Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2781/2025 10.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Abşeron Gigiyena və Epidemiologiya Mərkəzi, Azərbaycan RespublikasınınQida X1-X14 cəlb edilməklə) qarşı iş üzrə QƏRARI (Açar sözlər: Mülkiyyət hüquqlarının məhdudlaşdırılması ilə bağlı tələblər; fermanın fəaliyyətinə xitam verilməsi və fermanın sökülməsi, Qonşuluq hüququ; Sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hak imlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Abşeron Gigiyena və Epidemiologiya Mərkəzi, Azərbaycan Respublikasının Qida X1-X14 cəlb edilməklə) qarşı fermanın fəaliyyətinə xitam verilməsi və fermanın sökülməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)531/2025 nömrəli, 2025-ci il 15 may tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən kassasiya şikayətinə 10 oktyabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazıl ı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətinə əsasən, Abşeron rayonu, Güzdək qəsəbəsi ünvanında yerləşən 0,05 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı (bundan sonra mətndə-iddiaçı) adına xx.xx.2021-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Güzdək qəsəbəsi ünvanında yerləşə n 0,10 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 adına xx.xx.2015-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.
3. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətinə əsasən, Abşeron rayonu, Güzdək qəsəbəsi ünvanında yerləşən 0,10 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 adına xx.xx.2022-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.
4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş 16 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, müraciətdə qeyd olunan məsələ Xidmətin Abşeron ərazi şöbəsini n əməkdaşları tərəfindən yerində araşdırma aparılan zaman vətəndaş Cavabdeh1 tərəfindən xüsusi mülkiyyətində olan yaşayış məntəqəsi təyinatlı 0,10 hektar həyətyanı məqsədli torpaq sahəsində heyvandarlıqla məşğul olduğu müəyyən olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı cavabdehlərə qarşı fermanın fəaliyyətinə xitam verilməsi və fermanın sökülməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ona məxsus torpaq sahəsindən təyinatı üzrə istifadə etmədiyinə görə onun saxladığı fermanın fəaliyyətinə xitam verilməsi və fermanın sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, torpaq sahəsinin ikinci mülkiyyətç isi Cavabdeh2 cavabdeh kimi hazırki mülki işə cəlb edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, seriya A № 667273 saylı Dövlət Reyestrindən Çıxarışa əsasən Abşeron rayonu, Daş Qüzdək qəsəbəsindəki torpaq sahəsi İddiaçı tam mülkiyyətindədir. Təyinatı yaşayış sahəsidir. İddiaçının çəpər qonşusu olan Cavabdeh1 məxsus sahədə ferma saxlanılır. Ferma saxlamağın nəticəsində yaranan dəhşətli qoxu, həşəratlar, birələr səbəbindən həyətlərində oturmaq belə mümkün deyil. Bu barədə 2022-ci il may ayında iddiaçı Abşeron Polis İdarəsinə müraciət etmişdir. Yoxlama aparılmış və nəticədə iddiaçı nın qonşusu söz vermişdir ki, sentyabr ayına qədər ferması boşaldacaq və dağ tərəfdə onlara məxsus fermaya heyvanları aparacaqlar. Bir müddət sakitçilik olmuşdur, yalnız toyuqları qalmışdır. 2023-cü il may ayında yenə də heyvanları toplamış və ferma yenidən fəaliyyətə başlamışdır. Cavabdeh ona hara istəyirsənsə şikayət edə bilərsən demişdir. 2023-cü il iyul ayinda iddiaçı AR-nın yanında X10-Xızı regional agentliyinə müraciət etmişdir. Agentlik tərəfindən bildirilmişdir ki, Nümayəndə2 sahəsində ferma saxlayır, lakin fermanın işinə xitam vermək onların səlahiyyətlərində deyil, bu işə hüquq-mühafizə orqanları baxır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli 3-21-3/2-H-l 112-8/2023 saylı iddiaçının müraciətlə bağlı m əktubunda bildirilir ki, Nümayəndə2 tərəfindən xüsusi mülkiyyətində olan yaşayış məntəqəsi təyinatlı 0,10 hektar torpaq sahəsində heyvandarlıqla məşqul olduğu müəyyən olunmuşdur. Odur ki, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
8. Cavabdeh1 nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, Cavabdeh1 onun atasıdır. O, iddia tələbini qəbul etmir. İddiaçının şikayətlərindən sonra 2 ilə yaxındır ki, fermada 2 iribuynuzlu, 15 xırdabuynuzlu heyvan saxlanılmışdır. Lakin hazırda onların fermasında yalnız 2 heyvan vardır. İddia tələbi tamamilə əsassızdır. Bu səbəbdən o, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
9. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Abşeron Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndəsi Nümayəndə3 b ildirmişdir ki, 2017-ci ilin 23 noyabr tarixindən heyvandarlıq və s. bununla bağlı olan onların vəzifə və səlahiyyətlərinə aid olan işlər Azərbaycan Respublikasının Qida X1 X11 səlahiyyətinə verilmişdir. Odur ki, hazırda onlar tərəfindən bu tipli şikayətlərə baxılmır, ona görə də rəy verilməsi onlar tərəfindən mümkün deyil.
10. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Qida X1X11 nümayəndəsi Nümayəndə4 izahatında bildirmişdir ki, onlar əraziyə baxış keçirmiş və bunun əsasında 12 iyul 2024-cü il tarixli rəy vermişlər. Rəydən də göründüyü kimi fermada sanitar-gigiyena və zoogigiyena qaydalarına əməl olunmuşdur və təsərrüfatda qoxu ətraf əraziyə yayılmamışdır. Nazirlər Kabinetinin 38 saylı qərarında da göstərilmişdir ki, yalnız yüksək mərtəbəli binalarda 1 it və 2 p işik saxlanılmasına icazə verilmişdir. Lakin qərarda həyət evlərində bununla bağlı hər hansı bir məhdudiyyət yoxdur. X4 Kollegiyasının 19 saylı qərarında göstərilmişdir ki, yalnız heyvan və quş kəsimi məntəqələri yaşayış sahələrindən 300 metr aralıqda yerləşməlidir. Odur ki, X4 hər hansı heyvandarlıq fəaliyyətinə xitam verməyə səlahiyyəti yoxdur.
11. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə5 izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X13 Monitorinq İdarəsi müvafiq laboratoriya ilə təchiz olunmuşdur. Həmin İdarədə iy və qoxunun araşdırılması üçün xüsusi avadanlıqlar vardır. Bu qurğular sulfat, kükürd kimi qazları müəyyən edir. Onu da qeyd edir ki, mal-qara və heyvanların ifrazatının qoxusunu müəyyənləşdirən avadanlıq Ekologiya və Təbii Sərvətlər Nazirliyində mövcud deyildir. Əyani olaraq qoxunu hiss etmək mümkün olsa da, hansı dərəcədə olduğunu nizamlayan norma yoxdur.
12. Azərbaycan Respublikasının Qida X1-X14 tərəfindən verilmiş 12 iyul 2024-cü il tarixli cavab məktubuna əsasən, Agentliyin X3 əməkdaşları tərəfindən Abşeron rayonu, Güzdək qəsəbəsi, köhnə ANS telekanalının yaxınlığında, iddiaçının qonşuluğunda yerləşən fermanın fiziki şəxs Cavabdeh1 məxsus olduğu müəyyən edilmişdir və təsərrüfata baxış keçirilmişdir. Baxış zamanı fiziki şəxs Cavabdeh1 məxsus həyətyanı təsərrüfatında 2 (iki) baş iribuynuzlu heyvan, 15 (on beş) baş xırdabuynuzlu heyvan və 50 (əlli) baş toyuq, 6 (altı) b aş ördək, 6 (altı) baş hinduşkanın və 70 (yetmiş) baş göyərçin saxlanıldığı, sanitar-gigiyena və zoogigiyena qaydalarına əməl olunduğu, təsərrüfatda qoxunun ətraf əraziyə yayılmadığı müşahidə edilmişdir. Fiziki şəxs Cavabdeh1 zoogigyena və sanitariya qaydalarına riayət etmək üçün onlar tərəfindən icrası məcburi göstərişlər verilmişdir.
13. Hakim (Habil Əhmədov) tərəfindən hazırki iş üzrə mübahisə predmetini təşkil edən Abşeron rayonu, Güzdək qəsəbəsi ərazisində yerləşən ümumi sahəsi 0.10 ha olan torpaq sahəsinə və üzərindəki təssərüfata baxış keçirilmiş, baxış zamanı Abşeron rayonu, Güzdək qəsəbəsi ərazisində yerləşən ümumi sahəsi 0.10 ha olan mübahisəli torpaq sahəsində darvazadan içəri girərkən, hər iki cavabdehin torpaq sahəsinin bir yerdə yerləşdiyi müəyyən olunur. Torpaq sahəsinin y uxarı baş hissəsində uzunluğu təxminən 10 metr olan mal-qara üçün tövlə olduğu, eyni zamanda həmin tikilinin sol tərəfində isə hinin olduğu və içərisində toyuqların saxlanıldığı görünür. Cavabdehlərə məxsus tövlədə malqara və hər hansı iy-qoxu yaradacaq tullantılar aşkar edilməmişdir. Tövlə və hin iddiaçıya məxsus hasarla bitişik formada tikilmişdir. Həmin hasar iddiaçı ilə cavabdehləri ayıran sərhəddir. Bundan sonra küçənin əks tərəfindən iddiaçıya məxsus darvazadan içəri daxil olunmuşdur. İddiaçının 0,05 ha torpaq sahəsinin olduğu və həmin torpaq sahəsinin üzərində iddiaçıya məxsus yarımtikili ev tikildiyi görünür. Həmin tikili cavabdehlə olan sərhəd hasardan 5 metr məsafədə tikilmişdir. Tərəflər arasındakı hasarın təxmini hündürlüyü 2,5 metrdir.
14. Abşeron Rayon Məhkəməsinin (bundan so nra-birinci instansiya məhkəməsi) 27 sentyabr 2024-cü il tarixli, 2(012)-790/2024 nömrəli qətnaməsi ilə (hakim H.Əhmədov) iddiaçının cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı fermanın fəaliyyətinə xitam verilməsi və fermanın sökülməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.
15. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Qida X1-X14 tərəfindən verilmiş 12 iyul 2024-cü il tarixli cavab məktubundan göründüyü kimi Cavabdeh1 məxsus həyətyanı təsərrüfatında sanitargigiyena və zoogigiyena qaydalarına əməl olunduğu, təsərrüfatda qoxunun ətraf əraziyə yayılmadığı müşahidə edilməsi göstərilmişdir.
16. Eyni zamanda müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirli yi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə5 izahatında bildirmişdir ki, idarədə iy və qoxunun araşdırılması üçün xüsusi avadanlıqlar vardır. Bu qurğular sulfat, kükürd kimi qazları müəyyən edir. Onu da qeyd edir ki, mal-qara və heyvanların ifrazatının qoxusunu müəyyənləşdirən avadanlıq Ekologiya və Təbii Sərvətlər Nazirliyində mövcud deyildir. Əyani olaraq qoxunu hiss etmək mümkün olsa da, hansı dərəcədə olduğunu nizamlayan norma yoxdur.
17. Bundan əlavə məhkəmə yerli baxış keçirmiş cavabdehlərə məxsus tövlədə malqara və hər hansı iy-qoxu yaradacaq tullantılar aşkar edilməmişdir.
18. Göründüyü kimi qonşu olaraq cavabdehlər tərəfindən iddiaçıya təsir edən ağır qoxuların olması və qanunsuz təsirlər müəyyən edilməsi mümkün olmamışdır.
19. Tövlələr cavabd ehin xüsusi mülkiyyətində olan yaşayış torpağında tikilmişdir. Hər bir şəxsin öz yaşayış torpağında şəxsi istehlakı üçün mal-qara saxlamaq hüquq vardır. Hər hansı bir qanunvericilik mülkiyyətçiyə bunu qadağan etmir.
20. Cavabdehlərin iddiaçıya qonşu olaraq hər hansı bir təsiri sübuta yetirilmədiyindən məhkəmə hesab edib ki, iddia əsaslı olmadığından təmin edilməməlidir.
21. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1,152.5, 157.4., 170.1., 170.2-ci maddələrinə və Azərbaycann Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 36, 77.1, 88, 119.1,149, 150, 217.4, 218.3-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat:
22. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 2(012)-790/2024 saylı 27 sentyabr 2024 cü il tarixli qətnaməsinin tam ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Apellyasiya şikayəti iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etməməklə əlavə olaraq belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi cavabdehlərin hüquqlarının müdafiə edilməsini əsas götürmüşdür. Nəticədə isə iddiaçının qanunvericiliklə ona verilmiş hüquqları tamamilə nəzərə alınmamışdır. Belə ki, iddia tələbi - cavabdehlərin torpaqdan təyinatı ilə istifadə olunmaması və qanunsuz fermanın sökülməsidir. Məhkəmənin ilk iclası noyabr-2023-cü il tarixə təyin edilmiş, cavabdehin məhkəməyə ilk gəlişi mart ayında olmuşdur. Fevral ayından əra zi intensiv şəkildə təmizlənmişdir. Məhkəmə tərəfindən iddiaçının Konstitusiyanın 39-cu maddəsinin 1-ci hissəsində və 60-cı maddəsinin 1-ci hissəsində təsbit olunmuş sağlam mühitdə yaşamağının və məhkəmə müdafiəsi hüquqları pozulmuşdur. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 6-cı, 9.2-ci, 10.1-ci, 81-ci, 83.1-ci, 48.4-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 240.1ci, 180.3-cü, Azərbaycan Respublikası Şəhərsalma və tikinti Məcəlləsininin 23.1-ci, 23.2ci, 23.2-ci, 15-ci tətbiq edilməli halda tətbiq edilməmişdir. Məhkəmənin qətnaməsində göstərilir ki, AR X5 X3 nümayəndəsi izahatında bildirmişdir ki, fermada sanitariya-gigiyena normalarına əməl olmuşdur. AQTA-nın nümayəndəsi cavabdehlərin sahibkarlıq obyektinin nə səbəbdən AQTA-da qeydiyyata alınmaması ilə maraqla nmamışlar. Halbuki, bu onların səlahiyyələrinə birbaşa aiddir. Məhkəmənin qətnaməsində AQTA-nın Kollegiyasının 19 saylı qərarına istinad edərək göstərmişdir ki, yalnız heyvan və quş kəsimi məntəqələri yaşayış sahəsindən 300 metr aralıqda yerləşməlidir. Odur ki, AQTA-nın hər hansı heyvandarlıq fəaliyyətinə xitam verməyə səlahiyyəti yoxdur. Qətnamədə tövlələrin cavabdehlərin xüsusi mülkiyyətində olan yaşayış torpağında tikilməsi əsas götürülərək cavabdehlərin heyvandarlıqla məşğul olmaları qanuna uyğun hesab edilmişdir. Məhkəmə nəzərə almır ki, 30 sot torpaqda 3 torpaq mülkiyyətçisi indiyə qədər torpaqları təyinatına uyğun istifadə etmir və torpaqlarda fermalar qurmaqla, heyvandarlıqla məşğul olmaqla onlar yalnız öz ailələrinin tələbatını təmin etmir. Cavabdehlər qanunsuz sahibkarlıq fəaliyy əti ilə məşğuldurlar. Cavabdehlər heyvandarlıqla məşğul olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 yanvar tarixli 19 nömrəli qərarı ilə təsdiqlənmiş Heyvanların saxlanması, yetirişdirilməsi və istifadə olunması Qaydalarının normalarını da pozurlar. Belə ki, Qaydaların 2.1 bəndində göstərilir ki, heyvanların saxlanması, yetişdirilməsi və istifadəsi ilə məşğul olan iri heyvandarlıq təsərrüfatına və vətəndaşlara mənsub heyvan saxlanan binalar yeraltı suların yaxın olmadığı yerlərdə tikilməli, onların ətrafı yaşıllaşmalıdır. Fermaların ətrafı iddiaçının torpaq sahəsidir. Qaydaların 2.14 bəndində göstərilir ki, heyvanların saxlanması, yetişdirilməsi və istifadə edilməsi ilə məşğul olan fiziki və hüquqi şəxslər onları həddindən artıq ekspluatasiya etməməli, ətraf mühitin çirklənməsi nə yol verməməli, əldə edilən peyin kütləsi müvafiq qaydada biotermik zərərləşdirilməlidir. Küçələrin ətrafı peyinlə doludur. Peyin küçəyə boşaldılır. Məhkəmə bunu baxış zamanı görüb. Cavabdehlər həmin Qaydaların əksər normalarına riayət etmirlər. Cavabdehlər qanunsuz torpaq sahələrinin kateqoriyalarını dəyişdiriblər və bununla da Torpaq Məcəlləsinin 9.3-cü, Nazirlər Kabinetinin 20 yanvar 2017-ci il tarixli 10 saylı Qərarı ilə təsdiq olunmuş torpaqların kateqoriyaya aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsinin tələblərini pozmuşlar. Qətnamədə göstərilir ki, cavabdehlərin iddiaçıya qonşu olaraq hər hansı bir təqsiri sübuta yetirmədiyindən məhkəmə hesab edir ki, iddia əsassızdır. Hal-hazırda ətrafda iy də var, qoxu da var. Məhkəmənin qətnaməsinə əsasən iddiaçının sağlam mühitdə yaşamaq hüququ cavabdehlərin istəyindən asılı edilir.
24. İddiaçının nümyəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirdi ki, orada artıq fermanın fəaliyyət göstərməsini istəmir, öz ailəsinin tələbatını təmin etmək üçün ailə bir, uzağı iki baş inək saxlaya bilər, lakin orada ferma işlətmək onun hüquqlarını pozur. İndi inəklərin səsi gəlmir, bəlkə bir-iki baş inək var, amma əvvəllər çox heyvan saxlayırdılar. İlk dəfə polis şöbəsinin nümayəndələri ilə birlikdə ora gedəndə cavabdeh qırx baş inək, iki baş qoyun olduğunu, yolun digər tərəfində kənd təsərrüfatı təyinatlı torpaq sahəsində onların başqa fermalarının da olduğunu və bunları da oraya aparacaqlarını bildirmişdir. Bir müddət sonra yenə buraya gətirmişlər. Bir sözlə, təsərrüfat yenə də fəaliyyət göstər ir. Ferma iddiaçının torpaq sahəsinin hasarına bitişikdir. Onun torpaq sahəsinin ölçüsü 5 sot, cavabdehlərdə isə 30 sotdur. Cavabdeh2 cavabdehin bacısıdır, hər biri 10 sot olmaqla biri cavabdehin qızının, biri cavabdehin bacısının, biri isə özünündür.
25. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Abşeron Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndəsi Nümayəndə3 izahatında bildirdi ki, işə Abşeron Rayon Məhkəməsində baxılarkən də bildirmişdir ki, artıq X8 yarandığından həmin səlahiyyətlər onlardan alınaraq X6 verilmişdir. Ona görə hazırda bu işlə bağlı mübahisənin məhkəmə kollegiyasının mülahizəsi əsasında həll edilməsini xahiş etdi.
26. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Qida X1-X11 nümayəndəsi X9 izahatında b ildirdi ki, baytarlıq şöbəsinin əməkdaşları tərəfindən yerli baxışda iştirakı təmin edilmiş, həmin ərazidə hər hansı narahatlıq törədən nə isə aşkar olunmamışdır. Yalnız beş baş mal aşkar olundu ki, həmin mal-qaranın sənədləri var. Yəni vaxtında dezinfeksiya işləri aparılıb. Eyni zamanda qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən həmin əraziyə baxış keçirilməsi ilə bağlı X6 sorğu daxil olmuş, sorğuya əsasən baytarlıq sektorunun müdüri Nümayəndə6 və həmin sektorun böyük məsləhətçisi Nümayəndə4 oraya baxış keçirmişlər. Baxış zamanı cavabdeh müntəzəm olaraq orada dezinfeksiya işinin aparılması ilə bağlı əməkdaşlara sənəd təqdim etmişdir. Eyni zamanda iddiaçı tərəf 40 baş iribuynuzlu, 200 baş xırdabuynuzlu heyvan saxlanıldığını bildirmişdir, amma orada bunlar aşkar olunmamışdır. Əməkdaşlar gedəndə orada 2 baş iribuynuzlu mal-qara saxlanıldığı aşkar olunmuşdur. X2raq vətəndaşın fermasının sökülməsi, orada mal-qara saxlamaması barədə göstəriş və ya əmr vermək səlahiyyətləri yoxdur. Dezinfeksiya işlərinə Agentliyin baytarlıq sektoru baxır, amma ərtaf mühitin çirkləndirilməsi ilə bağlı məsələlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətləri daxilindədir. İribuynuzlu mal-qaranın yaşayış sahəsində saxlanılması ilə bağlı onlarda tənzimləyici normativ akt yoxdur. Sadəcə Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 39 saylı qərarı var, orada da iribuynuzlu mal-qaradan söhbət getmir, it, pişik, ev heyvanlarının saxlanılması ilə bağlı normalar öz əksini tapmışdır. Hazırki mübahisənin məhkəmə kollegiyasının mülahizəsi əsasında həll edilməsini məhkəmə kollegiyası ndan xahiş etdi.
27. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Qida X1-X11 nümayəndəsi Nümayəndə6 izahatında bildirdi ki, iddiaçı ilə birlikdə təsərrüfata baxış keçirmişdir, təsərrüfatda 3 baş iribuynuzlu heyvan, 40 baş hind toyuğu, 30 baş toyuq-cücə, 60 baş göyərçin və bir baş da it var idi. Eyni zamanda təsərrüfatda tövlələrin içinə baxan zaman cavabdehdə aldığı məlumata görə 11 baş xırdabuynuzlu heyvan da hal-hazırda təsərrüfatda deyil, yataqdadır. Hər biri 10 sot torpaq sahəsi olmaqla 20 sot xırda ailə təsərrüfatıdır. Təsərrüfatla Cavabdeh1 və iki oğlu məşğul olur, Cavabdeh2 öz torpaq sahəsini qardaşına vermişdir. Göyərçinləri tam saya bilmədiklərindən, cavabdehdən dəqiq məlumat götürmüşlər. Cavabdehdən nə üçün bu qədər göyərçinləri saxladığını sorşduqda oğlu nun buna marağı olduğunu bildirmişdir. Hind toyuqları və toyuqcücələrini isə şəxsi istifadə üçün saxlayır, həm suyundan, həm də ətindən istifadə edirlər. Təsərrüfatda olan heyvanlar Abşeron Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsi tərəfindən qeydiyyatdadır, müntəzəm olaraq vaksinlər olunur və ayda bir dəfə dezinfeksiya tədbirləri aparılır. Bu məlumatı Kənd Təsərrüfatı Nazirliyi Baytarlıq İdarəsindən öyrənmişdir. Dezinfeksiya tədbirlərinin aparılması barədə aktı cavabdeh onlara təqdim etmişdir. Təsərrüfat Abşeron rayonu, Güzdək qəsəbəsində yerləşir. Aktda səhvən təsərrüfatın Qobuda yerləşdiyi qeyd olunmuşdur. Ailə təsərrüfatı olduğu üçün Qida Təhlükəsizliyi haqqında Qanuna əsasən onu qeydiyata ala bilmirlər. İndiyədək heyvanlar birkalanmamışdır, amma bu ayın sonuna kimi cavab deh identifikasiya tədbirlərini aparacaq, bu barədə məcburi göstəriş vermişlər. Qanunvericilikdə ferma anlayışı yoxdur, heyvanların təsərrüfatı anlayışı var. Nəzarət tədbirlərini artırmaq və cavabdehin satışla məşğul olduğunu öyrənmək üçün qıraq yerlərdən də maraqlanmışlar, heyvanların südü şəxsi istehlak üçün olduğunu öyrənmişlər. Şəxsi istehlak olan zaman labarotatoriya və müayinə şəxs tərəfindən aparılır, amma satış üçün olduqda Agentliyin icazəsi ilə olur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarında qeyd olunmuşdur ki, şəhər və ya qəsəbətipli hündür mərtəbəli binalarda bir evdə yalnız bir baş it və iki baş pişik saxlanıla bilər. Tam olaraq qanunvericilikdə açıq yerdə fermanın saxlanılmasının qadağan olunması barədə norma yoxdur. Ailə təsərrüfatı olduğu üçün məhkəməni n sorğusu və vətəndaşın müraciəti olmadığı təqdirdə o sahəyə agentliyin işçiləri girə bilmir. Çünki ilkin istehsal sahəsi də deyil, təsərrüfat fərdi yaşayış evinin həyətində olduğundan qeydiyyata da ala bilmirlər. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin məhkəmə kollegiyasının mülahizəsi əsasında həll edilməsini məhkəmə kollegiyasından xahiş etdi.
28. Üçüncü şəxsin nümayəndəsi Nümayəndə6 tərəfindən məhkəməyə xx.xx.2025-ci il tarixli məktub, üçüncü şəxsin nümayəndəsi tərəfindən mübahisə predmetinə baxış keçirilən zaman çəkilmiş video görüntüləri əks etdirən fləşkart və dezinfeksiya işlərinin aparılması haqqında aktlar təqdim edilmişdir.
29. Fleşkartla müəyyən olunmuşdur ki, mübahisəli ərazidə iddiaçının qeyd etdiyi kimi, heyvanların saxlandığı ferma aşkarlanmış, heyvan səsləri eşidi lmişdir.
30. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonraapellyasiya instansiya məhkəməsi) xx.xx.2025-ci il tarixi 2(105)-531/2025 nömrəli qətnamə ilə, (hakimlər İ.Dəmirov (sədrlik edən və məruzəçi), Z.Məmmədov, M.Hüseynov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin 27 sentyabr 2024-cü il tarixli, 2(012)-790/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin çıxarılması, iddianın qismən təmin edilməsi, iddiaçıya məxsus Abşeron rayonu Güzdək qəsəbəsində yerləşən xx.xx.2021-ci il tarixdə qeydə alınmış daşınmaz əmlakın reyestr nömrəsi **********55 olan 0,05 ha torpaq sahəsinə qonşu olan tikilidə Cavabdeh1 tərəfindən iri və xırda buynuzlu ev heyvanlarının saxlanılmasının qadağan edilməsi, iddianın digər hissədə təmin edilməməsi qət etmişdir. 31.Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edib ki, iddia qismən əsaslıdır. 32.Belə ki, iş materialları ilə müəyyən olunur ki, 0.10 ha torpaq sahəsi cavabdehlərdən Cavabdeh2 mülkiyyətində olsa da, həmin torpaq sahəsində Cavabdeh2 deyil, yalnız Cavabdeh1 qanunsuz olaraq iri və xırdabuynuzlu ev heyvanlaının saxlanması ilə məşğul olur. Bu səbəbdən iddia Cavabdeh2 aid hissədə əsassız olduğundan təmin edilməməlidir. 33.Eyni zamanda məhkəmə kollegiyası qeyd edib ki, ferma tikilişi xüsusi mülkiyyətdə olan torpaq sahəsində olduğundan, iddiaçının hazırki iddia tələbi üzrə subyektiv hüququ cavabdehin qanunsuz mal-qaranın saxlanması ilə əlaqədar pozulduğundan, iddia tələbi digər hissədə təmin edilm əməlidir. 34.Dezinfeksiya işlərinin aparılması haqqında aktlarla bağlı kollegiya qeyd edib ki, həmin aktların təqdim edilməsi iddianın əsaslılığını şübhə altına almır. 35.Belə ki, iş materiallarında istinad olunan çıxarışlarla müəyyən olunur ki, iddiaçı və cavabdehlərə məxsus torpaq sahələri yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahələridir. "Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları"-nın təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin № 38-li qərarının 4.4.5-ci bəndinə əsasən şəhərdə və şəhərtipli qəsəbələrdə ayrı-ayrı yaşayış sahələrində iri və xırda buynuzlu heyvanların yetişdirilməsi, saxlanması qadağandır. 36.Bununla yanaşı apellyasiya şikayətinin dəlillər inə münasibətdə məhkəmə kollegiyası həmçinin qeyd edib ki, əhalinin sağlamlığının təhlükəsizliyi baxımından cavabdeh tərəfindən saxlanılan heyvanların qanunvericiliyə müvafiq olaraq identikləşdirilməsi aparılmamışdır. 37.Məhkəmə kollegiyası hesab edib ki, iddiaçı iddianın qismən əsaslılığı ilə bağlı sübutları məhkəməyə təqdim etmiş, sübutetmə vəzifəsini icra etmişdir. Cavabdehlər isə iddianın əsassızlığı ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişlər. 38.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə, 29-cu maddəsinin İ və İV-cü hissələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 170.1, 170.2-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9-cu maddəsinin 2-ci bəndinə, 10.1-ci maddəsinə və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 382, 384.0.2, 392, 393, 402 və 405-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: c) Kassasiya şikayətinin dəlilləri:
39. Cavabdeh1 (onun vəkili Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia ərizəsinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
40. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, cavabdeh özünün həyətyanı sahəsində inşa etdiyi kiçik tövlədə özü və ailəsinin dolanışığı üçün 2 baş iri buynuzlu heyvan saxlayır, maddi cəhətdən imkanı yaxşı deyil və ailəsini həmin heyvanlardan sağdığı südlə qidalandırır. Bəzən həmən süddən qatıq, ayran, yağ istehsal edir və bu da onların gündəlik qidasını qismən də olsa təmin edir. Cavabdeh orada iddiaçının q eyd etdiyi qaydada çoxlu heyvan saxlamır. Azərbaycan Respublikası Qida X1-X14 tərəfindən verilmiş 12 iyul 2024-cü il tarixli məktubunda görünür ki, Cavabdeh1 məxsus həyətyanı təsərüfatında sanitar-gigiyevna və zoogigiyena qaydalaraına əməl olunduğu, təsərüfatda qoxunun ətraf əraziyə yayınmadığı müşahidə edilməsi göstərilmişdir. Eyni zamanda müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə5 birinci instansiya məhkəməsində verdiyi izahatda bildirmişdir ki, idarədə iy və qoxunun araşdırılması üçün xüsusi avadanlıqlar vardır. Bu qurğular sulfat, kükürt kimi qazları müəyyən edir. Mal-qara heyvanlaırın ifrazatını qoxusunu müəyyənləşdirən avadanlıqlar Ekologiya və Təbii Sərvətlər Nazirliyində mövcud deyilldir. Qoxunun ha nsı dərəcədə olduğunu nizamlayan norma yoxdur. Bundan əlavə məhkəmə yerli baxış keçirmiş cavabdehlərə məxsus tövlədə malqara və hər hansı iyiqoxu yaradacaq tullantılar aşkar etməmişdir. Tövlələr cavabdehin xüsusi mülkiyyətində olan torpaq sahəsində tikilmişdir. Hər bir şəxsin öz yaşayış fondunda şəxsi istehlak üçün mal-qara saxlamaq hüququ vardır. Hər hansı qanunvericik bunu mülkiyyətçiyə bunu qadağan etmir. Lakin, Sumqayıt Apellyasiya məhkəməsi xx.xx.2025-ci il tarixli, 2(105)-531/202 qətnaməsi cavabdehi bu hüquqdan məhrum edib. Qeyd edib ki, iddiaçı ilə qonşu olaraq ona və ailəsinə həmişə yüksək hörmət bəsləyib. Qonşuluq hüquqlarımdan ədalətli istifadə edib, lakin iddiaçı bu hörmətin qarşlığında onun hüquqlarını məhdudlaşdırmaqda davam edir. Belə ki, o, mülkiyyətində olan həyətimdə saxla dığım heyvanların pis qoxuların gəldiyini iddia edib hər gün məhkəmədən kənar onunla mübahisə etmiş olsada, lakin məhkəmə araşdırması zamanı mütəxəsisslər tərəfindən verilmiş rəylərlə bir daha təsdiq olunmuşdur ki, iddia tələb əsassızdır. Amma buna baxmayaraq işə baxan məhkəmə AR-nın MM-nin 170.2-ci maddəsinin tələblərini qanunsuz və əsassız olaraq pozmudur.
41. Kassasiya şikayətinin əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 29cu maddəsinə, Azərbaycan Respublikası MM-in 152, 153,154,155-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.3, 14.1, 77, 88-ci maddələrinə istinad edilmişdir. d) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
42. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiy ası 43.Maddə 13. ( hissə 1). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 44.Maddə 29 (hissə 1).Hər kəsin mülkiyyət hüququ vardır. 45.Maddə 29 (hissə 4). Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 46.Maddə 152.1 Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 47.Maddə 152.5 Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol ve rməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 48.Maddə 170.1 İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 49.Maddə 170.2 Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasın a görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
50. Maddə 9 bənd 2 Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: -kənd təsərrüfatı təyinatlı torpaqlar; -yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) -torpaqları; -sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; -xüsusi qorunan ərazilərin torpaqları; -meşə fondu torpaqları; -su fondu torpaqları; -ehtiyat fondu torpaqları. 51.Maddə 10.1. Torpaqların məqsədli təyinatı — torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir. Azərbaycan Respublikasının Mülki Prosess ual Məcəlləsi
52. Maddə 14.1. məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
54. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur
55. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədq iq olunmuş sübutlara əsaslandırır.
56. Maddə 218.1 Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir.
57. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
58. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya insta nsiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri:
59. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 60.Hazırkı kassasiya şikayətində qətnamə Cavabdeh1 tərəfindən tam mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
61. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 62.Cavabdehin kassasiya şikayətində göstərilən dəlillərinə sübutları qəbul etmək və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmaq la hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır və həmçinin hesab edir ki, iddiaçının irəli sürdüyü dəlillər mülahizə xarakterli olmaqla əsassızdır. 63.Belə ki, apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, əhalinin sağlamlığının təhlükəsizliyi baxımından cavabdeh tərəfindən saxlanılan heyvanların qanunvericiliyə müvafiq olaraq identikləşdirilməsi aparılmamış və şəhərtipli qəsəbələrdə ayrı-ayrı yaşayış sahələrində iri və xırda buynuzlu heyvanların yetişdirilməsi, saxlanması qadağandır. 64.Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir. 65.Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə b axarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. 66.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qa nun pozuntularına yol verməmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. 67.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-531/2025 nömrəli iş üzrə 15 may 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.