Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-2(1-8)-682/2026 24.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh iddiaçı1 Məhdud Məsuliyyətli Cəmiyyətinə və qarşılıqlı iddiaçı iddiaçı1 Məhdud Məsuliyyətli Cəmiyyətinin qarşılıqlı cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi, şikayətin müəyyən edilmiş müddət ötürülməklə verilməsi, dövlət rüsumunun müəyyən olunmuş məbləğdə ödənilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh iddiaçı1 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “icarə müqaviləsi və ona edilmiş dəyişikliyin ləğv edilməsi, tütün qurutma məntəqəsinin boşaldaraq təhvil verilməsi və sair” tələbinə, habelə iddiaçı iddiaçı1 Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “ikitərəfli icarə müqaviləsinin, birtərəfli qaydada ləğv edilməsi barədə qərarın ləğv edilməsi, ##.##.2024-cü il tarixli **/** nömrəli icarə müqaviləsinin və ##.##.2024-cü il tarixdə əlavə və dəyişikliklər edilərək, tərəflar arasında imzalanaraq, ##.##.2026-cı il tarixədək 2 (iki) il müddətinə uzadılmış ikitərəfli icarə müqaviləsinin qüvvədə saxlanılması” tələbinə dair kommersiya mübahisəsi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının ## ##### 2026-cı il tarixli *-*(*-*)-**/**** nömrəli qətnaməsindən “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti (vəkili vəkil1) tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDI:
1. “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti iddiaçı1 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh X3 Oguz rayonu Sincan kəndində 0,67 ha torpaq sahəsində yerləşən tütün qurutma məntəqəsindən çıxarılaraq iddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış ## #### 2024-cü il tarixli icarə müqaviləsi və ona əlavə edilmiş ## ###### 2024- ci il tarixli dəyişikliyin ləğv edilməsi, cavabdeh iddiaçı1 Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yaranmış olduğu qaz sərfiyyatına görə 18438,06 manat pulun tutularaq iddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, iddia ərizəsinə və iddia tələbinin artılrılmasına görə ödənilmiş 250 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, cavabdeh iddiaçı1 Məhdud Məsuliyyətli Cəmiyyətinin Oğuz rayonu Sincan kəndində 0,67 ha torpaq sahəsində yerləşən tütün qurutma məntəqəsinin boşaldaraq iddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Həmçinin iddiaçı1 Məhdud Məsuliyyətli Cəmiyyəti də ğz növbəsində “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “X2” MMC-nin direktor vəzifəsinə təyin olumuş Emin Əsədov tərəfindən ikitərəfli icarə müqaviləsinin, birtərəfli qaydada ləğv edilməsi barədə ünvana göndərilmiş xəbərdarlığa əsas verən qərarın ləğv edilməsi, 2024-cü il ## #### tarixli **/** nömrəli icarə müqaviləsinin və 2024-cü il # ###### tarixdə əlavə və dəyişikliklər edilərək, tərəflar arasında imzalanaraq, 2026-cı il ## ###### tarixədək 2 (iki) il müddətinə uzadılmış ikitərəfli icarə müqaviləsinin qüvvədə saxlanılması və məhkəməyə ödənilmiş 100 manat dövlət rüsumunun “X2” MMC-dən tutularaq iddiaçı1 MMC-nin hesabına ödənilməsi barədə iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmişdir.
4. Şəki Kommersiya Məhkəməsinin 2025-ci il # #### tarixli e-*-*(***)-***/**** nömrəli qərardadı ilə, Şəki Kommersiya Məhkəməsinin icraatında olan “Iddiaçı iddiaçı1 Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “icarə müqaviləsinin qüvvədə saxlanılması” tələbinə dair” e2- *(***)-***/**** nömrəli iş, Gəncə Kommersiya Məhkəməsinin icraatında olan “Iddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh iddiaçı1 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “tütün qurutma məntəqəsinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair” e-*-*(***)-***/**** nömrəli işə birləşdirilməsi və mahiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
5. Gəncə Kommersiya Məhkəməsinin 2025-ci il ## #### tarixli e-*-*(***)-***/**** nömrəli qərardadı ilə, iddiaçı iddiaçı1 Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “icarə müqaviləsinin qüvvədə saxlanılması” tələbinə dair iddiası üzrə e-*-*(***)-***/**** nömrəli kommersiya işi məhkəmənin icraatında olan iddiaçı "X1" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh X3 qarşı tütün qurutma məntəqəsinin boşaldaraq təhvil verilməsi tələbinə dair e-*-*(***)-***/**** nömrəli kommersiya işinə birləşdirilməsi, birləşmiş işlərə e-2-2(115)-861/2025 nömrəsi verilməsi qərara alınmışdır.
6. Gəncə Kommersiya Məhkəməsinin # ####### 2025-ci il tarixli e-*-*(***)-***/**** nömrəli qətnaməsi ilə hər iki iddia rədd edilmiş, ödənilmiş dövlət rüsumları müvafiq iddiaçılara aid edilmişdir (hakim R.Qələndərzadə).
7. Həmin qətnamədən “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayəti verərək qətnamənin onun iddiasının rədd edilməsi hissəsində ləğv olunmasını və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## ##### tarixli *-*(*-*)-**/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən - R.Məcidov, hakimlər - Ş.Rzaquliyev və İ.Həsənov).
9. Həmin qətnamədən “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti kassasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və ilkin iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
10. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və şikayətin geri qaytarılması məsələsinə baxılması üçün iş Gəncə Apellyasiya Məhkəməsinə göndərilməlidir.
11. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 405.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxsə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər.
12. MPM-in 135.8-ci maddəsinə görə kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada çatdırılır.
13. Həmin Məcəllənin 128.3-cü maddəsinə əsasən aylarla hesablanan prosessual müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Məcəllənin 129.1-ci maddəsinə görə aylarla hesablanan müddət müddətin müvafiq son ayında və günündə qurtarır. Məcəllənin 129.2ci maddəsinə əsasən isə müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.
14. “AZEMIS” Elektron Məhkəmə Informasiya Sistemindən çıxarışla müəyyən olunur ki, Gəncə Apellyasiya Məhkəməsinin 2026-cı il ## ##### tarixli *-*(*-*)-**/**** nömrəli qətnaməsi elektron imza ilə təsdiq edilməklə 2026-cı il ## ### tarixdə “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin elektron kabinetində yerləşdirilmişdir.
15. Kassasiya şikayətində qətnamənin alınma tarixi 2026-cı il # #### kimi göstərilsə də, məhkəmə aktının rəsmi qaydada verilmə tarixi MPM-in 135.8-ci maddəsinə uyğun olaraq onun şikayətçiyə məxsus elektron kabinetdə yerləşdirildiyi 2026-cı il ## ### tarixidir.
16. Beləliklə, qətnamədən kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 2 aylıq müddətin son günü 2026-cı il ## #### olmuşdur. Həmin tarix qeyri-iş gününə bazar gününə düşdüyündən, MPM-in 129.2-ci maddəsinə əsasən müddətin qurtarma günü ondan sonrakı iş günü, yəni 2026-cı il ## #### hesab olunur. Kassasiya şikayəti isə 2026-cı il # ###### tarixdə, qanunla müəyyən edilmiş müddət başa çatdıqdan 21 gün sonra verilmişdir. Şikayətçi tərəfindən buraxılmış prosessual müddətin bərpa olunmasına dair vəsatət verilməmişdir.
17. MPM-in 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə görə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onlar verən şəxsə qaytarılır.
18. Bundan başqa, MPM-in 407.4-cü maddəsinə əsasən kassasiya şikayətinə dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunmalıdır.
19. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə görə iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda qiymətləndirilən iddia ərizəsinin verilməsi üçün 120 manat və 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilir. Həmin Qanunun 8.6-cı maddəsinə əsasən kassasiya şikayətinin verilməsi üçün müvafiq olaraq Qanunun 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi ödənilməlidir.
20. Iddia tələbindən görünür ki, iddiaçı digər tələblərlə yanaşı o cümlədən cavabdehdən 18.438,06 manat pulun tutulmasını da xahiş etmişdir. Lakin şikayətə əlavə edilmiş ödəniş sənədinə əsasən yalnız qiymətləndirilməyən iddia tələbi üzrə 50 manat dövlət rüsumu ödənilmiş, qiymətləndirilən pul tələbi üzrə müəyyən edilmiş dövlət rüsumu ödənilməmişdir.
21. MPM-in 408.1.3-cü maddəsinə əsasən kassasiya şikayətinə müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilmədikdə, həmin Məcəllənin 408.1.4-cü maddəsinə əsasən isə kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildikdə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmadıqda kassasiya şikayəti qaytarılır.
22. MPM-in 409-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır.
23. Göstərilənlərə əsasən, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadığından “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və şikayətin geri qaytarılması məsələsinə baxılması üçün iş Gəncə Apellyasiya Məhkəməsinə göndərilməlidir.
24. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 404- 1.2, 405, 407, 408 və 409-cu maddələrini rəhbər tutaraq
QƏRARA ALDI:
Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## ##### tarixli *-*(*-*)-**/**** nömrəli qətnaməsindən “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti (vəkili vəkil1) tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.