Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1264/2023 20.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə) “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə məhkəmənin açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1981-ci il təvəllüdlü əri X5 xx.xx.2022-ci il tarixində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1981-ci il təvəllüdlü əri X7 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Bu günə qədər ölümü təsdiq edən sənədi almamışdır. Bəzi sənədləşdirmə işlərinin aparılması üçün ölüm haqqında şəhadətnamənin alınması zərurəti yaranmışdır. Bu barədə 35 nömrəli şəhər poliklinikasına və qeydiyyat şöbəsinə yazılı ərizə ilə müraciət etmişdir. Lakin poliklinika arayışın, qeydiyyat şöbəsi ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Eyni zamanda öz imtina məktubunda bu barədə məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəsini müdafiə edərək əlavə olaraq bildirdi ki, mərhum əri ürək çatışmazlığından əziyyət çəkmişdir, daimi müalicələrdə olsa da nəticəsi olmamışdır. xx.xx.2022-ci il tarixdə qəflətən ürəyi tutmuş, onlar təcili tibbi yardım gələnə qədər əri keçinmişdir. İş üzrə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs qanunla müəyyən edilmiş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid X6 bildirdi ki, ərizəçi onun gəlini, mərhum X7 isə onun doğma oğludur. 2 oğlu 2 ay fərqlə eyni xəstəlikdən - ürək çatışmazlığından vəfat etmişdir. İlhamı Binəqədi qəsəbəsinin təzə kənd qəbrstanlığında dəfn etmişlər. O, ana kimi yas və dəfn mərasimlərində iştirak etmişdir. O, hazırda gəlini ilə birlikdə yaşayır. Məhkəmədə şahid X3 ifadəsində göstərdi ki, ərizəçi onun qonşusudur. Ərizəçinin əri - İlham ürək çatışmazlığından əziyyət çəkirdi. İlham xx.xx.2022-ci il tarixdə yaşadığı mənzildə qəfil dünyasını dəyişmişdir. O, dəfn mərasimində iştirak etməsə də, yas mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verib belə hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan: AZE 19134991 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1981ci il tarixdə Quba rayonunda anadan olmuş, yaşayış yeri ünvan 3 olmuşdur. AZ-İ 839957 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X4 arasında nikah xx.xx.2013-cü il tarixdə Maraqlı şəxsndə bağlanmışdır. Təcili və X2 Stansiyasının “ölüm haqqında xx.xx.2022-ci il tarixli xəbərdarlıq vərəqəsi”nin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 11:50-də Binəqədi rayonu, Binəqədi qəsəbəsi, keçid 1281, ev 81 ünvanında yaşayan X5 adına çağırış daxil olmuşdur. Briqada verilən ünvana çatdıqda X5 meyidini aşkar etmişdir. Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, X5 adına ölüm haqqında tibbi şəhadətnamə olmadığından, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Bakı Baş Səhiyyə Mərkəzi” X12 35 nömrəli şəhər Poliknikasının xx.xx.2022-ci il tarixli, 327 nömrəli məktubdan görünür ki, ünvan 2 ünvanında yaşamış X5 35 nömrəli poliknikasına müraciəti olmamışdır və ambulator kartası yoxdur. Ona görə poliklinika tərəfindən mərhuma ölüm haqqında tibbi şəhadətnamənin verilməsi üçün heç bir əsas yoxdur. Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X7 xx.xx.2022-ci il tarixdə Binəqədi rayonu, Binəqədi qəsəbəsinin təzə kənd qəbrstanlığında dəfn edilmişdir. Məhkəmə araşdırması zamanı ərizəçinin, şahidlərin izahatı və işin materialları ilə həqiqətən xx.xx.1981-ci il təvəllüdlü X5 xx.xx.2022-ci il tarixdə vəfat etməsi faktı sübut olunur. Lakin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs məktubla ölüm haqqında qeydiyyat aparmaqdan imtina etdiyindən ölüm faktını təsdiq edən lazımi sənədləri başqa qaydada almaq mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. 307.2.8-ci maddəsinə əsasən, icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. 309.1-ci maddəsinə görə hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Şərh edilənləri məhkəmə hesab edir ki, xx.xx.1981-ci il təvəllüdlü X5 yaşadığı ünvan 3 ünvanında xx.xx.2022-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.1981-ci il təvəllüdlü X5 yaşadığı ünvan 3 ünvanında xx.xx.2022-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölümün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPMnin 363.1.5- ci maddəsinə əsasən geri qaytarılacaqdır. Sədrlik edən Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(001)-1264/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1264/2023
20.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver