Məhkəmə qərarları › İş №e-2(3-9)-865/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-9)-865/2026

29.09.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2(3-9)-865/2026 29.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi, hakimlər Əliyev Qasım Vəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, İsazadə Salman Raqif oğlunun katibliyi, Şirvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-***/**** saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə müraciət edərək Cavabdeh yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş 12010 manat məbləğdə maddi zərərin və hüquqi xidmətə görə vəkilə ödənilmiş 650 manat pulun alınaraq ona verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mülkiyyət hüququ ilə ona məxsus olan “Ford Transit yük” markalı ** HO *** dövlət qeydiyyat nişanlı avtomobili ##.##.2023-cü il tarixli etibarnamə əsasında ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh Yusif oğlunun istifadəsinə vermişdir. Arabir onun yüklərini də daşımışdır. Cavabdeh Hacıqabul rayonuna yük apararıb qayıdarkən ##.##.2023-cü il tarixdə saat 16:20 radələrində avtomobili “Bakı- Qazax-Gürcüstan” yolu 33 km ərazisində idarə edərkən “Yol hərəkəti haqqında” Qanunun tələblərini pozaraq yolun əks tərəfinə çıxmış, qarşıdan gələn “Kamaz” markalı avtomobil ilə toqquşmuş, nəticədə “Ford Transit yük” markalı ** HO *** dövlət qeydiyyat nişanlı avtomobilə xeyli miqdarda ziyan dəymiş və avtomobil yararsız hala düşmüşdür. Faktla bağlı Baş dövlət yol polisi idarəsi tərəfindən Cavabdeh barəsində İXM-in 327.1-ci maddəsinin tələblərinə əsasən ##.##.2023-cü il tarixli İXP ******* saylı İnzibati xəta haqqında protokol tərtib edilmişdir. Daha sonra isə inzibati xəta haqında iş üzrə TP ******* saylı qərarı ilə Cavabdeh İXM-in 327.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində inzibati tənbeh olaraq 40 manat məbləğdə cərimə tətbiq edilmişdir. Cavabdeh təqsirli əməli nəticəsində ona məxsus “Ford Transit yük” markalı ** HO *** dövlət qeydiyyat nişanlı avtomobil tamamilə yararsız hala düşmüşdür. “xxxx” MMC (VÖEN **********) tərəfindən tərtib edilmiş ##.##.2024-cü il tarixli qüsur aktına əsasən “Ford Transit yük” markalı avtomobilin təmiri üçün tələb olunan məbləğ 12010 manat təşkil edir. İddiaçı sonradan tələbin dəqiqiləşdirilməsinə dair ərizə verərək mülkiyyətində olan 1999-cu il buraxılışlı “Ford Tansit yük” markalı ** HO *** dövlət qeydiyyat nişanlı avtomobili yararsız hala saldığına görə 12010 manat məbləğdə maddi zərərin əvəzinin, hüquqlarının müdafiəsi üçün vəkilə ödədiyi 650 manat hüquqi yardım xərcinin və nəqliyyat vasitəsinin qiymətləndirilməsi barədə hesabatın hazırlanmasına görə “xxxx” MMC-yə ödənilmiş 350 manat haqqın cavabdehdən alınıb ona ödənilməsini xahiş etmişdir. Şirvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakim Aydan Məmmədli) iddia qismən təmin edilərək Cavabdeh maddi zərərin əvəzi olaraq 10200 manat məbləğdə pulun alınaraq İddiaçı verilməsi, məhkəmə xərclərinin cavabdehə aid edilməsi, qiymətləndirmənin 350 manat məbləğdə dəyərinin Cavabdeh alınaraq İddiaçı verilməsi, Cavabdeh hüquqi xidmətə görə 650 manat məbləğdə pulun alınaraq İddiaçı verilməsi, Cavabdeh 120 manat 60 qəpik məbləğində pulun alınaraq dövlət nəfinə keçirilməsi, qalan hissədə iddianın təmin edilməməsi qərara alınmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, “Ford Transit-yük” markalı ** HO *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə vurduğu zərərin əvəzini mülki hüquq pozuntusunu törətmiş Cavabdeh öhdəsinə qoyulmalıdır. Məhkəmə iş materiallarına əlavə edilmiş “xxxx” MMC-nin ##.##.2025 ci il tarixli ekspert rəyini müqayisəli şəkildə təhlil edərək daha mötəbər sübut qismində qiymətləndirməni qəbul edir və nəzərə alır. “Ford Transit-yük ” markalı ** HO *** dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi nəticəsində dəymiş zərər 10200 manat məbləğdə müəyyən olunmalıdır. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21.1-ci, 21.2-ci, 1096.1-ci, 1096.2-ci, 1097.1-ci, 1108.1-ci və 1115-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, onun ləğv edilməsini, iddiаnın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülkiyyətçinin əri Qаlibin tаpşırığı əsаsındа hаdisəni оlduğu kimi DYP-yə dаnışmаmışdır. Belə ki, Qаlib ondan хаhiş etmişdir ki, iş аdаmı оlаrаq (Qаlib bir neçə yük mаşını işlədir) əgər hаdisənin оnun tərəfindən törədildiyi qeydə аlınsа, оnu sürücülük hüququndаn məhrum edə bilərlər. Qаlib bu vəziyyəti ona hаdisədən sоnrа izаh etmiş, o isə öz növbəsində bunu qəbul etmiş və Qаlib həyаt yоldаşınа telefоn vаsitəsilə onun аnket məlumаtlаrını göndərmiş, təcili yаrdım tərəfindən tibb müəssisəsinə yerləşdirilərkən telefоnunа mesаj gəlmişdir ki, mülkiyyətçi onun аdınа etibаrnаmə vermişdir. Hаdisə zаmаnı аdı çəkilən nəqliyyаt vаsitəsini Qаbil idаrə etmiş, özü isə fəhlə оlаrаq Bаkıdаn Şirvаn şəhərinə аpаrılаn əmlаkın yüklənməsini və bоşаldılmаsını təmin etməli idi. Qаbil onun müаlicəsinə müəyyən vəsаit хərcləmiş, özü isə sürücü оlаrаq sükаn аrхаsındа оlduğu üçün ciddi bir хəsаrət аlmаmışdır. Məhkəmə prоsesində hаdisənin əsl mаhiyyətin dаnışmаmışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ##.##.2023-cü il tarixli TP ******* nömrəli qərara əsasən Cavabdeh ##.##.2023-cü il tarixdə saat 16:20-də xətanın yeri olan “Bakı-Qazax-Gürcüstan” yolu 33 km-də “Ford Transityük” markalı ** HO *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinin sürücüsü tərəfindən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarının pozulmasına görə İXMin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 40 manat məbləğdə cərimə edilmişdir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Ford Transityük ” markalı ** HO *** dövlət nömrə nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. Nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamənin surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh nəqliyyat vasitəsini idarə etmək səlahiyyətləri verilmişdir. Etibarnamə 7 ay 9 gün müddətinə verilib və ##.##.2023-cü il tarixədək qüvvədədir. “xxxx” Ekspertiza MMC ##.##.2025-ci il tarixli **** nömrəli ekspert rəyindən görünür ki, “Ford Transit-yük” markalı ** HO *** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyanın məbləği 10200 manat təşkil edir. “xxxx” MMC-nin ##.##.2024-cü il tarixli qüsur aktından görünür ki, “Ford Transit-yük” markalı ** HO *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinə dəymiş ziyan: 1 ədəd kabina 3000 manat, 1 ədəd asqı 600 manat, 1 ədəd şit 250 manat, 1 ədəd alın şüşə 200 manat, 1 dəst şitin naqili dəst 80 manat, 1 dəst mühərrik naqili 35 manat, 1 ədəd rul airbag 50 manat, 1 ədəd sükan mexanizmi 500 manat, 1 ədəd hidrogücləndirici 150 manat, 2 ədəd təkər 200 manat, 2 ədəd dsiki 100 manat, 1 ədəd ön bufer 50 manat, 2 ədəd faralar 100 manat, 1 ədəd su radiatoru 200 manat,1 ədəd ön tor 25 manat, 1 ədəd akkumlyator 100 manat,1 ədəd rıçaq başlığı 20 manat,1 ədəd qazın trosu 20 manat, 1 ədəd hava tənzimliyəcisinin tayaqası 20 manat, 1 ədəd dinamo kəməri 20 manat, 1 ədəd radiator qoruyucu 50 manat,2 ədəd maqnit pər 200 manat, 1 dəst peçin şlanqları 20 manat, 1 ədəd su baçoku 30 manat, 1 dəst su baçokonun şlanqları 20 manat, 1 ədəd muftanın matoru 20 manat, 1 ədəd hava süzgəcinin korpusu 60 manat, 1 ədəd peçin radiatoru 60 manat, 1 ədəd su nasosu 50 manat, 1 ədəd arxa podpres 80 manat, 1 ədəd qapının şüşəsi 50 manat, 1 ədəd qapının güzgüsü 50 manat, 1 ədəd sürət qutusu 250 manat, 1 ədəd kardan dəst 150 manat, 2 ədəd podvesnoy 100 manat, 2 ədəd kristavin 100 manat, 1 dəst polun, qapının rezinləri 200 manat, 1 ədəd dinamo 250 manat, 1 ədəd starter 150 Manat, 1 ədəd yük yeri 800 manat, dəmirçi işi 1200 manat, rəngsaz işi 1200 manat, mühərrik işi 300 manat, çilingər işi 500 manat, elektrik 500 manat, cəmi 12010,0 manat. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin qətnaməsinin X1 apellyasiya şikayətinə münasibətdə yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. MM-in 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. MM-in 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; MM-in 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə tərkibi hesab edir ki, işin birinci instansiya məhkəməsində icraatı zamanı əldə edilmiş “xxxx” MMC-nin ## ###### 2026-cı il tarixli rəyinə əsasən “Ford Transit-yük” markalı ** HO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 10200 manat müəyyən edilmişdir. Həmçinin “xxxx” MMC-nin ##.##.2024-cü il tarixli qüsur aktından nəqliyyat vasitəsinə dəymiş zərərin məbləğinin 12010 manat təşkil etdiyi göstərilmişdir. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi rəylə qüsur aktını qarşılıqlı əlaqədə qiymətləndirərək dəymiş zərərin məbləğini 10200 manat müəyyən etmişdir. Həmçinin nəqliyyat vasitəsinə dəymiş zərərin məhz Cavabdeh tərəfindən vurulması iş materiallarında olan sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə tərkibi hesab edir ki, iş materiallarında adıçəkilən rəy və qüsur aktıın mötəbərliyini və obyektivliyini şübhə altına alan, yaxud onların nəticələrinin düzgünlüyünə əsaslı şübhə yaradan hər hansı hal müəyyən edilməmişdir. Həmin rəy və akt iş üzrə toplanmış digər sübutlarla uzlaşır və onun etibarlılığını inkar edən sübutlar təqdim olunmamışdır. Bu səbəbdən məhkəmə tərkibi belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin dəymiş zərərin məbləğinin müəyyən edilməsinə dair nəticəsi qanuni və əsaslı olduğundan qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə tərkibi diqqətə çatdırır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Yuxarıda qeyd edilənlər baxımından apellyasiya instansiyası məhkəməsi hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: birincisi, güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır;ikincisi, sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; üçüncüsü, bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; dördünücüsü, bu sübutlar birlikdə dəyərləndirilməlidir. Bundan əlavə, məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayətində göstərilən və heç bir mötəbər sübuta söykənməyən formal dəlillər hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. Xüsusilə, nəqliyyаt vаsitəsinin Qаbil tərəfindən idаrə edilməsi faktını Cavabdeh nə polis araşdırması zamanı, nə də birinci instansiya məhkəməsində bildirmişdir. Bu barədə yalnız apellyasiya şikayətində dəlil irəli sürmüş, lakin buna dair hər hansı mötəbər sübutunu təqdim etməmişdir. Əksinə bütün araşdırmalar zamanı məlum hadisənin baş verdiyi anda nəqliyyаt vаsitəsinin məhz özü tərəfindən idarə edildiyini göstərmişdir. Beləliklə, məhkəmə tərkibi iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlir və maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdır. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə tərkibi məhkəmə xərclərinə dair hesab edir ki, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumu şikayətçinin özünə aid edilməlidir. Məhkəmə tərkibi şərh olunanlara əsaslanıb, MPM-in 14, 77, 135, 217, 372, 376, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutub QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-***/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddət ərzində şikayət verilməzsə, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar