Məhkəmə qərarları › İş №2(001)-1143/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1143/2023

07.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1143/2023 07.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi mərhum əri X2 ölüm faktının müəyyən edilməsi barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin xx.xx.1973-cü il təvəllüdlü əri X4 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Yeni Müşfiq qəsəbəsi, dairəvi küçədə rəhmətə getmiş və Qobustan rayonu Bəklə kənd qəbiristanlığında dəfn olunmuşdur. Hazırda ərizəçi X2 ölümü ilə əlaqədar olaraq qeydiyyatda olduğu ünvanındakı qeydiyyatının ləğvi il bağlı polis idarəsinə müraciət etmiş və polis tərəfindən X2 ölüm haqqında şəhadətnaməsi tələb edilmişdir. Ərizəçi X2 ölümünün qeydiyyata alınması ilə bağlı Bakı şəhəri Maraqlı şəxsnə ərizə ilə müraciət etmiş, lakin Bakı şəhəri Maraqlı şəxs tərəfindən ölümünün qeydiyyata alınmasından imtina olunmuşdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X1 (Kərimova) Qızqayıt Şahin qızı ilə xx.xx.2008-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. İş materiallarında olan BŞT və TTYS-nin 17 saylı bölməsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 00:41-də, Qaradağ rayonu, Müşfiq qəsəbəsi, Yeni qəsəbə dairəvi küçə ünvanına X2 adına çağırış olmuş və həmin ünvanda həkimə qədər ölüm, kişi cinsli meyit aşkarlanmışdır. İş materiallarında olan Qobustan rayon İcra Hakimiyyəti Başçısının Nabur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından görünür ki, X4 xx.xx.2022-ci il tarixdə Qobustan rayon Bəklə kənd qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Ərizəçi ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində məhkəməyə bildirdi ki, o, ərizəçinin atasıdır. xx.xx.2022-ci il tarixdə gecə oğlu ona zəng elədi ki, kürəkəni Elşənin nəsə vəziyyəti yaxşı deyil, ola bilsin şəhərə aparmalı oldular. Onlar özləri Qaradağ rayonunun Müşfiq qəsəbəsində yaşayırlar. Qızının evi ilə onun evi arasında 300 metr məsafə var. Bir müddət sonra xəbər gəldi ki, Elşən elə həkimə getdikləri yerdə, maşında rəhmətə gedib. Vəfat etdikdən sonra kürəkəni Qobustan rayonunun Bəklə kənd qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində məhkəməyə bildirdi ki, o, ərizəçinin anasıdır. Qızının əri X4 xx.xx.2022-ci il tarixdə, gecə saatlarında həkimə gedərkən yolda vəfat etmiş və Qobustan rayonunun Bəklə kənd qəbirstanlığında dəfn olunmuşdur. Mülki Prosessual Məcəllənin 307.2.8-ci maddəsinə görə, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 309.1-ci maddəsinə əsasən isə, hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, “ ... Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir”. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1973-cü il təvəllüdlü X2 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Yeni Müşfiq qəsəbəsi, Dairəvi küçə ünvanında, ev şəraitindən kənar ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1973-cü il təvəllüdlü X2 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Yeni Müşfiq qəsəbəsi, Dairəvi küçə ünvanında, ev şəraitindən kənar ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar