Məhkəmə qərarları › İş №2(001)-1269/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1269/2024

13.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1269/2024 13.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimova Aynurə Şirzad qızının katibliyi ilə Ərizəçi anası xx.xx.1945-ci il təvəllüdlü X1 xx.xx.2023-cü il tarixdə ölməsi faktının müəyyən olunmasına dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Ərizəçi anası xx.xx.1945-ci il təvəllüdlü X1 xx.xx.2023-cü il tarixdə ölməsi faktının müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılır ki, Ərizəçi anası xx.xx.1945-ci il təvəllüdlü X4 xx.xx.2023cü il tarixdə ölmüş, lakin ərizəçi bu günə qədər anasının ölümünü təsdiq edən sənədi almamışdır. Ərizəçiyə bəzi sənədləşmə işlərinin aparılması üçün ölüm haqqında şəhadətnamənin alınması zərurəti yaranmışdır. Ərizəçi 35 nömrəli Şəhər Poliklinikasına və qeydiyyat şöbəsinə ərizə ilə müraciət etmiş, lakin poliklinika arayışın, qeydiyyat şöbəsi ölüm haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Ona görə də xx.xx.1945-ci il təvəllüdlü X1 xx.xx.2023-cü il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, ərizənin məzmununa uyğun izahat verib ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1.şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bakı şəhəri Binəqədi rayon qedyiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.1968-ci il tarixli AZ № ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1968-ci il tarixdə Bakı şəhərində andan olmuş bu barədə doğum haqqında akt qeydləri kitabında 446 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X3, anası X2r. Azərbaycan Respublikası vətəndaşının seriya AZE 03196612 saylı xx.xx.2005-ci il tarixdə Bakı şəhəri Binəqədi RPŞ tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X4 xx.xx.1945-ci ildə Bakı şəhərində anadan olmuşdur. Bakı şəhəri Maraqlı şəxs xx.xx.2023-cü il tarixli №3-16-5/7-13-2073/23 saylı məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktalrının qeydiyyatı qaydasının 8.5-ci bəndinə əsasən, ölüm faktının tibbi müəssisələrin müvafiq sənədi ilə təsdiq edildiyi, anası X1 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamənin olmadığı üçün ərizəsinin təmin edilməsinin mümkün olmadığı Ərizəçi bildirilmişdir. Bakı şəhəri Baş Səhiyə Mərkəzi publik hüquqi şəxsinin 35 nömrəli Şəhər Poliklinikasının xx.xx.2023-cü il tarixli 289 nömrəli məktubundan müəyyən olunur ki, mərhum xx.xx.1945-ci il təvəllüdlü X4 xx.xx.2006-cı ildə 35 nömrəli Şəhər poliklinikasında “İ25.1 ürəyin işemik xəstəliyi, aterosklerotik kardioskleroz, İ11.9 arterial hipertenziya İİ dərəcə, İ50.9 xroniki ürək çatışmamazlığı diaqnozu ilə tibbi qeydiyatda olması, xəstəyə xx.xx.2023-cü il tarixdə vəziyyəti çox ağır olduğu üçün TTYS briqadası çağırılması, TTYS briqadası xətəyə ilkin tibbi yardım göstərməsi, yardımdan sonra TTYS-i getməsi, lakin xəstənin vəziyyətinin yaxılaşmaması, bir neçə dəqiqədən sonra xəstənin ölməsi, ölümü təsdiq etmək üçün TTYS briqadasının yenidən çağrılmaması, bu səbəbdən TTYS-nin ölümü təsdiq edən xəbərdarlıq vərəqəsinin olmadığı üçün ölüm haqqında şəhadətnamənin verilməməsi Libra hüquq mərkəzinin hüquqşünası Z.Əliyevə bildirilmişdir. Bakı şəhəri Binəqədi rayon X6 xx.xx.2023-cü il tarixli 02/Ə-1363 nömrəli arayışından müəyyən olunur ki, X4 xx.xx.2023-cü il tarixdə Binəqədi rayonu Binəqədi qəsəbəsinin Kənd qəbirsanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid X5 ifadəsində göstərmişdir ki, insult keçirmiş bacısı X4 xx.xx.2023-cü il tarixdə yaşadığı evdə vəfat etmişdir. Məhkəmə iclasında şahid X8 ifadəsində göstərmişdir ki, insult keçirmiş bibisi X4 2023-cü ilin noyabr ayında yaşadığı evdə ölmüşdür. Məhkəmə iclasında şahid X9 ifadəsində göstərmişdir ki, qaynanası X4 xx.xx.2023-cü il tarixdə yaşadığı evdə dünyasını dəyişmiş, Binəqədi qəbirsanlığında dəfn olunmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla xx.xx.1945-ci il tarixdə Bakı şəhərində anadan olmuş X1 xx.xx.2023-cü il tarixdə Bakı şəhəində ölməsi faktı müəyyən olunduğundan, ərizəçinin bu barədə sənədi başqa qaydada ala bilmədiyindən məhkəmə ərizəni əsaslı hesab edib təmin edir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. xx.xx.1945-ci il tarixdə Bakı şəhərində anadan olmuş X1 xx.xx.2023-cü il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar