Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1369/2024 19.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, Ərizəçi iştirakı ilə X3 13 noyabr 2022-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1956-cı il təvəllüdlü atası X3 13 noyabr 2022-ci il tarixdə vəfat etməsi faktının müəyyən olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1956-cı il təvəllüdlü atası X3 13 noyabr 2022-ci il tarixdə vəfat etmişdir. Mərhum atası xx.xx.2022-ci il tarixdə Binəqədi qəsəbəsində yerləşən Binəqədi kənd qəbirstanlığında dəfn edilmişdir. Bu barədə Binəqədi qəsəbə bələdiyyəsi tərəfindən xx.xx.2023-cü il tarixdə arayış verilmişdir. 35 nömrəli şəhər poliklinikası tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş cavabda Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Nizami küçəsi, ev 16 A ünvanda xx.xx.2022-ci il tarixdə vəfat etmiş X3 poliklinikaya müraciəti və ambulator kartı olmadığından poliklinika tərəfindən ölüm haqqında sənəd verilə bilmədiyi göstərilmişdir. Məlum səbəblərdən həkimin tibbi şəhadətnaməsinin alınması mümkün olmamış, tibbi şəhadətnamə olmadan da ölüm haqqında şəhadətnamə almaq mümkün deyildir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəsində göstərilənləri nəzərə alıb, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, o, ərizəçinin qardaşıdır. X7 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Ürəyi tutmuş, bacısı zəng edərək onu çağırmış, o da qardaşının yanına gəlmişdir. Mərhum Binəqədi qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 digər şahid X4 ifadəsinə uyğun ifadə verdi. Həmçinin bildirdi ki, X7 onun qaynı idi, ürəyində problemi var idi, habelə təzyiqdən əziyyət çəkirdi, baldızı zəng edəndə onlara getmiş, xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Mülki iş materiallarında olan: - Vİİİ-ЖГ 425981 saylı doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi X3 övladıdır. - Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”-nın 8.5ci bəndinə əsasən, ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə (forma 106) və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində Ərizəçi ərizəsinin təmin edilməsi mümkün deyildir. - Bakı Baş Səhiyyə Mərkəzi 35 saylı Şəhər Poliklinikası tərəfindən verilmiş 21 yanvar 2022-ci il tarixli məktubda göstərilmişdir ki, ünvan 1 ünvanda xx.xx.2022-ci il tarixdə vəfat etmiş X3 poliklinikaya müraciəti və ambulator kartı olmadığından poliklinika tərəfindən ölüm haqqında sənəd verilə bilmir. - Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 13:00-da ünvan 1 ünvanında 67 yaşlı X3 meyiti aşkar edilmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Azərbayacan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun” 12 aprel 2019-cu il tarixli 3 nömrəli Qərarının 4-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin qərarın 4.1-ci bəndində qeyd olunmuşdur ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Ərizəçinin izahatından, həmçinin mülki iş materiallarından məlum olur ki, X3 ölüm faktının müəyyən edən sənədin başqa qaydada alınması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.8-ci maddələrinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə hesab edir ki, Ərizəçi atası X3 13 noyabr 2022-ci il tarixdə vəfat etməsi faktını təqdim etdiyi sənədlərlə və şahid ifadələri ilə sübuta yetirə bildiyinə görə ərizəçinin xahişi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.1956-cı il tarixdə doğulmuş X3 13 noyabr 2022-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-1369/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1369/2024
19.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver