Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1237/2024 30.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Muradova Nigar Yunis qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “ölüm faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, anası XX.XX.1936-cı il təvəllüdlü X4 07 oktyabr 2017-ci il tarixdə Respublika Klinik Xəstəxanasında vəfat etmişdir. Belə ki, anası 03 oktyabr 2017-cı il tarixdə qəfil xəstələnmiş və həmin gün axşam Respublika Klinik Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilmişdir. 3(üç) sutka müalicə aldıqdan sonra oktyabr ayının 6-dan 7-nə keçən gecə sübhə yaxın xəstəxanadan onlara zəng gəlmişdir ki, anaları dünyası dəyişmişdir. Dərhal xəstəxanaya gəlmişlər və anası X4 artıq vəfat etdiyindən Göy məscid adlanan məkandan cənazə daşıyan avtomobil çağırmışlar. Səhər təxminən saat 6- 7 radələrində cənazəni maşına qoyaraq Göy məsciddə yuduzdurmuşlar, kəfənləyərək kəndlərindəki Saatlı rayon Əhmədbəyli kəndindəki evlərinə aparmışlar. Orada vida məclisi qurmuşlar və həmin gün, yəni 07 oktyabr 2017-ci il tarixdə günorta vaxtı kənd qəbirstanlığında dəfn etmişlər. Ölüm haqqında tibbi şəhadətnamə alınması məqsədilə tərəfindən 2023-cü ilin iyun ayında Respublika Klinik Xəstəxanasına müraciət olunsa da, lakin cavab olaraq bildirilmişdir ki, “sənəddə qeyd olunub ki, xəstə qohumları tərəfindən evə aparılıb”. Anasının xəstəxanada vəfat etməsi ilə bağlı israr etsə də, heç cürə başa sala bilməmişdir ki, ailə üzvləri tərəfindən heç bir rəsmi ərizə olmadan sənəddə yazılmışdır ki, xəstə evə aparılmışdır. Həmçinin, Bakı şəhəri Maraqlı şəxsnə müraciətlərinə cavab olaraq bildirilmişdir ki, tibb müəssisəsinin müvafiq sənədi olmadan ərizənin təmin edilməsi mümkün deyildir. Hal-hazırda ölüm haqqında şəhadətnamənin alınması məqsədilə XX.XX.1936-cı il təvəllüdlü X2 ölüm faktının məhkəmə qaydasında müəyyən edilməsi zərurəti yaranmışdır. Ərizəçi göstərilənləri nəzərə alaraq, XX.XX.1936-cı il təvəllüdlü X2 07 oktyabr 2017-ci il tarixdə ölməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etməklə yanaşı, ölüm faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda Ərizəçi ərizə təqdim edərək, ölüm faktının müəyyən edilməsinin ona sənədləşmə işlərinin aparılması məqsədilə lazım olduğunu ərizəsində qeyd etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məktubla məhkəməyə müraciət edərək ərizəyə etiraz etmədiklərini və işin həllinin məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişlər. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatına və iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan “Akademik M.Ə.Mirqasımov adına” Respublika Klinik Xəıstəxanası X14 tərəfindən verilmiş Stasionar xəstənin tibbi kartasından görünür ki, xx.xx.2017-ci il tarixdə XX.XX.1936-cı il təvəllüdlü X4 həmin klinikanın kardiologiyareanimasiya şöbəsinə daxil olmuş və ona infarktın kəskin mərhələsi diaqnozu qoyulmuşdur. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 28 noyabr 2023-cü il tarixli, 3-16-5/8-13-2034/23 saylı məktubdan görünür ki, ərizəçinin müraciətinə həmin şöbə tərəfindən baxılmış və ona bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilir. X1 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamənin olmaması səbəbindən ərizənin hazırda təmin edilməsi mümkün olmamışdır. İş materiallarında olan AZE seriyalı 05508292 №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 XX.XX.1936-cı il tarixdə Saatlı rayonunun Telmankənd kəndində anadan olmuşdur. İş materiallarında olan Saatlı Rayon İcra Hakimiyyəti başçısının X11 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 13 noyabr 2023-cü il tarixli arayışdan görünür ki, arayış verilir ona görə ki, Saatlı rayonunun Əhmədbəyli kəndində qeydiyyatda olmuş 1936-cı il təvəllüdlü X4 07 oktyabr 2017-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Saatlı Rayon İcra Hakimiyyəti başçısının X11 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 14 noyabr 2023-cü il tarixli arayışdan görünür ki, arayış verilir ona görə ki, 07 oktyabr 2017-ci il tarixdə Bakı şəhərində vəfat edən və həmin tarixdə Saatlı rayon Əhmədbəyli kəndində dəfn olunan X2 aşağıdakı tərkibdə ailə üzvləri var: 1.X3; 2. Oğlu Ərizəçi; İş materiallarında olan 3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 18 iyun 2023-cü il tarixli arayışdan görünür ki, XX.XX.1936-cı ildə Saatlı rayonunun Telmankənd kəndində anadan olmuş X2 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə 18 iyun 2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan 14 noyabr 2023-cü il tarixli Aktdan görünür ki, həmin akt tərtib edilir ondan ötrü ki, X4 07 oktyabr 2017-ci il tarixdə Bakı şəhərində vəfat etmiş və həmin tarixdə Saatlı rayon Əhmədbəyli kənd qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ərizəçinin qonşusu olmaqla yanaşı, XX.XX.1936-cı il təvəllüdlü X2 07 oktyabr 2017-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktını təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ərizəçinin arvadı (həyat yoldaşı) olmaqla yanaşı, XX.XX.1936-cı il təvəllüdlü X2 07 oktyabr 2017-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktını təsdiq etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyin normalarını rəhbər tutaraq hesab edir ki, XX.XX.1936-cı il təvəllüdlü X2 07 oktyabr 2017-ci il tarixdə Bakı şəhərində vəfat etməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar olduğundan, ərizə əsaslı olduğu üçün təmin edilməli, XX.XX.1936-cı il təvəllüdlü X2 ölüm faktı müəyyən olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. XX.XX.1936-cı il təvəllüdlü X2 07 oktyabr 2017-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. X2 adına ölüm haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №2(001)-1237/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1237/2024
30.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver