Məhkəmə qərarları › İş №2(3-9)-669/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-669/2026

22.09.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-669/2026 22.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, İsazadə Salman Raqif oğlunun katibliyi, İddiaçı, cavabdeh3 nümayəndəsi vəkil2 İbrahim oğlunun iştirakı, Masallı Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsindən iddiaçı və cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh3 gəlin köçərkən ona verilmiş gəlinlik qızıl-zinət əşyaları - qızıl dəsti (boyunbağı kolye, qolbaq, üzük və bir cüt sırğa) 585 əyarlı 23 qram çəkidə 3680 manat dəyərdə, üzük (nişan) 585 əyarlı 3.5 qram çəkidə 560 manat dəyərdə, boyunbağı+kulon ad „Ceyhun" 585 əyarlı 10+3=13 qram çəkidə 2080 manat dəyərdə, boyunbağı+kulon ürək formalı 585 əyarlı 4 qram çəkidə 640 manat dəyərdə, qolbaq+kulon (göz muncuğu) 585 əyarlı 2 qram çəkidə 220+30=250 manat dəyərdə, qolbaq 583 əyarlı 12 qram çəkidə 1800 manat dəyərdə, qolbaq 585 əyarlı 10 qram çəkidə 1600 manat dəyərdə, qəpik qızıl qulplu “onluq” 875 əyarlı 8.55 qram çəkidə 1400 manat dəyərdə, türk pandora halqa sırğa 583 əyarlı 1 qram çəkidə 160 manat dəyərdə, delfinli sırğa 585 əyarlı 0.73 qram çəkidə 120 manat dəyərdə, türk göz muncuqlu boyunbağı 585 əyarlı 3 qram çəkidə 480 manat dəyərdə, pandoralı qolbaq 585 əyarlı 1.5 qram çəkidə 240 manat dəyərdə, qaşlı uşaq sırğası 585 əyarlı 2.11 qram çəkidə 340 manat dəyərdə, üzük “Vercase” 585 əyarlı 2.5 qram çəkidə 400 manat dəyərdə, qaşlı üzük 585 əyarlı 3 qram çəkidə 480 manat dəyərdə, üçlü alyans formalı üzük 585 əyarlı 3 qram çəkidə 480 manat dəyərdə, tək qaşlı üzük 585 əyarlı 2 qram çəkidə, 320 manat dəyərdə, üzük alyans 585 əyarlı 2.5 qram çəkidə 400 manat dəyərdə, tək qaş üzük 585 əyarlı 2 qram çəkidə 320 manat dəyərdə, tək qaş üzük 585 əyarlı 1.5 qram çəkidə 240 manat dəyərdə və ya onların ümumi dəyəri 15990 manat, cehiz əvəzi verilmiş 8000 manat pulun və 162 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsini xahiş etmişdir. İddiaçı iddiasını belə əsaslandırmışdır ki, Ceyhunla nikahlarını ##.##.2015-ci ildə rəsmiləşdirmişlər və birgə yaşadıqları müddətdə bir uşaqları doğulmuşdur. Masallı Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuş və uşaq onun yanında saxlanılmışdır. Onlar ailə qurarkən valideynləri, qohum-əqrəba və oğlan evi tərəfindən ona müxtəlif adda qızıl-zinət əşyaları hədiyyə olunmuşdur. Öz valideynləri tərəfindən cehiz əmlakın əvəzinə ona 8000 manat məbləğdə pul verilmişdir. Onlar cavabdehlə artıq ayrılmışlar və ayrı yaşayırlar. Buna baxmayaraq cavabdeh toy hədiyyəsi olaraq ona verilmiş qızıl-zinət əşyalarını və cehiz əvəzi olaraq verilmiş 8000 manat məbləğdə pulu ona qaytarmır. İddiaçı sonradan tələbin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, qızıl dəsti (boyunbağı + kolye qolbaq, üzük və bir cüt sırğa) 585 əyarlı 23 qram çəkidə 3680 manat dəyərdə, üzük nişan 585 əyarlı 3.5 qram çəkidə 560 manat dəyərdə, boyunbağı kulon ad „Ceyhun" 585 əyarlı 10+3=13 qram çəkidə 2080 manat dəyərdə, boyunbağı+kulon ürək formalı 585 əyarlı 4 qram çəkidə 640 manat dəyərdə, qolbaq+kulon gözmuncuğu 585 əyarlı 2 qram çəkidə 220+30=250 manat dəyərdə, qolbaq 583 əyarlı 12 qram çəkidə 1800 manat dəyərdə, qolbaq 585 əyarlı 10 qram çəkidə 1600 manat dəyərdə, qəpik qızıl qulplu “onluq” 875 əyarlı 855 qram çəkidə 1400 manat dəyərdə, türk pandora halqa sırğa 583 əyarlı 1 qram çəkidə 160 manat dəyərində, delfinli sırğa 585 əyarlı 0.73 qram çəkidə 120 manat dəyərdə, türk gözmuncuqlu boyunbağı 585 əyarlı 3 qram çəkidə 480 manat dəyərdə, pandoralı qolbaq 585 əyarlı 1.5 qram çəkidə 240 manat dəyərdə, qaşlı uşaq sırğası 585 əyarlı 2.11 qram çəkidə 340 manat dəyərdə, üzük “Vercase” 585 əyarlı 2.5 qram çəkidə 400 manat dəyərdə, qaşlı üzük 585 əyarlı 3 qram çəkidə 480 manat dəyərdə, üzük “alyans formalı üzük” 585 əyarlı 3 qram çəkidə 480 manat dəyərdə, tək qaşlı üzük 585 əyarlı 2 qram çəkidə 320 manat dəyərdə, üzük “alyans” 585 əyarlı 2.5 qram çəkidə 400 manat dəyərdə, tək qaş üzük 585 əyarlı 2 qram çəkidə 320 manat dəyərində, tək qaş üzük 585 əyarlı 1.5 qram çəkidə 240 manat dəyərdə həmin qızıl zinyət əşyaları olmadıqda, onların dəyəri (ümumi məbləğ 15990 manat), cehiz əvəzi verilmiş 8000 (səkkiz min) manat məbləğdə pulun, dövlət rüsumuna görə ödənilmiş 163 manat, mediasiya ilə bağlı ödənilmiş 60 manat, vəkilin hüquqi xidmətinə görə ödənilmiş 400 manat məbləğdə pul vəsaitlərinin cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 İbrahim qızından müştərək qaydada alınaraq ona verilməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli qətnaməsi ilə (hakim Zeynal Zeynalov) iddia qismən təmin edilərək, cavabdeh3, cavabdeh2 və cavabdeh1 İbrahim qızından müştərək qaydada 1 ədəd 3680 manat dəyərdə 585 əyarlı 23 qram çəkidə qızıl dəsti (boyunbağı - kolye, qolbaq, üzük və bir cüt sırğa), 1 ədəd 560 manat dəyərdə 585 əyarlı 3.5 qram çəkidə nişan üzüyü, 1 ədəd 2080 manat dəyərdə 585 əyarlı 10+3=13 qram çəkidə boyunbağı-kulon ad „Ceyhun", 1 ədəd 640 manat dəyərdə 585 əyarlı 4 qram çəkidə ürək formalı boyunbağı-kulon, 1 ədəd 220+30=250 manat dəyərdə, 585 əyarlı, 2 qram çəkidə göz muncuğu qolbaq-kulon, 1 ədəd 1800 manat dəyərdə 583 əyarlı 12 qram çəkidə qolbaq, 1 ədəd 1600 manat dəyərdə 585 əyarlı 10 qram çəkidə qolbaq, 1 ədəd 1400 manat dəyərdə 875 əyarlı 8.55 qram çəkidə qəpik qızıl qulplu “onluq”, 1 ədəd 160 manat dəyərdə 583 əyarlı 1 qram çəkidə türk pandora halqa sırğa, 1 ədəd 120 manat dəyərdə 585 əyarlı 0.73 qram çəkidə delfinli sırğa, 1 ədəd 585 əyarlı 480 manat dəyərdə 3 qram çəkidə qaşlı üzük, 1 ədəd 320 manat dəyərdə 585 əyarlı 2 qram çəkidə tək qaşlı üzük, 1 ədəd 400 manat dəyərdə 585 əyarlı 2.5 qram çəkidə üzük alyans, 1 ədəd 320 manat dəyərdə 585 əyarlı 2 qram çəkidə tək qaş üzük, 1 ədəd 240 manat dəyərdə 585 əyarlı 1.5 qram çəkidə tək qaş üzüyün və ya onların dəyərinin alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 162 manat məbləğdə dövlət rüsumunun 132.15 manat hissəsinin, mediasiya ilə bağlı ödənilmiş 60 manat, vəkilin hüquqi xidmətinə görə ödənilmiş 400 manat məbləğdə pul vəsaitinin cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 İbrahim qızına aid edilməsi və onlardan müştərək qaydada alınaraq İddiaçı verilməsi qərara alınmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının tələbinin hüquqi əsasını vindikasiya iddiası, yəni mülkiyyətində olan əmlakına sahibliyindən məhrum olmuş iddiaçının cavabdehə yönəlmiş əmlakının geri qaytarılması tələbi təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdeh3 ## ### 2015ci il tarixdə nikaha daxil olmuşlar. Nikahları Masallı Rayon Məhkəməsinin ## #### 2024cü il tarixli qətnaməsi ilə pozulmuşdur. İddiaçı ona məxsus cehiz əşyalarını cavabdehlərin evindən götürsə də, qızıl-zinət əşyalarının cavabdehlərdə qalmasını, evdən gedərkən qızıl-zinət əşyalarının bankda girovda olmasını bildirir. Həmçinin iddiaçı iddia edir ki, toy ərəfəsində cehiz əvəzi olaraq cavabdehlərə 8000 manat pul vermişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, ona məxsus qızıl-zinət əşyalarının və 8000 manat məbləğdə pulun cavabdehlərdən alınaraq ona verilməsini tələb edir. Cavabdehlər cavabdeh2 və cavabdeh1 İbrahim qızı iddiaya heç bir münasibət bildirməmişlər. cavabdeh3 nümayəndəsi məhkəmə iclaslarında iddianı qəbul etməmiş və bildirmişdir ki, tələb edilən qızıl-zinət əşyalarının təqribən 10 faizi mövcud olmuşdur. Məhkəmə qərardadının icrası ilə əlaqədar məhkəməyə “xxxx” ASC-dən və “İnternational” BOKT ASC-dən daxil olmuş müqavilə və onlara əlavələrdən görünür ki, cavabdeh1 İbrahim qızı müxtəlif vaxtlarda qızıl-zinət əşyaları qirov qoyaraq kredit götürmüşdür. İş materiallarında olan fotoşəkillərlə və mütəxəssis rəyi ilə, İddiaçı ilə cavabdeh3 toy mərasiminin videogörüntüləri, “xxxx” ASC-nin saxlanc girovunun qiymətləndirilməsi və kassaya təhvil verilməsinə dair aktlarını, “İnternational” BOKT ASC-nin # ###### 2023-cü il tarixli ***/****/***** saylı kredit və girov müqaviləsini və ona əlavələri tədqiq edərək iddiaçı tərəfindən tələb edilən qızıl-zinət əşyalarının bir qisminin mövcud olması, həmin qızıl əşyalarının iddiaçıya toy və toydan sonra olan mərasimlərdə hədiyyə edilməsi öz təsdiqini tapmış və iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə qızıl-zinət əşyalarının çəkisi və dəyəri barədə mütəxəssis rəyində olan çəki və dəyəri əsas götürmüşdür. Məhkəmə araşırması zamanı iddiaçının valideynləri tərəfindən cavabdehlərə cehiz əvəzi olaraq 8000 manat məbləğdə pulun verilməsi öz təsdiqini tapmamışdır. Belə olan halda, sübut etmə yükü üzərinə düşən iddiaçı qeyd edilən hissədə tələb üzrə istinad etdiyi halları sübut etməmişdir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (AM) 34.1ci, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 225.2-ci, 666.1-ci, 157.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnаmənin qismən - “iddianın qalan hissədə təmin edilməməsi” hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdеhlərdən faktiki оlaraq ayrı yaşamasına baхmayaraq оnlar tələb еtdiyi əşyaları vеrməkdən imtina еdirlər. Həmin əşyaların mövcud olması, ona hədiyyə olaraq verilməsi, lakin hazırda cavabdehlərin istifadəsində olmasının sübut edilməsinə baxmayaraq məhkəmə əşyaların bir hissəsinə münasibətdə iddianı təmin еtməməklə maddi hüquq nоrmasının tələblərini pоzmuşdur. Qarşı tərəfin vəkili onun evə sərbəst gedib-gəlməsini və əşyalarını da evdən götürməsini, həmin vaxt evdə heç kimin olmamasını bildirmişdir. Halbuki, məhkəməyə təqdim edilmiş evin təhlükəsizlik kamerasının görüntülərindən açıq-aşkar görünür ki, qapını qayınanası açır. Daha sonra o, qarajın qapısını açır və qarajdan əşyalarını götürür. Bu isə evdə olmadığı vaxt əşyalarına müdaxilə olunmasını, onların iradəsinə zidd və xəbəri olmadan qaraja yığılmasını göstərir. Məhkəmə qızıl-zinət əşyalarının mövcudluğu ilə bağlı fotoşəkilləri, mütəxəssis rəyini, həmin qızılların bir hissəsinin hələ cavabdehlərdən ayrıldığı vaxt bankda girovda olması barədə sənədləri və s.-i nəzərə almamışdır. Məhkəmə həmçinin tələb edilən pula münasibətdə atasını şahid kimi dindirməsinə baxmayaraq onun izahatını qəbul etməmişdir. Qətnamədən cavabdehlər apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin sorğuları əsasında “xxxx” ASC-dən alınan cavablar iddia tələbində olan qızılların siyahısı ilə uyğun gəlmir. Bankdan gələn cavablarla iddia ərizəsində olan siyahıda bir və yaxud iki qızıl-zinət əşyası üst-üstə düşə bilər. O da həmin qızıllar deyil, qramları uyğun gəlir. Məhkəmə onların bankdan qızılların götürülməsi barədə vəsatətini təmin etməmişdir. Bankda olan qızıllar iddiaçıya məxsus qızıllar deyil, anası və bacılarına aid qızıllardır. İddiaçı illərlə onlarla birlikdə yaşamışdır. Həmçinin götürülmüş kreditlərdən də məlumatlı olmuşdur. O, bilirdi ki, ana və bacılarının qızılları lombarda qoyulmuş və qarşılığında pul götürülmüşdür. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, tələbi 8000 manat məbləğdə pul vəsaitinin və ona məxsus qızıl-zinət əşyalarının qaytarılması ilə bağlıdır. Birinci instansiya məhkəməsinin qızıl-zinət əşyaları ilə bağlı gəldiyi nəticə ilə tam razı deyil. Belə ki, məhkəmə tərəfindən yalnız fotoşəkillərdə əks olunan qızıl-zinət əşyaları nəzərə alınmış, girov qoyulmuş və sonradan girovda qalmış qızıl-zinət əşyaları isə nəzərə alınmamışdır. 8000 manat məbləğdə pul vəsaitinin verilməsi ilə bağlı hazırda əlində yazılı və ya digər maddi sübut yoxdur. Lakin həmin pul vəsaiti 2015-ci ildə - ailə qurduqları zaman cehiz əvəzi olaraq atası tərəfindən ona verilmişdir. Bu barədə atası məhkəmədə şahid qismində ifadə vermişdir. cavabdeh3 nümayəndəsi vəkil2 İbrahim oğlu məhkəmə iclasında izahat verərək bildirdi ki, birinci instansiya məhkəməsində qarşı tərəfin təqdim etdiyi vəsatətlər təmin edilsə də, onun qızıl-zinət əşyaları ilə bağlı verdiyi vəsatət təmin edilməmişdir. Lombardda olan qızıl-zinət əşyaları cavabdehin anasına məxsus olmuşdur. Həmin qızıl-zinət əşyalarının çəkisi düzgün müəyyən edilməmiş, onların miqdarı və dəyəri tam şəkildə hesablanmamışdır. Bundan əlavə, iddiaçı tərəfindən cavabdehin maddi vəziyyətinin zəif olduğu, onun maddi imkanlarının olmadığı bildirilir. Belə olan halda, cavabdehin 16000 manat dəyərində qızıl-zinət əşyasını alması mümkün olmazdı. Hesab edir ki, qızıl-zinət əşyalarının tam həcminin, çəkisinin və dəyərinin müəyyən edilməsi üçün əvvəlki qiymətləndirmənin nəticələri kifayət etmir. Masallı Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli *(***)-***/**** saylı qətnaməsi ilə cavabdeh3 və X1 arasında bağlanmış ## ### 2015-ci il tarixli *** saylı nikah akt qeydinin pozulması qərra alınmışdır. İşdə olan Mütəxəssis rəyindən görünür ki, 1 ədəd 585 əyarlı 23 qram çəkidə qızıl dəstinin (boyunbağı + kolye, qolbaq, üzük və bir cüt sırğa) dəyəri 3680 manat, 1 ədəd 585 əyarlı 3.5 qram çəkidə nişan üzüyünün dəyəri 560 manat, 1 ədəd 585 əyarlı 10+3=13 qram çəkidə boyunbağı+kulonun ad „Ceyhun" dəyəri 2080 manat, 1 ədəd 585 əyarlı 4 qram çəkidə ürək formalı boyunbağı+kulonun dəyəri 640 manat, 1 ədəd 585 əyarlı 2 qram çəkidə göz muncuğu qolbaq+kulonun dəyəri 220+30=250 manat, 1 ədəd 583 əyarlı 12 qram çəkidə qolbağın dəyəri 1800 manat, 1 ədəd 585 əyarlı 10 qram çəkidə qolbağın dəyəri 1600 manat, 1 ədəd 875 əyarlı 8.55 qram çəkidə qəpik qızıl qulplu “onluq” dəyəri 1400 manat, 1 ədəd 583 əyarlı 1 qram çəkidə türk pandora halqa sırğanın dəyəri 160 manat, 1 ədəd 585 əyarlı 0.73 qram çəkidə delfinli sırğanın dəyəri 120 manat, 1 ədəd 585 əyarlı 3 qram çəkidə türk göz muncuqlu boyunbağının dəyəri 480 manat, 1 ədəd 585 əyarlı 1.5 qram çəkidə pandoralı qolbağın dəyəri 240 manat, 1 ədəd 585 əyarlı 2.11 qram çəkidə qaşlı uşaq sırğasının dəyəri 340 manat, 1 ədəd 585 əyarlı 2.5 qram çəkidə üzük “Vercase”nin dəyəri 400 manat, 1 ədəd 585 əyarlı 3 qram çəkidə qaşlı üzüyün dəyəri 480 manat, 1 ədəd 585 əyarlı 3 qram çəkidə üçlü alyans formalı üzuyün dəyəri 480 manat, 1 ədəd 585 əyarlı 2 qram çəkidə tək qaşlı üzüyün dəyəri 320 manat, 1 ədəd 585 əyarlı 2.5 qram çəkidə üzük alyansın dəyəri 400 manat, 1 ədəd 585 əyarlı 2 qram çəkidə tək qaş üzüyün dəyəri 320 manat, 1 ədəd 585 əyarlı 1.5 qram çəkidə tək qaş uzüyün dəyəri 240 manat olmaqla onların ümumi dəyəri 15990 manatdır. Saxlanc girovunun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair “xxxx” ASC-nin # ###### 2021-ci il tarixli aktından görünür ki, cavabdeh1 İbrahim qızı MSLMB***** saylı kredit müqaviləsinə əsasən 24 ay müddətinə, 30%-lə götürəcəyi 10200 manat məbləğdə lombard kreditinin təminatı olaraq 1 ədəd 585 əyarlı 11 qram çəkidə 880.11 manat dəyərdə sep kalyanı, 1 ədəd,583 əyarlı 5.1 qram çəkidə 408.05 manat dəyərdə qızıl saat korpusunu, 1 cüt 583 əyarlı 3.8 qram çəkidə 304.04 manat dəyərdə sırğanı, 1 ədəd 500 əyarlı 3 qram çəkidə 204.48 manat dəyərdə ad kulonu, 2 ədəd 583 əyarlı 76.3 qram çəkidə 6104.76 manat dəyərdə kordinal sepləri, 5 ədəd 583 əyarlı 58.7 qram çəkidə 4696.59 manat dəyərdə müxtəlif qolbaqları, 2 ədəd 500 əyarlı 23.5 qram çəkidə 1601.76 manat dəyərdə kordinal sepləri, 2 cüt 583 əyarlı 9.8 qram çəkidə 784.10 manat dəyərdə sırğaları və 5 ədəd 583 əyarlı 13.4 qram çəkidə 1072.13 manat dəyərdə müxtəlif üzükləri, ümumi dəyəri 16056.02 manat ümumi çəkisi 204.60 qram olan qızılzinət əşyalarını kassaya təhvil verilmişdir. Saxlanc girovunun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair “xxxx” ASC-nin ##.##.2022-ci il tarixli aktından görünür ki, cavabdeh1 İbrahim qızı MSLMB***** saylı kredit müqaviləsinə əsasən 18 ay müddətinə, 28.5%-lə götürəcəyi 1830 manat məbləğdə lombard kreditinin təminatı olaraq 1 ədəd 583 əyarlı 24.40 qram çəkidə 1988.36 manat dəyərdə kordinal sepi və 1 ədəd 585 əyarlı 10.66 qram çəkidə 868.68 manat dəyərdə qolbağı, ümumi dəyəri 2857.04 manat ümumi çəkisi 35.06 qram olan qızılzinət əşyalarını kassaya təhvil verilmişdir. Saxlanc girovunun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair “xxxx” ASC-nin ##.##.2022-ci il tarixli aktından görünür ki, cavabdeh1 İbrahim qızı MSLMB***** saylı kredit müqaviləsinə əsasən 24 ay müddətinə, 25%-lə götürəcəyi 10490 manat məbləğində lombard kreditinin təminatı olaraq 1 ədəd 585 əyarlı 11 qram çəkidə 896.39 manat dəyərdə sep kalyanı, 1 ədəd 583 əyarlı 5.1 qram çəkidə 415.60 manat dəyərdə qızıl saat korpusunu, 1 cüt 583 əyarlı 3.8 qram çəkidə 309.66 manat dəyərdə sırğanı, 1 ədəd 500 əyarlı 3 qram çəkidə 208.92 manat dəyərdə ad kulonu, 2 ədəd 583 əyarlı 76.3 qram çəkidə 6217.69 manat dəyərdə kordinal sepləri, 5 ədəd 583 əyarlı 58.7 qram çəkidə 4783.46 manat dəyərdə müxtəlif qolbaqları, 2 ədəd 500 əyarlı 23.5 qram çəkidə 1636.54 manat dəyərdə kordinal sepləri, 2 cüt 583 əyarlı 9.8 qram çəkidə 798.60 manat dəyərdə sırğaları və 5 ədəd 583 əyarlı 13.4 qram çəkidə 1091.97 manat dəyərdə müxtəlif üzükləri, ümumi dəyəri 16358.83 manat, ümumi çəkisi 204.60 qram olan qızıl-zinət əşyaları kassaya təhvil verilmişdir. Saxlanc girovunun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair “xxxx” ASC-nin ##.##.2024-cü il tarixli aktından görünür ki, cavabdeh1 İbrahim qızı MSLMB-***** saylı kredit müqaviləsinə əsasən 24 ay müddətinə, 26%-lə götürəcəyi 9100 manat məbləğdə lombard kreditinin təminatı olaraq 2 ədəd 583 əyarlı 76.2 qram çəkidə 9483.85 manat dəyərdə kordinal sepləri, 3 ədəd 583 əyarlı 51.10 qram çəkidə 6359.91 manat dəyərdə qolbaqları, 1 ədəd 583 əyarlı 5.1 qram çəkidə 634.75 manat dəyərdə qızıl saat korpusunu və 1 cüt 583 əyarlı 3.5 qarm çəkidə 435.61 manat dəyərdə sırğanı, ümumi dəyəri 16914.12 manat, ümumi çəkisi 135.90 qram olan qızıl-zinət əşyaları kassaya təhvil verilmişdir. Saxlanc girovunun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair “xxxx” ASC-nin ##.##.2025-ci il tarixli aktından görünür ki, cavabdeh1 İbrahim qızı MSLMB***** saylı kredit müqaviləsinə əsasən 24 ay müddətinə, 29%-lə götürəcəyi 15000 manat məbləğdə lombard kreditinin təminatı olaraq 2 ədəd 583 əyarlı 76.2 qram çəkidə 23984.71 manat dəyərdə kordinal sepləri, 3 ədəd 583 əyarlı 51.10 qram çəkidə 16084.24 manat dəyərdə qolbaqları, 1 ədəd 583 əyarlı 5.1 qram çəkidə 1605.28 manat dəyərdə qızıl saat korpusunu və 1 cüt 583 əyarlı 3.5 qram çəkidə 1101.66 manat dəyərdə sırğanı, ümumi dəyəri 42775.89 manat, ümumi çəkisi 135.90 qram olan qızıl-zinət əşyaları kassaya təhvil verilmişdir. “İnternational” BOKT ASC-nin # ###### 2023-cü il tarixli ***/****/***** saylı kredit və girov müqaviləsindən və ona əlavələrdən görünür ki, cavabdeh1 İbrahim qızı 24 ay müddətinə, 44%-lə götürəcəyi 1930 manat məbləğdə lombard kreditinin təminatı olaraq 1 ədəd 583 əyarlı 24.40 qram çəkidə 1293 ABŞ dolları dəyərində boyunbağını və 1 ədəd 585 əyarlı 10.60 qram çəkidə 562 ABŞ dolları dəyərində qolbağı, ümumi dəyəri 1855 ABŞ dolları, ümumi çəkisi 35 qram olan qızıl-zinət əşyaları təhvil verilmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında şahid qismində dindirilmiş: şahid2 ifadəsində göstərdi ki, Həcər onun bibisi qızıdır. Həcərlə mebelləri götürməyə gedəndə qapını onlara Ceyhunun anası açdı. Əşyaların yarısı aşağıda qarajda idi. Onlar gedəndə artıq əşyalar yığılmışdı. Paltaryuyan və şifoner də yuxarıda idi. Əşyaları çölə daşımışlar və bir-iki əşya çatmırdı. Həcər qayınanasından çatışmayan əşyaların yerini soruşduqda, sonuncu bilmədiyini dedi. Bəzi əşyaları taparaq maşına yığmışlar. Evdə Ceyhunun anasından başqa heç kim yox idi. Həcər qızılları götürməyib. Həcər qayınanasından qızılların harda olduğunu soruşduqda, o, dedi ki, bankdadır. Evdə bir otaq bağlı idi. Qayınanası şəkilləri və videoçəkilişləri vermədi. şahid1 ifadəsində göstərdi ki, Həcər onun qızıdır. Ceyhuna əmlak əvəzinə 8000 manat məbləğdə pul vermişdir. Dedi ki, torpaq sahəsi alacaq. Qızıllar onlardadır. 8000 manat danışığı Ceyhunla olub. Pul toydan 10-15 gün sonra verilib. Ceyhun Həcəri döydüyünə görə ayrılmışlar. Həcər ona zəng etdi ki, Ceyhun onu döyür. Həcər evə gələndə üzərində qızıl-zinət əşyaları yox idi. Heç bir şey götürməmişlər. 2 çantadan ibarət uşağın və Həcərin paltarlarını götürmüşlər. Həcər ona dedi ki, qızıl onlarda evdədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə tərkibi qətnamənin apellyasiya şikayətlərinin dəlilləri üzrə mübahisələndirilən hissələrdə yoxlanılmasını düzgün hesab edir. Diqqətə çatdırılmalıdır ki, dispozitivlik prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri götürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 3-cü bəndində göstərilmişdir ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. MM-in 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. MM-in 157.2-ci maddəsinin tələbinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. MM-in 225.1 və 225.2-ci maddələrinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. MM-in 225.3-cü maddəsinə əsasən daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (AM) 32.1-ci maddəsinin tələbinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Bundan başqa, AM-in 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). MM-in 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Məhkəmə tərkibi iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətlərinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlir və maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdır. Məhkəmə tərkibi ilk öncə İddiaçı apellyasiya şikayətində cehiz əvəzi olaraq verilmiş 8000 manat pul vəsaitinin, habelə qızıl-zinət əşyalarının qalan dəyərinin tutulmasına dair dəlillərinə münasibətdə qeyd edir ki, həmin pul vəsaitinin iddiaçı tərəfindən cavabdeh(lər)ə verilməsi iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, qeyd olunan hal yalnız iddiaçının və atasının məhkəmədə verdikləri izahat və ifadələrlə irəli sürülmüş, bunu təsdiq edən hər hansı mötəbər və inandırıcı sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin qeyd olunan halın təsdiqi üçün istinad edilən şəxslərdən biri iddiaçının atasıdır. Tərəflər arasında mövcud qohumluq münasibəti özlüyündə həmin şəxsin verdiyi izahatı sübut kimi qəbul etməyə mane olmasa da, onun izahatlarının digər sübutlarla birlikdə qiymətləndirilməsini zəruri edir. Hazırkı iş üzrə isə iddiaçının atasının izahatında göstərilən 8000 manatın verilməsi faktını təsdiq edən hər hansı müstəqil və obyektiv sübut mövcud deyildir. Bu səbəbdən, yalnız iddiaçının və onun atasının bir-birini təsdiq edən izahatlarına əsaslanmaqla həmin pul vəsaitinin cavabdeh tərəfə verildiyi barədə qəti və yekun nəticəyə gəlmək mümkün deyildir. Əks halda sübutlarla təsdiqlənməmiş ehtimalın iş üzrə müəyyən edilmiş mübahisəsiz hal kimi qəbul edilməsinə səbəb olar. Bu baxımdan, iddiaçıya cehiz əvəzi olaraq 8000 manat məbləğdə pul vəsaitinin verilməsi barədə iddiaçı və atasının izahatlarından başqa iş materiallarında həmin halı təsdiq edən hər hansı sübutun mövcud olmadığı nəzərə alınaraq, apellyasiya şikayətinin bu hissədəki dəlilləri əsaslı hesab edilə bilməz. Habelə digər – təmin olunmayan qızıl-zinət əşyalarının dəyərinin tutulmasına dair tərkib hesab edir ki, bu hissədə də məhkəməyə əsaslı sübutlar təqdim edilməmişdir. Məhkəmə tərkibi cavabdeh tərəfin apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edir ki, iş materialları və tərəflərin məhkəmə iclasında verdikləri izahatlar əsasında iddiaçıya toy və digər mərasimlərdə hədiyyə edilmiş qızıl-zinət əşyalarının sayı, əyarı, çəkisi və mütəxəssis rəyi ilə müəyyən olunmuş dəyərinin düzgünlüyünü şübhə altına alan hər hansı mötəbər və inandırıcı sübutun məhkəməyə təqdim edilməsi müəyyən olunmur. Bundan başqa, məhkəmə tərkibi mübahisəli qızıl-zinət əşyalarının lombardda (bankda) olması və həmin əşyaların məhkəməyə təqdim edilməsinin zəruriliyi barədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iş materiallarına əsasən mübahisəli qızıl-zinət əşyalarını lombarda (banka) girov qoyan cavabdeh tərəf cavabdeh1 İbrahim qızı olmuşdur. Bu baxımdan, cavabdehin birinci instansiya məhkəməsində nümayəndəsi vasitəsilə təmsil olunması nəzərə alınmaqla, həmin zəruri məlumatları və sənədləri müvafiq qaydada əldə edərək məhkəməyə təqdim etmək imkanı olmuşdur. MPM-in 78.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxs zəruri sübutları müstəqil əldə etmək imkanına malik olmadıqda həmin sübutların tələb edilməsi barədə məhkəməyə vəsatətlə müraciət edə bilər. Lakin iş materiallarından cavabdehin belə sübutların əldə edilməsinin mümkünsüzlüyünü əsaslandırdığı və ya onların məhkəmə tərəfindən tələb olunması barədə müvafiq vəsatət verdiyi müəyyən edilmir. Belə olan halda, cavabdehin özünün əldə etmək imkanına malik olduğu məlumatların və sənədlərin məhkəmə tərəfindən ayrıca sorğular göndərilməklə əldə edilməsinin zəruri olduğu qənaətinə gəlmək mümkün deyil. Əks yanaşma işə baxılmasının əsassız olaraq uzadılmasına səbəb ola bilərdi. Bu səbəbdən, qeyd edilən dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinə və əsaslılığına təsir edən hal kimi qiymətləndirilə bilməz. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd edilənlər baxımından apellyasiya instansiyası məhkəməsi hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: birincisi, güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; ikincisi, sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; üçüncüsü, bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; dördünücüsü, bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə tərkibi yuxarıda sadalanan qanunvericilik normalarına və mülki işin müəyyən edilmiş faktiki hallarına əsasən hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və iş üzrə qanuni və əsaslı qətnamə qəbul olunmuşdur. Beləliklə, məhkəmə tərkibi iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətlərinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Masallı Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bundan başqa, məhkəmə tərkibi MPM-in 107, 115 və 119-cu maddələrinə əsasən hesab edir ki, apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumları şikayətçilərin özlərinə aid edilməlidir. Məhkəmə tərkibi göstərilənlərə əsasən və MPM-in 14, 77, 217, 372, 384, 385, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutub QƏT ETDİ: Apellyasiya şikayətləri təmin edilməsin. Masallı Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddət ərzində şikayət verilməzsə, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar