Məhkəmə qərarları › İş №2(001)-1240/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1240/2024

12.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1240/2024 12.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Əhmədzadə Fitat Eldar qızının katibliyi, Ərizəçi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1924-cü il təvəllüdlü X2 xx.xx.2001-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, ərizəçinin anası X7 xx.xx.2001-ci il tarixdə evdə vəfat etmişdir. Mərhum S.Nüsrətdinova xx.xx.2001-ci il tarixdə Şabran rayonu Mumlu qəbirstanlığında dəfn olunmuşdur. Bu barədə Şabran rayon Taxtalar Bələdiyyəsi tərəfindən xx.xx.2023-cü tarixdə arayış verilmişdir. 15 nömrəli Şəhər Poliklinikası tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş cavabda 06 iyun 1924cü il təvəllüdlü X2 adına ambulator karta açılmadığı, xəstə kimi dispanser qeydiyyatına alınmadığı və onun haqqında məlumat verilməsinin imkan xaricində olması göstərilmişdir. Ölümün qeydə alınması ilə bağlı Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsinə rəsmi ərizə ilə müraciət etmiş, lakin müsbət nəticə əldə etməmişdir. Ölüm haqqında şəhadətnamənin başqa qaydada alınması qeyri-mümkün olduğundan məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs (nümayəndəsi) məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”-nın 8.5 bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. X2 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizə təmin edilməmişdir. - Şabran rayon Taxtalar Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 19№-li məktubundan görünür ki, xx.xx.1924-cü il təvəllüdlü mərhumə X7 xx.xx.2001-ci il tarixdə vəfat etmiş və xx.xx.2001-ci il tarixdə Şabran (Dəvəçi) rayonunun Mumlu kənd qəbirstanlığında dəfn olunmuşdur. - AR TƏBİB Baş Səhiyyə Mərkəzi PHŞ 15 nömrəli Şəhər Poliklinikasının xx.xx.2023-cü il tarixli, 259 №-li cavab məktubuna əsasən, X2 adına ambulator karta açılmamış, xəstə kimi dispanser qeydiyyatına alınmamış və xəstəliklə bağlı qeydiyyatda olmadığı üçün onun haqqında məlumat vermək imkan xaricindədir. - SSRİ vətəndaşının 698339 №-li pasportunun surətindən görünür ki, X7 xx.xx.1924-cü il il tarixdə Azərbaycan SSR-in Dəvəçi rayonunun Düzbilici kəndində anadan olmuşdur. - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1972-ci il təvəllüdlü Ərizəçi anası X3r. - Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə Nüsrətdinova (Şahverdiyeva) Sara Yarı qızı xx.xx.1961-ci il tarixdə nikaha daxil olmuşlar. - ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1982-ci il tarixdə vəfat etmişdir. - övladlığa götürmə haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1983-cü il tarixdə xx.xx.1972-ci il təvəllüdlü X1 övladlığa götürmüş və soyadı Nüsrətdinov adı Bəxtiyar atasının adı Səfəralı adı verilmişdir. Məhkəmənin iclasında iştirak edən şahidlər X8 və X5 izahat verərək, X2 xx.xx.2001-ci il tarixdə vəfat etdiyini (ölməsini) təsdiq etdilər. Məhkəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndini, MPM-nin 307.1, 307.2.8 və 308-ci maddələrini nəzərə alaraq qeyd edir ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Mülki işin materiallarından da görünür ki, ərizəçi S.Nüsrətdinovanın ölümünün qeydə alınması üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin S.Nüsrətdinovanın ölüm faktı müvafiq sənəd ilə təsdiq olunmadığına görə ona ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. Buna görə də ərizəçi ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmçinin qeyd olunmalıdır ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədikdə məhkəmə o zaman hüquqi əhəmiyyəti olan faktları müəyyən edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, ölüm haqqında akt qeydini aparmalı olan yeganə orqan qeydiyyat şöbəsi X2 ölüm haqqında akt qeydini aparmaqdan və ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X2 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin X2 ölüm haqqında akt qeydinin aparılmasından imtina etməsi nəticəsində Ərizəçi ölümü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X2 xx.xx.2001-ci il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən ərizə əsaslıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikaı MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1924-cü il təvəllüdlü X2 xx.xx.2001-ci il tarixdə ölməsi (vəfat etməsi) barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar