Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1265/2023 09.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə Ərizəçi atası xx.xx.1959-cu il təvəllüdlü X5 xx.xx.2022-ci il tarixdə ölməsi faktının müəyyən olunmasına dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Ərizəçi atası xx.xx.1959-cu il təvəllüdlü X5 xx.xx.2022-ci il tarixdə ölməsi faktının müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, atası xx.xx.1959-cu il təvəllüdlü X7 xx.xx.2022-ci il tarixdə iş yerində vəfat etmişdir. Həmin vaxt çağırılmış Təcili və X6 Stansiyası tərəfindən ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. Xəbərdarlıqda xx.xx.2022-ci il tarixdə saat 17:29 radələrində Ərizəçi məxsus kişi cinsli meyidin Z.Bünyatov 90 MKTB-də aşkarlandığı qeyd edilmişdir. O, ərazi üzrə 25 nömrəli şəhər poliklinikasına tibbi şəhadətnamənin alınması üçün müraciət etsə də olüm haqqında tibbi şəhadətnaməni almaq mümkün olmamışdır. Belə ki, X5 xx.xx.2022-ci il tarixdə iş verində vəfat etməsi, ölümün səbəbinin məlum olmadığı üçün ölüm haqqında şəhadətnamənin verilə bilməyəcəyi bildirilmişdir. X2 miras qalan əmlakın qəbul edilməsi üçün ölüm faktının müəyyən edilməsi zəruridir. O, atasının ölümünün qeydə alınması məqsədi ilə ərazi üzrə qeydiyyat şöbəsinə ərizə ilə müraciət etmiş, lakin, ona qeydiyyat şöbəsindən ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölüm faktının məhkəmə tərəfindən müəyyən edilməsi bildirilmişdir. Ona görə də, atası xx.xx.1959-cu il təvəllüdlü X5 xx.xx.2022-ci il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1.şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; Bakı şəhəri Binəqədi RPİ tərəfindən verilmiş AZE № 08154053 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Bakı şəhəri 7 mkr, məhəllə 3123 1 saylı evin 64 saylı mənzilində qeydiyyatda olan X7 xx.xx.1959-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində doğulmuşdur. Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi publik hüquqi şəxsi Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsinin 25 nömrəli şəhər poliklinikasının xx.xx.2022-ci il tarixli 271 saylı məktubundan müəyyən olunur ki, 7-ci mikrorayon F.Məlikov ev 1 mənzil 64 ünvanında qeydiyyatda olan, xx.xx.2022-ci ildə iş yerində vəfat edən X5 ölüm səbəbi məlum olmadığı üçün ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunun xx.xx.2022-ci il tarixli 552-C-22 saylı məktubundan müəyyən olunur ki, X5 ölümü ilə bağlı daxil olmuş material üzrə rayon prokurorluğunda müvafiq yoxlama aparılmış, həmin hadisə cinayət əlamətlərini əks etdirmədiyindən, cinayət hadisəsi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli qərarla cinayət işinin başlanması rədd olunmuşdur. BŞT və TTYS 9 saylı bölməsi tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsindən müəyyən olunur ki, Ərizəçi adına daxil olan çağırışa əsasən gələn həkim Z.Bünyatov 90 ünvanında kişi cinsli meyid aşkar etmişdir. Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur Bələdiyyəsinin 20 saylı xx.xx.2023-cü il tarixli arayışından müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X1 qəsəbə qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid X10 ifadəsində göstərmişdir ki, əri xx.xx.1959-cu il təvəllüdlü X7 bir neçə il əvvəll infarkt keçirdiyindən əməliyyat olunmuşdur. X7 xx.xx.2022-ci il tarixdə iş yerində ölmüş və Qaraçuxur qəsəbə qəbristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid X8 ifadəsində göstərmişdir ki, uzun müddət xəstə olan atası xx.xx.1959-cu il təvəllüdlü X7 xx.xx.2022-ci il tarixdə iş yerində ölmüş və Qaraçuxur qəsəbə qəbristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid X9 ifadəsində göstərmişdir ki, qayınatası xx.xx.1959-cu il təvəllüdlü X7 ürək xəstəsi olmuş, xx.xx.2022-ci il tarixdə iş yerində ölmüş və Qaraçuxur qəsəbə qəbristanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bakı şəhəri Maraqlı şəxs xx.xx.2022-ci il tarixli 05/9-3654/13 saylı məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydasının 8.5-ci bəndinə əsasən ölüm faktının tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməsi, X5 adına ölüm haqqında tibbi şəhadətnamənin təqdim etmədiyinə ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı Ərizəçi bildirilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla xx.xx.1959-cu il təvəllüdlü X5 xx.xx.2022-ci il tarixdə ölməsi faktı müəyyən olunduğundan, ərizəçi bu barədə sənədi başqa qaydada ala bilmədiyindən məhkəmə ərizəni əsaslı hesab edib təmin edir. Məhkəmə məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. xx.xx.1959-cu il təvəllüdlü X5 xx.xx.2022-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-1265/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1265/2023
09.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver