Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1439/2022 15.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzində qeydiyyat şöbəsi) “ölüm faktının müəyyən edilməsi”-nə dair ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, anası 15 sentyabr 1931-ci il təvəllüdlü X4 20 noyabr 2021-ci il tarixində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, anası 15 sentyabr 1931-ci il təvəllüdlü X9 20 noyabr 2021-ci il tarixində ölmüşdür. Bu günə qədər də, ölümü təsdiq edən sənədi almamışdır. Lakin bəzi sənədləşmə işlərinin aparılması üçün ölüm haqqında şəhadətnamənin alınması zərurəti yaranmışdır. Bu barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi şəhər poliklinikasına və qeydiyyat şöbəsinə yazılı ərizə ilə müraciət etmişdir. Lakin poliklinika arayışın, qeydiyyat şöbəsi ilə ölüm haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Eyni zamanda imtina ərizələrində bu barədə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Məhkəmə iclasında ərizəçi ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzində qeydiyyat şöbəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq, ərizəçinin ərizəsinə etiraz edilmədiklərini bildirməklə, iş yükünün çox olması ilə əlaqədar olaraq işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X10 ifadəsində bildirmişdir ki, ünvan 1 ünvanında qeydiyyatdadır və ərizəçi onun dayısı, mərhum Muxtarova Xalidə isə onun nənəsidir. Nənəsi 20 noyabr 2021-ci il tarixində vəfat etmişdir. Nənəsi vəfat edən tarixdə nənələrinin son anlarını yaşadığını bildiklərindən onlar evdə olmuşlar. Həmin vaxt təcili yardım çağırmışlar. Mərhum ünvan 2 ünvanında vəfat etmişdir. Dəfndə özü və bütün ailə hamı iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X11 ifadəsində bildirmişdir ki, ünvan 3 ünvanında qeydiyyatdadır və ərizəçi onun dayısı, mərhum Muxtarova Xalidə isə onun nənəsidir. Nənəsi 20 noyabr 2021-ci il tarixində vəfat etmişdir. Nənəsi vəfat edən tarixdə nənələrinin son anlarını yaşadığını bildiklərindən onlar evdə olmuşlar. Həmin vaxt təcili yardım çağırmışlar. Mərhum ünvan 2 ünvanında vəfat etmişdir. Dəfndə özü və bütün ailə hamı iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək, onlara məcmu halda hüquqi qiymət verib, belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Sumqayıt şəhər VVADQ şöbəsi tərəfindən 27 fevral 2004-cü il tarixində verilən doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx xxxx 1961-ci il tarixində Sumqayıt şəhərində doğulmuşdur. X16 Əşrəf, anası X6r. AZE seriyalı, 19167736 saylı Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, X9 15.09.1931-ci il tarixində Bakı şəhərində doğulmuşdur. Təcili və X8 stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 20.11.2021-ci il tarixində çağırış olmuş, ünvan 4 ünvanında 20.11.2021-ci il tarixdə saat 19:45 radələrində X5 məxsus qadın cinsli meyid aşkarlanmışdır. Bakı şəhəri, Yasamal rayon tərəfindən verilən 06.12.2021-ci il tarixli, 1908 saylı arayışdan görünür ki, 15.09.1931-ci il təvəllüdlü X1 yerləşən, Dağüstü 1 qəbiristanlığında 21.11.2021-ci il tarixində Ərizəçi tərəfindən dəfn edilmişdir. 3 saylı Bakı “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən Ərizəçi göndərilən 06.12.2021-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatın qaydası”–nın 8.5-ci bəndinə əsasən tələb edilən sənədlər tam olmadığından ölümün qeyd edilməsi mümkün deyildir. Ölüm haqqında tibbi şəhadətnamə şöbəyə təqdim edilmədiyi üçün X4 ölümünün qeydə alınması mümkün deyildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İcbari Tibi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” X19 Bakı şəhər Baş Səhiyyə İdarəsi 9 saylı şəhər poliklinikası tərəfindən hüquqşünas Zaur Əliyevə ünvanlanan 13 dekabr 2021-ci il tarixli məktubdan görünür ki, X4 9 saylı şəhər poliklinikasına heç bir xəstəliklə müraciəti olmadığı üçün ona ölüm haqqında tibbi şəhadətnamə yazılmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər.Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla və işin halları ilə müəyyən edilir ki, ərizəçi X12 mərhum X13 (baxmayaraq ki, doğum şəhadətnaməsində Eyub qızı kimi qeyd edilmişdir) qızının oğludur. X4 20.11.2021-ci il tarixində Bakı şəhərində ev şəraitində qocalıqla bağlı vəfat etməsi, təqdim edilən arayışlar və şahid ifadəsi ilə sübut olunur. Ərizəçi anasının vəfat etməsi ilə əlaqədar səhiyyə orqanlarından tibbi şəhadətnamə əldə edə bilmir. Həmin sənədin alınması ərizəçiyə X4 ölüm haqqında şəhadətnaməsini almaq, habelə onun ölümündən sonra yaranmış bir sıra hüquqi məsələləri həll etmək üçün lazımdır. Odur ki, Ərizəçi anası 15 sentyabr 1931-ci il təvəllüdlü X4 20.11.2021-ci il tarixində Bakı şəhərində vəfat etməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından və ərizəçinin müəyyən edilməsini xahiş etdiyi fakt hüquqi əhəmiyyətli fakt olduğundan ərizə əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 15 sentyabr 1931-ci il təvəllüdlü X4 20.11.2021-ci il tarixində Bakı şəhərində ev şəraitində vəfat etməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi təmin edilsin. 15 sentyabr 1931-ci il təvəllüdlü X4 20.11.2021-ci il tarixində Bakı şəhərində ev şəraitində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-1439/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1439/2022
15.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver