Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1393/2022 23.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədli Fərid Elçin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 12 yanvar 1924-cü il tarixdə Bakı şəhərində anadan olmuş anası X3 03 yanvar 2022-ci il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, anası X8 03.01.2022-ci il tarixdə Bakı şəhəri, Zabrat 1 Yeni sahə qəsəbəsində yerləşən bacısının evində vəfat etmişdir. Həmin gün onu Saray qəsəbəsində yerləşən qəbristanlıqda dəfn etmişlər. Anasının ölüm haqqında tibbi şəhadətnaməsini almaq üçün o, yaşadıqları ünvan üzrə 10 №-li şəhər poliklinikasına müraciət etmişdir. Lakin ünvan ikasının 05 №-li 05.01.2022-ci il tarixli məktubu ilə bildirmişlər ki, 12.01.1924-cü il təvəllüdlü Bağırova Qəmər Movlalı qızı 10 nömrəli poliklinikaya heç bir xəstəliklə müraciət etməməsi ilə bağlı onun ambulator kartası yoxdur. Bu səbəbdən ölüm haqqında tibbi şəhadətnamənin poliklinika tərəfindən verilməsi mümkün olmamışdır. Bundan sonra o, Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsində müraciət edərək, anası X3 ölüm haqqında şəhadətnamənin verilməsi xahiş etmişdir. Lakin, Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsinin 36/13 №-li 07 yanvar 2022-ci il tarixli məktubu ilə ona rədd cavabı vermişlər. Qeydiyyat Şöbəsi öz imtinasını bununla əsaslandırmışdır ki, X3 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizəsini təmin edə bilməmişlər. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Binəqədi rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin Binəqədi rayon Qeydiyyat Şöbəsi məhkəməyə ərizə göndərərək ərizənin təmin edilməsinə etiraz etmədiklərini, işin həllini məhkəmənin mülahizəsinə buraxdıqlarını qeyd etmişlər. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin məhkəməyə gəlməsini məcburi hesab etməmiş və işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatına, şahidlərin ifadələrinə, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə vermiş X12 ifadəsində bildirmişdir ki, o, Ərizəçi qonşusudur. Ərizəçinin anasının 3-4 ildir ki, ayaqları tutulmuşdur. X1 Saray qəsəbəsində yerləşən qəbirstanlıqda dəfn etmişlər. O, dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X5 ifadəsində bildirmişdir ki, o, ərizəçinin qonşusudur. Ərizəçinin anasının 3-4 ildir ki, ayaqları tutulmuşdur. O, dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X9 ifadəsində bildirmişdir ki, ərizəçi onun qardaşıdır. Mərhum anası X8 03.01.2022-ci il tarixdə onunla birgə yaşadığı Bakı şəhəri, Zabrat 1, Yeni sahə qəsəbəsində yerləşən evdə qəflətən rəhmətə getmiş və onu Saray qəsəbə qəbirstanlığında dəfn etmişlər. İş materiallarında olan İ-ИЕ seriyalı 045249 nömrəli doğum haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1958ci il tarixdə Puşkin şəhərində anadan olmuşdur. X17 Maşkur oğlu, anası X6r. İş materiallarında olan AZE seriyalı 02268712 №-li Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X8 12.01.1924-cü ildə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan Bakı şəhəri Təcili və X7 Stansiyasının 03 yanvar 2022-ci il tarixli Ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, həmin günü saat 20:55-də Bakı şəhəri, Zabrat 1, Yeni sahə qəsəbəsində yerləşən ünvana X3 adına çağırış olmuş, çağırışa gələn həkimlər X3 öldüyünü görmüşlər. İş materiallarında olan Abşeron rayonu Saray Bələdiyyəsi tərəfindən verilmiş 11.02.2022-ci il tarixli arayışdan görünür ki, X8 03 yanvar 202-ci il tarixdə Abşeron rayonu Saray qəsəbə qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan “Bakı Baş Səhiyyə Mərkəzi” Publik hüquqi şəxsin 10 №-li Şəhər Poliklinikasının 05 yanvar 2022-ci il tarixli 05 №-li məktubundan görünür ki, X8 10 №-li Poliklinikaya heç bir xəstəliklə mütaciət etməmiş və ambulator kartası yoxdur. Bu səbəbdən ölüm haqqında tibbi şəhadətnamənin Poliklinika tərəfindən verilməsi mümkün olmamışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsindən verilmiş 07 yanvar 2022-ci il tarixli məktubdan görünür ki, Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməsi olmadığı üçün X3 ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə hesab edir ki, 12.01.1924-cü il təvəllüdlü X3 03.01.2022-ci il tarixdə, Bakı şəhərində vəfat etməsi faktı təqdim olunmuş sübutlarla tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd, ərizəçiyə sənədləşmə işləri üçün tələb olunur və qeyd olunanlara əsasən ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. 12.01.1924-cü il təvəllüdlü X3 03.01.2022-ci ildə Bakı şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilsin. Qətnamə 12.01.1924-cü il təvəllüdlü X3 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-1393/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1393/2022
23.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver