üzrə icraata xitam verilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 50 manat İddiaçı dövlət nəfinə tutulsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 50 manat Cavabdeh dövlət nəfinə tutulsun. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar