Azərbaycan Respublikası adından Qərardad İş № 2(3-9)-1092/2026 28.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Novruzova Aytən Nazim qızı (sədrlik edən, məruzəçi), Əsədov Ilham Qoşunəli oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Salyan Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından maraqlı şəxs Maraqlı şəxs tərəfindən verilmiş şikayətə məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq; MÜƏYYƏN ETDI: Ərizəçi Ərizəçi ##.##.2025-ci il tarixli mediasiya prosesi nəticəsində bağlanmış Barışıq Sazişinin təsdiq edilməsi” barədə ərizə ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, mediator X2 tərəfindən təsdiq edilmiş ##.##.2025-ci il tarixli Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış mediasiya haqqında barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ilə ərizə təmin edilərək, Ərizəçi ilə Maraqlı şəxs arasında Salyan * saylı Mediasiya Təşkilatında bağlanmış ##.##.2025-ci il tarixli Barışıq Sazişi aşağıdakı məzmunda təsdiq edilməsi “1.1-ci bənd: Ərizəçi ilə Maraqlı şəxs onların birgə nikahlarından doğulmuş 05.10.2018ci il təvəllüdlü X1 ilə ünsiyyət barədə razılığa gəlirlər. Maraqlı şəxs X1 ilə atası Ərizəçi hər həftənin şənbə günü saat 10:00-dan bazar günü 16:00-a kimi, habelə Yeni il, Novruz Ramazan və qurban bayramı günlərində də 01 gün müəyyən edilməklə, 10:00-dan 16:00-dək ünsiyyət olmaq hüququnun verilməsinə razılıq verir. 1.2-ci bənd: Maraqlı şəxs ünsiyyətlə bağlı maneçilik törətməyəciyini və Ərizəçi ünsiyyət bitdikdən sonra uşağı anası Maraqlı şəxs qaytaracağına söz verir” qət edilmişdir. Salyan Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən narazı qalan maraqlı şəxs Maraqlı şəxs ##.##.2026-cı il tarixdə elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, qətnamənin ləğv olunması, iş üzrə yeni qətnamənin qəbul olunması və barışıq sazişinin təsdiq olunmasından imtina olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə maraqlı şəxs Maraqlı şəxs Salyan Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən vermiş olduğu apellyasiya şikayəti geri qaytarılmışdır. Salyan Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən narazı qalan maraqlı şəxs Maraqlı şəxs ##.##.2026-cı il tarixdə elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, qətnamənin ləğv olunması, iş üzrə yeni qətnamənin qəbul olunması və barışıq sazişinin təsdiq olunmasından imtina olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə maraqlı şəxs Maraqlı şəxs Salyan Rayon Məhkəməsinin 2(5- 152)- ***/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən vermiş olduğu apellyasiya şikayəti geri qaytarılmışdır. Qərardaddan narazı qalan maraqlı şəxs Maraqlı şəxs ##.##.2026-cı il tarixdə elektron qaydada şikayət verərək, Salyan Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadının ləğv edilərək, iş üzrə apellyasiya şikayətinin icraata qəbul edilərək baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Hesab edir ki, qərardad tamamilə əsassızdır. Belə ki, apellyasiya şikayəti geri qaytarılarkən guya məhkəmə qətnaməsi ona göndərilmiş, o isə müddəti ötürmüşdür. Lakin belə bir hal olmamışdır. Salyan Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə Salyan Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı iş üzrə, ##.##.2026-cı il tarixli qərardadından maraqlı şəxs Maraqlı şəxs tərəfindən verilmiş şikayətin təmin edilməməsi, Salyan Rayon Məhkəməsinin *(*-***)- ***/**** saylı iş üzrə, ##.##.2026-cı il tarixli qərardadının qüvvəsdə saxlanılması və həmin qərardaddan verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün 7 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Salyan Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Salyan Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı iş üzrə ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Salyan Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı iş üzrə ##.##.2026-cı il tarixli qətnaməsi qəbul edilmiş, həmin qətnamə ##.##.2026-cı il tarixdə “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirilmişdir. Maraqlı şəxs Maraqlı şəxs həmin qətnamədən verdiyi əvvəlki apellyasiya şikayəti Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə qanunla müəyyən edilmiş müddət ötürüldükdən sonra verildiyinə və buraxılmış prosessual müddətin bərpası barədə vəsatət təqdim edilmədiyinə görə geri qaytarılmışdır. Həmin qərardadla maraqlı şəxsə apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin qanunvericiliklə müəyyən edilmiş qaydada bərpası barədə müraciət etdikdən sonra apellyasiya şikayəti ilə yenidən məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Buna baxmayaraq, maraqlı şəxs ##.##.2026-cı il tarixdə eyni qətnamədən yenidən apellyasiya şikayəti vermiş, lakin bu dəfə də buraxılmış prosessual müddətin bərpası barədə vəsatət təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onlar təqdim etmiş şəxsə qaytarılır. MPM-in 363.1.3-cü maddəsinə əsasən isə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə və buraxılmış müddətin bərpasına dair vəsatət verilməmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Göründüyü kimi, maraqlı şəxs Maraqlı şəxs tərəfindən apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürüldükdən sonra verilmiş və həmin müddətin bərpası barədə vəsatət təqdim edilməmişdir. Bundan başqa, maraqlı şəxsə əvvəlki apellyasiya şikayəti geri qaytarılarkən prosessual müddətin bərpası barədə vəsatətlə müraciət etmək hüququ ayrıca izah edilmiş, lakin o, bu prosessual imkandan istifadə etmədən yenidən apellyasiya şikayəti təqdim etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, maraqlı şəxsin elektron kabinetinin ##.##.2023-cü il tarixdən mövcud olması, iş üzrə qətnamənin isə ##.##.2026-cı il tarixdə elektron sistemə yerləşdirilməsi nəzərə alındıqda, onun qətnamədən yalnız icra mərhələsində məlumat əldə etməsinə dair dəlili özlüyündə apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddət ötürüldükdən sonra və həmin müddətin bərpası barədə vəsatət verilmədən təqdim edilməsi faktını aradan qaldırmır. Belə bir halın prosessual müddətin buraxılmasının üzrlü səbəbi olub-olmamasına isə yalnız həmin müddətin bərpası barədə müvafiq vəsatət verildiyi halda hüquqi qiymət verilə bilər. Bu baxımdan, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddət keçdikdən sonra verildiyini və buraxılmış prosessual müddətin bərpası barədə vəsatətin təqdim edilmədiyini müəyyən etməklə, MPM-in 130.3 və 363.1.3-cü maddələrinin tələblərinə uyğun olaraq apellyasiya şikayətinin geri qaytarılması barədə düzgün nəticəyə gəlmişdir. Şikayətdə göstərilən dəlillər birinci instansiya məhkəməsinin qərardadının qanuniliyini və əsaslılığını şübhə altına alan hal kimi qiymətləndirilə bilməz və həmin qərardadın ləğv edilməsi üçün əsas vermir. Odur ki, maraqlı şəxs Maraqlı şəxs şikayəti təmin edilməməli, Salyan Rayon Məhkəməsinin *(*-***)- ***/**** saylı iş üzrə ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263- 264, 397, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Şikayət təmin edilməsin. Salyan Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-9)-1092/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-1092/2026
28.08.2026 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver