Məhkəmə qərarları › İş №2(001)-1481/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1481/2024

15.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1481/2024 15.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Muradova Nigar Yunis qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “ölüm faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, onun 01 iyul 1942-ci il təvəllüdlü anası X2 20 iyul 2023cü il tarixdə yaşadığı İmişli şəhəri, Araz küçəsi, ev 8 ünvanında vəfat etmiş və İmişli rayonunun Şəmmədli kənd qəbirstanlığında dəfn olunmuşdur. Onun ölümünü vətəndaşlıq vəziyyəti qeydiyyatı orqanında qeyd etdirməmişlər. Hazırda vərəsəlik və digər sənədləşmə işi ilə bağlı anasının ölüm sənədi lazımdır. O, İmişli rayon qeydiyyat şöbəsinə müraciət etmişdir ki, mərhum anasının ölümü qeydə alınsın və ölüm haqqında şəhadətnamə verilsin. Lakin İmişli rayon qeydiyyat şöbəsi bundan imtina rəyi vermiş, səbəb də ölüm faktını təsdiq edən tibbi sənədin olmaması göstərilmişdir. Ona ölüm faktının müəyyən edilməsi barədə məhkəməyə müraciət etmək məsləhət bilinmişdir. Ərizəçi göstərilənləri nəzərə alaraq, onun xx.xx.1942-ci il təvəllüdlü anası X1 20 iyul 2023-cü il tarixdə İmişli şəhərində vəfat etməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etməklə yanaşı, ərizədə göstərilən xüsusatları təsdiq etməklə yanaşı, ölüm faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatına və iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş arayışdan görünür ki, X2 həmin komissiyada müayinədən keçmiş və ona müddətsiz ikinci dərəcəli əlillik verilmiş və “sağ aşağı ətraf pəncəsinin qanqrenası, septik-toksiki vəziyyət. Başqa rubrikalarda təsnif olunmayan qanqrena, sağ aşağı ətraf pəncəsinin qanqrenası. Septik-toksiki vəziyyət” diaqnozu qoyulmuşdur. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 23 sentyabr 2023-cü il tarixli, 3-16-5/8-Q-1316-75/23 saylı məktubdan görünür ki, ərizəçinin müraciətinə həmin şöbə tərəfindən baxılmış və ona bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. X1 ölümünü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyildir. Bu səbəbdən də, ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. İş materiallarında olan AZE seriyalı 04798670 №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 xx.xx.1942-ci il tarixdə İmişli rayonunun Otuziki kəndində anadan olmuşdur. İş materiallarında olan İmişli Rayon İcra Hakimiyyəti başçısının İmişli şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 20 dekabr 2023-cü il tarixli arayışdan görünür ki, arayış verilir Ərizəçi ondan ötrü ki, onun İmişli şəhəri Araz küçəsində yaşamış mərhum anası X2 20 iyul 2023-cü il tarixdə vəfat etmiş, İmişli rayon Şəmmədli kənd qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan 20 dekabr 2023-cü il tarixli Aktdan görünür ki, həmin akt tərtib edilmişdir ondan ötrü ki, X2 20 iyul 2023-cü il tarixdə vəfat etmiş və həmin tarixdə İmişli rayon Şəmmədli kənd qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ərizəçinin qohumu olmaqla yanaşı, ərizəçinin anası xx.xx.1942-ci il təvəllüdlü X1 20 iyul 2023-cü il tarixdə İmişli şəhərində vəfat etməsi faktını təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ərizəçinin qohumu olmaqla yanaşı, ərizəçinin anası xx.xx.1942-ci il təvəllüdlü X1 20 iyul 2023-cü il tarixdə İmişli şəhərində vəfat etməsi faktını təsdiq etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyin normalarını rəhbər tutaraq hesab edir ki, xx.xx.1942-ci il təvəllüdlü X1 20 iyul 2023-ci il tarixdə İmişli şəhərində vəfat etməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar olduğundan, ərizə əsaslı olduğu üçün təmin edilməli, xx.xx.1942-ci il təvəllüdlü X1 ölüm faktı müəyyən olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1942-ci il təvəllüdlü X1 20 iyul 2023-cü il tarixdə İmişli şəhərində vəfat etməsi faktı müəyyən edilsin. X1 adına ölüm haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar