Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1135/2025 27.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı mülki iş üzrə Açar sözlər: (ölüm faktının müəyyən edilməsi) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, Ərizəçi Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək bacısı xx.xx.1995-ci il təvəllüdlü X4 xx.xx.1995-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, X2 və anası X9 xx.xx.1977-ci ildə rəsmi nikaha girməklə evlənmişlər və bu nikahdan xx.xx.1984-cü ildə Ərizəçi, xx.xx.1989-cu il təvəllüdlü X13 və xx.xx.1995-ci il təvəllüdlü X10 anadan olmuşdur. X2 xx.xx.2015-ci ildə vəfat etmişdir, anası X9 isə xx.xx.2024-cü il tarixində vəfat etmişdir. "Nissan Sunny minik" markalı, **-XT-*** dövlət nömrə nişanlı avtomobil anası X3 miras qalmışdır. xx.xx.1995-ci il təvəllüdlü X10 doğulduqdan 6 ay sonra, yəni xx.xx.1995-ci ildə vəfat etmişdir. Lakin bacısının ölümü haqqında şəhadətnamə alınmamışdır. xx.xx.1995-ci ildə vəfat etmiş X4 ölümü haqqında şəhadətnamələrin olmaması anası X3 miras qalmış “Nissan Sunny minik” markalı, **-XT-*** dövlət nömrə nişanlı avtomobili vərəsəlik yolu ilə mülkiyyətə keçirməyinə maneçilik törədir. Bakı şəhəri 20 saylı Uşaq Poliklinikasının vəkil sorğusuna verdiyi cavab məktubunda xx.xx.1995-ci il təvəllüdlü X4 20 saylı Uşaq Poliklinikasında qeydiyyatda olmadığı bildirilmişdir. Bakı şəhəri Maraqlı şəxs isə xx.xx.1995-ci il təvəllüdlü X4 ölümü ilə bağlı tibbi sənəd olmadığına görə ərizəçinin ərizəsini təmin etməmişdir. Buna görə ərizəçi məhkəməyə müraciət etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizədə göstərilənləri təsdiq edərək, ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq izahatında hüquqi faktın müəyyən edilməsinin anasından qalmış avtomobilin vərəsəlik qaydasında sənədləşməsi üçün ona maneəçilik törətdiyini bildirmişdir.
4. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onun iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir.
5. Məhkəmə iclasında iştirak edən şahid X11 ifadə verərək bildirdi ki, ərizəçinin əmisidir. X1 xx.xx.1995-ci ildə doğulmuşdur və cəmi 6 ay yaşamışdır.
6. Məhkəmə iclasında iştirak edən şahid X12 ifadə verərək bildirdi ki, ərizəçinin xalasıdır. X1 xx.xx.1995-ci ildə doğulmuşdur və 1995-ci ilin oktyabr-noyabr ayında vəfat etmişdir. Yaşadıqları kəndə də dəfn olunmuşdur.
Mülki işin materialları:
7. Bakı şəhəri Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 3-16-5/7-13-191/24 tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. X4 adına ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizə təmin edilməmişdir.
8. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X22 “Bakı şəhər Baş Səhiyyə Mərkəzi” X23 20 X5 xx.xx.2024-cü il tarixli, 422 nömrəli məktubundan görünür ki, xx.xx.1989-cu il təvəllüdlü X13 və xx.xx.1995-ci il təvəllüdlü X10 20 nömrəli Uşaq Poliklinikasında qeydiyyatda olmayıblar.
9. Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan müəyyə olunur ki, xx.xx.1995-ci il təvəllüdlü X4 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır.
10. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Nissan Sunny minik” markalı, **-XT-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sahibi X6r.
11. Ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X9 xx.xx.2024-cü il, X8 isə xx.xx.2015-ci il tarixdə ölmüşlər.
12. Bakı şəhəri Maraqlı şəxs tərəfindən xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X10 xx.xx.1995-ci ildə anadan olmuş, anası X9, X2dur.
13. Ağstafa rayonu, A.Kəsəmən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli aktda xx.xx.1995-ci il təvəllüdlü X4 xx.xx.1995-ci il tarixdə vəfat etməsi və Ağstafa rayonu, A.Kəsəmən kənd qəbirstanlığında dəfn edildiyi göstərilmişdir.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası MPM-nin:
14. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
15. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
16. 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
17. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
18. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
19. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
20. 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir.
22. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 8 saylı Qərarının 1.2-ci bəndinin izahına əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 4.8-ci bəndinin izahına əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur.
Məhkəmənin mövqeyi:
23. Məhkəmə ərizəçinin izahatını nəzərə alıb, şahid ifadələrini, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə aşağıda göstərilənlərə əsasən təmin edilməlidir.
24. Mülki işin materiallarından da görünür ki, Ərizəçi bacısının ölümünün qeydə alınması üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin bacısı X4 ölüm faktı müvafiq sənəd ilə təsdiq olunmadığına görə ona ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. Buna görə də ərizəçi ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir.
25. Məhkəmə qanunvericiliyin tələblərinə görə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmçinin qeyd olunmalıdır ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədikdə məhkəmə o zaman hüquqi əhəmiyyəti olan faktları müəyyən edir.
26. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır.
27. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X4 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin onun ölüm haqqında akt qeydinin aparılmasından imtina etməsi nəticəsində ərizəçi X4 ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X4 xx.xx.1995-ci il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən ərizə əsaslıdır.
28. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir.
29. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikaı MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
Ərizə təmin edilsin. xx.xx.1995-ci il tarixdə anadan olmuş X4 xx.xx.1995-ci il tarixdə ölməsi (vəfat etməsi) barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Lətifə Məmmədova