Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1282/2025 03.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X3 katibliyi, Ərizəçi, onun nümayəndəsi (əri) X4 iştirakı ilə, X5 xx.xx.2024-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək anası X6 aid olan vacib sənədlərin əldə edilməsi məqsədi ilə ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, anası X12 onunla birlikdə ünvan 1 ünvanında yaşamışdır. Xəstə olduğu üçün anasına o, qulluq edirdi. Anası 04 mart 2024-cü il tarixdə saat 05:50 radələrində dünyasını dəyişmiş və 5 saylı bölmənin təcili yardım briqadası tərəfindən ölüm haqqında xəbərdarlıq vərəqəsi təqdim edildi. O, həmin sənədi 9 saylı şəhər polinklinikasına təqdim etmişdir. Lakin polinklinika tərəfindən ölüm haqqında tibbi arayış verilməmişdir. Sonradan o, Maraqlı şəxsnə müraciət etmiş və oradan ona lazımlı sənədlərin verilməsindən imtina edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək göstərdi ki, X12 onun anası olub və o, 04 mart 2024-cü il tarixdə saat 05:50 radələrində dünyasını dəyişmişmişdir. Lazımlı sənədlərin başqa qaydada ala bilmədiyi üçün məhkəməyə müraciət etmişdir. Ərizəsinin əsaslı olduğu üçün təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi (əri) X13 ərizəni müdafiə edərək izahatında göstərdi ki, ərizəçi onun arvadıdır, Xasa Nuriyeva isə onun qaynanası olub. Onlar birlikdə Bakə şəhəri Rəsulzadə qəsəbəsində yaşamışlar və qaynanası orada da, rəhmətə gedib. Göstərdiklərini nəzərə alaraq ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, o, ərizəçi ilə 30 ildən çoxdur qonşudur. Mərhum onun anası idi, yataq xəstəsi olduğu üçün qızı Lena ona baxırdı. Xasa Nuriyeva 2024-cü ilin mart ayında rəhmətə gedib və o, Mehdiabad qəbirsanlığında dəfn edilib. Dəfndə və yas mərasimlərində o, iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Ərizəçi onun yaxın qonşusudur. Mərhum onun anası idi, yataq xəstəsi olduğu üçün qızı Lena ona baxırdı. Xasa Nuriyeva 2024-cü ilin mart ayında rəhmətə gedib və o, Mehdiabad qəbirsanlığında dəfn edilib. Dəfndə və yas mərasimlərində o, iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində X15 ifadəsində göstərmişdir ki, o, 10 ilə yaxındır ərizəçi ilə qonşuluqda yaşayır. Ərizəçi anası 1 ilə yaxındırki rəhmətə gedib. Mehdiabad qəbirsanlığında dəfn edilib. Dəfndə və yas mərasimlərində o, iştirak etmişdir. Mülki iş materiallarında olan: - Təcili və X10 Stansiyasının 04 mart 2024-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X14 xx.xx.2024-cü il tarixdə həkimə qədər ölmüşdür. - 9 nömrəli şəhər polinklinikası tərəfindən X7 ünvanlanmış 07 mart 2024-cü il tarixli məktubdan görünür ki, qaynananız mərhumə 1928-ci il təvəllüdlü X5 qeydiyyatı poliklinikanın xidməti ərazisinə daxil olmadığı üçün.və poliklinikada ambulator tibbi kartası olmadığına görə ölüm haqqında tibbi arayış (forma 106) verilməsi tərəflərindən mümkün deyil. - İşə əlavə edilmiş məzar daşını əks etdirən bir ədəd fotoşəkildən görünür ki, X12 xx.xx.1928-ci ildə anadan olmuş, xx.xx.2024-cü ildə vəfat etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Azərbayacan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçinin izahatından, həmçinin mülki iş materiallarından məlum olur ki, X1 ölüm faktının müəyyən edən sənədin başqa qaydada alınması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.8-ci maddələrinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Bundan başqa “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndində əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.” Məhkəmə hesab edir ki, Ərizəçi anası X5 ölümü qeydinin əldə edilməsinin məhkəmə qaydasından başqa mümkün olmadığından, habelə onun vəfat etməsi faktını təqdim etdiyi sənədlərlə sübuta yetirə bildiyinə görə ərizəçinin xahişi təmin edilməli və 05 noyabr 1928ci il təvəllüdlü X5 04 mart 2024-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. 05 noyabr 1928-ci il təvəllüdlü X5 04 mart 2024-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-1282/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1282/2025
03.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver