Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1362/2023 20.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X10 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, X2 04 sentyabr 2022-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsi üzrə mülki işə 20 fevral 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 20 avqust 1936-cı il tarixdə doğulmuş anası X2 04 sentyabr 2022-ci il tarixdə vəfat etməsi faktının müəyyən olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, anası X8 04 sentyabr 2022-ci il tarixdə yaşadıqları evdə ürək çatışmazlığından vəfat etmişdir. Anası uzun müddət idi ki, xəstə idi, dizlərinə də iynələr vurulurdu, yeriyə bilmirdi. Hüquqi savadı olmadığından o, həmin vaxt anasının ölüm haqqında şəhadətnaməsini almamışdır. Lakin, hazırda bəzi sənədləşmə işlərinin aparılması üçün həmin şəhadətnamənin alınması zərurəti yaranmışdır. O, bununla bağlı müvafiq qeydiyyat şöbəsinə müraciət etsə də, müraciəti təmin edilməmişdir. Həmçinin, o, ölüm haqqında tibbi şəhadətnamə alınması üçün də aidiyyəti orqana müraciət etmiş, lakin oradan da imtina məzmunlu cavab almışdır. Mərhum anası Biləcəri qəsəbəsi, 3 saylı qəbirstanlıqda dəfn edilmişdir. Sonda Ərizəçi məhkəmədən göstərilənləri nəzərə alıb ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ərizəçinin qonşusu olduğunu bildirərək izahatında göstərdi ki, ərizəçinin anası 04 sentyabr 2022-ci il tarixdə evində vəfat etmişdir. Mərhum vəfat etdikdən sonra Biləcəri qəsəbəsindəki 3 saylı qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6, X3 və X7 digər şahid X.Məcidovanın ifadəsinə uyğun ifadə verdilər. Mülki iş materiallarında olan: - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi anası X5r. - Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 07 oktyabr 2022-ci il tarixli, A-919 nömrəli arayışından görünür ki, X8 həqiqətən də 04 sentyabr 2022-ci il tarixdə Biləcəri qəsəbəsi 3 saylı qəbirstanlıqda dəfn olunmuşdur. - Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş 07 oktyabr 2022-ci il tarixli məktubda göstərilmişdir ki, Vətəndaşlıq Vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə əsasən X2 adına ölüm haqqında akt qeydi axtarılmış və aşkar edilməmişdir. - Bakı Baş Səhiyyə X11 Şəxs “15 nömrəli şəhər poliklinikası”nın 07 oktyabr 2022-ci il tarixli məktbunda göstərilmişdir ki, 04 sentyabr 2022-ci il tarixdə rəhmətə getmiş X8 15 saylı Şəhər poliklinikasına müraciət etməmişdir. Xəstə kimi dispanser qeydiyyatına alınmamışdır. Xəstəliklə bağlı qeydiyyatda olmadığı üçün ölüm haqqında şəhadətnamənin verilməsi imkan xaricindədir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Azərbayacan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçinin nümayəndəsinin izahatından, həmçinin mülki iş materiallarından məlum olur ki, X8 ölüm faktının müəyyən edən sənədin başqa qaydada alınması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.8-ci maddələrinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə hesab edir ki, Ərizəçi anası X2 04 sentyabr 2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktını təqdim etdiyi sənədlərlə sübuta yetirə bildiyinə görə ərizəçinin xahişi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizəçi ərizəsi təmin edilsin. 20 avqust 1936-cı il tarixdə doğulmuş X2 04 sentyabr 2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsinə dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-1362/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1362/2023
20.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver