Məhkəmə qərarları › İş №2(3-10)-644/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-10)-644/2026

09.09.2026 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-644/2026 09.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi maraqlı şəxs Maraqlı şəxs İlham oğluna qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: barışıq sazişinin təsdiq edilməsi, qüvvə) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), İsayev Elman Bəhruz oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi ilə, Ərizəçi Ərizəçi, Maraqlı şəxs Maraqlı şəxs İlham oğlunun iştirakı ilə, Ərizəçi Ərizəçi maraqlı şəxs Maraqlı şəxs İlham oğluna qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair iş üzrə Qəbələ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsindən maraqlı şəxs Maraqlı şəxs İlham oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə kollegiyası aşağıdakıları müəyyən etdi: İşin halları

1. Ərizəçi Ərizəçi “barışıq sazişinin təsdiq edilməsi” barədə xüsusi icraat qaydasında ərizə ilə (Maraqlı şəxs İlham oğlu maraqlı şəxs qismində cəlb edilməklə) məhkəməyə müraciət edərək, barışıq sazişində qeyd edilən 2-ci və 5-ci bəndlər üzrə barışıq sazişinin təsdiqlənməsinə və barışıq sazişinin təsdiq edilməsi üçün ödənilmiş 100(bir yüz) manat dövlət rüsumunun qarşı tərəfdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. ## ### 2026-cı il tarixdə keçirilən məhkəmə iclasında ərizəçi Ərizəçi məhkəməyə dəqiqləşdirilmə barədə ərizə ilə müraciət edərək, ərizəsini “barışıq sazişində qeyd edilən 3-cü və 5-ci bəndlər üzrə təsdiqlənməsinə və barışıq sazişi üçün ödənilmiş 100 AZN dövlət rüsumunun qarşı tərəfdən tutulmasına dair qətnamə çıxarılması” kimi icraata qəbul edilməsini xahiş etmişdir.

3. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Maraqlı şəxs İlham oğlu ilə ## ###### 2025-ci ildə (MŞQ/MT035/2025-00673;) mediasiya sessiyasında iştirak etmişdirlər. Barışıq sazişinin 3-cü və 5-ci bəndləri üzrə aliment ödənişi tələbinə dair 2-ci bənd: Ata Maraqlı şəxs İlham oğlu ## ###### 2021-ci il təvəllüdlü X2 və ## ###### 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün bir uşaq üçün 250 (iki yüz əlli) manat, iki uşaq üçün cəmi 500 (beş yüz) manat məbləğində aliment ödəməyi öhdəsinə alır. Alimentin ödənilməsinə ## ###### 2025-ci il tarixindən başlanılır və hər ayın son gününədək birinci tərəfin kart hesabına ödənilməklə həyata keçirilir. 5-ci bənd: Tərəflər öz üzərlərinə öhdəlik götürürlər ki, gələcəkdə barışıq sazişi icra olunmadığı halda sazişin xüsusi icraat qaydasında təsdiq edilməsi üçün ödəniləcək 100 (bir yüz) manat məhkəmə rüsumunu barışıq sazişini icra etməyən tərəf ödəyəcəkdir. Lakin, maraqlı şəxs Maraqlı şəxs İlham oğlu barışıq sazişinin 2-ci bəndinin tələbini pozaraq hər ay hər uşaq üçün 250 (iki yüz əlli) manat olmaqla ümumilikdə 500 (beş yüz) manat aliment ödənişi ödəməli olduğu halda artıq 6 (altı) aydır ki, aylıq aliment ödənişini ödəmir və bu günə qədər onun ödənməmiş 6(altı) aylıq aliment ödənişi, yəni 3000(üç min) manat aliment borcu yaranmışdır. Maraqlı şəxs İlham oğlu aylıq aliment ödənişini, mediasiya sessiyasında aralarında bağlanmış barışıq sazişinin tələblərinə uyğun olaraq ödəmədiyi üçün, barışıq sazişini məhkəmə qaydasında təsdiq etmək məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

Birinci instansiya məhkəməsində icraat;

4. Məhkəmə iclasında iştirak edən ərizəçi Ərizəçi ərizəni müdafiə etmiş və dəqiqləşdirmə barədə ərizəsi nəzərə alınmaqla ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin bildirmişdir ki, maraqlı şəxs Maraqlı şəxs İlham oğlu barışıq sazişində üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməkdədir. Bu səbəbdən ərizə ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda bildirmişdir ki, barışıq sazişinin 3 və 5-ci bəndlərinin təsdiq edilməsini xahiş edir.

5. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Maraqlı şəxs İlham oğlu ərizəni qəbul etməyərək öz izahatında bildirmişdir ki, ərizəçi ilə boşansalar da, hazırda bir evdə yaşayırlar. Xərclərin əsas hissəsini özü qarşılayır. Eyni evdə yaşadıqları müddətdə aliment ödənişlərini etməyəcəkdir. Bütün bunlara əsasən barışıq sazişinin həmin hissədə təsdiq olunmamasını xahiş etmişdir.

6. Qəbələ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsi ilə (Nərgiz Abbaszadə) ərizə qismən təmin edilmiş, ərizəçi Ərizəçi ilə maraqlı şəxs Maraqlı şəxs İlham oğlu arasında X10 bağlanmış MŞQ/MT***-*** nömrəli, ##.##.2025- ci il tarixli barışıq sazişinin: 3. “Ata Maraqlı şəxs İlham oğlu ## ###### 2021-ci il təvəllüdlü X2 və ## ###### 2019-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün bir uşaq üçün 250 (iki yüz əlli) manat, iki uşaq üçün cəmi 500 (beş yüz) manat məbləğində aliment ödəməyi öhdəsinə alır. Alimentin ödənilməsinə ## ###### 2025-ci il tarixindən başlanır və hər ayın son gününədək birinci tərəfin kart hesabına ödənilməklə həyata keçirilir” şərtinin təsdiq edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (bir yüz) manatın maraqlı şəxs Maraqlı şəxs İlham oğlundan ərizəçi Ərizəçi xeyrinə tutulması, ərizənin qalan hissədə təmin edilməməsi, alimentin tutulması hissəsində qətnamənin dərhal icra edilməsi, qətnamə qəbul edilən tarixədək aliment üzrə aparılan ödəmələrin nəzərə alınması qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin barışıq sazişinin ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş 3-cü bəndi hər hansı digər şəxslərin hüquqlarına toxunmur.

Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

8. Məhkəmə hesab etmişdir ki, ərizə qismən təmin edilməli, tərəflər arasında bağlanmış MŞQ/MT***-*** nömrəli, ##.##.2025-ci il tarixli barışıq sazişinin 3-cü “Ata Maraqlı şəxs İlham oğlu ## ###### 2021-ci il təvəllüdlü X2 və ## ###### 2019-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün bir uşaq üçün 250 (iki yüz əlli) manat, iki uşaq üçün cəmi 500 (beş yüz) manat məbləğində aliment ödəməyi öhdəsinə alır. Alimentin ödənilməsinə ## ###### 2025ci il tarixindən başlanır və hər ayın son gününədək birinci tərəfin kart hesabına ödənilməklə həyata keçirilir” şərti təsdiq olunmalıdır.

9. Barışıq sazişinin 5-ci şərti “Tərəflər öz üzərlərinə öhdəlik götürürlər ki, gələcəkdə barışıq sazişi icra olunmadığı halda sazişin xüsusi icraaat qaydasında təsdiq edilməsi üçün ödəniləcək 100(bir yüz) manat məhkəmə rüsumunu barışıq sazişi icra etməyən tərəf ödəyəcəkdir” hissəsində məhkəmə qeyd etmişdir ki, barışıq sazişinin təsdiqindən əlavə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun qarşı tərəfdən tutulması ərizədə xahiş edildiyindən barışıq sazişinin həmin şərtinin təsdiq edilməsi zərurəti aradan qalxmışdır.

10. Məhkəmə hesab etmişdir ki, tərəflər barışıq sazişində alimentin ödənilməsinə ## ###### 2025-ci il tarixindən başlanılması ilə bağlı öz aralarında razılıq əldə etdiklərinə görə alimentin tutulması ##.##.2025-ci il tarixdən başlayaraq hesablanmalıdır, eyni zamanda qətnamə qəbul edilən tarixədək aparılan ödəmələr nəzərə alınmalıdır.

11. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, ərizəçi Ərizəçi “barışıq sazişinin təsdiq edilməsi” barədə xüsusi icraat qaydasında (Maraqlı şəxs İlham oğlu maraqlı şəxs qismində cəlb edilməklə) ərizəsi qismən təmin edilməli, ərizəçi Ərizəçi ilə maraqlı şəxs Maraqlı şəxs İlham oğlu arasında X10 bağlanmış MŞQ/MT***- *** nömrəli, ##.##.2025-ci il tarixli barışıq sazişinin 3-cü “Ata Maraqlı şəxs İlham oğlu ## ###### 2021-ci il təvəllüdlü X2 və ## ###### 2019-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün bir uşaq üçün 250 (iki yüz əlli) manat, iki uşaq üçün cəmi 500 (beş yüz) manat məbləğində aliment ödəməyi öhdəsinə alır. Alimentin ödənilməsinə ## ###### 2025-ci il tarixindən başlanır və hər ayın son gününədək birinci tərəfin kart hesabına ödənilməklə həyata keçirilir” şərti təsdiq olunmalıdır. Alimentin tutulması hissəsində qətnamə dərhal icra olunmalıdır. Qətnamə qəbul edilən tarixdədək aliment üzrə aparılan ödəmələr nəzərə alınmalıdır.

12. İş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (bir yüz) manat maraqlı şəxs Maraqlı şəxs İlham oğlundan ərizəçi Ərizəçi xeyrinə tutulmalıdır. Ərizə qalan hissədə təmin olunmamalıdır.

13. Məhkəmə öz mövqeyini “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1, 34.3 və 34.4-cü maddələri, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 217.4, 234, 305.1.17, 355-23.1, 355-25.1, 355-25.3, 355-26.1.1, 355-26.1.2 və 355-26.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

14. Qətnamədən narazı qalan maraqlı şəxs Maraqlı şəxs İlham oğlu tərəfindən apellyasiya şikayəti verilmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, məhkəmə iclasında ərizəni qəbul etməyərək bildirmişdir ki, ərizəçi ilə nikahları pozulsa da, hal-hazıradək ərizəçi və uşaqları ilə bir evdə yaşayırlar. Birlikdə yaşadıqlarına görə ailənin bütün yaşayış, qidalanma, geyim, kommunal, tibbi və digər gündəlik zəruri xərclər tərəfindən qarşılanmışdır. Ərizədə “uşaqların maddi təminatının təmin edilməməsi” və “alimentin verilməməsi” və qətnamədə də öz əksini tapması reallığı əks etdirmir və əsaslandırılmamışdır.

16. Belə ki, birlikdə yaşadıqları müddətdə alimentin ödənilməsini ailənin bütün xərclərinin qarşılanması barədə öz aralarında razılaşma əldə etmişlər, qeyd edilənlərə əsasən uşaqların və ərizəçinin bütün xərclərini qarşıladığına görə ərizənin faktiki olaraq əsası yoxdur. Göründüyü kimi faktiki olaraq ailənin saxlanılma xərclərini barışıq sazışı bağlanıldığı müddətdən onun tərəfindən qarşılandığına görə yenidən həmin xərclərin pul şəklində ondan tutulması ədalətsiz və məntiqsiz olardı.

17. Qeyd olunanlara baxmayaraq, Qəbələ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsi ilə ərizə qismən təmin edilmiş, ərizəçi Ərizəçi ilə maraqlı şəxs Maraqlı şəxsİlham oğlu arasında X10 bağlanmış MŞQ/MT***-*** nömrəli, ##.##.2025-ci il tarixli barışıq sazişinin: 3. “Ata Maraqlı şəxs İlham oğlu ## ###### 2021-ci il təvəllüdlü X2 və ## ###### 2019-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün bir uşaq üçün 250 (iki yüz əlli) manat, iki uşaq üçün cəmi 500 (beş yüz) manat məbləğində aliment ödəməyi öhdəsinə alması, alimentin ödənilməsinə ## ###### 2025-ci il tarixindən başlanır və hər ayın son gününədək birinci tərəfin kart hesabına ödənilməklə həyata keçirilir” şərtinin təsdiq edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (bir yüz) manatın maraqlı şəxs Maraqlı şəxs İlham oğlundan ərizəçi Ərizəçi xeyrinə tutulması, ərizənin qalan hissədə təmin edilməməsi, alimentin tutulması hissəsində qətnamənin dərhal icra edilməsi, qətnamə qəbul edilən tarixədək aliment üzrə aparılan ödəmələrin nəzərə alınması qət edilmişdir.

18. Mediator tərəfindən uşaqların gələckdə hansı şəraitdə böyüyəcəyi, normal inkişafı üçün şəraitin olub-olmaması və digər məsələlər üzrə uşaqların hüquq və mənafeyinin qorunmasına görə qəyyumluq və himayəçilik orqanı cəlb edilməmiş və onların müvafiq rəyi alınmamışdır.

19. Odur ki, Qəbələ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsini ləğv edərək, ərizənin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxs Maraqlı şəxs İlham oğlu apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin olunması, Qəbələ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsinin ləğv edilərək ərizənin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçi Ərizəçi apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmaması, Qəbələ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

23. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 33.2. Barışıq sazişi tərəflər və mediator (mediatorlar) tərəfindən imzalanır. Barışıq sazişinin nüsxələri tərəflərin və təqdim ediləcəyi orqanların (qurumların) sayına uyğun olaraq tərtib olunur. Maddə 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Maddə 33.4. Barışıq sazişi imzalandığı gündə tərəflərə təqdim edilməlidir. Barışıq sazişinin müvafiq orqana (quruma) təqdim edilməli olan nüsxəsini tərəflərdən biri həmin nüsxənin ona təqdim edildiyi tarixdən 1 iş günü müddətində müvafiq orqana (quruma) təqdim edir. Maddə 34.1-ci bəndinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Maddə 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Maddə 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. Maddə 34.5 Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

27. Apellyator Qəbələ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçının apellyasiya şikayətinə münasibətdə ləğv olunması üçün əsas yoxdur.

29. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

30. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, ərizəçi ilə maraqlı şəxs arasında Qəbələ * saylı Mediasiya təşkilatında ##.##.2025-ci il tarixli MŞQ/MT***-*** saylı barışıq sazişi bağlanmışdır. Həmin Sazişin 3-cü bəndinə əsasən “Ata Maraqlı şəxs İlham oğlu ## ###### 2021-ci il təvəllüdlü X2 və ## ###### 2019-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün bir uşaq üçün 250 (iki yüz əlli) manat, iki uşaq üçün cəmi 500 (beş yüz) manat məbləğində aliment ödəməyi öhdəsinə götürmüş, alimentin ödənilməsinə ## ###### 2025-ci il tarixindən başlanaraq hər ayın son gününədək birinci tərəfin kart hesabına ödənilməklə həyata keçirilməsi barədə razılıq əldə olunmuşdur. Ərizəçi maraqlı şəxs Maraqlı şəxs İlham oğlu tərəfindən sazişin şərtərinə əməl olunmadığını, razılaşdırılmış aliment məbləğini ödəməməsini əsas gətirərək sözügedən barışıq sazişinin 3 və 5-ci bəndlərinin təsdiq olunması tələbi ilə məhkəməyə müraciət etmiş, maraqlı şəxs isə tələblə razılaşmamışdır.

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.

32. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. İrəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Ərizəçinin tələbi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsindən ibarətdir.

33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin ərizəçi ilə nikahları pozulsa da, halhazıradək ərizəçi və uşaqları ilə bir evdə yaşaması, birlikdə yaşadıqlarına görə ailənin bütün yaşayış, qidalanma, geyim, kommunal, tibbi və digər gündəlik zəruri xərclərinin onun tərəfindən qarşılanması, ərizədə “uşaqların maddi təminatının təmin edilməməsi” və “alimentin verilməməsi” və qətnamədə də öz əksini tapması reallığı əks etdirməməsinə dair dəlillərini əsassız hesab edərək qeyd edir ki, qanunverici “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədiyi və ya barışıq sazişinin könüllü icrasından imtina olunduğu hallarda ərizəçinin məhkəməyə müraciət edə biləcəyini nəzərdə tutur. Qeyd olunan halda isə maraqlı şəxs tərəfindən göstərilən şərtlərin əksi sübuta yetirilmədiyi təqdirdə ərizəçinin tələbi təmin oluna bilir.

34. Həmçinin məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur və tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. (Mediasiya haqqında Qanunun 34.2 və 34.3-cü maddələri)

35. İş materiallarında olan MŞQ/MT***-*** nömrəli, ##.##.2025-ci il tarixli Barışıq Sazişindən görünür ki, 1. Tərəflər, Ərizəçi və Maraqlı şəxs İlham oğlu aralarında bağlanmış ## ### 2019-cu il tarixli, 133 № li nikahın davam etdirilə bilməsi barədə ümumi razılığa gələ bilmədilər. 2. ## ###### 2021-ci il təvəllüdlü X2 və ## ###### 2019-cu il təvəllüdlü X4 anaları Ərizəçi himayəsində qalır. 3. Ata Maraqlı şəxs İlham oğlu ## ###### 2021- ci il təvəllüdlü X2 və ## ###### 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün bir uşaq üçün 250 (iki yüz əlli) manat, iki uşaq üçün cəmi 500 ( beş yüz) manat məbləğində aliment ödəməyi öhdəsinə alır. Alimentin ödənilməsinə ## ###### 2025-ci il tarixindən başlanılır və hər ayın son günündək birinci tərəfin kart hesabına ödənilməklə həyata keçirilir. 4. Atanın uşaqlarla görüşü və onları gəzintiyə aparması uşaqların sağlamlığına, təhsilinə, mədəni inkişafına ziyan vurmadan hər həftənin şənbə və bazar günləri, həmçinin bayram və digər istirahət günləri daxil olmaqla saat 10:00-dan 18:00-dək öncədən ana ilə razılaşdırmaqla etməklə həyata keçiriləcəkdir. 5. Tərəflər öz üzərlərinə öhdəlik götürürlər ki, gələcəkdə barışıq sazişi icra olunmadığı halda sazişinin xüsusi icraaat qaydasında təsdiq edilməsi üçün ödəniləcək 100 manat məhkəmə rüsumunu barışıq sazişi icra etməyən tərəf ödəyəcəkdir.

36. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflərin razılaşmasından görünür ki, Maraqlı şəxs İlham oğlu ## ###### 2021- ci il təvəllüdlü X2 və ## ###### 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün bir uşaq üçün 250 (iki yüz əlli) manat, iki uşaq üçün cəmi 500 ( beş yüz) manat məbləğində aliment ödəməyi öhdəsinə götürmüşdür.Ərizəçi maraqlı şəxs Maraqlı şəxs İlham oğlunun sözügedən barışıq sazişinin şərtlərinə əməl etməməsini, alimenti ödəməməsini əsas gətirərək hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Maraqlı şəxs Maraqlı şəxs İlham oğlu isə məhkəmə kollegiyasının iclasında vermiş olduğu izahatında almenti ödəməməsinə səbəb kimi ailəsi və uşaqları ilə birgə yaşaması, ailənin bütün xərclərinin onun tərəfindən qarşılanmasını qeyd etsədə, ərizəçi tərəfindən həmin fakt qəbul olunmamış, maraqlı şəxs Maraqlı şəxs İlham oğlu tərəfindən isə qeyd olunan hallarla bağlı sübut təqdim olunmamışdır.

37. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ###### 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».

39. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

40. Kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və dəlillərə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

41. Kollegiya birinci instanisya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

42. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin maraqlı şəxs Maraqlı şəxs İlham oğlunun apellyasiya şikayətlərinə münasibətdə ləğv edilməsi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*- ***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Maraqlı şəxs Maraqlı şəxs İlham oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar