Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2(3-9)-1250/2026 28.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Əliyev Orxan Ismayıl oğlunun katibliyi, Ərizəçi Ərizəçi, onun nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, Ərizəçi Ərizəçi (maraqlı şəxs kimi Maraqlı şəxs qeyd edilən) “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə Lerik Rayon Məhkəməsinin *(*-***)- ***/**** saylı, ## ###### 2026-cı il tarixli qərardadından ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayətə Şirvan Apelyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Ərizəçi Ərizəçi (maraqlı şəxs kimi Maraqlı şəxs qeyd edilən) “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə aralarında bağlanmış ##.##.2026-cı il tarixli barışıq sazişinin məcburi icra olunması üçün təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lerik Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərardadı ilə ərizəçi Ərizəçi (maraqlı şəxs kimi Maraqlı şəxs qeyd edilən) “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinin qəbul edilməsindən imtina edilməsi, ərizə və ona əlavə edilmiş sənədlərin geri qaytarılması, məhkəməyə müraciət etmək üçün ərizəçi Ərizəçi tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun (##.##.2026-cı il tarixli, ********** nömrəli qəbz) ona geri qaytarılması qərara alınmış, ərizəçiyə ərizəsini mülki prosessual qanunvericiliyinin tələblərinə uyğunlaşdırmaqla iddia icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilməsi izah olunmuşdur. Ərizəçi Ərizəçi şikayətlə məhkəməyə müraciət edərək, Lerik Rayon Məhkəməsinin *(*-***)- ***/**** saylı, ## ###### 2026-cı il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Lerik Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ######## 2026-cı il tarixli qərardadı ilə Lerik Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərardadından ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün *(*-***)-***/**** saylı mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 397.1-ci maddəsinə əsasən bu məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qərardadından müəyyən edilir ki, məhkəmə ərizənin icraata qəbul edilməsindən imtinanı iddianın yolverilməzliyi ilə əsaslandırmışdır. Ərizəçi Ərizəçi və onun vəkili Vəkil apellyasiya icraatı zamanı şikayətin dəlillərinə uyğun çıxış edərək məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, Lerik Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərardadının ləğv edilməsini və ərizə üzrə yeni qərardad qəbul edilməsini xahiş etdilər. Maraqlı şəxs kimi Maraqlı şəxs məhkəmə iclasında iştirak etməmiş, bu barədə məlumat verməmişdir. Kollegiya maraqlı şəxsin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək qeyd edir ki, iddia ərizəsinə əlavə edilmiş Ərizəçi ilə Maraqlı şəxs arasında ** saylı Mediasiya Təşkilatında bağlanmış ## #### 2026-cı il tarixli, MŞB/**/****-***** nömrəli Barışıq sazişindən görünür ki: 1) Tərəflər etiraf edirlər ki, ikinci Tərəf (Maraqlı şəxs) birinci Tərəf Ərizəçi 45000 (qırx beş min) manat borc olaraq pul alıb. 2) Ikinci Tərəf bu Sazişin birinci bəndində qeyd edilən borcu 2026-cı ilin iyul ayından başlamaqla, 4 ay ərzində (2026-cı ilin iyul, avqust, sentyabr, oktyabr aylarında), hər ayın 25-i 11250 (on bir min iki yüz əlli) manat ödəniş etməklə birinci Tərəfə qaytarmağı öhdələrinə götürür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-cü maddəsinə əsasən Mediasiya haqqında Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin məcəllənin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin məcəllənin 355-24 -cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün Mediasiya haqqında Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Işdə olan sübutlardan müəyyən edilir ki, tərəflər arasında ## #### 2026-cı il tarixli barışıq sazişi bağlanmış, 45000 (qırx beş min) manat borcun 4 ay ərzində (2026-cı ilin iyul, avqust, sentyabr, oktyabr aylarında), hər ayın 25-i 11250 (on bir min iki yüz əlli) manat ödəniş etməklə birinci Tərəfə qaytarılması nəzərdə tutulmuşdur. Göründüyü kimi barışıq sazişinin icra müddəti 4 ay, yəni 2026-cı ilin iyul ayından oktyabr ayına qədər müəyyən edilmişdir. Lakin ərizəçi həmin müddəti gözləmədən ## ###### 2026-cı il tarixdə barışıq sazişinin təsdiqi ilə bağlı məhkəməyə müraciət etmişdir. Yuxarıda qeyd olunan prosessual normanın dispozitiv şərtləri təsvir olunduqda müəyyən olunur ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün müəyyən edilmiş müddətin bitməsi əsas şərt kimi müəyyən edilmişdir. Yəni barışıq sazişi bağlamış tərəflər üçün şərtlər sazişdə nəzərdə tutulmuş müddət bitdikdən sonra könüllü icra edilməli, könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasında imtina olunduqda barışıq sazişinin tərəfi olaraq tələbkar sazişdə nəzərdə tutulan öhdəliyin məcburi icrasını məhkəmə qaydasında tələb edə bilər. Halbuki hazırki işdə ərizəçi Ərizəçi sazişdə öhdəliyin icrası üçün müəyyən olunmuş müddəti gözləmədən həmin öhdəliyin məcburi icrasını məhkəmə qaydasında tələb etmişdir. Kollegiya qeyd edir ki, barışıq sazişi tərəflərin mübahisəli münasibətlərinə dair yeni bir hüquqi nəticə - hüquq və öhdəliklər əmələ gətirmək məqsədilə bağladıqları qarşılıqlı ikitərəfli (çoxtərəfli) müqavilədir. Barışıq sazişi tərəflər arasındakı mübahisənin və ya fikir ayrılığına səbəb olma potensialı daşıyan qeyri-müəyyənliyin aradan qaldırılmasına yönəlir. Başqa sözlə barışıq sazişi tərəflərin mübahisəli münasibətlərinə dair yeni bir hüquqi nəticə - hüquq və öhdəliklər əmələ gətirmək məqsədilə bağladıqları qarşılıqlı ikitərəfli (çoxtərəfli) müqavilə olmaqla tərəflər arasındakı mübahisənin və ya fikir ayrılığına səbəb olma potensialı daşıyan qeyri-müəyyənliyin aradan qaldırılmasına yönəlir. Belə ki, barışıq sazişi bağlayan tərəflər özləri həmin razılaşmanın qüvvəyə minməsi, yəni hüquqi müstəvidə etibarlı bir əqd kimi əmələ gəlməsi üçün onun məhz məhkəmə tərəfindən təsdiq olunmasını razılaşdıra bilərlər (belə razılaşma mediasiyada bağlanan sazişdə də nəzərdə tutula bilər). Yəni, tərəflər sazişi imzalasalar da, razılaşma yalnız məhkəmənin təsdiqindən sonra qüvvəyə minir və hüquqi nəticə yaradır. Bu zaman məhkəmə təsdiqetmə üçün zəruri olan prosessual məsələləri (sazişi imzalayan şəxslərin səlahiyyətlərini, barışığın qanuna zidd olub-olmamasını, üçüncü şəxsin hüquqlarını pozub-pozmamasını və s.) yoxlayır. Həmin xüsusatlar məhkəməyə təqdim olunmuş (görünən) məlumat və sənədlər əsasında aydınlaşdırılır. Təsdiqə mane olan hallar aşkar edilmədikdə barışıq məhkəmə tərəfindən təsdiqlənir. Göründüyü kimi məhkəmənin barışıq sazişini qərardadla təsdiq etməsi həmin əqdin əmələ gəlməsinin tamamlayıcı ünsürü kimi çıxış edir. Bu halda məhkəmə təsdiqi sazişin yaranmasını (əqdin qüvvəyə minməsini) təmin etməklə yanaşı mülki prosesi tamamlayan (işin icraatına xitam verən) prosessual nəticə əmələ gətirir. Başqa sözlə tərəflər sazişin qüvvəyə minməsini məhkəmə təsdiqindən asılı etmədən özləri təmin edirlər (məsələn, sadə yazılı müqaviləni imzalamaqla, yaxud notariat qaydasında təsdiqlətməklə). Eyni zamanda, mediasiya prosesində bağlanan barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. (“Mediasiya haqqında” Qanun, maddə 34.1). Bundan sonra barışıq razılaşması məhkəmənin icraatında olan işə xitam verilməsi üçün məhkəməyə təqdim olunur. Belə ki, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər (MPM, maddə 52.3). Bu halda da məhkəmə yuxarıda qeyd olunan prosessual şərtləri yoxlayaraq barışığı təsdiqləyir və ya bundan imtina edir. Belə olan təqdirdə məhkəmənin sazişi qərardadla təsdiq etməsi həmin əqdin əmələ gəlməsi baxımından bir nəticə doğurmur. Bu nəticə: yəni, tərəflərin hüquq və öhdəlikləri təsdiqə qədər barışıq sazişinin qüvvəyə minməsi ilə əmələ gəlmişdir. Hətta məhkəmə ona təqdim olunan razılaşmanı təsdiqləməkdən imtina etsə, tərəflər öz iradələri (iddiadan imtina, iddia ərizəsinin baxılmamış saxlanılması və s.) ilə mülki prosesi sonlandırmaqla həmin saziş üzrə münasibətlərini davam etdirməkdə sərbəstdirlər (dispozitivlik prinsipi). Odur ki, ikinci halda tərəflərin məhkəmədən kənar əmələ gətirdikləri barışıq sazişinin məhkəmə qərardadı ilə təsdiqi yalnız prosessual hüquqi nəticələr doğurur. Bu nəticələr işin icraatına xitam verilməsi ilə mülki prosesin tamamlanması, buna müvafiq olaraq, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə yenidən mübahisə açılmasının qarşısının alınması, habelə sazişin şərtləri pozulduqda onun məcburi icrasının təmin olunmasıdır. Mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin məhkəmə tərəfindən xüsusi icraatda təsdiqlənməsi isə yalnız razılaşmanın məcburi icrasını təmin etmək məqsədi daşıyır (“Mediasiya haqqında” Qanun, maddə 34.4; MPM, maddə 355-23.1). (Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə; ## ###### 2024-cü il tarixli qəradadı) Kollegiya birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan mövqeyi ilə razılaşır, ərizəçinin şikayətini isə əsaslı hesab etmir. Birinci instansiya məhkəməsi haqlı olaraq iddianın yolverilməzliyinə görə iddia ərizəsini geri qaytarmışdır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayət əsaslı hesab edilməyərək, təmin edilməməli, Lerik Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400, 402.2- 402.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası; QƏRARA ALDI: Ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. Lerik Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-9)-1250/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-1250/2026
28.09.2026 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver