Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № e-2(3-10)-915/2026 22.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "barışıq sazişinin təsdiq edilməsi" tələbinə dair iddia ərizəsi üzrə (Açar sözlər: iş üzrə icraat dayandırılıb, qüvvə) Hakim Isayev Elman Bəhruz oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "barışıq sazişinin təsdiq edilməsi" tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(*- ***)-***/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Iddiaçı cavabdehə qarşı "barışıq sazişinin təsdiq edilməsi" tələbi barədə iddia iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mediasiya reyestrində RN-00377 nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X2 apardığı mediasiya prosesi nəticəsində mediator, o və Cavabdeh arasında bağlanmış ## ##### 2025-ci il tarixli barışıq sazişinin “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə Cavabdeh tərəfindən könüllü icra edilməyən 2.2-ci bəndinin məcburi icra edilməsi üçün həmin barışıq sazişinin 2.2-ci bəndinin təsdiq edilməsi və tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının maraqlı şəxs Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ucar Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "barışıq sazişinin təsdiq edilməsi" tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə icraatın, məhkəmənin icraatında olmuş iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı "barışıq sazişinin ləğv edilməsi və uşaq tələbi" barədə iddia ərizəsinə dair mülki iş üzrə çıxarılmış məhkəmə qətnaməsi qüvvəyə minənə qədər dayandırılması qərara alınmışdır. Ucar Rayon Məhkəməsinin hazırkı mülki iş üzrə ## ### 2026-cı il tarixli, e-2(5-164)- ***/**** nömrəli qərardadından iddiaçı İddiaçı şikayət verib Ucar Rayon Məhkəməsinin 04 may2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ucar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-2(5-164)-297/2026 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Işə Şəki Apellyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Ucar Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Ucar Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı "barışıq sazişinin ləğv edilməsi və uşaq tələbi" barədə iddiası təmin edilmişdir. Məhkəmə hesab etmişdir ki, məhkəməninin icraatında olmuş iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı "barışıq sazişinin ləğv edilməsi və uşaq tələbi" barədə iddiası təmin edilmişdir, qeyd olunan mülki iş üzrə məhkəmə qətnaməsi qüvvəyə minənədək hazırkı işə baxmaq mümkün deyildir. Belə ki, hazırkı mübahisənin predmetinin əsaslarından birini barışıq sazişi təşkil etdiyindən və bu mübahisə ilə əlaqəli olan barışıq sazişinin ləğv edilməsi və uşaq tələbi barədə mülki məhkəmə icraatı qaydasında başqa bir işə baxılıb qətnamə çıxarıldığından sözügedən iddiaya baxılmasının davam etdirilməsi istisna edilir. Məhkəmə kollegiyası hesab edir ki, Ucar Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Ucar Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(*-***)- ***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4 və 256.0.3-cü maddələrinə müvafiq olaraq Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, məhkəmə iş üzrə icraatı bu Məcəllənin 254.1.4cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər dayandırmalıdır. Həmin Məcəllənin 254.1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa hakim iş üzrə icraatı dayandırmalıdır. Həmin Məcəllənin 256.0.3-cü maddəsinə əsasən iş üzrə icraat bu Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər dayandırılır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDI: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "barışıq sazişinin təsdiq edilməsi" tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(*- ***)-***/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Ucar Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-10)-915/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-10)-915/2026
22.09.2026 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver