Məhkəmə qərarları › İş №2(3-1)-169/2026

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(3-1)-169/2026

28.09.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Naxçıvan şəhəri İş № 2(3-1)-169/2026 28.09.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Iddiaçı İddiaçı Müslim oğlunun cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı mirasın faktiki qəbulu və payların müəyyən olunması tələbinə dair mülki iş üzrə (Açar söz: Mirasın faktiki qəbulu və miras əmlakda payların müəyyən edilməsi tələbi) Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Əliyev Zamiq Xudaverdi oğlu və X16 ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, iddiaçı İddiaçı Müslim oğlu və cavabdeh cavabdeh2 iştirakları ilə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı mirasın faktiki qəbulu və payların müəyyən olunması tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin *(*-**)- ***/**** nömrəli, ## #### 2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. Işin halları

1. Iş materiallarında olan ##.##.2026-cı il tarixli, ***** saylı çıxarışdan görünür ki, X6 ilə X7 ##.##.1974-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşlar və bu nikah *** saylı akt qeydi ilə rəsmiləşdirilmişdir.

2. Iş materiallarında olan doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, cavabdeh2 ## #### 1975-ci ildə anadan olmuş, doğumu akt qeydləri kitabında ##.##.1975-ci il tarixində 974 nömrə ilə qeydə alınmış, X10 ## ##### 1978-ci ildə anadan olmuş, doğumu akt qeydləri kitabında ##.##.1978-ci il tarixində 21 nömrə ilə qeydə alınmış, İddiaçı ## ###### 1981-ci ildə anadan olmuş, doğumu akt qeydləri kitabında ##.##.1982-ci il tarixində 195 nömrə ilə qeydə alınmış, şəhadətnamələrin ata qrafasında atasının X8, analarının X11 olduğu qeyd olunmuşdur.

3. Iş materiallarında olan Naxçıvan şəhər VVADQ Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı ****** nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ##.##.2003-cü il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında ##.##.2004-cü il tarixdə, ** nömrəli akt qeydi ilə qeydiyyata alınmışdır.

4. Iş materiallarında olan Naxçıvan “ASAN Xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş ## ###### 2026-cı il tarixli, *** nömrəli arayışdan görünür ki, X3 ##.##.2023-cü il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında ##.##.2023-cü il tarixdə, *** nömrəli akt qeydi ilə qeydiyyata alınmışdır.

5. Iş materiallarında olan Naxçıvan şəhər Icra Hakimiyyəti * nömrəli Sahə Inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin ## ###### 2026-cı il tarixli, *** nömrəli arayışına əsasən, mərhum X8 X7, cavabdeh2 Müslüm oğlu, X12, İddiaçı adlı vərəsələri vardır.

6. Iş materiallarında olan Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışına əsasən, ünvan 2 ünvanında yerləşən 84.4 kv.m fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında tam payla X8 adına qeydiyyata alınmışdır. Bu barədə Daşınmaz əmlakın dövlət reyestrində **/** nömrəli reyestr kitabının ***** nömrəli vərəqində qeydiyyat aparılmışdır.

7. Iş materiallarında olan Naxçıvan şəhər Birinci dövlət notariat kontoruna X10 və cavabdeh2 tərəfindən ünvanlanmış ərizələrə əsasən, mərhum atasından miras qalmış ünvan 2 ünvanında yerləşən mülkdən vərəsəlik yolu ilə onlara çatan paydan anaları X7 xeyrinə imtina etmişdirlər.

8. Iş materiallarında olan “Notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında” ## ###### 2026-cı il tarixli qərara əsasən ## ###### 2003-cü il tarixdə vəfat etmiş X8 miras qalmış ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə dair vərəsəliyin açılması üçün qanunda nəzərdə tutulmuş müddət buraxıldığından imtina edilməsi qərara alınmışdır. II. Birinci instansiya məhkəməsində icraat

9. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X9 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.092 kv.metr torpaq sahəsi və üzərində yerləşən 84.4 kv.metr fərdi yaşayış evinin miras əmlak olaraq onun tərəfindən qəbulu faktı tanınmaqla payların müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Iddia tələbi onunla əsaslandırılmışdır ki, X9 ## ###### 2003-cü il, X1 Teymur isə ## ###### 2023-cü il tarixdə vəfat etmişlər. Onların arasında ## ######## 1974-cü il tarixdə bağlanmış nikahlarından ##.##.1981-ci il təvəllüdlü İddiaçı, ##.##.1975-ci il təvəllüdlü cavabdeh2, ##.##.1978-ci il təvəllüdlü Dünyamalıyeva (Baxşəliyeva) Fatimə Mislim qızı doğulmuşdur. X9 ## ###### 2003-cü il tarixdə öləndən sonra onun Naxçıvan şəhəri, Atatürk küçəsi, ev-36 ünvanında yerləşən 0.092 kv.metr torpaq sahəsi və üzərində yerləşən 84.4 kv.metr fərdi yaşayış evi miras qalmışdır. Istər atasının sağlığında, istərsə də onun ölümündən sonra anası və ailə üzvləri ilə birlikdə sözügedən fərdi yaşayış evində yaşamaqla faktiki olaraq miras əmlak kimi qəbul etmişdir. X1 Teymur isə ## ###### 2023-cü il tarixdə vəfat etmiş, onun ölümündən sonra isə yenə də ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır, hal-hazırda da onun istifadəsindədir. Həmin miras qalmış torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evini ##.##.2024-cü il tarixdə Naxçıvan MR Daşınmaz Əmlak Torpaq Məsələləri üzrə Dövlət Xidmətində 122403399 qeydiyyat və 104013020053-10301 reyestr nömrə ilə mərhum X9 adına rəsmiləşdirib, çıxarış almışdır. Atasının sağlığından bu günə kimi ailə üzvləri ilə birlikdə həmin fərdi yaşayış evində yaşamaqla baxıb sahiblənmişdir. Hal-hazırda da onun istifadəsindədir. X9 sağlığında, bacı-qardaşı ailə qurub onlardan ayrılıb gedərək öz evində yaşamışdır. Yaşadığı həmin fərdi yaşayış evinin əmlak vergisini, kommunal xərcləri qaz, işıq və su pulunu, ödəmişdir. Bu günə hər hansı bir borcu yoxdur. Haliyyədə bacı-qardaşları miras əmlakın onun tərəfindən qəbul edilməklə adına rəsmiləşdirilməsi barədə fikirlərini bildirmədiyinə görə o, Naxçıvan Şəhər Məhkəməsinə ərizə ilə müraciət etmişdir.

11. ##.##.2026-cı il tarixli cavabdeh cavabdeh1 tərəfindən məhkəməyə təqdim edilmiş mülahizədə göstərilmişdir ki, onun X9 vəfat etdikdən sonra ünvan 2 ünvanında yerləşən 0.092 kv.m torpaq sahəsi və həmin sahədə yerləşən 84.4 kv.m fərdi yaşayış evi X1 Teymur qızının adına rəsmiləşdirilməmişdir. Cavabdeh bildirmişdir ki, Bakı şəhərində yaşamasına baxmayaraq, valideynləri və ata evi ilə əlaqəsini daim saxlamış, mütəmadi olaraq həmin ünvana gedib-gəlmiş, 2018-ci ildən səfərləri azalsa da, imkan olduqca anasını və qardaşının ailəsini ziyarət etmişdir. Anasının səhhəti pisləşdiyi üçün 2023-cü ilin noyabr ayından vəfatınadək onun yanında olmuş, qulluğunda dayanmış, həmçinin dəfn və yas mərasimlərinin təşkilində iştirak etmişdir. Cavabdeh qeyd olunan hallara əsasən, mirasdan imtina etmədiyini, qanun üzrə vərəsə kimi miras əmlakdan ona düşən 1/3 payın tanınmasını və ayrılmasını, naturada bölünməsi mümkün olmadığı halda isə əmlakın satılaraq ona düşən payın pul şəklində ödənilməsini məhkəmədən xahiş etmişdir.

12. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirmişdir ki, gözünü açandan qonşuları orada yaşayırlar. Hal-hazırda da orda yaşayırlar. Ataları rəhmətə getməmişdən Rəmzi ilə Fatimə ailə qurub köçüb getmişdirlər. Evə gəlib-getmiş, yasda da gəlib iştirak etmişdirlər. Amma orda yaşayan Rəbbi olmuşdur. Neçə illərdir Rəbbini orda görmüş, bacıları ailə qurub Bakıya köçmüş, Rəmzi də ailəsi ilə birlikdə şəhərdə hansısa tərəfdə yaşayır. Ataları vəfat edən zaman Rəmzi də Rəbbi də orada yaşamışdır. Sonra Rəmzi ailə qurandan sonra köçüb getmişdir. Fatimə ailə qurmadan əvvəl orada yaşamış, ailə qurduqdan sonra orada yaşamamışdır.

13. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirmişdir ki, illərdir ki, qonşudurlar. Uşaqlar yaxşı uşaqlardır, bir də bir bacıları var. Anaları hacıxanımla da yaxın olmuş gedib-gəlmişdirlər. Ata-anası rəhmətə gedəndən sonra orda tək ailəsi ilə birlikdə Rəbbini görmüşdür. Rəbbi ailəsi ildə birlikdə o evdə yaşayır. Müslüm müəllim vəfat edəndən sonra Rəbbini və anasını o evdə görmüşdür. Rəmzi evlənən zaman orada qalmışdır. Anaları bildirmişdir ki, Rəbbi qardaşına ev almış onlar da köçmüşdürlər.

14. Naxçıvan Şəhər Məhkəməsinin (Işə baxan hakim Aslan Heydarov) *(*-**)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qətnaməsi ilə iddianın qismən təmin olunması, X8 vəfatından sonra ünvan 2-da mülkiyyətdə olan 0.092 kv.m torpaq sahəsi və üzərində yerləşən 84.4 kv.m fərdi yaşayış evindən ibarət mirasın X3, İddiaçı və cavabdeh2 tərəfindən faktiki qəbul edilməsinin müəyyən edilməsi və həmin əmlakda X3 1/3 hissə, İddiaçı 1/3 hissə və cavabdeh2 1/3 hissədə payının müəyyən olunması, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, hazırkı mübahisəyə hüquqi qiymət verilməsi üçün ilk növbədə ünvan 2 ünvanında X8 mülkiyyətində olan 0.092 kv.metr torpaq sahəsi və üzərində yerləşən 84.4 kv.m fərdi yaşayış evinin hansı vərəsə tərəfindən qəbul edilməsi müəyyən edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X8 vəfatından sonra onun vərəsələri miras əmlakın qəbulu üçün qanunla müəyyən edilmiş müddət ərzində notariat orqanına müraciət etməmiş, beləliklə də mirasın qəbulunun formal üsulunu həyata keçirməmişər. Lakin, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mərhum X8 vəfatından sonra ondan miras qalmış əmlakda vərəsələri mərhum həyat yoldaşı X3, İddiaçı və cavabdeh2 yaşamış və həmin əmlak onlar tərəfindən faktiki olaraq qəbul edilmiş və idarə olunmuşdur. Digər cavabdeh cavabdeh1 X8 vəfatından öncə ailə həyatı qurub həmin evdən çıxmış və həmin evdə yaşamamışdır. Onun atasının yas mərasimində iştirak etməsi və özünün bildiriyi kimi yay tətili övladları ilə birlikdə Naxçıvan şəhərinə, valideynlərinin yaşadığı evə gəlməsi onun tərəfindən mirasın faktiki qəbul edillməsi demək deyildir. Belə ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Cavabdeh cavabdeh1 tərəfindən mirasın faktiki qəbulu barədə hər hansı hərəkətlərin edilməsi məhkəmə araşdırıması zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə qeyd etmişdir ki, mülki qanunvericilikdə mirasın qəbul edilməsi ilə bağlı nəzərdə tutulmuş normaların məzmunundan da aydın olduğu kimi, mirasın faktiki qəbulu miras əmlaka faktiki sahiblik və miras əmlakı faktiki idarə etmək üsulunu özündə ehtiva edir. Mirasın faktiki qəbulu dedikdə vərəsənin məhz miras əmlakda yaşamaqla onu qəbul etməsi ilə şərtləndirilmir, həmçinin miras əmlak barəsində vərəsə mülkiyyətçinin öz əmlakının qorunması və sahiblik etməsi ilə bağlı hərəkətlər edir. Hazırki iddia tələbi üzrə vərəsələr mərhum X3, iddiaçı İddiaçı və cavabdehlərdən cavabdeh2 mərhum X8 vəfatından sonra mirasın qorunması üçün həyata keçirdiyi hərəkətləri məhkəmə tərəfindən həmin mirasın onlar tərəfindən qorunması, mirasa sahiblik etməklə faktiki idarə etməsi kimi qiymətləndirilir və onun miras əmlakda payı digər vərəsələrin-cavabdehlərin miras əmlakı qəbul edib-etməməsi aydınlaşdırıldıqdan sonra müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab etmişdir ki, ünvan 2-da mülkiyyətində olan 0.092 kv.m torpaq sahəsi və üzərində yerləşən 84.4 kv.m fərdi yaşayış evindən ibarət mirasda mərhum X3 1/3 hissədə, iddiaçı İddiaçı 1/3 hissədə və cavabdeh cavabdeh2 1/3 hissədə payı müəyyən olunmalıdır. III. Apellyasiya şikayəti və ona etirazın dəlilləri, izahatlar a) Apellyasiya şikayətinin dəlilləri

16. Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan iddiaçı İddiaçı apellyasiya şikayəti verərək Naxçıvan Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qətnaməsinin qismən ləğv edilərək miras əmlakdan ona çatacaq payın tam həcmdə müəyyən edilməklə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gedişində bacısına münasibətdə pay hüququnun (həm ata, həm də anaya aid hissədə) olmadığı müəyyən olunmuş və qətnamədə öz əksini tapmışdır. Bu hissədə məhkəmə düzgün araşdırma apararaq əsaslı nəticəyə gəlmişdir. Qardaşına (cavabdeh2) münasibətdə qeyd etmək istəyir ki, atası vəfat edən zaman anası, qardaşı və o həmin evdə yaşadıqları üçün atasının sahib olduğu ½ hissədə payın hər üçünə düşən hissəsi 1/6 olmuş olur. Anasının vəfatından öncə qardaşı ailə qurub başqa yerdə yaşamaq üçün köçüb getmişdir. Anası ##.##.2023-cü il tarixdə vəfat etdikdən sonra isə anasının miras əmlakdakı payına münasibətdə miras faktiki olaraq onun tərəfindən qəbul edilmişdir. Miras əmlakın onun tərəfindən faktiki qəbulu məhkəmə gedişində şahid ifadələri ilə də öz təsdiqini tapmışdır. Həm atasından, həm də anasından (həmçinin atasından anasına qalan 1/6 hissə) qalan payların ona düşən hissəsi məhkəmənin qətnaməsində 5/6 olaraq müəyyən edilməli idi. Lakin məhkəmə anasına, qardaşına və ona 1/3 hissə pay müəyyən etməklə səhv nəticəyə gəlmişdir. Bunu onunla əsaslandırmışdır ki, “(72) Məhkəmə mərhum X7 1/3 hissədə payının hansı vərəsə tərəfindən qəbul edilməsinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən mərhum anasından qalan paya münasibətdə hər hansı tələb olmadığından, iddia tələbindən kənara çıxmaqla həmin hissəyə münasibət bildirilə bilməz.” Məhkəmənin mövqeyinə münasibətdə bildirmək istəyir ki, formal olaraq iddia tələbində qeyd edilən hal göstərilməsə də, vahid əmlaka münasibətdə payının müəyyən edilməsi tələbi, həmçinin anasından ona qalan, faktiki olaraq onun tərəfindən qəbul edilən payı nəzərə almağa əsas verir. Çünki o, vahid əmlakda mirası qəbul etdiyindən, məhz həmin əmlakda payının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Həmçinin konkret sübutlarla anasından qalan hissənin onun tərəfindən qəbul edilməsinin təsdiqlənməsi cavabdehlərin hüquqlarına hər hansı xələl gətirmədiyindən iddia tələbindən kənara çıxılma kimi qiymətləndirilməməli və əmlakın vərəsələr arasındakı sonrakı taleyi nəzərə alınaraq vahid qətnamə çıxarılması ədalətlilik prinsipi baxımından daha məqsədəmüvafiq idi. Onu da qeyd etmək istəyir ki, qətnamədə (27,28) qardaşı və bacısının miras əmlakdan onlara çatacaq paydan analarının xeyrinə imtina etmələri də göstərilmişdir. Anasının birgə nikah dövründə qazanılan əmlakda olan ½ hissə payı, onun tərəfindən qəbul edilmişdirsə, deməli 1/3 hissədə də qəbul edilmiş hesab olunur. Bu iddia tələbində göstərilməsə də belə vahid əmlakdakı payların faktiki qəbulu nöqteyi-nəzərindən ona çatacaq payın bir hissəsinin müəyyən edilib digər hissəsinin müəyyən edilməməsi mübahisənin yarımçıq həll edilməsinə səbəb olmuşdur. Bu da ona çatacaq 5/6 hissə payın tam şəkildə öz həllini tapmamasına gətirib çıxarmışdır. Vəfat etmiş birinin miras əmlakdakı payını faktiki qəbul edən biri ola-ola, həmin vəfat etmiş şəxsə miras əmlakdan pay müəyyən olunması mirasın faktiki qəbulu tələbi ilə təzad yaradır. Vahid əmlakda miras kütləsinin qəbul edilməsi atanın və ya ananın payına münasibətdə qoyulan tələbdən asılı olmadan həll edilməli idi. Odur ki, məhkəmə bütün bu halları gördüyü halda iddia tələbindən kənara çıxmamaq əsasını gətirərək qətnamə qəbul etməsi səbəbindən gəlinən nəticə ilə işin faktiki halları uyğunluq təşkil etməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən iddiaçı İddiaçı Müslim oğlu apellyasiya şikayətini müdafiə edərək, Naxçıvan Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qətnaməsinin qismən ləğv edilərək miras əmlakdan ona çatacaq payın tam həcmdə müəyyən edilməklə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən cavabdeh cavabdeh2 apellyasiya şikayətini qəbul etməyərək, Naxçıvan Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh cavabdeh1 və onun nümayəndəsi Nümayəndə məhkəmə baxışı iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbi barədə kollegiyaya hər hansı məlumat verməmişlər. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən həmin şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələbinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. IV. Tətbiq edilən hüquq normaları a) Azərbaycan Respublikası Konstitusiyası

22. 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminat verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. b) Azərbaycan Respublikası Mülki Məcəlləsi

23. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

24. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

25. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

26. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

27. Maddə 1147.1. Miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır.

28. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

29. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

30. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. c) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır

35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

36. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

37. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

38. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

39. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

40. Maddə 385.1.1-385.1.4. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi. d) “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2014-cü il tarixli Plenum Qərarı

41. Məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. e) “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2022-ci il tarixli Qərarı

42. Miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən onun saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsi vərəsənin miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. V. Apellyasiya baxışının hədləri

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

44. Bu Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

45. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

47. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiyası məhkəməsinin mübahisələndirilən qətnaməsinin qismən ləğv edilərək miras əmlakdan ona çatacaq payın tam həcmdə müəyyən edilməklə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin həmin hissədə yoxlanılması təşkil edir. VI. Məhkəmə kollegiyasının mövqeyi

48. Məhkəmə kollegiyası iş materiallarını, birinci instansiya məhkəməsinin qətnaməsini, apellyasiya şikayətinin dəlillərini, işdə iştirak edən şəxslərin apellyasiya instansiyası məhkəməsində verdikləri izahatları və iş üzrə toplanmış digər sübutları qarşılıqlı əlaqədə qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mirasın faktiki qəbulu faktının müəyyən edilməsi hissəsində əsaslı olsa da, miras əmlakda payların müəyyən edilməsi hissəsində işin faktiki hallarına və miras hüquq münasibətlərinin mahiyyətinə uyğun düzgün nəticəyə gəlməmişdir.

49. Belə ki, ilk növbədə tədqiq olunmuş iş materiallarına əsasən müəyyən edilir ki, X8 ilə X7 ## ######## 1974-cü il tarixdə rəsmi nikaha daxil olmuş və onların nikahı *** nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Həmin nikahdan X20, X25 və İddiaçı anadan olmuşlar. X8 ## ###### 2003-cü il tarixdə vəfat etmiş, onun ölümü ## ###### 2004-cü il tarixdə ** nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş, X7 isə ## ###### 2023-cü il tarixdə vəfat etmiş və onun ölümü ## ###### 2023-cü il tarixdə *** nömrəli akt qeydi ilə dövlət qeydiyyatına alınmışdır.

50. Həmçinin iş üzrə müəyyən edilən mübahisəsiz hal ondan ibarətdir ki, ünvan 2 ünvanında yerləşən 84,4 kv.metr fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi X8 adına xüsusi mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınmış və beləliklə həmin əmlak ər-arvadın birgə nikahı dövründə əldə etdikləri əmlak hesab olunmalıdır. Bu baxımdan, həmin əmlakın hüquqi rejiminin müəyyən edilməsi zamanı onun ər-arvadın ümumi birgə mülkiyyətində olan əmlak kimi qiymətləndirilməsi və tərəflərin hər birinin həmin əmlakda 1/2 payının mövcud olması nəzərə alınmalıdır.

51. Beləliklə, iş üzrə mübahisəsiz olan əsas məsələ ondan ibarətdir ki, mübahisəli əmlakın 1/2 hissəsi X8, digər 1/2 hissəsi isə onun arvadı X7 məxsus olmuşdur. X8 ## ###### 2003-cü il tarixdə vəfat etməsi ilə yalnız ona məxsus olan 1/2 hissəyə münasibətdə miras açılmışdır. Başqa sözlə, X7 əmlakdakı öz 1/2 payı ərinin ölümündən sonra miras kütləsinə daxil olmamış və həmin pay onun öz mülkiyyətində qalmışdır.

52. Eyni zamanda iş materiallarından müəyyən olunur ki, X8 ölümündən sonra onun qanun üzrə vərəsələri olan həyat yoldaşı X7 və övladları İddiaçı, cavabdeh2 Baxşəliyev və cavabdeh1 Müslüm qızı olmuşlar. Bununla belə, mirasın qanunda nəzərdə tutulmuş müddətdə notariat qaydasında qəbul edilməsinə dair hər hansı məlumat müəyyən edilməmiş, sonradan isə mirasın faktiki qəbulu məsələsi məhkəmə mübahisəsinin predmetinə çevrilmişdir.

53. Mirasın faktiki qəbulu məsələsinə gəldikdə isə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu hissədə gəldiyi nəticə ilə razılaşır. Belə ki, iş üzrə toplanmış sübutlar və xüsusilə tərəflərin apellyasiya instansiyası məhkəməsində verdikləri izahatlar göstərir ki, X8 ölümündən sonra onun həyat yoldaşı S.T.Əhmədova, oğlu İddiaçı və oğlu cavabdeh2 miras əmlakla bağlı faktiki sahiblik və istifadə münasibətlərində olmuşlar.

54. Iddiaçı İddiaçı apellyasiya baxışı zamanı verdiyi izahatında atasının 2003-cü ildə vəfat etdiyini, atasının ölümündən sonra özünün, anasının və Rəmzinin (ailəsi ilə birlikdə) bir müddət, təxminən 5-6 ay həmin evdə yaşadıqlarını, birlikdə yaşadıqları müddətdə evin kommunal və digər xərclərinin bir ailə olduqlarına görə hər biri tərəfindən çəkildiyini, sonradan qardaşına ev alındığını və qardaşının həmin evə köçdüyünü, özünün isə anası ilə birlikdə həmin evdə yaşamağa davam etdiyini, anasının 2023-cü ildə vəfat etdiyini, anasının ölümündən sonra da ailəsi ilə birlikdə həmin evdə yaşadığını bildirmişdir.

55. Cavabdeh cavabdeh2 da apellyasiya instansiyası məhkəməsində verdiyi izahatında atasının 2003-cü ildə vəfat etdiyini, həmin vaxt qardaşı, anası və öz ailəsi ilə birlikdə mübahisəli evdə yaşadığını, hətta bir övladının həmin evdə dünyaya gəldiyini, 2005-ci ildə başqa evə köçdüyünü və atasından qalan mirası faktiki qəbul etdiyini bildirmişdir.

56. Tərəflərin məhkəmə iclasında verdikləri bu izahatlar və sübutların məcmusundan görünür ki, mərhum X8 ölümündən sonra onun arvadı X7, oğlu İddiaçı və oğlu cavabdeh2 miras əmlaka faktiki sahiblik etmiş və ondan istifadə etmişlər. Bu səbəbdən onların mirası faktiki qəbul etmələri barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır.

57. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mirasın faktiki qəbulu ilə miras əmlakda payların müəyyən edilməsini eyniləşdirməklə və əmlakın hüquqi rejimini tam nəzərə almamaqla paylar məsələsində düzgün nəticəyə gəlməmişdir.

58. Belə ki, mirasın faktiki qəbul edilməsi ilə vərəsəyə məxsus olan payın müəyyən edilməsi bir-birindən fərqləndirilməli olan hüquqi məsələlərdir. Mirasın faktiki qəbul edilməsi konkret vərəsənin miras qoyanın ölümündən sonra miras əmlaka münasibətdə faktiki sahiblik və idarəetmə hərəkətləri etməsini ifadə etdiyi halda, həmin mirasın hansı həcmdə olması və hər bir vərəsəyə hansı payın düşməsi miras qoyanın ölüm anında mövcud olan əmlak hüquqlarının, vərəsələrin dairəsinin və digər hüquqi əhəmiyyətli halların müəyyən edilməsini tələb edir.

59. Hazırkı işdə isə birinci instansiya məhkəməsi faktiki qəbul edilmiş mirasın həcmini müəyyən edərkən mübahisəli əmlakın ər-arvadın birgə nikah dövründə əldə edilmiş əmlak olması halını lazımi qaydada nəzərə almamış və X14 əmlakda əvvəldən mövcud olan 1/2 payını da ərindən miras qalan əmlakla eyni hüquqi əsasda qiymətləndirmişdir.

60. X13 ölümünədək mübahisəli əmlakda X7 özünə məxsus 1/2 payı mövcud olmuşdur. X8 ölümü ilə miras yalnız onun mülkiyyətində olan 1/2 paya münasibətdə açılmışdır. Bu pay isə qanun üzrə vərəsələr arasında bölünməli və onu faktiki qəbul edən vərəsələrin payları həmin miras kütləsinə münasibətdə müəyyən edilməlidir.

61. Yuxarıda da qeyd olunduğu kimi X8 ölümündən sonra onun həyat yoldaşı X7 və oğulları İddiaçı ilə cavabdeh2 həmin 1/2 paydan ibarət mirası faktiki qəbul etmişlər. cavabdeh1 Müslüm qızının isə atasının ölümündən əvvəl ailə quraraq həmin evdən ayrılması və sonradan həmin evdə daimi yaşamaması, evə gəlib-getməsi və dəfn mərasimində iştirak etməsi onun mirası faktiki qəbul etməsi kimi qiymətləndirilə bilməz.

62. Beləliklə, kolelgiya hesab edir ki, X8 ölümündən sonra onun 1/2 payından ibarət miras kütləsi üç vərəsə - X7, İddiaçı və cavabdeh2 arasında bölünməlidir. Hər bir vərəsənin həmin 1/2 paydakı payı isə 1/6 pay təşkil edir. X14 mübahisəli əmlakda özünə məxsus olan 1/2 payına ərindən miras yolu ilə faktiki qəbul etdiyi 1/6 pay əlavə olunduqda, onun həmin əmlakdakı ümumi payı 4/6 (3/6+1/6) təşkil edir. İddiaçı atası Müslüm Balov oğlundan miras yolu ilə faktiki qəbul etdiyi pay 1/6, cavabdeh2 isə həmin əsasla faktiki qəbul etdiyi pay isə 1/6 təşkil edir.

63. Bu baxımdan, birinci instansiya məhkəməsinin X7, İddiaçı və cavabdeh2 hər birinin mübahisəli əmlakda 1/3 payının olması barədə gəldiyi nəticə əmlakın birgə nikah dövründə əldə olunması və X7 həmin əmlakda miras açılmazdan əvvəl mövcud olan 1/2 (3/6) payının nəzərə alınmaması səbəbindən əsaslı hesab edilə bilməz.

64. Məhkəmə kollegiyası eyni zamanda apellyasiya şikayətinin iddiaçının anası X7 miras qalan payın da hazırkı iş üzrə müəyyən edilməli olması barədə dəlilinə münasibətdə qeyd edir ki, bu məsələ hazırkı mübahisənin predmetindən ayrıca hüquqi qiymətləndirilməlidir.

65. Belə ki, X7 ## ###### 2023-cü il tarixdə vəfat etməsi ilə onun mülkiyyətində olan əmlaka, o cümlədən X8 miras yolu ilə əldə etdiyi paya münasibətdə ayrıca miras açılmışdır. Həmin miras üzrə vərəsələrin dairəsi, onların mirası qəbul edib-etməməsi və qəbul etmişlərsə, hansı paylarda qəbul etmələri ayrıca müəyyən edilməli olan məsələlərdir.

66. Hazırkı işdə isə iddia tələbi X8 qalmış mirasın faktiki qəbulu və həmin miras əmlakda payların müəyyən edilməsi ilə bağlı olmuş, X7 ölümündən sonra onun miras əmlakının iddiaçı tərəfindən faktiki qəbul edilməsi ayrıca və müstəqil tələb kimi irəli sürülməmişdir. Birinci instansiya məhkəməsi də bu səbəbdən X7 ölümündən sonra onun payının hansı vərəsə tərəfindən qəbul edilməsi məsələsinə iddia tələbindən kənara çıxmaqla hüquqi qiymət verməmişdir.

67. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsi mirasın faktiki qəbul edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalı, lakin payların müəyyən edilməsi hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməlidir.

68. Məhkəmə kollegiyası hesab edir ki, X8 vəfat etdiyi vaxt onun mülkiyyətində olan əmlakın 1/2 hissəsindən ibarət miras üç faktiki vərəsə arasında bölündüyündən həmin mirasdan X7 1/6, İddiaçı 1/6 və cavabdeh2 1/6 pay düşmüşdür. X7 özünün birgə nikahdan irəli gələn 1/2 payı da nəzərə alındıqda onun mübahisəli əmlakda ümumi payı 4/6, İddiaçı payı 1/6, cavabdeh2 payı isə 1/6 təşkil edir.

69. Buna görə də kollegiya belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Naxçıvan Şəhər Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qətnaməsi qismən-payların müəyyən olunmasına dair hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin olunmalıdır.

70. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0-384.0.2-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

71. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0, 384.0.2, 392, 393, 402.1, 403.1, 404.1.1, 405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qətnaməsi qismən-payların müəyyən olunmasına dair hissədə ləğv olunaraq iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilsin. Iddia tələbi qismən təmin edilsin. X8 vəfatından sonra ünvan 2-da mülkiyyətində olan 0.092 kv.m torpaq sahəsi və üzərində yerləşən 84.4 kv.m fərdi yaşayış evindən ibarət miras əmlakda X3 4/6 hissə, İddiaçı 1/6 hissə və cavabdeh2 1/6 hissədə payı müəyyən olunsun. X15 vəfatından sonra ünvan 2-da mülkiyyətində olan 0.092 kv.m torpaq sahəsi və üzərində yerləşən 84.4 kv.m fərdi yaşayış evindən ibarət miras əmlakın X3, İddiaçı və cavabdeh2 tərəfindən faktiki qəbul edilməsinin müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilərkən İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan MR Ali Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar