Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-152/2024 17.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İlk iddia üzrə iddiaçı, birləşdirilmiş iddia üzrə cavabdeh Binəqədi rayon Biləcəri Bələdiyyəsinin nümayəndəsi X1, Cavabdeh1, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs1 iştirakları ilə, İddiaçı Binəqədi rayon Biləcəri Bələdiyyəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində Maraqlı şəxs1 və Maraqlı şəxs2 cəlb edilməklə) “qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməklə sahibinə qaytarılması” tələbinə və birləşdirilmiş iş üzrə Maraqlı şəxs2 Binəqədi rayon Biləcəri Bələdiyyəsinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Maraqlı şəxs1 cəlb edilməklə) “torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Birinci iş barədə İddiaçı Binəqədi rayon Biləcəri Bələdiyyəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində Maraqlı şəxs1 və Maraqlı şəxs2 cəlb edilməklə) “qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməklə sahibinə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi, ev 12 saylı yaşayış binasının qarşısında xx.xx.2020-ci il tarixli müqavilə Maraqlı şəxs1 “Bağ-bostan” məqsədilə icarə hüquqları ilə ayrılmış torpaq sahəsinin bir hissəsini zəbt etməklə üzərində qanunsuz inşa edilmiş tikilinin sökülməsinə və torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməklə sahibinə qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi, ev 12 saylı yaşayış binasının qarşısında, həmin binanın sakinləri – Cavabdeh1 və Cavabdeh2 tərəfindən faktiki istifadələrində olan torpaq sahələrini Maraqlı şəxs2 sataraq üzərində fərdi yaşayış evinin tikintisinə icazə verməsi, tikinti inşaat işləri zamanı Biləcəri Bələdiyyəsi ilə Maraqlı şəxs1 arasında həmin ünvanda, yəni, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi, ev 12 saylı yaşayış binasının qarşısında torpaq sahəsinin “Bağ-bostan” məqsədilə icarə hüquqları ilə ayrılmasına dair xx.xx.2020ci il tarixli müqavilə şərtləri ilə istifadəsində olan torpaq sahəsinin sərhədlərini pozaraq zəbt edilməsi nəticəsində pozulmuş hüquqlarının bərpa edilməsi və torpaq sahəsinin əvvəlki vəziyyətə bətpa edilməsinə dair Maraqlı şəxs1 tərəfindən Bələdiyyəyə ərizə ilə müraciət edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, qeyd olunan ünvanda bağbostan kimi istifadə etdikləri torpaq sahəsinə və Cavabdeh1, nə də, Cavabdeh2 hüquqlarını müəyyən edən heç bir sənəd mövcud deyil. Biləcəri Bələdiyyəsi ilə Maraqlı şəxs1 arasında Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi, ev 12 saylı yaşayış binasının qarşısında torpaq sahəsinin “Bağ-bostan” məqsədilə icarə hüquqları ilə ayrılmasına dair xx.xx.2020-ci il tarixli müqavilə bağlanmışdır. Yerində müayinə zamanı, qanunsuz aparılmış tikinti inşaat işləri nəticəsində Maraqlı şəxs1 icarə hüquqları ilə ayrılmış torpaq sahəsinin bir hissəsi zəbt edilərək qanunsuz istifadə nəticəsində Maraqlı şəxs1 hüquqları pozulmuşdur. Təqdim edilmiş xəritəyə uyğun olaraq qeyd olunan ünvan Binəqədi rayonu, Biləcəri qəsəbəsinin inzibati ərazisinə aiddir.Torpaq sahələrindən qanunsuz istifadəsinə və üzərində hər hansı tikinti inşaat işlərinin aparılması yolverilməzdir. Cavabdehlər tərəfindən, digərinin hüquqları müəyyən edilmiş torpaq sahəsinin zəbt edilərək üzərində qanunsuz olaraq tikinti işlərinin aparılması qanunsuz və hüquqi əsassız hesab olunmalıdır. Birləşdirilən iş barədə İddiaçı Maraqlı şəxs2 Binəqədi rayon Biləcəri Bələdiyyəsinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Maraqlı şəxs1 cəlb edilməklə) “torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin etibarsız hesab edilməsi” tələbi barədə iddia ərizəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Biləcəri Bələdiyyəsi tərəfindən Maraqlı şəxs1 arasında bağlanmış 02 noyabr 2020-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin (torpaq icarə müqaviləsi) etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Biləcəri Bələdiyyəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində Maraqlı şəxs1 və Maraqlı şəxs2 cəlb edilməklə) “qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməklə sahibinə qaytarılması” tələbinə dair mülki iş üzrə onun tərəfindən qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-1405/2023 saylı qərardadı ilə qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır. Həmin qərardadın qərar aldı hissəsinin ikinci bəndində deyilir ki, ona izah edilsin ki, Binəqədi rayon Biləcəri Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə ümumi qaydada məhkəməyə müraciət edə bilər. Həmin məhkəmə qərardadını nəzərə alaraq bildirir ki, Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ sənədlərə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. O, həmin qanunun tələblərinə uyğun olaraq Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi 12 saylı yaşayış binalarının arasında boş istifadəsiz 210 kv.m torpaq sahəsini 2015-ci ildən orada yaşayan qonşuların razılığı və xeyir duası ilə götürərək oranı abadlaşdırıb yararlı hala salmışdır. xx.xx.2022-ci il tarixli saat 14:42 dəqiqədə qəbz nömrəsi 23523 olan ödəniş qəbzinə əsasən 2015-2023-cü illər üçün 125 manat həmin yer üçün torpaq vergisi ödəmişdir. Hal-hazırda həmin yardımçı tikilidə iki azyaşlı uşağı olmaqla ailəsi ilə birlikdə yaşayırlar. Həmin mübahisəli ərazi abadlaşıb istifaədəyə yararlı hala saldıqdan və yardımçı tikili tikildikdən sonra həmin ərazidə yaşayan və onlara heç bir aidiyyatı olmayan tanımadığı Elxan və Yaşar adlı şəxslər ondan bu ərazi guya onlara aid olduğu üçün 1000 manat tələb etməyə başladılar. O, bundan imtina etdikdən sonra onu şantaj etməyə, polislə hədələməyə başlamışlar və bir müddətdən sonra Binəqədi rayon Biləcəri Bələdiyyəsi köhnə tarixə, keçmiş mərhum İlham Xəlilovun sağ olan dövrünə, yəni 02 noyabr 2020-ci il tarixinə Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi 12 saylı yaşayış binasının qarşısında yerləşən fərdi yaşayış binalarının arasında onun istifadəsində olan və 2015-ci ildən torpaq vergisi ödədiyi 210 kv.m torpaq sahəsini qanunsuz olaraq 3-cü şəxs Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi, ev 12, mənzil 19-da yaşayan Maraqlı şəxs1 Səttar oğluna bağ-bostan sahəsi kimi icarəyə verilməsi barədə əsası olmayan icarə müqaviləsi bağlanmış və cizgi planı çəkilmişdir. Həmin icarə müqaviləsinin və cizgi planın qanunsuz olaraq sonradan ondan pul almaq məqsədi ilə hazırlandığı aşağıda qeyd olunanlarla təsdiq olunur:
1. 02 noyabr 2020-ci il tarixdə İcarə müqaviləsi bağ-bostan sahəsi üçün verilmişdir.
2. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə beş il müddətinə bağlanmışdır.
3. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən icarə haqqı 200 manat icarə haqqı ödənilməsi nəzərdə tutulmuşdur.
4. Həmin tarixli cizgi planından görünür ki, bütün ərazi fərdi yaşayış evlərindən ibarətdir, yalnız onun torpaq vergisi ödədiyi 210 kv.m ərazi zibillik olub, oranı da o təmizləyib yararlı hala salmış və yardımçı tikili tikmişdir.
5. İcarə müqaviləsinin 2.3-cü bəndində icarə haqqı 02 noyabr 2020-ci il tarixdən hesablanır.
6. Həmin müqavilənin 2.6-cı bəndində deyilir: bu müqaviləyə əsasən ödənişlər “icraçı” tərəfindən Bələdiyyənin hesablaşma hesabına ödənilir. Formal xarakterli bağlanmış icarə müqaviləsi formal xarakter daşıyır və ondan pul almaq üçün bir vasitə kimi hesab edilsə də, nədənsə 02 noyabr 2020-ci il tarixdən icarə müqaviləsində nəzərdə tutulmuş 200 manat dövlət rüsumu Biləcəri Bələdiyyəsinin hesablaşma hesabına ödənilməmişdir. Həmin müqavilədə nəzərdə tutulan 200 manat icarə haqqı Biləcəri Bələdiyyəsinin hesablaşma hesabına ödənilməməsi bir daha sübut edir ki, icarə müqaviləsi və cizgi planı saxtadır və əsassızdır. O, qanunun tələbini yerinə yetirmiş, torpaq vergisini ödəmiş, ərazini abadlaşdırıb yararlı hala salmışdır. Biləcəri Bələdiyyəsi tərəfindən Maraqlı şəxs1 arasında bağlanmış 02 noyabr 2020-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqənda müqaviləsində həmin ərazinin hansı kateqoriyaya aid olması müəyyənləşdirilməmiş və qeyd edilməmişdir. Hesab edir ki, Biləcəri Bələdiyyəsi tərəfindən Maraqlı şəxs1 arasında bağlanmış 02 noyabr 2020-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin (torpaq icarə müqaviləsi) əsassız olduğu üçün etibarsız hesab edilməlidir.
İşlərin bir icraatda birləşdirilməsi
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)- 2219/2023 saylı qərardadından görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan iddiaçı Maraqlı şəxs2 cavabdeh Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinə (Maraqlı şəxs1 Səftar oğlu 3-cü şəxs qismində cəlb edilməklə) qarşı torpaq sahəsinin icarəyə verilməsinə dair Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsi ilə Maraqlı şəxs1 Səftar oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilənin etibarsız hesab edilməsinə dair 2(001)-2219/2023 saylı mülki işlə iddiaçı Bakı şəhəri Biləcəri Bələdiyyəsinin cavabdehlər X4 və Cavabdeh2 qarşı (Maraqlı şəxs2 3-cü şəxs qismində cəlb edilməklə) Binəqədi rayonu Biləcəri qəsəbəsi R.İsmayılov küçəsi ev 12 saylı yaşayış binasının qarşısında xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əsasən Maraqlı şəxs1 bağ-bostan məqsədi ilə icarə hüquqları üzrə ayrılmış torpaq sahəsinin bir hissəsini zəbt etməklə üzərində qanunsuz inşa edilmiş tikilinin sökülməsinə və torpaq sahəsinin əvvəlki vəziyyətə gətirməklə sahibinə qaytarılmasına dair 2(001)- 1405/2023 saylı mülki işlə bir icraatda birləşdirilmişdir. Məhkəmə iclasında iştirak edən Binəqədi rayon Biləcəri Bələdiyyəsinin nümayəndəsi X2 öz iddialarını müdafiə edərək, iddia ərizəsində göstərilən məzmunda izahat verərərk, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, Maraqlı şəxs2 torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddianı qəbul etmirlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul etməyərək, iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs1 izahatdında bildirmişdir ki, Maraqlı şəxs2 ona qarşı iddia qaldırmağa ümumiyyətlə hüququ yoxdur və ona qarşı verilmiş iddianı qəbul etmir. xx.xx.2023-cü il tarixdə məhkəmə iclasında iştirak edən Maraqlı şəxs2 izahatında bildirmişdir ki, ona qarşı verilmiş iddianı qəbul etmir. Bələdiyyə ilə Maraqlı şəxs1 arasında bağlanmış torpaq icarə müqaviləsini araşdırmaq lazımdır, 2015-ci ildən o, həmin yeri götürüb orada tikinti işləri aparır. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmalarına baxmayaraq, Cavabdeh2 və Maraqlı şəxs2 məhkəmə iclasında iştirak etmirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin tələblərini nəzərə alaraq, məhkəmə iclasının onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ilk iddia təmin, birləşdirilən iddia isə təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan: xx.xx.2020-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin surətindən görünür ki, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsində yerləşən 210 kv.m olan torpaq sahəsi bağ-bostan sahəsi kimi Biləcəri Bələdiyyəsi tərəfindən Maraqlı şəxs1 icarəyə verilmişdir. xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Binəqədi rayonu, Biləcəri Bələdiyyəsinin Sosial-iqtisadi inkişaf, əmlakın əldə edilməsi və təsərrüfatı şöbəsinin müdiri – S.D.Məmmədov; hüquqşunas – E.S.Baxşiyev; müfəttiş – Ə.S.Adıgözəlov, Baş mühəndis – İ.B.Aslanov, mühəndis – D.T.Muradov və ərizəçi – Maraqlı şəxs1 aktı tərtib etməklə, həqiqətən, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi, ev 12 saylı yaşayış binasının qarşısında, həmin binanın sakinləri – Cavabdeh1 və Cavabdeh2 tərəfindən qanunsuz olaraq faktiki istifadələrində olan torpaq sahələrini Maraqlı şəxs2 sataraq üzərində fərdi yaşayış evinin tikintisinə icazə vermələrini, tikinti inşaat işləri zamanı, xx.xx.2020-ci il tarixli müqavilə əsasında Biləcəri Bələdiyyəsi ilə Maraqlı şəxs1 arasında həmin ünvanda, yəni, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi, ev 12 saylı yaşayış binasının qarşısında “Bağ-bostan” məqsədilə icarə hüquqları ilə ayrılmış 210 kv.m torpaq sahəsinin bir hissəsinin sərhədlərini pozaraq zəbt edilmiş torpaq sahəsi üzərində qanunsuz olaraq fərdi yaşayış evinin tikilməsini imzaları ilə təsdiq etmişdirlər. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən qeyd olunur ki, baxış zamanı təqdim olunmuş torpaq sahəsində fərdi yaşayış evinin və hasarın inşa olunduğu, lakin, tərpənməz dayaq nöqtəsindən məsafələr, icarəyə verilən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları, eyni zamanda Azərbaycan Respublikası İqtisadiyyat Naziliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssis rəyi olmadığına görə, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin xx.xx.2020-ci il tarixli “torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə əsasında Binəqədi rayon Biləcəri bələdiyyəsi tərəfindən Maraqlı şəxs1 icarəyə verilmiş torpaq sahəsi ilə üst-üstə düşüb-düşmədiyini müəyyən etmək mümkün olmadı. Həmçinin qeyd olunur ki, “kadastrportali.az” elektron kadastr portalı məlumat bazasına əsasən, cavabdehin faktiki istifadəsində olan və iddiaçı tərəfindən mübahisələndirilən torpaq sahəsi “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla, bələdiyyə mülkiyyətindədir. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddianın məhkəmədə qaldırılması üçün Maraqlı şəxs2 tərəfindən məhkəməyə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiaçı Binəqədi rayon Biləcəri Bələdiyyəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində Maraqlı şəxs1 və Maraqlı şəxs2 cəlb edilməklə) “qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməklə sahibinə qaytarılması” tələbinə dair iddia ilə bağlı qanunvericiliyin aşağıdakı normalarını qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəllənin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. -152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. AR Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Mübahisə ilə əlaqədar məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli, V.Q.Teryoxinin şikayəti ilə əlaqədar qərarına istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş mövqeyinə görə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarının həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurəti doğurur. Belə ki, AR Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Digər tərəfdən Mülki Məcəllənin 157.4 və 164.1-ci maddələrinə əsasən iddiaçı əşya üzərində mülkiyyət və sahiblik hüquqlarının digər şəxslər tərəfindən pozulmasının aradan qaldırılmasını tələb edə bilər. Məhkəmə həmçinin hesab edir ki, məsələ ilə bağlı Avropa Məhkəməsinin formalaşmış presedent hüququna da nəzər yetirmək lazımdır. Məhkəmə “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və X3 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində tutulan ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Akimovanın Azərbaycana qarşı işində “İnsan hüquqlarının və X3 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Avropa Məhkəməsi istinad edilən işində bir daha xatırlarmışdır ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolunun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 1 saylı protokolunun 1-ci bəndinə əsasən “Hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Mülkiyyətçinin hüquqlarına müdaxilə ilə əlaqədar “Uolson İsveçrəyə qarşı” məhkəmə işi üzrə Avropa İnsan Hüquqları Məhməkəsinin qərarında müdaxilənin zəruriliyinin meyarları dəqiq müəyyən edilmiş və həmin qərara əsasən zərurilik anlayışı, müdaxilənin kəskin ictimai tələbatı əks etdirməsini və müdaxilənin demokratik cəmiyyətdə zəruriyini müəyyən edərək, onun qanunun məqsədinə uyğun olmasını nəzərdə tutur. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi, ev 12 saylı yaşayış binasının qarşısında “Bağbostan” məqsədi ilə vətəndaş Maraqlı şəxs1 icarə müqaviləsi ilə mülkiyyətinə ayrılmışdır. Məhkəmə qeyd edir ki, mübahisəli torpaq sahəsinə dair Maraqlı şəxs1 adına daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatı aparılmasa da, həmin torpaq sahəsi məhz Binəqədi rayon Biləcəri Bələdiyyəsi icarə müqaviləsi ilə Maraqlı şəxs1 mülkiyyətinə verilmişdir ki, həmin akt Mülki Məcəllənin 139-1.1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Belə ki, Mülki Məcəllənin 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Bununla yanaşı qeyd edilməlidir ki, Mülki Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Əmlak hüquqularının siyahısı Mülki Məcəllənin 158.1-ci maddəsi ilə müəyyən edilmiş və mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqlarına aid edilmişdir: girov hüququ; əmlakdan istifadə hüququ; servitutlar. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, sözügedən torpaq sahəsi icarə müqaviləsi ilə Maraqlı şəxs1 mülkiyyətinə ayrıldığına görə, torpaq sahəsinə dair hüquqlara da malikdir. Lakin cavabdehlər könüllü olaraq Maraqlı şəxs1 məxsus torpaq sahəsinin bir hissəsini zəbt etməklə Maraqlı şəxs1 özünə məxsus torpaq sahəsindən istifadə edə bilmir. Buna görə də iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, iddia təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi, ev 12 saylı yaşayış binasının qarşısında xx.xx.2020-ci il tarixli müqavilə Maraqlı şəxs1 “Bağ-bostan” məqsədilə icarə hüquqları ilə ayrılmış torpaq sahəsinin bir hissəsini zəbt etməklə üzərində qanunsuz inşa edilmiş tikili sökülməli və torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməklə sahibinə qaytarılmalıdır.
Məhkəmə birləşdirilmiş iş üzrə Maraqlı şəxs2 Binəqədi rayon Biləcəri Bələdiyyəsinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Maraqlı şəxs1 cəlb edilməklə) torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası ilə bağlı qanunvericiliyin aşağıdakı normalarını qeyd edir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. 354.1 və 354.2-ci maddələrinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2020-ci il tarixli qərarında məhkəmə bildirmişdir ki, Mülki Məcəllənin 354-cü maddəsi onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qanunvericiliyin istinad edilən tələblərindən göründüyü kimi, hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı Maraqlı şəxs2 iddia ərizəsində qeyd etmişdir ki, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi 12 saylı yaşayış binalarının arasında boş istifadəsiz 210 kv.m torpaq sahəsini 2015-ci ildən orada yaşayan qonşuların razılığı və xeyir duası ilə götürərək oranı abadlaşdırıb yararlı hala salmışdır. Bununla da, iddiaçı Maraqlı şəxs2 etiraf edir ki, mübahisəli yeri o, 2015-ci il tarixindən zəbt etmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, daşınar və ya daşınmaz əmlakı əldə edilməsi və onun üzərində hər hansı sərəncam verilməsi rəsmi qaydada keçiriliməlidir. Lakin iddiaçı buna riayət etməmişdir. Əlavə olaraq iddiaçı iddia ilə məhkəməyə müraciət edərək iddia ərizəsinə mübahisəli torpaq barəsində hər-hansı bir sübut əlavə etməmişdir, əksinə iddia ərizəsində öz etirafı ilə bildirmişdir ki, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi 12 saylı yaşayış binalarının arasında boş istifadəsiz 210 kv.m torpaq sahəsini 2015-ci ildən zəbt edib. Bu da bunu sübüt edir ki, onun ümumiyyətlə iddia qaldırmağa subyektiv hüququ yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və 9.1.14-cü maddələrinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə qeyd edir ki, iddiaçı Binəqədi rayon Biləcəri Bələdiyyəsi iddia qaldırarkən dövlət rüsumu ödəməkdən azad olunmuş, Maraqlı şəxs2 isə 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia rədd edildiyindən Maraqlı şəxs2 tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qətetdi:
Binəqədi rayon Biləcəri Bələdiyyəsinin iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi, ev 12 saylı yaşayış binasının qarşısında xx.xx.2020-ci il tarixli müqavilə Maraqlı şəxs1 “Bağ-bostan” məqsədilə icarə hüquqları ilə ayrılmış torpaq sahəsinin bir hissəsini zəbt etməklə üzərində qanunsuz inşa edilmiş tikili sökülsün və torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməklə sahibinə qaytarılsın. Maraqlı şəxs2 iddiası rədd edilsin. Maraqlı şəxs2 tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində vəsait cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Sədrlik еdən Rəşad Qoşqarlı