Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1335/2022 24.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə Ərizəçi qardaşı 12.11.1983-cü il təvəllüdlü X7 17.12.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Ərizəçi qardaşı 12.11.1983-cü il təvəllüdlü X7 17.12.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, qardaşı 12.11.1983-cü il təvəllüdlü X11 qaçqın kimi Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Binəqədi yolu döngə 10, 72 saylı evdə qeydiyyatda olmaqla yaşamışdır. Uzun müddət müxtəlif xəstəliklərdən əziyyət çəkən 12.11.1983-cü il təvəllüdlü X11 yaşadığı evdə vəfat etmişdir. Həmin gün evə təcili tibbi yardım çağırılsa da, tibbi arayış olmadığından qeydiyyat şöbəsi ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. 12.11.1983-cü il təvəllüdlü X7 banka kredit borcu olduğundan onun ölüm faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Ona görə də 12.11.1983-cü il təvəllüdlü X7 17.12.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, maraqlı şəxs Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1.şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; İİİ-CL 470079 saylı 12.04.1988-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1982-ci ildə Ermənistan Respublikasında anadan olmuş, anası X8, atası X2r. İV-CL 408606 saylı 26.12.1983-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X11 12.11.1983-ci ildə Ermənistan Respublikasında anadan olmuş, anası X8, atası X2r. BŞT və TTYŞ 6 saylı bölməsinin 17.12.2021-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən müəyyən olunur ki, X7 adına çağırış daxil olmuş, həkim, həkimə qədər ölüm, kişi cinsli meyid qeydini aparmışdır. X3, X9 və X10 tərəfindən tərtib olunmuş, Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Bakıxanov qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayndəsinin möhürü ilə təsdiq edilmiş aktdan müəyyən olunur ki, X11 17.12.2021-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində yerləşən Şəhriyar adına qəbirstanlıqda dəfn edilmişdir. Məhkəmə iclasında şahid X4 ifadəsində göstərmişdir ki, bacısı oğlu 12.11.1983-cü il təvəllüdlü X11 uzun müddət davam edən xəstəlikdən 17.12.2021-ci il tarixdə Bakı şəhərində yaşadığı evdə ölmüş, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində yerləşən Şəhriyar adına qəbirstanlıqda dəfn edilmişdir. Məhkəmə iclasında şahid X5 ifadəsində göstərmişdir ki, qonşusu X11 uzun müddət davam edən xəstəlikdən 17.12.2021-ci il tarixdə Bakı şəhərində yaşadığı evdə ölmüş, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində yerləşən Şəhriyar adına qəbirstanlıqda dəfn edilmişdir. Məhkəmə iclasında şahid X1 ifadəsində göstərmişdir ki, bibisi oğlu X11 uzun müddət davam edən xəstəlikdən 17.12.2021-ci il tarixdə Bakı şəhərində yaşadığı evdə ölmüş, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində yerləşən Şəhriyar adına qəbirstanlıqda dəfn edilmişdir. Məhkəmə iclasında şahid X12 ifadəsində göstərmişdir ki, qonşusu X11 uzun müddət davam edən xəstəlikdən 17.12.2021-ci il tarixdə Bakı şəhərində yaşadığı evdə ölmüş, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində yerləşən Şəhriyar adına qəbirstanlıqda dəfn edilmişdir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsinin 28.12.2021-ci il tarixli 3014/13 saylı məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydasının 8.5-ci bəndinə əsasən ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktının məhkəmə tərəfindən müəyyən edildiyi, qardaşı X7 adına ölüm haqqında tibbi şəhadətnaməni təqdim etmədiyinə görə ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi Ərizəçi bildirilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla 12.11.1983-cü il təvəllüdlü X7 17.12.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən olunduğundan, ərizəçinin bu barədə sənədi başqa qaydada ala bilmədiyindən məhkəmə ərizəni əsaslı hesab edib təmin edir. Məhkəmə məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. 12.11.1983-cü il təvəllüdlü X7 17.12.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-1335/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1335/2022
24.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver