Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-4062/2026 16.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi maraqlı şəxs Maraqlı şəxs qarşı iş üzrə QƏTNAMƏ İş № *(103)-4062/2026 (Açar sözlər: mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), Mərdanova Xumar Afət qızı və Bəhrəmzadə Sabit Xanlar oğlundan ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə Ərizəçi Ərizəçi maraqlı şəxs Maraqlı şəxs olmaqla “barışıq sazişinin təsdiq edilməsi barədə” ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)- ****/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə ## ######## 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, 2(004)- ****/**** nömrəli qətnaməsinə əsasən Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış nikahın pozulması qət edilmişdir.
2. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsi olaraq bağlanmış ##.##.2024-cü il tarixli, MŞB/**-***** nömrəli barışıq sazişinə əsasən: “1. Tərəflər, 1-ci tərəf Ərizəçi və 2-ci tərəf Maraqlı şəxs qeyd olunan məzmunda razılığa gəldilər. Razılığa əsasən tərəflər ## #### 2012-ci il tarixində, Lənkəran rayonu, qeydiyyat şöbəsində bağladıqları, 510 nömrəsi ilə qeydə alınmış nikahı məhkəmədə bir-birlərinə 3 ay barışıq möhləti vermədən tərəflərdən birinin iddia qaldırması ilə pozsunlar. Barışıq sazişinin 1-ci bəndi xüsusi icraat qaydasında təsdiq edilmir, tərəflərdən birinin iddia qaldırması ilə icra edilir.
2. Tərəflər, 1-ci tərəf Ərizəçi və 2-ci tərəf Maraqlı şəxs uşaqların ananın himayəsində saxlanılması tələbi üzrə ##.##.2013-cü il təvəllüdlü X2, ##.##.2015-ci il təvəllüdlü X3 və ##.##.2020-ci il təvəllüdlü X1 ##.##.2024-cü il tarixindən başlayaraq yetkinlik yaşına çatana kimi 1-ci tərəf Ərizəçi yanında, himayəsində saxlanılması barədə razılığa gəldilər.
3. Tərəflər, 1-ci tərəf Ərizəçi və 2-ci tərəf Maraqlı şəxs ilə qeyd olunan məzmunda razılığa gəldilər. Razılığa əsasən 2-ci tərəf Maraqlı şəxs birgə nikahdan anadan olan övladları ##.##.2013-cti il təvəllüdlü X2, ##.##.2015-ci il təvəllüdlü X3 və ##.##.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ##.##.2024-cü il tarixindən başlayaraq, uşaqlar yetkinlik yaşına çatana kimi hər ay, hər uşağa 235 (iki yüz otuz beş) manat, ümumi 705 (yeddi yüz beş) manat sabit pul məbləğdə alimenti 1-ci tərəf Ərizəçi ödəyir.
4. Tərəflər, 1 -ci tərəf Ərizəçi və 2-ci tərəf Maraqlı şəxs qeyd olunan məzmunda razılığa gəldilər. Razılığa əsasən 1-ci tərəf Ərizəçi birgə nikahdan anadan olan ##.##.2013-cü il təvəllüdlü X2, ##.##.2015-ci il təvəllüdlü X3 və ##.##.2020- ci il təvəllüdlü X1 ##.##.2024-cü il tarixindən başlayaraq uşaqlar yetkinlik yaşına çatana kimi, ayda 8 (səkkiz) gün, gündə 24 (iyirmi dörd) saat 2-ci tərəfin yanında qalmasına və ayda 10 (on) gün, gündə 5 (beş) saat olmaq şərti ilə 2-ci tərəf Maraqlı şəxs ilə ünsiyyətdə olmasına şərait yaradır.
5. Tərəflər, 1-ci tərəf Ərizəçi və 2-ci tərəf Maraqlı şəxs əmlak tələbi üzrə qeyd olunan məzmunda razılığa gəldilər. Razılığa əsasən tərəflərin birgə nikah dövründə əldə etdikləri, 1ci tərəf Ərizəçi adına ACN ****** saylı Nəqliyyat Vasitəsinin qeydiyyat Şəhadətnaməsinə əsən rəsmiləşən, ** KU *** dövlət qeydiyyat nişanlı, NİSSAN SUNNY markalı avtomobilini və 2-ci tərəf Maraqlı şəxs adına xüsusi mülkiyyət hüququ əsasında rəsmiləşən ünvan 1 ünvanında yerləşən və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın ********** qeydiyyat nömrəli çıxarışına əsasən rəsmiləşən əmlakları hər birinə 1/2 pay hüququ əsasında bölürlər.
6. Tərəflər, 1-ci tərəf Ərizəçi və 2-ci tərəf Maraqlı şəxs ipoteka ödənişinin ödənilməsi tələbi üzrə qeyd olunan məzmunda razılığa gəldilər. Razılığa əsasən tərəflərin birgə nikah dövründə əldə etdikləri, 2-ci tərəf Maraqlı şəxs adma xüsusi mülkiyyət hüququ əsasında rəsmiləşən və ipoteka ilə yüklü edilmiş ünvan 3 ünvanında yerləşən və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlak ********** qeydiyyat nömrəli çıxarışa əsasən rəsmiləşən əmlakın, əmlakın yüklülüyü götürülən müddətə kimi ipoteka ödənişlərini 2ci tərəf Maraqlı şəxs ödəyir.”
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
7. Ərizəçi Ərizəçi maraqlı şəxs Maraqlı şəxs olmaqla “barışıq sazişinin təsdiq edilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, ##.##.2024-cü il tarixli, MŞB/**-***** nömrəli barışıq sazişinin alimentə aid hissədə təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. . Ərizənin əsaslarına görə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2024cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinə əsasən Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış nikahın pozulması qət edilmişdir. Tərəflər arasında bağlanmış barışıq sazişinə əsasən: “Tərəflər, 1-ci tərəf Ərizəçi və 2-ci tərəf Maraqlı şəxs ilə qeyd olunan məzmunda razılığa gəldilər. Razılığa əsasən 2-ci tərəf Maraqlı şəxs birgə nikahdan anadan olan övladları ##.##.2013-cti il təvəllüdlü X2, ##.##.2015-ci il təvəllüdlü X3 və ##.##.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ##.##.2024-cü il tarixindən başlayaraq, uşaqlar yetkinlik yaşına çatana kimi hər ay, hər uşağa 235 (iki yüz otuz beş) manat, ümumi 705 (yeddi yüz beş) manat sabit pul məbləğdə alimenti 1-ci tərəf Ərizəçi ödəyir.” Maraqlı şəxs saziş üzrə barışıq sazişi imzalandıqdan sonra 10 gün müddətində icra etməli idi. Lakin maraqlı şəxs həmin vaxtda indiyədək 1000 manat aliment ödəmişdir.
9. Maraqlı şəxsin vəkili və nümayəndəsi etirazla məhkəməyə müraciət edərək ərizənin təmin edilməməsini xahiş etmişdir.
10. Etirazın əsaslarına görə, maraqlı şəxs tərəfindən barışıq sazişi bağlandığı andan bugünə kimi aliment öhdəliyinin icrası tam həyata keçirilmiş, yəni hazırki icraat üzrə maraqlı şəxs olan Maraqlı şəxs Mediasiya sazışinin 3-cü bəndində əks edilmiş şərtlər üzrə öhdəlikləri tam yerinə yetirmişdir. Məhz bu səbəbdən ərizəçi tərəfindən məhkəməyə təqdim edilmiş ərizə tələbi təmin edilməməlidir. Belə ki, aliment məbləği ailə münasibətlərindən irəli gələn saxlanma vəzifəsinin icrasını təmin etmək üçün təyin edilir. Bu öhdəlik, AR Ailə Məcəlləsinə müvafiq olaraq valideynlərin uşaqlarını saxlamaq vəzifəsindən irəli gələn öhdəlikdir. Yəni alimentin məqsədi, uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər qorunması və onun əsas ehtiyaclarının qarşılanmasıdır. Ərizəçi və Maraqlı şəxs nikahı Bakı şəhəri Yasamal rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, e*(***)-****/****-*** nömrəli Qətnaməsi ilə pozulmuşdur. Buna baxmayaraq, yəni rəsmi olaraq nikahlarının pozulmasına baxmayaraq, faktiki olaraq ailə münasibətləri davam etmişdir. Yəni tərəflər birgə yaşamış və birgə təsərrüfat aparmışlar, birgə təsərrüfatla uşaqların bütün tələbatlarını və buna görə yaranan xərcləri birgə çəkmişlər. Nəticədə hər iki tərəf (valideyn) uşaqlarla birgə yaşadığından ##.##.2013-cü il təvəllüdlü X2, ##.##.2015-ci il təvəllüdlü X3 və ##.##.2020-ci il təvəllüdlü X1 həmçinin atalarının (maraqlı şəxs) himayəsində olmuş, onların ehtiyacları (ərzaq, geyim, dərman preparatları və s.) Maraqlı şəxs tərəfindən qarşılanmışdır. Həmin ehtiyacların Maraqlı şəxs tərəfindən təmin edilməsini təsdiq edən birgə yaşanılan evin ünvanın - Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, ev 97, m 174 yaxınlığında olan marketlərdə (Bakı şəhəri, Yasamal rayonu, Müstəqillik küşəsi ev 25, Şərifzadə küçəsi ev 154 və sair) yerləşən “Araz Market”lərdən əldə olunmuş qəbzlər Ərizəyə əlavə olunur. Bundan başqa, qeyd olunan halları, yəni Ərizəçi və Maraqlı şəxs bu günədək birgə yaşaması, birgə təsərrüfatda olması, faktiki olaraq ailə münasibətlərinin davam etməsi, o cümlədən uşaqların ehtiyaclarının Maraqlı şəxs tərəfindən qarşılanmasını təsdiq edən “Whatsapp” tətbiqində mövcud olan yazışmalar Sizə təqdim olunur. Həmin yazışmaların məzmunundan da göründüyü kimi, Maraqlı şəxs Anna Vəliyevlə bir evdə yaşamaları, birgə təsərrüfat aparmaları tam təsdiqi tapır. Belə ki, Anna Namiqə müxtəlif tarixlərdə “evə gələrkən .....ərzaqları al; evə gələrkən ..... dərmanları al; imtahanlarla bağlı evdə olarkən sənədləri yazmağa kömək et; mən salondan gec çıxmalı olsam uşağı sən bağçadan götürüb evə apar; evdə mətbəxdə olan televizora nə etmisən ki, işləmir?; mən hələ işdəyəm, sakitçilikdir evdə?; yuxudan oyandıqlarında uşaqları parka gəzdirməyə apara bilərsən?; evdən uşaqları çıxararkən isti geyindir; uşağı sən yedizdir, mama ona yemək verərkən yemək istəmir” mətnli və səsli mejalar göndərmiş, həmin çoxsaylı səsli və mətnlli mesajların mətnlərindən da tam və aydın görünür ki, Ərizəçi ilə Maraqlı şəxs Mediasiya Sazişi imzaladıqları gündən bir evdə yaşamaqlarını davam etmişlər. Həmçinin təqdim edilən “Whatsapp” tətbiqində olan yazışmalardan görünür ki, Namiq və Anna yalnız 2026-cı il may ayında mübahisə etdikdən sonra Maraqlı şəxs birgə qaldığı evi tərk etmişdir. Həmçinin təqdim edilən fotoşəkillərdən də müəyyən edilir ki, Maraqlı şəxs daimi uşaqları və Ərizəçi ilə birgə bir evdə qalmış, birgə olduğu dövrdə evdə olarkən birgə çoxsaylı fotoşəkillər çəkilmişdir. Əlavə olaraq bildirir ki, barışıq sazişinin təsdiq edilməsi tələbinin rəddi əsasları olan hallar həmçinin ##.##.2013-cü il təvəllüdlü X2, ##.##.2015-ci il təvəllüdlü X3 tərəfindən də təsdiq oluna bilər. Belə ki, uşaqlar məhkəmədə şahid qismində dindiriləcəyi təqdirdə, barışıq sazişindən bu günədək Maraqlı şəxsla birgə yaşadıqlarını, ataları tərəfindən istədiklərinin və ehtiyaclarının alınmasını, xərclərinin təmin olunmasını təsdiqləyə bilərlər.
11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim Aytəkin Əsədzadə) ərizənin təmin edilməsi, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsi olaraq bağlanmış ## ####### 2024-cü il tarixli, MŞB/**-***** nömrəli barışıq sazişinin 3-cü bəndinin təsdiq edilərək barışıq sazişinin şərtlərinin aşağıdakı kimi - “3. Tərəflər, 1-ci tərəf Ərizəçi və 2-ci tərəf Maraqlı şəxs ilə qeyd olunan məzmunda razılığa gəldilər. Razılığa əsasən 2-ci tərəf Maraqlı şəxs birgə nikahdan anadan olan övladları ##.##.2013-cü il təvəllüdlü X2, ##.##.2015-ci il təvəllüdlü X3 və ##.##.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ##.##.2024-cü il tarixindən başlayaraq, uşaqlar yetkinlik yaşına çatana kimi hər ay, hər uşağa 235 (iki yüz otuz beş) manat, ümumi 705 (yeddi yüz beş) manat sabit pul məbləğdə alimenti 1-ci tərəf Ərizəçi ödəyir.” müəyyən edilməsi qət edilmişdir.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1, 34.3 və 34.4-cü maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 119, 217.1, 355-23.1, 355-25.1, 355-25.3, 355- 26.1.1, 355-26.1.2-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
13. Qətnamədən maraqlı şəxs apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, ərizənin təmin olunmamasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə qeyd olunmuşdur ki, “maraqlı şəxs tərəfindən aliment öhdəliyinin icrasının həyata keçirilməsinə dair kifayət qədər mötəbər sübutlar təqdim edilməmiş, işin halları ilə bu faktın mübahisəsizliyi aşkar edilməmişdir. Tərəflərin rəsmi nikahı ##.##.2024- cü il tarixli qətnamə ilə pozulsa da, onların daimi olaraq faktiki olaraq birlikdə yaşamaları müəyyən edilmir. Ərizəçi bu faktı inkar etmişdir.” Məhkəmənin diqqətinə çatdırır ki, maraqlı şəxs tərəfindən Qətnamədə qeyd olunanın əksinə, maraqlı şəxs tərəfindən aliment öhdəliyinin natura şəklində icra olunmasına dair kifayət qədər mötəbər sübutlar təqdim edilmişdir. Tərəfindən “Elektron Məhkəmə İnformasiya Sistemi” vasitəsilə təqdim edilmiş ##.##.2026-cı il tarixli Etirazla birgə ərizəçi və maraqlı şəxsin eyni evdə yaşaması, uşaqlara birgə baxılmasına dair həm onlar arasında olan Whatsapp yazışmalarının ekran görüntüləri, barışıq sazişinin təsdiqlənməsindən sonra eyni evdən çəkilmiş şəkillər, evin və himayələrində olan uşaqların ehtiyaclarının alınmasına dair evin yaxınlığındakı marketdən alınanların öz əksini tapdığı market qəbzlərinin surətləri sübut qismində məhkəməyə təqdim edilmişdir. Məhkəmə tərəfindən təqdim olunan sübutlara qiymət verilməmiş, sübutlar barədə heç nə soruşulmamışdır. Vahid məhkəmə təcrübəsinə əsasən, şəxslər arasında yazışmaların mötəbər qəbul edilməsi üçün yazışmalara onun mənbəyindən (telefondan) də baxılır. Lakin məhkəmə tərəfindən telefona baxış keçirilməmişdir. Bu da bir daha sübutların qiymətləndirilmədiyini təsdiqləyir. Beləliklə, Məhkəmə tərəfindən sübutlar qiymətləndirilmədiyi üçün maraqlı şəxsin həm aliment öhdəliyini icra etməsi, həm də ərizəçi ilə birgə yaşamaqları öz təsdiqini tapmamışdır. Bununla yanaşı, hətta Məhkəmə tərəfindən iclasda Ərizəçinin Maraqlı şəxslə boşandıqdan sonra uzun müddət birgə təsərrüfat aparılmasına dair etiraf məzmunlu ifasdəsini nəzərə almamışdır. Belə ki, Qətnamədə qeyd olunanın əksinə, məhkəmə iclasında Ərizəçi 2026-cı ilin may ayı tarixədək birlikdə yaşadığımızı etiraf etmişdir. Həmçinin Məhkəmə tərəfindən qeyd edilmişdir ki, “tərəflərin nikahları pozulduqdan sonra birgə yaşamağa davam edib, təsərrüfat aparmalı faktının doğruluğu qəbul edilsə belə hazırkı vaxtda tərəflər birlikdə yaşamadıqların aliment ödənilməsi isə uşaqların təminatı baxımından zəruri olduğundan saziş təsdiq edilməlidir.” Diqqətinizə çatdırım ki, Etirazda qeyd olunduğu və Ərizəçinin də qəbul etdiyi kimi tərəflər 2026-cı il tarixin may ayından ayrı yaşayırlar. Nəzərə alınmalıdır ki, Ərizəçi tərəfindən ərizə iyun ayında məhkəməyə təqdim edilmişdir. Yəni 1 (bir) ay yenicə tamamlanmışdır. Odur ki, barışıq sazişinin təsdiqlənməsinə ehtiyac yoxdur. Əlavə olaraq, Qətnamədə qeyd edilmişdir ki, “Maraqlı şəxsin barışıq sazişinin etibarsızlığı ilə bağlı iddia qaldıracaqları barədə dəlilləri də olmuşdur, lakin izahatlardan bəlli olmuşdur ki, sazişin etibarsızlığı üçün istinad edilən hallar sazişin əmlakla bağlı digər şərtlərinin etibarsızlığı ilə bağlıdır ki, belə bir iddia qaldırılması ehtimalı sazişin alimentə dair hissəsinin təsdiqinə maneə olmur.” Bildirirəm ki, tərəfimizdən ümumilikdə, yəni 3-cü bənd də daxil olmaqla, barışıq sazişinin etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəmə müraciət edilmişdir. Bu səbəbdən Məhkəmə tərəfindən yalnız əmlakın etibarsızlığına dair iddia verilmişdir əsası ilə icraatın dayandırılmaması əsassız və qanunsuzdur. Nəzərinizə çatdırım ki, barışıq sazişinin etibarsız hesab edilməsinə dair icraat bitmədən barışıq sazişinin təsdiqlənməsi ərizəçinin sazişin bağlandığı tarixdən bugünkü tarixədək alimentin hesablanmaqla maraqlı şəxsdən tutularaq ərizəçiyə ödənilməsinə gətirib çıxara bilər ki, bu da maraqlı şəxsin hüquqlarının kobud şəkildə pozulması, ərizəçinin isə, əsassız varlanmasına gətirib çıxarar. r. Məhkəmənin nəzərinə çatdırıram ki, ərizəçi və maraqlı şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli Qətnaməsi ilə boşanmalarına baxmayaraq, 2026-cı ilin may ayınadək birgə yaşayıblar. Bu səbəbdən Məhkəmə tərəfindən nəzərə alınmalı idi ki, maraqlı şəxs tərəfindən ərizəçi ilə birgə yaşadıqları üçün aliment öhdəliyi natura şəklində ödənilmişdir. Odur ki, barışıq sazişinin təsdiqlənməsinə zərurət vardır. Məhkəmə tərəfindən işin halları tam, hərtərəfli, obyektiv araşdırılmadan, maraqlı şəxsin hüquqlarının kobud şəkildə pozulma ehtimalı, o cümlədən maraqlı şəxs tərəfindən təqdim olunan sübutlar nəzərə alınmadan, işə qarşılıqlımünasibətdə baxılmamış, yalnız ərizəçinin mənafeyinə uyğun olaraq Qətnamə qəbul edilmişdir. Məhkəmənin diqqətinə çatdırıram ki, maraqlı şəxs tərəfindən Qətnamədə qeyd olunanın əksinə, maraqlı şəxs tərəfindən aliment öhdəliyinin natura şəklində icra olunmasına dair kifayət qədər mötəbər sübutlar təqdim edilmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
16. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
“Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu
17. Maddə 9.3.1. Barışıq sazişinin icrasını təmin etmək tərəflərin vəzifələrindən biridir.
18. Maddə 25.1. Tərəflərin qarşılıqlı razılaşması ilə həlli mümkün olan istənilən mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla) mediasiya vasitəsilə həll oluna bilər.
19. Maddə 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır.
20. Maddə 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə və ya notarius tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla).
21. Maddə 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
22. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir;
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər.
26. Maddə 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.
27. Maddə 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda.
28. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
32. Hazırda maraqlı şəxs tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və ərizənin təmin edilməməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Məhkəmə kollegiyası mübahisənin mahiyyəti ilə bağlı isə hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
35. Belə ki, kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyin yuxarıda adı çəkilən normalarından göründüyü kimi məhkəmə tərəfindən xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişini təsdiqlənməsi sazişin bunun üçün müəyyən edilmiş müddət ərzində könüllü qaydada icra edilməməsi və ya könüllü icrasından imtina olunması halında baş verir.
36. Mediasiya nəticəsində bağlanmış barışıq sazişinin təsdiqi üzrə məhkəmənin yoxlama həddi MPM-in 355-25.3-cü maddəsində göstərilib. Həmin maddəyə görə məhkəmə ərizəyə baxarkən 355-26-cı maddədə sadalanan halların olub-olmadığını müəyyən edir. 355- 26.1.1-ə görə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2-yə görə isə barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda sazişin təsdiqindən imtina edilir.
37. Maraqlı şəxs hazırki mübahisəyə dair əks dəlillər irəli sürərək bildirir ki, tərəfindən aliment öhdəliyinin icrasından yayınma halı heç vaxt baş verməmişdir. Belə ki, ərizəçi ilə rəsmi nikahları pozulsa da, 2026-cı ilin may ayınadək faktiki birgə yaşamış, birgə təsərrüfat aparmışlar. Həmin müddətdə uşaqların istək və ehtiyaclarını qarşılayaraq xərclərini təmin etdiyindən aliment öhdəliyini naturada icra etmiş sayılır.
38. Kollegiya qeyd edir ki, MPM-in yuxarıda qeyd edilmiş müddəalarından göründüyü kimi maraqlı şəxsin ”tərəflər birlikdə yaşayıblar, mən uşaqların xərclərini çəkmişəm” arqumentləri öz-özlüyündə barışıq sazişinni qanuna zidd olması demək deyil. Əgər tərəflər mediasiyada könüllü şəkildə alimentin ödənildiyi tarix barədə şərti qəbul ediblərsə və həmin şərt qanunun imperativ tələblərinə zidd deyilsə, həmin arqumentlərdən çıxış edərək məhkəmənin təsdiqdən imtinası qanunda nəzərdə tutulmamışdır. Bundan başqa tərəflərin birgə yaşamağa davam etməsi qəbul edilsə belə, məhkəmənin təsdiq mərhələsində öz təşəbbüsü ilə alimentin tutulma tarixinə müdaxilə etməsinə prosessual səlahiyyəti mövcud deyildir.
39. Kollegiya vurğulayır ki, maraqlı şəxsin ##.##.2024-cü il tarixindən sonra uşaqların saxlanılması ilə bağlı müəyyən xərclər çəkməsi, tərəflərin faktiki olaraq birgə yaşamaları və ümumi təsərrüfat aparmaları barədə dəlillərinin aliment öhdəliyinin icrası zamanı nəzərə alınıb-alınmaması və həmin halların aliment üzrə yaranmış borcun məbləğinə təsiri məsələsi sazişin təsdiqi mərhələsində deyil, onun icrası mərhələsində həll edilməli məsələlərdir. Belə ki, AR Ailə Məcəlləsinin 106.3-cü maddəsinə görə borclar alimentin məhkəmənin qətnaməsi və ya aliment ödənilməsi barədə saziş ilə müəyyən edilən miqdara uyğun olaraq icra məmuru tərəfindən müəyyən edilir. 106.5-ci maddəyə görə icra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər.
40. Odur ki, məhkəmə aktında (barışıq sazişində) müəyyən edilmiş aliment öhdəliyinin icrası zamanı hansı məbləğin ödənilib-ödənilmədiyi, hansı dövr üzrə borcun yarandığı, borclunun hansı ödənişlər etdiyi, həmin ödənişlərin aliment hesabına aid olubolmaması kimi məsələlər icra mərhələsində müəyyənləşdirilir və borclunun həmin mərhələdə hər hansı narazılığı olduğu halda şikayət vermək hüququ qanunda birbaşa göstərilmişdir.
41. Maraqlı şəxsin “barışıq sazişinin etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəmə müraciət etməsinə baxmayaraq məhkəmənin hazırki iş üzrə icraatı dayadırmaması” barədə dəlilinə münasibətdə qeyd edilməlidir ki, məhkəmə tərəfindən istinad edilən etibarsızlıq hallarının sazişin əmlakla bağlı digər şərtlərinin etibarsızlığı ilə bağlı olduğu müəyyən edilmişdir ki, belə bir iddia qaldırılması sazişin alimentə dair hissəsinin təsdiqinə maneə olmur.
42. Beləliklə, qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
43. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı).
44. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
45. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
46. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
47. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və cavabdehlərin apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.
48. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
49. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri onu ödəmiş tərəflərin özünə aid edilməlidir.
50. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə