Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-81/2025 15.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Sumqayıt Bələdiyyəsinin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: torpaq sahəsinin boşaldılması) X18 Süleymanovanın sədrliyi və məruzəsi, X2 və Afiq Hüseyn oğlu Hüseynzadədən ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçı Sumqayıt Bələdiyyəsinin nümayəndəsi Nümayəndə2, Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2, Üçüncü şəxs Məhəmməd-X15, Üçüncü şəxs "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçı Sumqayıt Bələdiyyəsinin Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər: Xəlilov Məhəmməd-Mehdi Soltan oğlu və "xxxx" QSC cəlb edilməklə) “torpaq sahəsinin boşaldılması və digər” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, 2(060)-4235/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. Sumqayıt Bələdiyyəsi (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən zəbt olunmuş Sumqayıt şəhəri, 50-ci məhəllə ərazisində Xəlilov Məhəmməd-Mehdi Soltan oğlunun istifadəsində olan torpaq sahəsinin hasarının qarşısında yerləşən torpaq sahəsindən istifadənin cavabdehə qadağan edilməsi, həmin torpaq sahəsində çəkilən çəpərin cavabdehin hesabına sökülməklə onun hesabına torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xəlilov Məhəmməd-Mehdi Soltan oğlu ərizə ilə iddiaçıya müraciət edərək Sumqayıt şəhərinin 50-ci məhəlləsi ərazisində onunla iddiaçı arasında bağlanmış torpaq icarə müqavilələri əsasında istifadəsinə verilmiş sahəsi müvafiq olaraq 600 kv.metr və 400 kv.metr olan torpaq sahələrinin girişində cavabdeh tərəfindən qanunsuz hasarlama işləri aparıldığı və həmin hasarın istifadəsində olan torpaqdan normal şəkildə istifadə etməsinə maneələr yaratdığını bildirərək, həmin hasarın sökülməsi üçün tədbir görülməsini xahiş etmişdir. Bundan əlavə Xəlilov Məhəmməd-Mehdi Soltan oğlu ərizə ilə Sumqayıt Regional Ədliyyə İdarəsinə müraciət etmiş və qeyd olunan idarə tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixli, 05/367 saylı məktub ünvanlanaraq iddiaçı tərəfindən cavabdehə qarşı tədbir görülməsi bildirilmişdir. İddiaçı tərəfindən aparılmış araşdırmalar zamanı məlum olmuşdur ki, vətəndaş Xəlilov Məhəmməd-Mehdi Soltan oğlu ilə cavabdeh arasında zəbt olunmuş torpaq sahəsinin boşaldılması tələbi ilə məhkəmə mübahisəsi olmuş və məhkəmə mübahisəsinin nəticəsi olaraq Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixli 2(105)-94/2023 qətnamə çıxarılaraq iddiaçı Xəlilov Məhəmməd-Mehdi Soltan oğlunun iddia tələbi təmin edilməmişdir. Qeyd olunan məhkəmə qətnaməsi ilə mübahisələndirilən torpaq sahəsinin iddiaçının mülkiyyətində olduğu sübuta yetirilmişdir. İddiaçı özünün torpaq sahəsi üzərində olan mülkiyyət hüququnun qorunması məqsədilə iddia ərizəsi ilə məhkəməyə müraciət etməyi və Cavabdeh zəbt etdiyi Sumqayıt şəhərinin 50-ci məhəllə ərazisində yerləşən və bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən çıxarılmasını, orada qanunsuz çəkilən çəpərin cavabdehin hesabına sökülməsini xahiş etməyi məqsədəuyğun sayır.
3. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmuşdur.
4. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd olunan mübahisəli torpaq sahəsinin iddiaçıya məxsus olması qeyd olunsa da, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, 13-1/2-122/2023 saylı məktubuna əsasən keçmiş dəmir yolçu X8 bağ-bostan bitkiləri becərmək məqsədi ilə istifadəyə verilmiş, dəmir yolunun Pirşağı-Sumqayıt sərnişin mənzili 48 km pk 3+80 m-dən pk 4+30 m-dək yolun kilometr artımı istiqamətinin sağ tərəfində yerləşən mübahisəli torpaq sahəsi dəmir yolu nəqliyyatı təyinatlı olmaqla dövlət mülkiyyətindədir və ADY-nın daimi istifadəsindədir. Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi "xxxx" Departamenti 10 saylı X12 Müəssisəsinin 18 fevral 2004-cü il tarixli, 43 saylı məktubundan da görünür ki, qeyd olunan torpaq sahəsi mövcud dövlət qanunları əsasında X8 bağ-bostan bitkiləri becərmək məqsədi ilə əsaslı tikinti işləri aparmamaq şərti ilə istifadəsinə verilmişdir. 11 aprel 2014-cü il tarixli, 330272 saylı etibarnamə ilə mübahisəli torpaq sahəsindən istifadə etmək və digər səlahiyyətlər X10 tərəfindən xx.xx.2058-ci ilədək cavabdehə verilmişdir. Hal hazıra kimi, cavabdeh həmin torpaq sahəsindən təyinatı üzrə istifadə edir və iddiaçının qeyd etdiyi kimi cavabdehin onun yaşadığı fərdi yaşayış evinə girib-çıxmağına heç bir maneəçiliyi yoxdur. Qeyd olunan mübahisəli torpaq sahəsinin hüquqi rejiminin müəyyən edilməsi ilə bağlı iş materiallarında heç bir mötəbər sübut yoxdur. Yəni, həmin torpaq sahəsinin faktiki olaraq kimin mülkiyyətində olması qeyri-müəyyəndir. Odur ki, iş üzrə mübahisəli torpaq sahəsinin hüquqi rejiminin müəyyən edilməsi ilə bağlı müvafiq ekspertiza təyin edilməlidir.
5. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7860/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Xəlilov Məhəmməd-Mehdi Soltan oğlunun cavabdehə qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılması və digər tələblərinə dair iddia tələbi qismən təmin edilmiş, cavabdeh tərəfindən Sumqayıt şəhərinin 50-ci məhəlləsi ərazisində zəbt edilmiş torpaq sahəsinin boşaldılması, həmin torpaq sahəsində özbaşına quraşdırılmış hasarın cavabdehin hesabına sökülərək torpaq sahəsinin cavabdehin hesabına əvvəlki vəziyyətə qaytarılması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.
6. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-94/2023 saylı qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 21 dekabr 2021ci il tarixli, 2(060)-7860/2021 nömrəli qətnaməsi ləğv edilmiş, iddiaçı Xəlilov MəhəmmədMehdi Soltan oğlunun Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılması, torpaq sahəsindən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması tələbinə dair iddiası təmin edilməmişdir.
7. Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi "xxxx" Departamenti 10 saylı X12 X1 ünvanlanmış 18 fevral 2004-cü il tarixli, 43 saylı məktubunda göstərilmişdir ki, mövcud dövlət qanunları əsasında və Yol rəisinin 03 aprel 1979-cu il tarixli, 29 saylı əmrin çərçivəsində Dəmir Yolu altında (Dəmir Yoluna məxsus torpaq sahəsi) olan torpaq sahələrindən istifadə etmə qaydalanı əsas tutaraq ADDY Pirşağı-Sumqayıt mənzilinin 48 km pk 3+80.m-dən pk 4+30 m-ə qədər artım istiqamətinin sağ tərəfində yerləşən torpaq sahəsi X6 bağ-bostan bitkiləri becərmək məqsədi ilə əsaslı tikinti işləri aparmamaq şərti ilə istifadəsinə verilir. Sahənin yaşıllaşdırılması və ağacların əkilməsi həmin şəxsə tapşırılır.
8. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, 13-1/2-122/2023 saylı məktubunda göstərilmişdir ki, keçmiş dəmir yolçu X8 bağ-bostan bitkiləri becərmək məqsədi ilə istifadəyə verilmiş dəmir yolunun Pirşağı-Sumqayıt sərnişin mənzili 48 km pk 3+80 m-dən pk 4+30 m-dək yolun kilometr artımı istiqamətinin sağ tərəfində yerləşən torpaq sahəsi dəmir yolu nəqliyyatı təyinatlı olmaqla dövlət mülkiyyətindədir və ADY-nın daimi istifadəsindədir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
9. Sumqayıt Şəhər Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, 2(060)- 4235/2023 nömrəli qətnaməsi ilə (hakim Emin Abdullayev) iddianın təmin edilməsi, Cavabdeh tərəfindən zəbt olunmuş Sumqayıt şəhəri, 50-ci məhəllə ərazisində, üçüncü şəxs Xəlilov MəhəmmədMehdi Soltan oğlunun istifadəsində olan torpaq sahəsinin qarşısında yerləşən torpaq sahəsinin istifadəsinin cavabdehə qadağan edilməklə həmin torpaq sahəsində çəkilən çəpərin Cavabdeh hesabına sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 153.1, 156.1, 157.1, 157.2-ci maddələri, Torpaq Məcəlləsinin 46-cı maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları”nın 2-ci bəndi, Mülki Prosessual Məcəllənin 81, 82.3, 119-cu maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayəti və onun dəlilləri
11. Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, 2(060)-4235/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Belə ki, iddia ərizəsində qeyd olunan mübahisəli torpaq sahəsinin Sumqayıt Bələdiyyəsinə məxsus olması qeyd olunsa da, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, 13-1/2-122/2023 saylı məktubunda keçmiş dəmir yolçu X8 bağbostan bitkiləri becərmək məqsədi ilə istifadəyə verilmiş dəmir yolunun Pirşağı-Sumqayıt sərnişin mənzili 48km pk 3+80 m-dən pk 4+30 m-dək yolun kilometr artımı istiqamətinin sağ tərəfində yerləşən (mübahisəli torpaq sahəsi) dəmir yolu nəqliyyatı təyinatlı olmaqla dövlət mülkiyyətindədir və ADY-nın daimi istifadəsində olması qeyd edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi "xxxx" Departamenti 10 saylı X12 Müəssisəsinin 18 fevral 2004-cü il tarixli, 43 saylı məktubundan da görünür ki, qeyd olunan mübahisəli torpaq sahəsi mövcud dövlət qanunları əsasında və Yol rəisinin 03 aprel 1979cu il tarixli 29 saylı əmri çərçivəsində Dəmir yolu altında (Dəmir yoluna məxsus torpaq sahəsi) olan torpaq sahələrindən istifadə etmə qaydalarını əsas tutaraq X8 bağ-bostan bitkiləri becərmək məqsədi ilə əsaslı tikinti işləri aparmamaq şərti ilə istifadəsinə verilmişdir. İş materiallarında olan 11 aprel 2014-cü il tarixli 330272 saylı etibarnamə ilə mübahisəli torpaq sahəsindən istifadə etmək və digər səlahiyyətlər X14 tərəfindən xx.xx.2058-ci ilədək Cavabdeh verilmişdir. Hal-hazıradək o, həmin torpaq sahəsindən təyinatı üzrə istifadə edir və iddiaçının qeyd etdiyi kimi cavabdehin onun yaşadığı fərdi yaşayış evinə girib-çıxmağına heç bir maneəsi yoxdur. İş materiallarından göründüyü kimi qeyd olunan mübahisəli torpaq sahəsinin hüquqi rejiminin müəyyən edilməsi ilə bağlı həmin torpaq sahəsinin faktiki olaraq kimin mülkiyyətində olmasının qeyri-müəyyənliyini nəzərə alıb, iş üzrə mübahisəli torpaq sahəsinin hüquqi rejiminin müəyyən edilməsi, mövcud mübahisənin dəqiqləşdirilməsi üçün müvafiq ekspertiza təyin edilməsi məhkəmədən xahiş edilsə də, iş üzrə heç bir əlavə araşdırma aparmadan, həmin mübahisəli zəbt olunmuş torpaq sahəsinin boşaldılması ilə bağlı üçüncü şəxsin əvvəllər verdiyi və iddianın rədd edilməsi ilə nəticələnmiş mülki iş üzrə əldə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixl, 10/5354 saylı ekspert rəyini əsas götürərək, cavabdehin zəbt etdiyi iddia olunan torpaq sahəsinin "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin mühafizə zonasında olmaqla bələdiyyə mülkiyyətində olmasının guya birinci instansiya məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi ilə öz təsdiqini tapması qənaətinə gələrək həmin torpaq sahəsinin dövlət mülkiyyətində olması ilə bağlı cavabdehin dəlillərini əsassız hesab edərək iddianı təmin etmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
14. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-268/2024 nömrəli, 31 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Lalə Rəhimli (sədrlik edən və məruzəçi), İlqar Dəmirov, Fuad Məmmədov) apellyasiya şikayəti təmin edilməyərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-4235/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 139.1,152.1, 152.5, 157.2-ci, Torpaq Məcəlləsinin 47-ci, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 2.1, 2.2, 16.1, 16.2, 16.4-cü, Mülki Prosessual Məcllənin 14.2, 77.1 və 82.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Kassasiya instansiyası məhkəməsindəki icraat
16. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
17. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 29 iyul 2024-cü il tarixli, 2(102)-2194/2024 nömrəli Qərarı ilə (hakimlər X19 (məruzəçi), X16 və X3 ibarət tərkibdə) Cavabdeh kassasiya şikayətinin təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-268/2024 nömrəli, 31 yanvar 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
Apellyasiya icraatı iştirakçılarının izahatları
18. Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
19. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
20. İddiaçı Sumqayıt Bələdiyyəsinin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
21. Üçüncü şəxs Xəlilov Məhəmməd-Mehdi Soltan oğlu apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
22. Üçüncü şəxs "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə3 izahatında bildirdi ki, mübahisə predmeti olan sahə ADY-nin sanitariya-mühafizə zonasına aiddir, apellyasiya şikayətinin təmin olunmasına etiraz etmir.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi Cavabdeh verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. bənd İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Bənd İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.
25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
26. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 47. Bələdiyyənin torpaq üzərində mülkiyyət hüququ: 1.Torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır.
2. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır.
3. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir.
4. Hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara onların qanuni istifadəsində və icarəsində olan bələdiyyə torpaqları daxildir.
5. Bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır: yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar;
27. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.1. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Maddə 2.2. İstifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. Maddə 16.1. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. Maddə 16.2. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. Maddə 16.4. Torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir.
28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərişlərini nəzərə alaraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməlidir.
30. Göründüyü kimi iddia tələbi torpaq sahəsinin boşaldılması barədə olmaqla iddiaçı tələbinin əsası olaraq torpaq sahəsinin Bələdiyyə mülkiyyətində olmasına istinad etmişdir.
31. Birinci instansiya məhkəməsinin mübahisəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh tərəfindən zəbt olunmuş Sumqayıt şəhəri, 50-ci məhəllə ərazisində, üçüncü şəxs Xəlilov MəhəmmədMehdi Soltan oğlunun istifadəsində olan torpaq sahəsinin qarşısında yerləşən torpaq sahəsinin istifadəsinin cavabdehə qadağan edilməklə həmin torpaq sahəsində çəkilən çəpərin Cavabdeh hesabına sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması qət edilmişdir.
32. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə cavabdehin həmin torpaq sahəsinin dövlət mülkiyyətində olması ilə bağlı cavabdehin dəlillərini əsassız hesab edir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır və hesab edir ki, məhkəmə tərəfindən prosessual hüquq normaları pozulmuşdur.
34. Belə ki, məhkəmə kollegiyası Ali Məhkəmənin Qərarında irəli sürülmüş mövqedən çıxış edərək qeyd edir ki, mülki-prosessual qanunvericiliyə əsasən məhkəmə aktının preyudisial akt kim qəbul edilməsi üçün ilk növbədə həmin işdə iştirak edən şəxslərin eyni olması mühüm şərtdir.
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarında da qeyd edilmişdir ki, məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir.
36. İşin müəyyən edilmiş hallarından görünür ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş Xəlilov Məhəmməd- Mehdi Soltan oğlu cavabdehə qarşı eyni tələblə əvvəllər məhkəmədə iddia qaldırmış, müvafiq məhkəmə aktları qəbul edilmişdir. Preyudisial məhkəmə aktı kimi istinad edilən həmin iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsindən Sumqayıt Bələdiyyəsinin işdə hər hansı statusda iştirak etməsi müəyyən edilmir.
37. Kollegiya hesab edir ki, Sumqayıt Bələdiyyəsinin əvvəllər baxılan işdə iştirak etməsi müəyyən edilmədiyi halda həmin iş üzrə qəbul edilmiş məhkəmə aktının hazırkı işə preyudisiallığı ilə bağlı gəlinən nəticə mülki-prosessual qanunvericiliyin tələbinə uyğun deyildir.
38. Ali Məhkəmənin Qərarının 47-ci bəndinin göstərişləri üzrə araşdırma aparan məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərinin hərtərəfli, obyektiv və tam araşdırılmasının təmin edilməsi məqsədi ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir.
39. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07 aprel 2025-ci il tarixli, 10/949 nömrəli ekspert rəyinin nəticə hissəsində göstərilmişdir: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Mübahisə predmeti olan daşınmaz əmlaka texniki baxış zamanı hasarlanmış torpaq sahəsinin ölçüsü 70.0 kv.metr təşkil edir. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, mübahisə predmeti olan torpaq sahəsindən dəmiryol xəttinin kənarınadək olan məsafə 11.6 metr-dir. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, mübahisə predmeti olan torpaq sahəsi istifadəmizdə olan məlumatlara əsasən Dəmiryolunun mühafizəsində yerləşir. Sözügedən torpaq sahəsi üzərində hüquqlar dövlət reyestrində qeydiyyata alınmamışdır. İstifadədə olan torpaq sahəsi yaşayış məntəqəsinin torpaqları kateqoriyasına aid olmaqla bələdiyyə mülkiyyətindədir (ADY-nin mühafizəsindədir və daimi istifadəsindədir).
40. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyini mötəbər sübut növü olaraq qiymətləndirir.
41. Göründüyü kimi müvafiq ekspertiza tədqiqatının nəticəsi olaraq mübahisələndirilən torpaq sahəsinin yaşayış məntəqəsinin torpaqları kateqoriyasına aid olmaqla bələdiyyə mülkiyyətində olduğu müəyyən edilmişdir.
42. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, tikinti-texniki ekspertizası üzrə tədqiqat təqdim olunmuş materiallar əsasında keçirilmişdir. Rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
43. Kollegiya həmçinin qeyd edir ki, həmin torpaq sahəsinin ADY-nin mühafizə zonasına düşdüyü müəyyən edilsə də torpaq sahəsinə dair torpaqayırma sənədləri, eləcə də ADY-nin balansına ayrılmasına dair ADY-nin nümayəndəsi tərəfindən heç bir sənəd təqdim edilməmişdir.
44. Kollegiya vurğulayır ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 22ci maddəsinin 3-cü hissəsinə əsasən Zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər.
45. Həmin Məcəllənin 62-ci maddəsinə əsasən Elektrik, rabitə, nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı torpaq sahələri onların mülkiyyətçilərinin və istifadəçilərinin razılığı ilə yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalımı məqsədləri üçün qısamüddətli istifadəyə və icarəyə verilə bilər.
46. «Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması» Qaydalarının 2-ci bəndində göstərilmişdir ki, sanitariya-mühafizə zonası - yaşayış məntəqələrində əhalinin təhlükəsizliyinin təmin olunması, dəmir yol nəqliyyatı obyektlərinin istismarına lazımi şərait yaradılması üçün həmin obyektlərin ətrafında yaradılan xüsusi hüquqi rejimli mühafizə zonasıdır;
47. Həmin qaydaların 16-ci bəndinə əsasən Dəmir yolunun sanitariya-mühafizə zonasında torpaq sahələri onların mülkiyyətçiləri və ya istifadəçiləri tərəfindən yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalını məqsədləri üçün fiziki və ya hüquqi şəxslərə qısamüddətli istifadəyə verilə bilər.
48. Şərh olunan hüquq normalarının məzmunundan görünür ki, mühafizə zonasına aid olan torpaq sahələri dövlət və bələdiyyə mülkiyyətinə aid olmaqla, müvafiq qurumun istifadəsinə ayrıla bilir, lakin mühafizə zonasının müəyyən edilməsi torpaq mülkiyyətçilərini torpaq sahəsi üzərində hüquqlardan məhrum etmir.
49. Araşdırılan mübahisədən də göründüyü kimi mübahisə predmeti olan torpaq sahəsi dəmiryolunun mühafizə zonasına düşən bələdiyyə mülkiyyətinə aid topar sahəsidir.
50. Qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, 2(060)-4235/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin olunmalıdır.
51. MPM-nin 119-cu maddəsinə əsasən ekspertiza təhqiqatının dəyərinin əvəzi olaraq 100 (bir yüz) manat Cavabdeh alınaraq SAP (XİİS) hesabı X9 hesabına ödənilməlidir.
52. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, 2(060)-4235/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh tərəfindən zəbt olunmuş Sumqayıt şəhəri, 50-ci məhəllə ərazisində Xəlilov Məhəmməd-Mehdi Soltan oğlunun istifadəsində olan torpaq sahəsinin hasarının qarşısında yerləşən torpaq sahəsindən istifadə cavabdehə qadağan edilsin, həmin torpaq sahəsində çəkilən çəpər cavabdehin hesabına sökülməklə, onun hesabına torpaq sahəsi əvvəlki vəziyyətə qaytarılsın. Ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat Cavabdeh alınaraq SAP (XİİS) hesabı X9 kod 210005 VÖEN ********** müxbir hesab AZ41NABZ********************, SWİFT Bik: CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.