Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2(3-9)-1227/2026 18.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Masallı Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsindən verilmiş apellyasiyanın mümkünlüyü məsələsinə baxıb MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 900 manat dəyərində 1 ədəd yataq dəsti taxt, termo, şifoner, tumbalar, 950 manat dəyərində 1 ədəd qonaq otağı stolu, 6 ədəd stul, divan uqlavoy, masa, 750 manat dəyərində 2 ədəd xalçalar zal üçün Təbriz, 200 manat dəyərində 1 ədəd yataq üçün kaşmir, 100 manat dəyərində 1 ədəd mətbəx xalçası, 100 manat dəyərində 1 ədəd balkon bardovı, 80 manat dəyərində 1 ədəd çilçıraqlar yataq otağı üçün, 90 manat dəyərində 2 ədəd çilçıraqlar (6 şam), 35 manat dəyərində 1 ədəd mətbəx lüsturu, 40 manat dəyərində pərdələr 3 metrə, 30 manat dəyərində bakavoy 2 metrə, 100 manat dəyərində zal pərdəsi (ümumilikdə 18 metrə), 10 manat dəyərində mətbəx pərdəsi 3 metrə, 60 manat dəyərində 1 ədəd ətçəkən, 80 manat dəyərində 1 ədəd qaz peçi, 80 manat dəyərində 1 ədəd tozsoran, 30 manat dəyərində 1 ədəd paltar ütüsü, 30 manat dəyərində 1 ədəd böyük yorğan, 20 manat dəyərində 1 ədəd balaca yorğan, 28 manat dəyərində 1 ədəd silikon yorğan, 120 manat dəyərində 1 ədəd taxt döşəyi, 40 manat dəyərində 1 ədəd tək döşək, 24 manat dəyərində 4 ədəd balış, 48 manat dəyərində 6 ədəd nalça, 60 manat dəyərində 1 ədəd taxt pakrivalı, 50 manat dəyərində 1 ədəd qalın ədyal, 20 manat dəyərində 1 ədəd nazik ədyal, 10 manat dəyərində 1 ədəd tək ədyal, 10 manat dəyərində 1 ədəd uşaq ədyalı, 30 manat dəyərində 2 ədəd miz örtüyü (böyük və balaca), 10 manat dəyərində 1 ədəd ümumi süfrə, 20 manat dəyərində 2 ədəd süfrəli masa örtüyü, 4 manat dəyərində 4 ədəd çay dəsmalı, 24 manat dəyərində 6 ədəd əl dəsmalı, 40 manat dəyərində 2 ədəd təklik pastelləri, 120 manat dəyərində 3 ədəd çütlük pastelləri, 140 manat dəyərində 8 ədəd qalın qazan naboru, 24 manat dəyərində 3 ədəd tava naboru qulplu, 30 manat dəyərində 3 ədəd 2 qulplu tava, 40 manat dəyərində 4 ədəd güllü qazan naboru, 12 manat dəyərində 6 ədəd sazlama qabı, 30 manat dəyərində 1 ədəd rus qazanı (5 kiloluq), 20 manat dəyərində 1 ədəd xəmir yoğuran böyük, 10 manat dəyərində 1 ədəd xəmir yoğuran balaca, 7 manat dəyərində 1 ədəd dəmir padnos (böyük), 4 ədəd lak padnos, 10 manat dəyərində 1 ədəd dəmir plov süzən böyük, 30 manat dəyərində 1 ədəd çaydan, 25 manat dəyərində 1 dəst 12 ədədlik çaşka naboru, 30 manat dəyərində 18 ədəd stəkan-nəlbəki, 5 manat dəyərində 12 ədəd şüşə çaşka (İran istehsalı), 9 manat dəyərində 12 ədəd sok stəkanı, 25 manat dəyərində 1 ədəd şirniyyat qabı (qızılı rəngli), 40 manat dəyərində 1 ədəd gümüşü çərəz qabı, 9 manat dəyərində 2 ədəd şüşə çərəz qabı, 4 manat dəyərində 1 ədəd şam qabı, 12 manat dəyərində 2 ədəd hündür şokalad qabı, 6 manat dəyərində 2 ədəd orta ölçülü şokalad qabı, 5 manat dəyərində 4 ədəd külqabı, 4 manat dəyərində 2 ədəd şamqabı, 4 manat dəyərində 2 ədəd balaca hündür konfet qabı, 4 manat dəyərində 4 ədəd yastı qapaqlı qənd qabı, 1 manat dəyərində 1 ədəd salfetka qabı, 3 manat dəyərində 6 ədəd meyvə bıçağı, 30 manat dəyərində 1 ədəd böyük çəngəl bıçaq-qaşıq naboru, 10 manat dəyərində 12 ədəd (6+6) bıçaq, çəngəl, 4 manat dəyərində 2 ədəd bulud qaşığı, 10 manat dəyərində 5 ədəd boşqab naboru, 80 manat dəyərində 1 dəst plov boşqabı, orta boşqab, balaca boşqab, 3 manat dəyərində 2 ədəd tyorka, 15 manat dəyərində 6 ədəd tort qabı zərli, 10 manat dəyərində 1 ədəd pol silən paspas vedrə, 8 manat dəyərində 1 ədəd qoz çəkən, 20 manat dəyərində 1 dəst uşaq vannası naboru, 1450 manat dəyərində 1 ədəd 585 əyyarlı komplekt qolbaq uzun sırğa nişan üzüyü, 200 manat dəyərində yay qış paltarları, kurtka və ayaqqabı, uşağa aid olan qış-yay geyimləri, aksesuarları və bujiteriyaları, kosmetik əşyalarının və ya onların ümumi dəyəri olan 6684 manatın alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş 88 manat dövlət rüsumunun və qiymətləndirmə hesabatının dəyəri olan 300 manatın Cavabdeh aid edilməsi və ondan alınaraq İddiaçı verilməsi qət edilmişdir. Masallı Rayon Məhkəməsinin # ######## 2026-cı il tarixli məktubu ilə mülki iş materialları Şirvan Apellyasiya Məhkəməsinə göndərilmiş, həmin məktubda Masallı Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli qətnaməsindən X1 və Sərdarlı İntiqam Bəxtiyar oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinin mülki işlə birlikdə baxılması üçün göndərildiyi qeyd edilmişdir. Sözügedən məktub ## ######## 2026-cı il tarixdə məhkəməyə daxil olmuşdur. Lakin iş materiallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, mülki işdə yalnız X1 apellyasiya şikayəti mövcuddur. Sərdarlı İntiqam Bəxtiyar oğlunun hazırkı iş üzrə proses iştirakçısı olub-olmaması, habelə qətnamədən onun tərəfindən apellyasiya şikayəti verilib-verilməməsi iş materiallarından müəyyən olunmur. Bununla yanaşı, Masallı Rayon Məhkəməsinin # ######## 2026-cı il tarixli qərardadının iş materiallarına ardıcıl olaraq iki dəfə tikildiyi və hər iki halda həmin qərardadda yalnız X1 apellyasiya şikayətinə münasibət bildirildiyi müəyyən edilir. Beləliklə, məhkəməyə daxil olmuş məktubda göstərilən məlumatlarla iş materiallarının faktiki məzmunu arasında uyğunsuzluq yaranmışdır. Məhkəmə tərkibi hesab edir ki, hazırkı mərhələdə iş materiallarında mövcud olan X1 apellyasiya şikayətinə baxılması mümkün deyildir. Belə ki, ilk növbədə Masallı Rayon Məhkəməsinin # ######## 2026-cı il tarixli məktubunda adı göstərilən Sərdarlı İntiqam Bəxtiyar oğlunun apellyasiya şikayətinin verilib-verilmədiyi, verildiyi halda isə həmin şikayətin iş materiallarına əlavə edilməməsinin səbəbləri müəyyənləşdirilməlidir. Bu məsələ aydınlaşdırıldıqdan sonra, apellyasiya şikayətinin mövcudluğu təsdiq edildiyi təqdirdə, hər iki apellyasiya şikayəti müvafiq prosessual qaydada iş materiallarına əlavə edilərək apellyasiya instansiyasına göndərilməlidir. Bu zamanda o da diqqətdə saxlanılır ki, MPM-in 364.2-ci maddəsinin tələbinə əsasən apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Mülki prosessual qanunvericiliyin tələbinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə tərkibi yuxarıda qeyd olunanlara əsasən belə hesab edir ki, apellyasiya qeyrimümkün hesab edilməlidir. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 361, 364, 366, 400 və 402-ci maddələrini rəhbər tutub QƏRAR VERDİ: Masallı Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilsin. Qərardadda göstərilən məsələlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun hüquqi qiymət verilməsi üçün iş materialları Masallı Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(3-9)-1227/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-1227/2026
18.09.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver