Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1515/2024 17.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Muradova Nigar Yunis qızının katibliyi, Ərizəçi nümayəndəsi və eyni zamanda vəkili X4, Maraqlı şəxs iştirakları ilə Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında bağlanmış 29 avqust 2023-cü il tarixli “Barışıq Sazişi”nin təsdiq olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, yəni Ərizəçi Maraqlı şəxs 18 dekabr 2015-ci il tarixdə rəsmi nikaha girərək ailə qurmuşdur. Birgə nikahlarından iki övladları, 03 oktyabr 2015-ci il təvəllüdlü X5 və 15 fevral 2020-ci il təvəllüdlü X7 anadan olmuşdur. Mediasiya haqqında qanunun və Ailə Məcəlləsinin tələblərinə əsasən, o, yəni Ərizəçi ilkin mediasiya sessiyasında iştirak etmək barədə Mediasiya Şurasına müraciət etmişdir. Onunla Maraqlı şəxs arasında 29 avqust 2023-cü il tarixli “Barışıq Sazişi” imzalanmışdır. Barışıq Sazişinin şərtləri aşağıdakı kimidir: 1.Tərəflər onlar arasında 18 dekabr 2015-ci il tarixdə 2741№-li reyestr qeydi ilə 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində qeydə alınmış nikahın məhkəmə qaydasında əlavə vaxt verilmədən pozulmasına razıdırlar. 2.İİ Tərəf onların birgə nikahından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X3 İ tərəfin yanında qalmasına razılıq verir. 3.İİ Tərəf uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 220 manat, ümumilikdə 440 manat məbləğində aliment və əlavə ev kirayəsi üçün 200 manat məbləğində ödəniş etməyi öz öhdəsinə götürür. 4.İ Tərəf uşaqların təhsilinə və sağlamlığına ziyan vurmamaq şərti ilə, İİ tərəfin sərbəst şəkildə uşaqla ünsiyyətinin təşkil olunmasına razıdır. İİ Tərəf-Maraqlı şəxs, məktəbdən tətil ərəfəsində uşaqları öz ata yurdu Naxçıvan MR apara bilər. 5.İlkin mediasiya xərcini (55 manat) və tam mediasiya xərcini (50 manat) İ Tərəf ödəyir. İsmayılov X1 ilə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Bununla bağlı olaraq Maraqlı şəxs xəbərdarlıq məktubu göndərilmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və eyni zamanda vəkili X8 ərizəni müdafiə etməklə ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Nümayəndə izahatında qeyd etmişdir ki, İsmayılov X1ni icra etmədiyinə görə ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Maraqlı şəxs ərizə təqdim etməklə yanaşı, Barışıq Sazişinin bütün şərtləri ilə razı olduğunu və ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Eyni zamanda Maraqlı şəxs əlavə olaraq bildirmişdir ki, işlə bağlı problemləri olduğu üçün üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 29 avqust 2023-cü il tarixli, MŞB/18/2023-01123 nömrəli Barışıq sazişindən görünür ki, Ərizəçi, Maraqlı şəxs və mediator X9 arasında mediasiya prosesi nəticəsində barışıq sazişi bağlanmış və sazişin şərtlərinə görə tərəflər sazişi imzalamaqla “1.Tərəflər onlar arasında 18 dekabr 2015-ci il tarixdə 2741№-li reyestr qeydi ilə 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində qeydə alınmış nikahın məhkəmə qaydasında, əlavə vaxt verilmədən pozulmasına razıdırlar. 2.İİ Tərəf onların birgə nikahından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X3 İ tərəfin yanında qalmasına razılıq verir. 3.İİ Tərəf uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 220 manat, ümumilikdə 440 manat məbləğində aliment və əlavə ev kirayəsi üçün 200 manat məbləğində ödəniş etməyi öz öhdəsinə götürür. 4.İ Tərəf uşaqların təhsilinə və sağlamlığına ziyan vurmamaq şərti ilə, İİ tərəfin sərbəst şəkildə uşaqla ünsiyyətinin təşkil olunmasına razıdır. İİ Tərəf-Maraqlı şəxs, məktəbdən tətil ərəfəsində uşaqları öz ata yurdu Naxçıvan MR apara bilər. 5.İlkin mediasiya xərcini (55 manat) və tam mediasiya xərcini (50 manat) İ Tərəf ödəyir.” barədə razılığa gəlmişlər. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)- 5640/2023 saylı 24 oktyabr 2023-cü il tarixli qətnaməsindən görünür ki, tərəflər arasında olan 18 dekabr 2015-ci il tarixdə 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində akt qeydləri kitabında 2741 nömrə ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş ərizədən görünür ki, maraqlı şəxs İsmayılov X1nin bütün şərtləri ilə razı olduğunu və ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Göründüyü kimi Ərizəçi, Maraqlı şəxs və mediator X9 arasında mediasiya prosesi nəticəsində 29 avqust 2023-cü il tarixli, MŞB/18/2023-01123 nömrəli Barışıq sazişi bağlanmış və sazişin şərtlərinə görə tərəflər sazişi imzalamaqla nikahın məhkəmə qaydasında pozulması, uşaqların anaları Ərizəçi himayəsində qalması, Maraqlı şəxs uşaqların saxlanılması üçün alimentin tutulmasını və əlavə ev kirayəsi üçün 200 manat məbləğində ödənişin verilməsini, Ərizəçi uşaqların təhsilinə və sağlamlığına ziyan vurmamaq şərti ilə Maraqlı şəxs sərbəst şəkildə uşaqla ünsiyyətinin təşkil olunmasını və Maraqlı şəxs məktəbdən tətil ərəfəsində uşaqlarını öz ata yurdu olan Naxçıvan MR apara bilməsini razılaşdırmışdırlar. Tərəflər arasında nikah məhkəmə qaydasında pozulsa da, Maraqlı şəxs öz üzərinə götürdüyü öhdəliyi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində könüllü qaydada icra etməmişdir. Bununla bağlı olaraq Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.3-cü maddəsinə görə məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə görə məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2-ci maddəsinə görə barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə baxışı zamanı işin faktiki halları ilə müəyyən edilmişdir ki, tərəflər arasında mediasiya prosesində bağlanmış barışıq sazişi qismən icra edilsə də, həmin saziş üzrə Maraqlı şəxs öz üzərinə götürdüyü aliment və kirayə pulu ilə bağlı öhdəliklərini icra etmədiyinə görə Ərizəçi barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə mülki-prosessual qanunvericiliyin barışıq sazişinin təsdiq edilməsi ilə bağlı müvafiq tələblərinə əsaslanaraq belə qənaətə gəlir ki, barışıq sazişinin 2, 3 və 4-cü bəndləri aşağıdakı məzmunda təsdiq edilməlidir. İİ Tərəf (Maraqlı şəxs) onların birgə nikahından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X3 yanında qalmasına razılıq verir. İİ Tərəf (Maraqlı şəxs) uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 220 manat, ümumilikdə 440 manat məbləğində aliment və əlavə ev kirayəsi üçün 200 manat məbləğində İ Tərəfə (Ərizəçi) ödəniş etməyi öz öhdəsinə götürür. İ Tərəf (Ərizəçi) uşaqların təhsilinə və sağlamlığına ziyan vurmamaq şərti ilə, İİ (Maraqlı şəxs) tərəfin sərbəst şəkildə uşaqla ünsiyyətinin təşkil olunmasına razıdır. İİ Tərəf-Maraqlı şəxs, məktəbdən tətil ərəfəsində uşaqları öz ata yurdu Naxçıvan MR apara bilər. Bununla yanaşı məhkəmə hesab edir ki, Barışıq Sazişinin 1-ci bəndi artıq icra edildiyindən həmin hissədə barışıq sazişinin təsdiq edilməsindən imtina edilməlidir. Beləliklə, ərizə qismən təmin edilməli, Ərizəçi, Maraqlı şəxs və mediator X9 arasında mediasiya prosesi nəticəsində 29 avqust 2023-cü il tarixli, MŞB/18/2023-01123 nömrəli Barışıq sazişi qismən təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamə dərhal icra edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə qismən təmin edilsin. Ərizəçi, Maraqlı şəxs və mediator X9 arasında mediasiya prosesi nəticəsində 29 avqust 2023-cü il tarixli, MŞB/18/2023-01123 nömrəli Barışıq sazişi aşağıdakı hissədə təsdiq edilsin: 2.İİ Tərəf onların birgə nikahından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2020ci il təvəllüdlü X3 yanında qalmasına razılıq verir. 3.İİ Tərəf (Maraqlı şəxs) uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 220 manat, ümumilikdə 440 manat məbləğində aliment və əlavə ev kirayəsi üçün 200 manat məbləğində İ tərəfə (Ərizəçi) ödəniş etməyi öz öhdəsinə götürür. 4.İ Tərəf (Ərizəçi) uşaqların təhsilinə və sağlamlığına ziyan vurmamaq şərti ilə, İİ (Maraqlı şəxs) tərəfin sərbəst şəkildə uşaqla ünsiyyətinin təşkil olunmasına razıdır. İİ Tərəf-Maraqlı şəxs, məktəbdən tətil ərəfəsində uşaqları öz ata yurdu Naxçıvan MR apara bilər. Barışıq sazişinin qalan hissədə təsdiq edilməsindən imtina edilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №2(001)-1515/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1515/2024
17.01.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver