Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1245/2021 27.01.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, xxxxx katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə) ölüm faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində vəfat etmiş mərhum anası X5 ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, anası X12 xx xxxxxx 1962-ci il tarixdə anadan olmuşdur. O, uzun illər idi ki, ürək çatışmazlığından əziyyət çəkirdi. Anası bu illər ərzində müalicələr alsa da, xx xxxxxx 2020-ci ildə elə ürək çatışmazlığından vəfat etmişdir. O, anası vəfat etməmişdən əvvəl, elə həmin gün onun halının pisləşməsini görüb təcili tibbi yardım stansiyasına zəng vurmuş, təcili tibbi yardım həkimləri isə anasından mövcud pandemiya ilə əlaqədar covid-19 testi götürmüşlər. Bakı şəhəri Təcili tibbi yardım stansiyasının 9 saylı bölməsinin xx xxxxxx 2020-ci il tarixli arayışına əsasən isə covid-19 virus infeksiyasına görə anasından götürülmüş müayinə materialının nəticəsi neqativ olmuşdur. Təəssüf ki, təcili tibbi yardım stansiyasının həkimləri getdikdən 20 dəqiqə sonra anasının vəziyyəti təkrar pisləşmiş və onlar onu xəstəxanaya çatdıra bilməmişlər. Belə ki, AR Səhiyyə Nazirliyinin Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının “Həkimə qədər ölüm halını təsdiq edən” aktında da qeyd edildiyi kimi anası onun avtomobilində vəfat etmişdir. Elə bu səbəbdən də nə təcili tibbi yardım stansiyası, nə də ki anasının qeydiyyatda olduğu şəhər poliklinikası anasının ölümünə səbəb olan diaqnozu əsaslandırıcı şəkildə müəyyən edə bilməmişlər. O, anasının vəfatından sonra müəyyən hüquqi hərəkətləri həyata keçirə bilmək üçün xx xxxxxx 2020-ci il tarixində Maraqlı şəxsnə anası X5 vəfatına dair ölüm haqqında şəhadətnamə almaq üçün müraciət etmiş, lakin Maraqlı şəxs xx xxxxxx 2020-ci il tarixli məktubu ilə ona imtina vermişdir. Buna səbəb kimi isə mərhum anası X6 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamənin olmaması əsas göstərilmişdir. Göstərilənlərə əsasən ərizənin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi yuxarıda göstərilən məzmunda izahat verərək ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmiş, lakin məhkəməyə ərizə ünvalayaraq, ərizəyə etiraz etmədiklərini və işin həllini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X7 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, ərizəçinin dayısı arvadıdır. Mərhum X1 problemlər olurdu. xx xxxxxx 2020-ci il tarixdə ona zəng gəlmişdir ki, X13 artıq evdə rəhmətə gedib. Mərhumun dəfnində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, mərhum onun yoldaşının bibisi qızıdır. Mərhum xəstə idi, ona tez-tez təcili tibbi yardım çağırılırdı. xx xxxxxx 2020-ci il tarixdə mərhumun vəziyyəti pisləşmiş, xəstəxanaya aparılan zaman evin həyətində rəhmətə getmişdir. Mərhumun dəfnində iştirak etmişdir. İş materiallarında olan: AZE seriyalı, 09838514 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X12 xx xxxxxx 1962-ci il tarixdə Ermənistan Respublikası, Quqark rayonunda doğulmuşdur; İİ-ЕЛ seriyalı, 410287 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxxxx 1985-ci il təvəllüdlü Ərizəçi atası X8, anası X9r. Təcili və X11 Stansiyasının 9 saylı bölməsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 243/9 nömrəli arayışın surətindən görünür ki, xx xxxxxx 2020-ci il tarixdə Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi, 24/50 ünvanında 1962-ci il təvəllüdlü X4 Covid-19 virus infeksiyasına görə götürülən müayinə materialının nəticəsi neqativ olmuşdur. Təcili və X11 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xx xxxxxx 2020-ci il tarixdə, saat 11:49-da Bakı şəhəri, Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi, 24/50 ünvanında 1962-ci il təvəllüdlü X5 meyidi aşkar edilmişdir; Təcili və X11 Stansiyasının 9 saylı bölməsinin xx xxxxxx 2020-ci il tarixli, 244/9 nömrəli sorğuya cavab məktubundan görünür ki, həqiqətən də xx xxxxxx 2020-ci il tarixdə, saat 07:44-də Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi, ev 24/50 ünvanında X5 adına çağırış daxil olmuşdur. Çağırışı 9 saylı bölmənin həkimi Azad Rəsulov yerinə yetirmiş, həmin xəstəyə dəqiqləşdirilməmiş pnevmoniya diaqnozu qoyularaq müvafiq ilkin yardım göstərilmişdir. “Məhkəmə Tibbi Ekspertiza və X14” Publik hüquqi şəxs tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli arayışın surətindən görünür ki, xx xxxxxx 2020-ci il tarixdə Birliyin Nəsimi rayon şöbəsinin meyitxanasına gətirilmiş 1962-ci il təvəllüdlü X5 meyiti xx xxxxxx 2020-ci il tarixdə dəfn olunmasına icazə verilərək qohumlarına təhvil verilmişdir. Bakı şəhəri Sabunçu rayonu Ramana Bələdiyyəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 458 nömrəli arayışının surətindən görünür ki, X12 xx xxxxxx 2020-ci il tarixdə Ramana südçülük sovxozunda yerləşən qəbirstanlıqda dəfn olunmuşdur. “Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş şəhər xəstəxanası” Publik hüquqi şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli, 25 nömrəli məktubun surətindən görünür ki, X3 beş il ərzində AR SN 6 saylı BŞX-nın poliklinika şöbəsində hər hansı bir xəstəliklə bağlı müraciətinin olmaması və hər hansı bir xəstəlikdən əziyyət çəkməsi barədə şəxsi kart vərəqəsində müvafiq bir məlumatın olmadığı, bundan əlavə AR SN TTY Stansiyasının müvafiq qaydada ölüm səbəbini təsdiq edən aktı olmadığı üçün mərhum Z.İ.Cəfərovanın xx xxxxxx 2020-ci il tarixində vəfat etməsinə dair "Ölüm haqqında tibbi şəhadətnamə"nin verilməsi barədə ərizəsi təmin edilə bilmir. Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli, 05/Q-2492/13 nömrəli məktubun surətindən görünür ki, onun xx xxxxxx 2020-ci il tarixdə rəhmətə gedən anası X12 üçün ölüm haqqında şəhadətnamə almaq barədə müraciətinə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edlmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”-nın 8.5 bəndlərinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Anasının adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizəni təmin edə bilmirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarının 9.3 və 9.4-cü bəndlərində göstərilmişdir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçinin anası X12 xx xxxxxx 2020-ci il tarixdə ünvan 3 ünvanında ev şəraitində ölmüş, lakin ərizəçinin anasının ölüm faktını təsdiq edə biləcək sənədi məhkəməyə müraciət etmədən əldə etməsi mümkün olmamışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx xxxxxx 1962-ci il tarixdə Ermənistan Respublikası, Quqark rayonunda doğulmuş X5 xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx xxxxxx 1962-ci il tarixdə Ermənistan Respublikası, Quqark rayonunda doğulmuş X5 xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-1245/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1245/2021
27.01.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver