Məhkəmə qərarları › İş №2(001)-1239/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1239/2024

14.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1239/2024 14.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimova Aynurə Şirzad qızının katibliyi ilə Ərizəçi əri xx.xx.1956-cı il təvəllüdlü X8 xx.xx.2023-cü il tarixdə ölməsi faktının müəyyən olunmasına dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Ərizəçi əri xx.xx.1956-cı il təvəllüdlü X8 xx.xx.2023-cü il tarixdə ölməsi faktının müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılır ki, ərizəçinin əri xx.xx.1956-cı il təvəllüdlü X11 xx.xx.2023cü il tarixdə qəflətən evdə vəfat etmişdir. Həmin vaxt mərhumun adına təcili yardıma çağrış daxil olmuş, BŞT və TTYS-si tərəfindən xx.xx.2023-cü il tarixdə ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmiş və vərəqədə həkimə qədər ölmüş kişi cinsli meyid aşkar edilməsi göstərilmişdir. X3 xx.xx.2023-cü il tarixdə Abşeron rayonu Fatmayı kənd qəbirsanlığında dəfn edilmişdir. Bu barədə Abşeron rayonu Fatmayı Bələdiyyəsi tərəfindən xx.xx.2023-cü il tarixdə arayış verilmişdir. 25 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş ambulator kitabçadan çıxarşda X3nun poliklinikaya heç bir xəstəliklə müraciət etmədiyi qeyd edilmiş və bu səbəbdən ölüm haqqında tibbi şəhadətnamənin verilməsinin mümkün olmaması bildirilmişdir. Ərizəçi ölüm haqqında şəhadətnamə verilməsi ilə bağlı qedyiyyat şöbəsinə müraciət etmiş, lakin ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olmaması barədə cavab verilmiş və ölüm faktının müəyyən edilməsi üçün aiddiyyatı məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Göründüyü kimi məlum səbəblərdən həkimin tibbi şəhadətnaməsinin alınması mümkün olmamışdır. Ərizəçinin X3nun ölüm faktının təsdiq edəcək sənədi başqa qaydada almaq imkanı yoxdur və ona görə də bu fakt məhkəmə qaydasında təsdiq edilməlidir. Ölüm faktının təsdiq edilməsi ərizəçiyə hüquqlarının həyata keçirilməsi üçün vacibdir. Ona görə də, xx.xx.1956-cı il təvəllüdlü X8 xx.xx.2023-cü il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, ərizənin məzmununa uyğun izahat verib, ölüm faktının müəyyən edilməsinin ona miras əmlakın qəbul edilməsi üçün lazım olmasını bildirib, ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1.şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qusar rayon Yuxarı Tahircal kənd sovetliyi tərəfindən verilmiş xx.xx.1987-ci il tarixli İV-JQ № 398670 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X11 ilə X5 xx.xx.1987-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 14 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada Camalova soyadı verilmişdir. Azərbaycan Respublikası vətəndaşının seriya AZE 08890590 saylı xx.xx.2011-cu il tarixdə Bakı şəhəri Binəqədi RPŞ tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X11 xx.xx.1956-cı ildə Qusar rayonu Yux kəndində anadan olmuşdur. Təcili və X6 Stansiyasının xx.xx.2023-cü il tarixli xəbərdarlıq vərəqəsindən müəyyən olunur ki, ünvan 1 ünvanına X8 adına daxil olan çağırışa gələn həkim R.Hüseynov həkimə qədər ölmüş kişi cinsində meyit aşkar etmişdir. Bakı şəhəri Binəqədi rayon qedyiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli № 3-16-5/8- 13-1897/23 saylı məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktalrının qeydiyyatı qaydasının 8.5-ci bəndinə əsasən ölüm faktının tibb müəssisələrinin müvafiq sənədi ilə təsdiq edilməsi, əri X8 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamənin olmadığı üçün Ərizəçi ərizəsinin təmin edilməsinin mümkün olmadığı bildirilmişdir. Abşeron rayon Fatmayı Bələdiyyəsinin xx.xx.2023-cü il tairxli 133 nömrəli arayışından müəyyən olunur ki, X11 xx.xx.2023-cü il tarixdə Fatmayı qəbirstanlığında dəfn edilişdir. Məhkəmə iclasında şahid X2 ifadəsində göstərmişdir ki, qonşusu Ərizəçi əri Camal Camalov ürək tutmasından vəfat etmiş və Fatmayı qəbirstanlığında dəfn edilişdir. Məhkəmə iclasında şahid X1 ifadəsində göstərmişdir ki, qonşusu Ərizəçi əri 2023-cü ilin oktyabr ayında Camal qəflətən dünyasını dəyişmiş Fatmayı qəbirstanlığında dəfn edilişdir. Məhkəmə iclasında şahid X10 ifadəsində göstərmişdir ki, atası X11 xx.xx.2023-cü il tarixdə vəfat etmiş və Fatmayı qəbirstanlığında dəfn edilişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla xx.xx.1956-cı il tarixdə Qusar rayonunda anadan olmuş X8 xx.xx.2023-cü il tarixdə ölməsi faktı müəyyən olunduğundan, ərizəçi bu barədə sənədi başqa qaydada ala bilmədiyindən məhkəmə ərizəni əsaslı hesab edib təmin edir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. xx.xx.1956-cı il tarixdə Qusar rayonunda anadan olmuş X8 xx.xx.2023-cü il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar