Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-3013/2026 22.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “əmlak bölgüsü” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSI (Açar sözlər: “əmlak bölgüsü”) Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Quliyeva Gültac Sadıq qızının katibliyi, Iddiaçının nümayəndəsi Nümayəndə, nümayəndəsi və vəkili vəkil2 iştirakları ilə, Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Işin faktiki halları:
1. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aşağıda göstərilən torpaq sahələri üzərində 2/3 hissədə İddiaçı, 1/3 hissədə Cavabdeh paylarının müəyyən edilməsi və həmin torpaqların iddiaçı və cavabdeh arasında göstərilən nisbətdə naturada bölünməsi, (torpaq sahələri: 0,45 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ********** qeydiyyat nömrəli, 0,3434 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ********** qeydiyyat nömrəli, 1,0539 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ********** qeydiyyat nömrəli, 2,2261 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ********** qeydiyyat nömrəli, 0,29 ha həyətyanı torpaq sahəsi JN-007 A nömrəli) Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, M.Cəlal küçəsi, 143 “b” saylı evin *** saylı mənzilin İddiaçı mülkiyyətinə verilməsinə və Bakı şəhəri, Yasamal rayonu, Tibilisi pr-ti, 1054-cü məhəllə ünvanında inşa edilmiş yüksəkmərtəbəli yaşayış binasının 10-cu blok, 10-cu mərtəbəsində ümumi sahəsi 142,5 kv.m istifadə üçün yararlı sahəsi 125,31 kv.m olan 3 otaqlı, ** saylı mənzilin Cavabdeh mülkiyyətinə verilməsinə dair, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, M.Cəlal küçəsi, 143 “b” saylı evin *** saylı mənzilin bazar qiyməti (252000 manat) və Bakı şəhəri, Yasamal rayonu, Tibilisi pr-ti, 1054-cü məhəllə ünvanında inşa edilmi yüksəkmərtəbəli yaşayış binasının 3 otaqlı, ** saylı mənzilin bazar qiyməti (348000 manat) arasında fərq 48000 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq, İddiaçı ödənilməsinə, Qəbələ şəhəri, Heydər Əliyev küçəsində yerləşən 450 A saylı fərdi yaşayış evinin açıq hərracdan satılaraq, əldə edilmiş pul vəsaitinin ½ hissədə İddiaçı, ½ hissədə isə Cavabdeh ödənilməsinə, İddiaçı və övladlarının Qəbələ şəhəri, H.Əliyev küçəsində yerləşən 450 A saylı fərdi yaşayış evinə gediş-gəlişinə maneə olmasının X7 qadağan edilməsinə və həyət evinin açarının bir nüsxəsinin və həyət evinin giriş qapısının açarının bir nüsxəsinin Cavabdeh alınaraq, İddiaçı verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə X3 ## ###### 2003-cü il tarixdə nikaha daxil olmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 19 nömrə ilə akt qeydi tərtib olunmuşdur. Birgə nikah dövründə ## ### 2004-cü ildə X1 və ## ##### 2015ci il tarixdə X2 doğulmuşdur. Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında ## ###### 2003-cü il tarixdə Salyan rayonu Kürqaraqaşlı ərazi nümayəndəliyində 19 nömrə ilə qeydə alınmış nikah pozulmuş, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından doğulmuş ## ##### 2015-ci il təvəllüdlü X2 anası İddiaçı yanında qalması müəyyən edilmiş, cavabdeh Cavabdeh ## ###### 2022-ci il tarixdən başlayaraq ## ### 2004-cü il təvəllüdlü X6 və ## ##### 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 193 (bir yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2019-cu il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə “xxxx” MTK-nın Bakı şəhəri,Yasamal rayonu, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanda inşa etdiyi yüksəkmərtəbəli yaşayış binasının 10-cu blok 10-cu mərtəbəsində ümumi sahəsi 142,5 kv.m, istifadə üçün yararlı sahəsi 125,31 kvm olan 3 otaqlı ** saylı mənzilin və həmin binada yerləşən bir avtomobil üçün nəzərdə tutulmuş qaraj yerinin ½ hissəsinə iddiaçı İddiaçı, ½ hissəsinə cavabdeh Cavabdeh paylarının müəyyən edilməsi və həmin hissəyə pay hüquqlarının tanınması qət edilmişdir. Bu qətnamənin qüvvəyə minməsi barədə sənəd və qətnamə əlavə edilir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2019-cu il tarixli, *(***)-****/**** saylı qətnaməsinə əsasən “xxxx” MTK ilə cavabdeh arasında 05.03.20215ci il tarixli müqavilə əsasında Bakı şəhəri,Yasamal rayonu, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanda inşa etdiyi yüksəkmərtəbəli yaşayış binasının 10-cu blok 10-cu mərtəbəsində ümumi sahəsi 142,5 kv.m, istifadə üçün yararlı sahəsi 125,31 kvm olan 3 otaqlı ** saylı mənzili alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** saylı, ##.##.2021-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, 143 “b” saylı evin *** saylı mənzili, Qəbələ şəhəri, Heydər Əliyev küçəsində yerləşən 450 “A” saylı fərdi yaşayış evi və ünvan 2 saylı ünvanda yerləşən 0,06 ha torpaq sahəsi Cavabdeh və İddiaçı ümumi birgə mülkiyyəti hesab edilmiş və həmin daşınmaz əşyalarda Cavabdeh və İddiaçı hər birinin payı ½ (ikidə bir) hissə müəyyən olunmuşdur. Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2019- cu il tarixli qətnaməsinə əsasən Salyan rayonu, Beşdəli kəndində yerləşən 0,45 ha, 0,343 ha, 1,053 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri Cavabdeh (arxiv materiallarında təvəllüdü ##.##.1976-cı il) mülkiyyətindədir. Salyan rayonu, Beşdəli kəndində yerləşən 2,23 ha və 0,29 ha ümumi birgə torpaq sahələri Cavabdeh və 4 nəfər ailə üzvlərinin mülkiyyətindədir. Belə ki, həmin qətnamənin 4-cü səhifəsinin 4-cü abzasına əsasən bu məlumatlar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ## #### 2019-cu il tarixli məktubunda qeyd edilmişdir. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ** saylı Şirvan Ərazi Idarəsinin ##.##.2023-cü il tarixli məktubuna əsasən X4 mülkiyyətində Salyan rayonu, Beşdəli kəndində yerləşən 0.45 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ##.##.2009-ci il tarixli, ********** qeydiyyat nömrəli, Salyan rayonu, Beşdəli kəndində yerləşən 0.3434 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ##.##.2009-cu il tarixli, ********** qeydiyyat nömrəli, Salyan rayonu, Beşdəli kəndində yerləşən 1.0539 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ##.##.2009-ci il tarixli, ********** qeydiyyat nömrəli, Salyan rayonu, Beşdəli kəndində yerləşən 2.2261 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/5 hissəsinin ##.##.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli "Hüquqların X11 daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" sənədi ilə rəsmiləşdirildiyi müəyyən edilmişdir. Həmçinin Salyan rayonu, Beşdəli kəndində yerləşən 0.29 ha həyətyanı torpaq sahəsi JN-007 A saylı "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" sənədinə əsasən Cavabdeh və onun ailə üzvləri ümumi birgə mülkiyyətindədir. Qeyd olunan torpaq sahələri birgə nikah dövründə əldə edilib. Belə ki, 0.45 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi-********** qeydiyyat nömrəli ##.##.2009-cu il tarixdə; 0.3434 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi-********** qeydiyyat nömrəli ##.##.2009-cu il tarixdə; 1.0539 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi-********** qeydiyyat nömrəli ##.##.2009-cu il tarixdə; 2.2261 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi********** qeydiyyat nömrəli ##.##.2022-ci il tarixdə əldə edilmişdir. 0.29 ha həyətyanı torpaq sahəsi JN-007 A nömrəli isə ** saylı Şirvan Ərazi Idarəsinin ##.##.2023-cü il tarixli məktubuna əsasən ümumi birgə mülkiyyətdədir. Bu əmlaklar üzərində payların müəyyən edilməsinə zərurət yaranıb. Hesab edir ki, həmin əmlaklar üzərində paylar qeyri-bərabər şəkildə yəni üçdə iki hissəsi iddiaçının, üçdə bir hissəsi isə cavabdehin mülkiyyəti olmaqla müəyyən edilməlidir.
3. Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi (hakim Lətifə Məmmədova) ilə iddia qismən təmin edilmiş, ünvan 1 ünvanında yerləşən *** saylı mənzil iddiaçı İddiaçı, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanda 10-cu blok 10-cu mərtəbədə, 3 otaqlı ** saylı mənzil cavabdeh Cavabdeh mülkiyyətinə verilməsi, mənzillər arasındakı fərq, yəni 48000 (qırx səkkiz min) manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi, Salyan rayonu, Beşdəli kəndində yerləşən ********** qeydiyyat nömrəli 0,45 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, ********** qeydiyyat nömrəli 0,3434 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, ********** qeydiyyat nömrəli 1,0539 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ½ hissəsinə iddiaçı İddiaçı, ½ hissəsinə cavabdeh Cavabdeh payının müəyyən edilməsi, Qəbələ şəhəri, H.Əliyev pr-ti ünvanında yerləşən *** saylı fərdi yaşayış evinin açıq hərracdan satılması, ilkin satış qiymətinin (bazar dəyəri) 309000 manat müəyyən edilməsi, satışdan əldə edilən vəsaitin ½ hissəsinə iddiaçı İddiaçı, ½ hissəsinə cavabdeh Cavabdeh payının müəyyən edilməsi, Qəbələ şəhəri, H.Əliyev pr-ti ünvanında yerləşən *** saylı fərdi yaşayış evinin satışı ilə bağlı açıq hərrac keçirilənədək iddiaçı İddiaçı sözügedən ünvana gediş-gəlişinə olan maneələrin yaradılmasının Cavabdeh qadağan edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
4. Iddiaçı qətnaməni mübahisələndirməmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
5. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək bildirmişdir ki, qənamə maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilmişdir, belə ki, Binəqədi rayonu üzrə mənzilin tam təmirli və yaşayış üçün bütün təchizatlı olması və əşyalı olması nəzərə alınmamışdır. Yasamal rayonu üzrə mənzilin də podmayak olmas dəyərinin qeyd ediləndən aşağı qiymətdə olması nəzərə almamış və mövcud bazar qiyməti nəzərə alınmamışdır. Qəbələ rayonunda yerləşən fərdi yaşayış evi 420000-450000 manat dəyərində olsa da, 309000 manata - real bazar qiymətindən aşağı qiymətləndirilmişdir. Hər üç əmlaka münasibətdə göründüyü kimi qiymətləndirmə düzgün şəkildə aparılmamışdır. Mənzillərin bölgüsü zamanı tərəflər arasında razılaşma yalnız mənzillərin bölgüsünə dair olmuşdur, pul ödənişi barədə razılaşma olmamışdır. Məhkəmə isə əsassız olaraq 48.000 manat məbləğində öhdəlik müəyyən etmişdir ki, bu da tərəflərin iradəsinə və faktiki hallara ziddir. Göstərilənlərə əsasən, rayon məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi, iş üzrə yeni qərar qəbul edilərək Mənzillər arasındakı fərq, yəni 48000 (qırx səkkiz min) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi hissənin ləğv edilməsi, Salyan rayonu, Beşdəli kəndində yerləşən ********** qeydiyyat nömrəli 0,45 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, ********** qeydiyyat nömrəli 0,3434 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, ********** qeydiyyat nömrəli 1,0539 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ½ hissəsinə iddiaçı İddiaçı, ½ hissəsinə cavabehdin Cavabdeh payı müəyyən edilməsi hissənin ləğv edilməsi, Qəbələ şəhəri, H.Əliyev pr-ti ünvanında yerləşən *** saylı fərdi yaşayış evinin ilkin satış qiyməti (bazar dəyəri) 400000 manat müəyyən edilməsi və Qəbələ şəhəri, H.Əliyev pr-ti ünvanında yerləşən *** saylı fərdi yaşayış evinin satışı ilə bağlı açıq hərrac keçirilənədək iddiaçı İddiaçı sözügedən ünvana gediş-gəlişinə olan maneələrin yaradılması Cavabdeh qadağan edilməsi hissəndə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
6. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi və qeyd etdi ki, Salyanda yerləşən torpaq sahələrinin birgə nikah dövründə alınması rayon məhkəməsində aparılan araşdırmalar, edilən sorğular nəticəsində öz təsdiqini tapmışdır. Cavabdehin apellyasiya şikayətində həmin məsələni mübahisələndirməsi əsassızdır. Cavabdeh rayon məhkəməsində iştirak etmiş, lakin Qəbələdə yerləşən evin qiymətinə dair ekspertizanın yenidən təyin edilməsi ilə bağlı hər hansı vəsatət verməmişdir. Cavabdehin məqsədi məhkəmə prosesini uzatmaqdır, onlar razıdırlar ki, Qəbələdə yerləşən evin qiymətinin cavabdehin bildirdiyi 450.000 manatla hərraca çıxarılsın, təki işə baxılması ləngidilməsin.
7. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi - anası Nümayəndə apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi və vəkilin dedikləri ilə razılaşdığını bildirərək qeyd etdi ki, cavabdeh hər vasitə ilə işin uzadılmasına çalışır, şikayət verməsinə baxmayaraq məhkəmə iclaslarına da gəlmir, artıq 5-6 ildir ki onlar cavabdehin suiistifadə hərəkətləri səbəbindən məhkəmələrdə qalmışlar, bu mübahisələrin tez bir zamanda yekunlaşmasını istəyir.
8. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçının nümayəndəsi Nümayəndə yazılı ərizə verərək, cavabdehin apellyasiya şikayətində Qəbələdəki evin qiyməti barədə qeyd etdiyi 450000 (dörd yüz əlli min) manat məbləğinə razı olduqlarını qeyd etdi.
9. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir.
10. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Sübutların tədqiqi:
11. Salyan rayon Aqrar Islahat Komissiyası tərəfindən ##.##.1998-ci il tarixində verilən JN- 007 A nömrəli şəhadətnamənin surətindən görünür ki, 29 ha həyətyanı torpaq sahəsi Cavabdeh, X5, X8 və Məmmədov Abdulla Abas oğlunun ümumi mülkiyyətinə verilmişdir.
12. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfinən verilən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən, *** saylı mənzil ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh xüsusi mülkiyyətindədir.
13. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilən çıxarışın surətindən görünür ki, Qəbələ şəhəri, H.Əliyev pr-ti ünvanında 0,0430 ha topraq sahəsində yerləşən, daşınmaz əmlakın ümumi sahəsi 190,90 kv.m. olan *** saylı fərdi yaşayış evi ½ hissədə İddiaçı (##.##.2024), ½ hissədə Cavabdeh (##.##.2021) xüsusi mülkiyyətindədir.
14. Yasamal Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli, *(***)-****/**** saylı qətnaməsinin surətindən görünür ki, “xxxx” MTK-nın Bakı şəhəri, Yasamal rayonu, Tibilisi pr-ti, 1054-cü məhəllə ünvanında inşa etdiyi yüksəkmərtəbəli yaşayış binasının 10-cu blok, 10-cu mərtəbəsində ümumi sahəsi 142,5 kv.m, istifadə üçün yararlı sahəsi 125,31 kv.m olan, 3 otaqlı mənzilin və həmin binada yerləşən bir avtomobil üçün nəzərdə tutulan qaraj yerinin ½ hissəsinə iddiaçı İddiaçı, ½ hissəsinə cavabdeh Cavabdeh payı müəyyən edilməsi qət edilmişdir.
15. Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı və Cavabdeh arasında ##.##.2003-cü ildə qeydə alınmış nikahın pozulması qət edilmişdir.
16. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, **/**** saylı ekspert rəyindən görünür ki, Qəbələ şəhəri, H.Əliyev pr-ti ünvanında yerləşən *** saylı fərdi yaşayış evinin orta bazar qiymətinə uyğun ümumi dəyəri təxminən 309000 manat, likvid dəyəri ilə təqribən 278000 manat təşkil edir. ünvan 1 ünvanında yerləşən, *** saylı mənzilin orta bazar qiymətlərinə uyğun ümumi dəyəri 252000 manat, likvid dəyəri 227000 manatdır. Bakı şəhəri,Yasamal rayonu, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanda 10-cu blok 10-cu mərtəbədə, 3 otaqlı ** saylı mənzilin ümumi dəyəri 348000 manat, likvid dəyəri təxminən 313000 manat məbləğində müəyyən edilir.
17. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, **/**** saylı ekspert rəyindən görünür ki, Qəbələ şəhəri, H.Əliyev pr-ti ünvanında yerləşən *** saylı fərdi yaşayış evinin ideal paylar üzrə bölünməsi texniki cəhətdən imkansızdır.
18. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X11 Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* saylı çıxarışdan görünür ki, Salyan rayonu, Beşdəli kəndində 0,45 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə ##.##.2009-cu il tarixində Cavabdeh adına qeydiyyatdan keçmişdir.
19. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X11 Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* saylı çıxarışdan görünür ki, Salyan rayonu, Beşdəli kəndində 0,343411 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə ##.##.2009-cu il tarixində Cavabdeh adına qeydiyyatdan keçmişdir.
20. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X11 Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* saylı çıxarışdan görünür ki, Salyan rayonu, Beşdəli kəndində 1,05393 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə ##.##.2009-cu il tarixində Cavabdeh adına qeydiyyatdan keçmişdir.
21. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilən çıxarışdan görünür ki, Salyan rayonu, Beşdəli kəndində 2.2261 ha torpaq sahəsi 1/5 hissədə xüsusi mülkiyyət hüququ ilə ##.##.2022-ci il tarixində Cavabdeh adına qeydiyyatdan keçmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
22. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 22.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 22.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 22.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.
23. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
24. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.
25. Maddə 36.4. Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər.
26. 37.1 və 37.2-ci maddələrinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
27. 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
28. 225.6. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
29. ”Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli qərarı. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
34. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
35. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
36. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
37. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
38. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
39. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
40. 384.0.3. qətnaməni dəyişdirə bilər.
41. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.
43. Hazırkı halda Məhkəmə MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən, iddia tələbinin təmin edilən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
44. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən - Qəbələ şəhəri, H.Əliyev pr-ti ünvanında yerləşən *** saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin məbləğinə dair hissədə dəyişdirilməli, Qəbələ şəhəri, H.Əliyev pr-ti ünvanında yerləşən *** saylı fərdi yaşayış evinin hərracda ilkin satış qiyməti 450000 (dörd yüz əlli min) manat müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
45. Belə ki, iddianı qismən təmin edən rayon məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq apellyasiya şikayəti verən cavabdehin dəlilləri aşağıdakılardır: 1) Iddiaçı ilə mənzillərin bölgüsü barədə razılaşması olsa da, mənzillərin arasındakı fərqin – 48000 (qırx səkkiz min) manatın ondan iddiaçının xeyrinə tutulması barədə iradə ifadəsinin olmaması; 2) Salyan rayonu, Beşdəli kəndində yerləşən torpaq sahələrinin birgə nikah dövründə əldə edilməməsi; 3) Qəbələ şəhərində yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin real bazar dəyərinə uyğun olmaması. Məhkəmə cavabdehin birinci dəlilinə münasibətdə qeyd edir ki, Ailə Məcəlləsinin 36.4cü maddəsinə
46. əsasən məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər.
47. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun ##.##.2024-cü il tarixli qərarının 6.23-cü bəndində də qeyd edilmişdir ki, təcrübədə bölüşdürülən predmetlərin dəyərləri hər zaman pay nisbətləri ilə üst-üstə düşmür. Bu səbəbdən qanunda nəzərdə tutulmuşdur ki, ər-arvaddan birinə dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul verilə və ya başqa şəkildə kompensasiya edilə bilər.
48. Göründüyü kimi ər-arvad arasında bölüşdürülən əmlakların dəyərləri bərabər olmadığı halda aradakı fərqə uyğun müvafiq pul məbləğinin və ya başqa şəkildə kompensasiyanın müəyyən edilməsi məhkəmənin səlahiyyətindədir.
49. Belə olan halda isə rayon məhkəməsi iddiaçıya və cavabdehə çatmalı olan mənzillər arasındakı fərqin - 48000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq, iddiaçının xeyrinə ödənilməsi barədə düzgün qənaətə gəlmişdir.
50. Məhkəmə apellyatorun ikinci dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh Salyan rayonunda yerləşən torpaq sahələrinin birgə nikah dövründə əldə edilmədiyini iddia etsə də, bununla bağlı mövqeyini əsaslandıracaq sübutları məhkəməyə təqdim etməmiş, yalnız Yasamal Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli qətnaməsinə əsaslanaraq, həmin tarixdən tərəflər arasında nikah münasibətlərinin olmadığını qeyd etmişdir. Salyan rayonu, Beşdəli kəndində yerləşən ********** qeydiyyat nömrəli 0,45 ha, ********** qeydiyyat nömrəli 0,3434 ha, ********** qeydiyyat nömrəli 1,0539 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri isə ##.##.2009-cu il tarixində - birgə nikah dövründə cavabdehin adına qeydiyyatdan keçmişdir.
51. Həmçinin tərəflər arasında ##.##.2003-cü ildə qeydə alınmış nikah Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2022-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Beləliklə də müəyyən olur ki, apellyasiya şikayətinin həmin dəlili əsassızdır və təmin edilə bilməz.
52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
53. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir:
54. ... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.
55. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
56. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə ## #### 2007-ci il tarixli qərarında Insan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin, təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir.
57. Məhkəmə cavabdehin üçüncü dəlilinə münasibətdə isə qeyd edir ki, məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə yazılı ərizə verərək, Qəbələ şəhəri, H.Əliyev pr-ti ünvanında yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin 450000 (dörd yüz əlli min) manat olması barədə apellyasiya şikayətində qeyd edilənlərlə razı olduğunu bildirmişdir. Həmçinin iddiaçının nümayəndəsi və vəkili vəkil2 da məhkəmə iclasındakı izahatında iddiaçının Qəbələdəki evin qiymətinin 450000 (dörd yüz əlli min) manat müəyyən edilməsinə razı olduğunu qeyd etmişdir.
58. Odur ki, Məhkəmə apellyasiya şikayətini həmin hissədə əsaslı hesab edərək, qeyd edir ki, Qəbələ şəhərində torpaq sahəsinin ölçüsü 0,0430 ha, daşınmaz əmlakın ümumi sahəsi 190,90 kv.m. olan fərdi yaşayış evinin ilkin satış qiyməti 309.000 manat müəyyən edilərək, real bazar dəyərindən aşağı qiymətləndirilmişdir. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi məbləğ 450.000 manat ağlabatan hesab edilir, iddiaçı da həmin məbləğlə razılaşır. Belə olan halda apellyasiya şikayəti həmin hissədə təmin edilməli və rayon məhkəməsinin qətnaməsi Qəbələdə yerləşən evin ilkin satış qiymətinə dair hissədə dəyişdirilməli, fərdi yaşayış evinin hərracda ilkin satış qiyməti 450.000 (dörd yüz əlli min) manat müəyyən edilməlidir.
59. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə ## ###### 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə ## ####### 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Nəticə:
60. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən - Qəbələ şəhəri, H.Əliyev pr-ti ünvanında yerləşən *** saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin məbləğinə dair hissədə dəyişdirilməli, Qəbələ şəhəri, H.Əliyev pr-ti ünvanında yerləşən *** saylı fərdi yaşayış evinin hərracda ilkin satış qiyməti 450.000 (dörd yüz əlli min) manat müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
61. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
62. Məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.
63. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDI:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi qismən-, Qəbələ şəhəri, H.Əliyev pr-ti ünvanında yerləşən *** saylı fərdi yaşayış evinin ilkin hərracda satış qiymətinin məbləğinə dair hissədə dəyişdirilsin. Qəbələ şəhəri, H.Əliyev pr-ti ünvanında yerləşən *** saylı fərdi yaşayış evinin hərracda ilkin satış qiyməti 450.000 (dörd yüz əlli min) manat müəyyən edilsin. Qətnamə onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.