Məhkəmə qərarları › İş №2(001)-1230/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1230/2021

01.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1230/2021 01.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Ərizəçi “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxx 1952-ci il təvəllüdlü anası X2 xx xxxxxx 2020-ci il tarixində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx xxxxx 1952-ci il təvəllüdlü anası X7 xx xxxxxx 2020-ci ildə ölmüşdür. Bu günə qədər də, ölümü təsdiq edən sənədi almamışdır. Lakin bəzi sənədləşmə işlərinin aparılması üçün ölüm haqqında şəhadətnamənin alınması zərurəti yaranmışdır. Bu barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər baş səhiyyə idarəsi şəhər poliklinikasına və Qeydiyyat Şöbəsinə yazılı ərizə ilə müraciət etmişdir. Lakin poliklinika arayışı, qeydiyyat şöbəsi ölüm haqqında şəhadətnaməni verməkdən imtina etmiş, eyni zamanda ona bu barədə məhkəməyə müraciət etməsini tövsiyyə etmişlər. Qeyd edilənlərə əsasən ərizənin təmin edilməsi, xx xxxxx 1952-ci il təvəllüdlü anası X2 xx xxxxxx 2020-ci il tarixində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, xx.xx.2020-ci il tarixində məhkəməyə ərizə göndərərək işin həllini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişlər. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin məhkəməyə gəlməsini məcburi hesab etməmiş və işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatına, şahidlərin ifadələrinə, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə vermiş X3 ifadəsində bildirmişdir ki, X7 ilə qonşu olmuşlar. xx xxxxxx 2020-ci il tarixində səhər küçəyə çıxan zaman səsküy eşitmiş, gedib görmüşdür ki, Lətifə xanım rəhmətə gedib. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X6 ifadəsində bildirmişdir ki, X7 ilə qonşu olmuşlar. xx.xx.2020-ci il tarixində səhər-səhər Xatirə xanım ona Lətifə xanımın rəhmətə getdiyini bildirmiş, bundan sonra Lətifə xanımgilə getmiş və öldüyünü görmüşdür. Mülki işin materiallarında olan Bakı şəhəri Təcili və X1 Stansiyasının xx xxxxxx 2020-ci il tarixli Ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, həmin günü saat 04:30-da Digah qəsəbəsi, Babək küçəsinə X2 adına çağırış olmuş, çağırışa gələn həkimlər X2 öldüyünü görmüşlər. Mülki işin materiallarında olan X11 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx xxxxxx 2020-ci il tarixli, 1005 saylı arayışından görünür ki, X7 xx.xx.2020-ci ildə rəhmətə getmişdir və Digah qəsəbəsi qəbristanlığında dəfn olunmuşdur. Mülki işin materiallarında olan Vİİ-ЖГ seriyalı № 307022 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx xxxx 1975-ci ildə doğulmuşdur. X5, anası X4r. Mülki işin materiallarında olan AZE seriyalı № 03535639 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1952-ci ildə Bərdə rayonunda anadan olmuşdur. Mülki işin materiallarında olan Bakı şəhəri Maraqlı şəxsndən verilmiş xx xxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, Ərizəçi ölüm faktını təsdiq edən tibbi sənəd olmadığı üçün X2 ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Eyni Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə hesab edir ki, X2 xx.xx.2020-ci il tarixdə vəfat etməsi təqdim olunmuş sübutlarla tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd, ərizəçiyə sənədləşmə işləri üçün tələb olunur və qeyd olunanlara əsasən ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1952-ci il təvəllüdlü X2 xx.xx.2020-ci ildə ölməsi faktı müəyyən edilsin. Qətnamə xx.xx.1952-ci il təvəllüdlü X2 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar