Məhkəmə qərarları › İş №2(102)-2819/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2819/2025

01.10.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahis
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2819/2025 01.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: keçid yolunun verilməsi, maneənin aradan qaldırılması, tikilinin sökülməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər İspəndiyar Əsəd oğlu Şəfiyev (məruzəçi), Əhməd Abbas oğlu Əhmədov və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “keçid yolunun verilməsi, maneənin aradan qaldırılması və s.” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-44/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassa siya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər: 2. 3065 saylı bağın icarəyə verilməsi haqqında 30563 nömrəli xx.xx.2001-ci il tarixli müqavilə ilə İcra Hakimiyyətinin bağlar təsərrüfatı məsələləri üzrə komissiyasının xx.xx.2001-ci il tarixli sərəncamının 825 nömrəli protokolu əsasında hərəkət edən, gələcəkdə “İcarədar” adlanan Cavabdeh2 Ləhiş qəsəbəsində, 0.12 ha bağ sahəsi icarəyə vermişdir.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin ********** qeydiyyat nömrəli xx.xx.2016-cı il tarixli çıxarışa əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 3064 saylı bağ sahəsi Cavabdeh1 mülkiyyətindədir. 4. xx.xx.2020-ci il tarixli etibarnamə ilə Cavabdeh2 ona 30563 saylı müqavilə ilə ayrılmış və faktiki istifadəsində olan ünvan ünvanında yerləşən ümumi sahəsi 1200 kv.m torpaq sahəsindən təyinatı üzrə istifadə etməyi, gələcəkdə qanunla nəzərdə tutulmuş qaydada tam özəlləşdirilməyi və s. hərəktlərin edilməsini xx.xx.2070-ci il tarixədək Cavabdeh1 etibar etmişdir.

5. DƏDRX-nin xx.xx.2020-ci il tarixli çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 3065a saylı bağ sahəsi İddiaçı mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivndə yerləşən 0,112 ha torpaq sahəsindən ibarət olan 3065 a saylı bağ sahəsinə Cavabdeh1 tərəfindən edilən maneənin aradan qaldırılmasına, cavabdeh tərəfindən ona məxsus bağ sahəsinin giriş-çıxış qapısının (darvazasının yeri) daşla hörülmüş yerin onun hesabına sökülərək açılması, bağ sahəsinin 40 metr uzunluğunda bir cərgədə sökülmüş mişar daşların cavabdehin hesabına yerinə tikilərək bərpa edilməsi, bağ sahəsinin giriş-çıxış qapısının (darvazanın) qarşısındakı yolda cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması, onun bağ sahəsinə gələn yolun, giriş-çıxış qapısının qarşısında cavabdeh tərəfindən inşa etdiyi qanunsuz daş hasarın cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmı şdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən 0,112 ha torpaq sahəsindən ibarət olan 3065 a saylı bağ sahəsi onun xüsusi mülkiyyətindədir. Bu barədə adına xx.xx.2020-ci il tarixli dövlət reyestrindən çıxarış vardır. O, bağ sahəsini dörd tərəfdən 1 metr hündürlüyündə daş hasara almışdır. Lakin cavabdeh xx.xx.2021-ci il tarixdə onun bağ sahəsinə gələrək daş hasarın üzərindəki 40 metr uzunluğunda bir daş cərgəni uçurtmuş və uçurtduğu daşlarla onun bağ sahəsinin giriş-çıxış qapısını mişar daşı ilə hörmüş, bağ sahəsinin giriş-çıxış yolunu bağlayaraq orada olan torpaq sahəsini zəbt etmişdir. Cavabdehə onun törətdiyi qanunsuz əməllərlə bağı öz etirazını bildirsə də, əhəmiyyəti olmamış, zəbt etdiyi torpaq sahəsinin sənədlərini nə ona, nə də ki polisə təqdim etməmiş, giriş- çıxış qapısının qarşısındakı yolun guya ki, onun dədə-baba torpağı olduğunu bildirmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində, yəni onun bağ sahəsinin daş hasarını uçurtduğu üçün və giriş-çıxış qapısının yerini hördüyü üçün ona 200 manat məbləğində zərər dəymişdir..

8. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyində aşağıdakılar qeyd olunmuşdur: Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivi 3065 saylı bağ sahəsi İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları massivi 3065 A bağ sahəsinin qərb qonşusudur; Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi 3065 A saylı bağ sahəsinin sxemdə göstərilən mövcud keçid yolu 3065 saylı bağın ərazisidir; Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi 3065 A saylı bağ sahəsinin sxemdə göstərilən mövcud qapısı 3065 saylı bağın ərazisinə açılıb.

9. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 25 may 2022-ci il tarixli, 10/2873 nömrəli rəyində qeyd olunanlar da yuxarıdakı mütəxəssis rəyi ilə eynilik təşkil etmişdir.

10. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən 0,112 ha torpaq sahəsindən ibarət olan 3065 a saylı bağ sahəsindən Cavabdeh2 istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivi 3065 saylı bağ sahəsindən keçməklə eni 3 metr, uzunluğu 51,77 metr (cəmi 0,0154 ha) olmaqla zəruri yola çıxış üçün keçid yolunun verilməsi, həmin keçid yoluna görə 770 manat məbləğində kompensasiyanın ondan tutular aq Cavabdeh2 ödənilməsi, keçid yolu üzərində Cavabdeh1 tərəfindən qanunsuz olaraq inşa edilmiş daş hasarın Cavabdeh1 hesabına sökülməsi, onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivndə yerləşən 0,112 ha torpaq sahəsindən ibarət olan 3065 a saylı bağ sahəsinə Cavabdeh1 tərəfindən edilən maneənin aradan qaldırılmasına, cavabdeh tərəfindən ona məxsus bağ sahəsinin giriş-çıxış qapısının (darvaza yerinin) daşla hörülmüş yerinin sonuncunun hesabına sökülərək açılması, ona məxsus bağ sahəsinin daş hasarının üstündən 40 metr uzunluğunda bir cərgədə cavabdeh tərəfindən sökülmüş mişar daşların Cavabdeh1 hesabına yerinə tikilərək bərpa edilməsi, ona məxsus bağ sahəsinin giriş-çıxış qapısının (darvaza yerinin) qarşısındakı keçid yolunda cavabdehlər tərəfindən edilən maneələrin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizəni onunla əsaslandırmışdır ki, iş üzrə məhkəmə texniki-tikinti ekspertizasının xx.xx.2022-ci il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, ona məxsus 3065 A saylı bağ sahəsinin keçid yolu 3065 saylı bağ sahəsinin ərazisi olduğu və ona məxsus bağ sahəsinin qapısının 3065 saylı bağ ərazisinə açıldığı müəyyən olunur. Həmin bağ sahəsi də X2 və İstismarı Birliyinin xx.xx.2001-ci il tarixli, 30563 saylı müqaviləsi ilə Cavabdeh2 icarəsinə verilmişdir. Mütəxəssis və ekspert rəylərinə əsasən, onun bağ sahəsinin qapısı 3065 saylı bağ sahəsinin ərazisinə açılır. Onun həmin bağ sahəsindən ictimai yola çıxmaq üçün eni 3 metr, uzunluğu 51,77 (cəmi 0,0154 ha) keçid verilmə lidir. Bu barədə sxem də çəkilmişdir. Lakin iş üzrə Cavabdeh1 həmin keçidin ortasında qanunsuz olaraq daş hasar tikmişdir və onun həmin keçiddən istifadə etməyinə açıq-aşkar maneçilik törədir. Həmin torpaq sahəsinin ona heç bir aidiyyətı yoxdur, 3065 saylı torpaq sahəsi Cavabdeh2 icarəsindədir. Ona veriləcək keçidin dəyərinin qiymətləndirilməsi üçün o, “AECS Azərbaycan” qiymətləndirmə konsaltinq xidmətinə müraciət etmişdir. Onların əməkdaşı tərəfindən həmin torpaq sahəsinə baxış keçirilmiş və xx.xx.2022-ci il tarixdə hesabat tərtib edimişdir. Həmin hesabata əsasən Cavabdeh2 məxsus Sabunçu rayonu, Ləhiş bağlar massivi 3065 saylı bağ sahəsinin keçid yolu üçün nəzərdə tutulmuş 0,0154 ha torpaq sahəsinin xx.xx.2022-ci il tarixə olan bazar dəyəri 770 manat təşkil edir. O, keçid üçün həmin kompe nsasiyanı Cavabdeh2 ödəməyə hazırdır. Məhkəmənin nəzərinə çatdırır ki, məhkəmə tikinti ekseprtizasının rəyi məhkəməyə daxil olduqdan sonra bilmişdir ki, onun bağ sahəsinin keçid yolu 3065 saylı bağ sahəsindən keçir, həmin bağ sahəsi də Cavabdeh2 məxsusdur.

12. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********76 saylı sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ massivində yerləşən 0.12 hektar torpaq sahəsi 3065 saylı bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş X3 və İstismarı Birliyi ilə X4 arasında bağlanmış xx.xx.2001- ci il 30563 nömrəli müqavlə arxiv qovluğunda mövcuddur. Həmin müqavilənin qüvvədə olmaması barədə hər hansı məlumat arxiv qovluğunda aşkar olunmamışdır.

13. Sabunçu Rayon Məhkəməsinin 2(008)-377/2022 nömrəli, 2 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (hakim: Nilufər Cəfərli)

14. Məhkəmə iddia tələbinin Cavabdeh2 yönələn hissəsinə (Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən 0,112 ha torpaq sahəsindən ibarət olan 3065 a saylı bağ sahəsindən Cavabdeh2 istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivi 3065 saylı bağ sahəsindən keçməklə eni 3 metr, uzunluğu 51,77 metr (cəmi 0,0154 ha ) olmaqla zəruri yola çıxış üçün keçid yolunun verilməsi, həmin keçid yoluna görə 770 manat məbləğində kompensasiyanın ondan tutularaq Cavabdeh2 ödənilməsi) münasibətdə qeyd etmişdir ki, iddia tələbi ilkin olaraq qeyd edilən hissədə təmin edilə bilməz.

15. Belə ki, mülki iş materiallarına əlavə edilmiş icarə müqaviləsindən də görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 3065 saylı bağ sahəsi qanunvericliyintələbinə uyğun olaraq Cavabdeh2 qanuni istifadəsindədir. Həmiçinin məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın vermiş olduğu rəydən məlum olur ki, iddiaçının mülkiyyətində olan 3065 a saylı bağ sahəsinin mövcud keçid yola hazırki vəziyyətdə keçidi yalnız Cavabdeh2 hazırda qanuni istifadəsində olan 3065 saylı bağ sahəsinin ərazisi olduğu müəyyən edilmişdir. Mülki Məcəllənin 175.1-ci maddəsində nəzərdə tutulmuş zəruri keçid yolunun verilməsi hər iki tərəfin zəruri mənafeylərinə nəzərə alınmaqla aparıla bilər. Hazırki vəziyyətdə iddiaçının tələb etdiyi keçid yolunun cavabdehdən iddiaçının xeyrinə ayrılması, cavabdehin qanuni istifadəsindəki olan torpağa müdax ilə edilmək ilə mülkiyyətin müdafiəsi hüququn pozulmasına gətirib çıxarır.

16. İddiaçı cavabdehə zəruri keçid yolunun ayrılması müqabilində ona 770 manat məbləğində birdəfəlik kompensasiya ödənilməsini tələb etsə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 175-ci maddəsinin məzmunundan da aydın olur ki, birdəfəlik kompensasiyanın ödənilməsi yalnız tərəflərin hər ikisinin razılığı olduğu halda həyata keçirilə bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbinin ilkin hissəsini əhatə edən birdəfəlik kompensasiya ödənilməklə zəruri keçid yolunun ayrılması hissəsində təmin edilə bilməz.

17. Bundan başqa məhkəmə iddia tələbinin Cavabdeh1 Ağarəfi oğluna yönələn hissəsinə (keçid yolu üzərində Cavabdeh1 tərəfindən qanunsuz olaraq inşa edilmiş daş hasarın Cavabdeh1 hesabına sökülməsi, o nun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivndə yerləşən 0,112 ha torpaq sahəsindən ibarət olan 3065 a saylı bağ sahəsinə Cavabdeh1 tərəfindən edilən maneənin aradan qaldırılmasına, cavabdeh tərəfindən ona məxsus bağ sahəsinin giriş-çıxış qapısının (darvaza yerinin) daşla hörülmüş yeri sonuncunun hesabına sökülərək açılması, ona məxsus bağ sahəsinin daş hasarının üstündən 40 metr uzunluğunda bir cərgədə cavabdeh tərəfindən sökülmüş mişar daşların Cavabdeh1 hesabına yerinə tikilərək bərpa edilməsi, ona məxsus bağ sahəsinin giriş-çıxış qapısının (darvaza yerinin) qarşısındakı keçid yolunda cavabdehlər tərəfindən edilən maneələrin aradan qaldırılması) hissəsinə münasibət bildirərk qeyd etmişdir ki, mülki iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixl i etibarnamədən göründüyü kimi Cavabdeh2 ona 30563 saylı müqavilə ilə ayrılmış və faktiki istifadəsində olan ünvan ünvanında yerləşən ümumi sahəsi 1200 kv.m torpaq sahəsindən təyinatı üzrə istifadə etməyi və s. kimi hərəkətlərin edilməsi ilə bağlı Cavabdeh1 Ağarəfi oğluna etibarnamə vermişdir. Hazırdı iddiaçının cavabdehə qadağan edilməsi tələb etdiyi hərəkətlər iddia tələbinin ilkin hissəsini əhatə edən zəruri keçid yolunun ayrılması ilə əlaqədar olduğundan məhkəmə hesab edir ki, nə qədər ki, iddiaçının ilkin tələbi yəni 3065 saylı bağsahəsindən iddiaçının xeyrinə keçid yolu ayrılmamışdır, cavabdehlərin iddiaçıya münüsibətdə həmin keçid yolunun açılmasına maneə olan hərəkətlərin edilməsi qadağan edilə bilməz. Belə ki, qeyd edilən hissə hazırkı vəziyyətdə yalnız cavabdehlərin qanuni istifa dəsindədir. Bundan başqa, məhkəmə iddiaçıya izah etməyi zəruri hesab edib ki, iddiaçı hazırki vəziyyətin aradan qaldırılması üçün onun zəruri yola çıxışını təmin etmək məqsədi ilə məhkəməyə “servitut tələbi” ilə müraciət edə bilər.

18. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.3, 146.1, 146.2, 152.1, 157.2, 157.4, 175.1, 175.2, 225.1 və 225.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 175.1-ci maddəsinə əsasən onun cavabdehin bağ sahəsindən ictimai yola zəruri yol və keçid verilməsini tələb etmək hüququ vardır. Həmin maddədə İddiaçı qonşulardan zəruri yolun ayrılması xahişi deyil, tələb etmək hüququ qeyd edilmişdir. Həmin maddədə qonşunun razılığı tələb olunmur. Lakin məhkəmə əsassız olaraq qətnamədə göstərmişdir ki, keçid yolu hər iki tərəfin razılığı əsasında həyata keçirilə bilər. Həmin maddədə “hər iki tərəfin razılığı olmalıdır” sözü yoxdur. Maddədə keçid yolunun verilməsi üçün kompensasiyanın verilməsi ilə bağlı qarşılıqlı mənafeələrin nəzərə alınması qeyd olunmuşdur. Lakin cavabdehlər keçid yolu üçün müəyyən olunan kompensasiyanın məbləğini mübahisələndirməmişlər. Belə olan halda keçid yolu üçün verilən kompensasiyanın cavabdehə ödənilməsi onun mənafeyinə uyğun olduğunu müəyyən etmək olar. Bundan başqa, ekspert rəyində qeyd olunmuş dur ki, ona məxsus 3065A saylı bağ sahəsinin keçid yolu 3065 saylı bağ sahəsinin ərazisinə düşür. Onun keçid yolu yalnız həmin bağ sahəsindəndir. O, öz bağ sahəsinə daxil ola bilmir, keçid yolu olmadığı üçün ora tikinti materialları gətirə bilmir, orada tikinti işlərini apara bilmir. Məhkəmə habelə əsassız olaraq qətnamədə qeyd etmişdir ki, Cavabdeh2 3065 saylı bağ sahəsinə görə Cavabdeh1 etibarnamə verdiyindən və ona keçid yolu ayrılmadığından maneələr qəbul edilə bilməz. Belə ki, məhkəməyə fotoşəkillər təqdim etmişdir və iddia tələbində bildirmişdir ki, Cavabdeh1 onun xüsusi mülkiyyətində olan 3065 A saylı bağ sahəsinə maneə yaradır, onun bağ sahəsinə gedib-gəlməyinə maneə törədir, bağ sahəsinin daş hasarının üstündən bir cərgədə 40 metr uzunluğunda mişar daşlarını vurub uçurtmuşdur. Lak in məhkəmə onun bu iddia tələbi ilə bağlı qətnamədə öz münasibətini bildirməmişdir. Məhkəmə habelə qeyd etmişdir ki, Cavabdeh2 3065 saylı bağ sahəsinin mülkiyyətçisidir, onun mülkiyyət hüquqları müdafiə olunmalıdır. Halbuki bu belə deyildir, həmin 3065 saylı bağ sahəsi hələ ki dövlət mülkiyyətində olub müqavilə ilə Cavabdeh2 icarəsinə verilmişdir. Müqavilənin müddəti isə çoxdan bitmişdir. Beləliklə də məhkəmə səhv nəticəyə gələrək əsassız qətnamə qəbul etmiş, onun mülkiyyət hüquqularını kobud surətdə pozmuş və ona öz bağ sahəsinə ictimai yola çıxış üçün keçid verməkdən əsassız olaraq imtina etmişdir. Həmin qətnamə qanunsuz olduğundan ləğv olunmalıdır.

21. Cavabdeh1 Ağarəfi oğlu izahatında bildirmişdir ki, o, öz torpaq sahəsindən iddiaçıya yol verməyə razı deyil. Belə ki, o iddiaçıya münasi bətdə qonşuluq etsə də, iddiaçı ona qarşı haqsızlıq etmiş, özbaşına keçid yolu açmışdır. Halbuki, yan tərəfdən iddiaçıya məxsus torpaq sahəsinə giriş-çıxış yolu vardır. O, öz torpaq sahəsinə xeyli xərc qoymuş, torpağı qaldırmış, hasar çəkmişdir.

22. Cavabdeh2 izahatında qeyd etmişdir ki, 3064 saylı bağ sahəsi 2001-ci ildə ayrılmışdır. Həmin torpaq sahəsi ilə bağlı bütün səlahiyyətlərin ötürülməsinə dair onun tərəfindən Ağasi Zəkiyevə 2070-ci ilə qədər etibarnamə verilmişdir. İddiaçı özbaşına, qanusuz olaraq keçid yolu açıb. Hazırki vəziyyətdə cavabdehin qonşunun özbaşınalığından müafiə hüququ var. Torpaq sahəsinə dair 2020-ci ildə çıxarış alınıb. MMnin 175.2-ci maddəsindən müəyyən olunur ki, zəruri keçid müəyyən olunan zaman qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Hüquqlarını müdafiə etdi yi şəxsə 12 sot torpaq sahəsi verilmişdir. Mövqeyi ondan ibarətdir ki, torpaq sahəsinin əvəzində iddiaçı tərəfindən torpaq sahəsi verilsin, eyni zamanda hasarın çəkilməsi üçün verilmiş xərclər iddiaçı tərəfindən ödənilsin. Onların mövqeləri birinci instansiya məhkəməsinin mövqeyi ilə eynidir.

23. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9 aprel 2024-cü il tarixli, 316-16/2-10/8958 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, vahid elektron kadastr baza məlumatlarına əsasən iddia olunan 3065 saylı bağ sahəsi və 3065a saylı bağ sahəsinə keçid kimi nəzərdə tutulmuş hissə qonşu özəl bağ sahələrinə əsasən 3065 saylı bağ sahəsi və bölünənlərinin ərazisinə uyğun gəlir. Vahid elektron kadastr baza məlumatlarına əsasən iddia olunan 3065 saylı bağ sahəsi və 3065a saylı bağ sahəsinə keçi d kimi nəzərdə tutulmuş hissə qonşu özəl bağ sahələrinə əsasən 3065 saylı bağ sahəsi və bölünənlərinin ərazisinə uyğun gəlir.

24. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9 aprel 2024-cü il tarixli, 316-16/2-10/8958 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, vahid elektron kadastr baza məlumatlarına əsasən iddia olunan 3065 saylı bağ sahəsi və 3065a saylı bağ sahəsinə keçid kimi nəzərdə tutulmuş hissə qonşu özəl bağ sahələrinə əsasən 3065 saylı bağ sahəsi və bölünənlərinin ərazisinə uyğun gəlir. Vahid elektron kadastr baza məlumatlarına əsasən iddia olunan 3065 saylı bağ sahəsi və 3065a saylı bağ sahəsinə keçid kimi nəzərdə tutulmuş hissə qonşu özəl bağ sahələrinə əsasən 3065 saylı bağ sahəsi və bölünənlərinin ərazisinə uyğun gəlir. 25. "xxxx" MMC-nin 0181 nömrəli xx.xx.2025-c i il tarixli mütəxəssis rəyinə əsasən, Bakı şəhəri Sabunçu rayonu, Ləhiş bağlar massivi 3065 saylı bağ sahəsində yerləşən, ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin 0.01 ha hissəsinin real bazar qiymətinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təxminən 2.800 manat təşkil etdiyi müəyyən olunmuşdur.

26. Bakı Appellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-44/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iddia tələbinin qismən təmin olunması barədə yeni qətnamə qəbul edilmiş, İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən 0,112 ha torpaq sahəsindən ibarət olan 3065a saylı bağ sahəsinə Cavabdeh2 istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivi 3065 saylı bağ sahəsindən keçməklə eni 3 metr, uzunluğu 51,77 metr (cəmi 0,0154 ha) olmaqla zəruri (avtomobil yolu) yola çıxış üçün keçid yolunun verilməsi, İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən 0,112 ha torpaq sahəsindən ibarət olan 3065a saylı bağ sahəsinin giriş-çıxış qapısının (darvaza yerinin) qarşısındakı keçid yolunda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən edilən maneələrin aradan qaldırılması, keçid yolu üzərində Cavabdeh1 tərəfindən qanunsuz olaraq inşa edilmiş daş hasarın onun hesabına sökülməsi, İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən 0,112 ha torpaq sahəsindən ibarət olan 3065a saylı bağ sahəsinin giriş-çıxış qapısının (darvaza yerinin) daş la hörülmüş yeri Cavabdeh1 hesabına sökülərək açılması, İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən 0,112 ha torpaq sahəsindən ibarət olan 3065a saylı bağ sahəsinin daş hasarının üstündən 40 metr uzunluğunda bir cərgədə Cavabdeh1 tərəfindən sökülmüş mişar daşları onun hesabına yerinə tikilərək bərpa edilsin. İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivndə yerləşən 0,112 ha torpaq sahəsindən ibarət olan 3065a saylı bağ sahəsinə Cavabdeh1 tərəfindən edilən maneələr aradan qaldırılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakimlər - Cəmilə Musayeva (sədrlik edən və məruzəçi), Fuad Abdıyev və Fuad Babayev).

27. Məhkəmə kollegiyası iddianın “xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ lar massivində yerləşən 0,112 ha torpaq sahəsindən ibarət olan 3065 a saylı bağ sahəsindən Cavabdeh2 istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivi 3065 saylı bağ sahəsindən keçməklə eni 3 metr, uzunluğu 51,77 metr (cəmi 0,0154 ha) olmaqla zəruri yola çıxış üçün keçid yolunun verilməsi, həmin keçid yoluna görə 770 manat məbləğində kompensasiyanın ondan tutularaq Cavabdeh2 ödənilməsi” hissəsi ilə qismən razılaşaraq aşağıdakıları qeyd etmişdir:

28. Mübahisə, avtomobil yolundan iddiaçının daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə adına qeydiyyata alınmış torpaq sahəsinə Cavabdeh2 icarəsinə verilmiş torpaq sahəsindən keçid yolu kimi istifadə etməsindən qaynaqlanmışdır. İddiaçının iddianın qanuni əsası olaraq Mülki Məcəllənin 175-ci maddəsinə əsaslanmasına baxmayaraq birinci instansiya məhkəməsi tərəfindən iddiası əsaslı sayılmamaqla iddiaçıya hazırki vəziyyətin aradan qaldırılması üçün, yəni onun zəruri yola çıxışının təmin edilməsi üçün məhkəməyə “servitut tələbi” ilə müraciət etməsi izah edilmişdir.

29. Beləliklə iş materiallarından göründüyü kimi iddiaçı məhkəməyə müraciət edərək mülkiyyətində olan torpaq sahəsindən istifadəsinin məhdudlaşdırılmasını aradan qaldırmaq üçün torpaq sahəsinə maneəsiz gediş-gəlişin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hesab edir ki, Cavabdeh2 istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivi 3065 saylı bağ sahəsindən keçid verilməsinin tələb edilməsi daha yolveriləndir. Cavabdeh isə iddiaçının mübahisələndirdiyi yolun onun torpaq sahəsindən keçdiyini, gediş-gəlişin b u formada təmin edilməsinin onun torpağa olan hüququnu məhdudlaşdıracağını qeyd edir.

30. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh2 istifadəsinə verilmiş Ləhiş qəsəbəsində, 0.12 ha bağ sahəsinə hüququnun itməsinin hansısa qaydada rəsmiləşməsi (müqavilənin hüquqi qüvvədən düşməsi/salınması, sahənin başqa şəxsin istifadəsinə keçməsi, bu barədə lazımi qurumların məlumatlandırılması, icazənin alınması və s.) iş materiallarından müəyyən edilmir. Cavabdeh1 - müvafiq etibarnaməyə əsasən mübahisəli torpaq sahəsinin sahibliyinə verildiyinə dair dəlili ilə əlaqədar isə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hüquqi vəziyyəti qanunvericiliklə nəzərdə tutulan qaydada rəsmiləşdirilməsi vacib hesab edilən torpaq sahəsi ilə bağlı müəyyən hərəkətlərin həyata keçirilməsinə dair Cavabdeh 2 tərəfindən digər Cavabdeh1 verilmiş etibarnamə onların arasında alqı-satqı müqaviləsinin baş tutmasının sübutu kimi qəbul edilməsi yolverilməzdir. Çünki etibarnamənin təyinatı fərqlidir və əmlakın adına özgəninkiləşdirilməsinə dair hər hansı öhdəliyin cavabdeh tərəfindən üzərinə götürülməsi həmin etibarnamədə göstərildiyi müəyyən edilməmişdir.

31. Bu səbəbdən zəruri keçid ayrılmasını tələb etmək hüququnun tanınması barədə tələbin məhz Cavabdeh1 münasibətdə deyil, Cavabdeh2 münasibətdə yönəldilməsini məhkəmə kollegiyası tərəfindən haqlı sayılmışdır.

32. Məhkəmə kollegiyası hesab edib ki, hazırkı məsələnin düzgün həlli üçün sahiblik hüququ qonşuluq hüququ çərçivəsində bu hüquqların məhdudlaşdırılma imkanları və tərəflərin öhdəlikləri nəzərdən keçirilməlidir. Belə ki, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər.

33. Bununla belə bu hüquq mütləq olmayıb, qanunda nəzərdə tutulmuş hallarda onun məhdudlaşdırılması imkanı da vardır. Belə ki, qanunvericilikdə sosial öhdəliklərə səbəb olması, sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədilə, başqa şəxslərin və cəmiyyətin maraqları naminə, qanunla nəzərdə tutulmuş şərtlər çərçiv əsində sahiblik hüququnun məhdudlaşdırılması, şəxsin bu hüquqdan məhkəmə qərarı ilə məhrum edilməsinin mümkünlüyü açıqca təsbit olunmuşdur. Məhdudlaşdırmanın yolverilən sayılması üçün bu hüquqa müdaxilənin varlığı, müdaxilənin qanunda nəzərdə tutulması, qanuni məqsəd daşıması (cəmiyyətin maraqlarına xidmət etməsi) və haqq qazandırıla bilən (zəruri və mütənasib) olması vacibdir. Bu şərtlərə cavab verən bir məhdudlaşdırma mülkiyyət hüququna qanunsuz müdaxilə hesab edilmir.

34. Yuxarıda qeyd olunanları hazırkı işə tətbiq etdikdə aydın olur ki, iddiaçı mübahisəli torpaq sahəsinin bir hissəsindən yol kimi istifadə etmək niyyəti üçün cavabdehin sahiblik hüququna müdaxilə halı mövcuddur. Bununla belə, həmin müdaxilənin qanunda nəzərdə tutulması və qanuni məqsəd daşıması, cavabdehin həddən artıq m əhrumiyyətə məruz qalıb-qalmaması da yoxlanılmalıdır. Belə ki, müvafiq hüququn məhdudlaşdırılmasının qanunda nəzərdə tutulmuş əsaslarından biri özgənin sahibliyində olan sahədən zəruri yol və keçidin verilməsidir.

35. Belə ki, Mülki Məcəllənin 175-ci maddəsinə görə, əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər.

36. Beləliklə mülkiyyət, o cümlədən sahiblik hüququnun məhdudlaşdırılmasının qanunda nəzərdə tutulmuş əsaslarından biri özgənin sahibliyində olan sahədən zəruri yol və keçidin verilməsidir. Mülki Məcəllənin 175-ci maddəsinə görə, əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o, tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar.

37. Göründüyü kimi, qonşuluq hüququ çərçivəsində, yəni başqa torpaq mülkiyyətçisinin hüquq və mənafelərinin təmin olunması məqsədilə mülkiyyətçinin torpaq sahəsindən keçid yolunun ayrılması imkanı qanunda nəzərdə tutulmuşdur. Bu qayda mülkiyyətin sosial funksiyasından irəli gələn qanuni məhdudlaşdırma əsaslarından biridir.

38. Baxılan işdə də verilmiş ekspert və mütəxəssis rəyləri əsasında iddiaçının mülkiyyətində olan torpaq sahəsinə ərazinin cari vəziyyətində avtomobil yolunun mövcud olmadığı, həmçinin ümumi yoldan iddiaçıya məxsus torpaq sahəsinə yolun başqa tərəfdən açılmasının mümkün olmadığı müəyyən edilmişdir.

39. Beləliklə məhkəmə kollegiyası iddiaçıya cavabdehin mülkiyyətində olan torpaq sahəsindən keçid verilməsinin zəruriliyini müzakirə edərək hesab edir ki, ümumi avtomobil yolundan iddiaçının mülkiyyətində olan torpaq sahəsinə giriş və çıxışın olmadığı, iddiaçının torpağına gedən başqa, daha uyğun olan yolu olmadığı nəzərə alınmaqla, iddiaçıya zəruri keçidin mübah isəli sahədən (keçid ilə bağlı bölgü sxemdə əks olunan formada) verilməsi əsaslı hesab edilməli, iddiaçının başqa yolu olmadığına görə zəruri keçidlə təmin edilməsi məsələsi məhz Mülki Məcəllənin 175.1-ci maddəsində nəzərdə tutulan qaydada həll edilməlidir.

40. Bununla belə qeyd edilməlidir ki, iddiaçıya, mülkiyyətində olan torpaq sahəsindən ictimai yola zəruri keçidin olmaması qonşuya qarşı, ilk növbədə keçid verilməsi daha yolverilən olan qonşuya qarşı tələb irəli sürmək hüququ verilsə də, qanunvercilikdə qonşunun mülkiyyətində olan torpaq sahəsinin hesabına zəruri yolun (keçidin) verilməsinin əvəzsiz olması nəzərdə tutulmamışdır. Mülki Məcəllənin 175.2-ci maddəsində torpaq sahələrindən zəruri yol keçəcək qonşulara birdəfəlik, yaxud da vaxtaşırı kompensasiya ödənilməli olması təsbit edil mişdir

41. Məhkəmə kollegiyası bildirmişdir, zəruri keçid müəyyənləşdirilərkən tərəflərin qarşılıqlı mənafeləri nəzərə alınmalıdır. Belə ki, məqsədə çatma vasitəsi kimi hər hansı hüququn məhdudlaşdırılma dərəcəsi həmin məqsədə uyğun olmalı və hədsiz olmamalıdır. Tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyi təmin olumalıdır. Əgər müvafiq şəxs xüsusi və həddən artıq məhrumiyyətə məruz qalıbsa, mütənasibliyin müəyyən edilməsindən söhbət gedə bilməz.

42. İşdən görünür ki, iddiaçı cavabdeh qonşudan torpaq sahəsindən ictimai yola zəruri keçidin verilməsini tələb etmək hüququndan istifadə edərkən, bunun əvəzində birdəfəlik qaydada kompensasiya ödənilməsini təklif etmişdir. Məhkəmə kollegiyası da bu məsələni müzakirə edərək, təklif edilən kompensasiya məbləğinin müvaf iq ərazidə torpağın hazırkı bazar qiymətlərinə uyğun olmadığını nəzərə almış, qeyd edilən halı aydınlaşdırmaq məqsədilə yenidən qiymətləndirmənin aparılmasını labüd hesab etmişdir

43. İşin apellyasiya baxışı zaman alınmış "xxxx" MMC-nin mütəxəssis rəyinə əsasən Bakı şəhəri Sabunçu rayonu, Ləhiş bağlar massivi 3065 saylı bağ sahəsində yerləşən, ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin 0.01 ha hissəsinin real bazar qiymətinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təxminən 2.800 manat təşkil etdiyi müəyyən olunmuşdur.

44. İddiaçı cavabdehin xeyrinə həmin məbləğdə kompensasiya ödəməyə razı olduğunu qeyd etmişdir. Buna baxmayaraq, cavabdeh iddiaçının təklif etdiyi kompensasiya məbləğinin kifayət olmadığını qeyd etməklə, kompensasiyanın bu məbləğdə və qaydada ödənilməsi ilə razılaşm adığını ifadə etmişdir.

45. Məhkəmə kollegiyası qanunvericiliklə keçid yolun verilməsi üçün qonşu torpaq sahəsinin mülkiyyətçisinin (qanuni sahibinin) hüququnun məhdudlaşdırılmasının yolverilən olduğunu, mülkiyyətçiyə bu cür tələb irəli sürmək hüququnun verildiyi, qonşunun mülkiyyətində olan torpaq sahəsinin hesabına zəruri yolun (keçidin) verilməsinin əvəzsiz olmasının isə nəzərdə tutulmadığını vurğulayaraq qeyd edib ki, cavabdehin torpaq sahəsindən istifadə hüququnun kompensasiya ilə məhdudlaşdırılması mümkün sayıldığı təqdirdə, iddiaçının təklif etdiyi məbləğin ödənilməsi qaydası həm də cavabdehin mülahizəsindən asılı edilməli, bu məsələ hər iki tərəfin mənafeyinə uğun həll edilməlidir

46. Belə ki, Mülki Məcəllənin 175.2-ci maddəsində torpaq sahələrindən zəruri yol keçəcək qonşulara kom pensasiya ödənilməsi nəzərdə tutulmuşdur. Kompensasiyanın birdəfəlik ödəniş şəklində verilməsi isə yalnız tərəflər arasında əldə olunan razılaşmaya əsasən mümkün olduğu qeyd edilmişdir. Göründüyü kimi, iddiaçının müvafiq təklifi bu kateqoriyadan olan mübahisələrin yekun həlli üçün kifayətedici deyil. Bu zaman məhkəmə tərəfindən müəyyən olunmuş kompensasiyanın ödənilməsi qaydası barədə cavabdehin razılığının olub-olmaması nəzərə alınmalıdır

47. Məhkəmə kollegiyası hazırkı mübahisənin iddiaçının təklif etdiyi qaydada, yəni birdəfəlik 2.800 manat məbləğində kompensasiya ödənilməklə həll edilməsini, hüquqları məhdudlaşdıran cavabdehin razılığı olmadığınıdan, mümkün saymamışdır. Belə ki, məhkəmə kollegiyası cavabdehin qanuni əsaslarla hüququnun məhdudlaşdırılması üçün yetərli kompensasiya məblə ğini müəyyən etsə də, yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, bu özlüyündə iddiaçı tərəfindən həmin məbləğin ödənilməli olması barədə qərar qəbul etmək üçün əsas deyildir.

48. Kollegiya cavabdehin təklif olunan məbləğin birdəfəlik kompensasiya olaraq qəbul etməsinə razılıq verməməsi, iddianın rədd edilməsi üçün əsas olmadığını qeyd etmiş, ona gələcəkdə məhkəmədənkənar qaydada, yaxud da məhkəməyə müraciət etməklə, zəruri keçidin verilməsi məqsədilə məhdudlaşdırılmış hüququn kompensasiya olunması üçün məhz seçdiyi və ədalətli hesab etdiyi formada kompensasiya ödənilməsi barədə tələb irəli sürmək hüququnun olmasını izah etmişdir. Məhkəmə kollegiyasının mövqeyinə görə mübahisənin bu formada həlli işin hallarına və iddiaçı ilə cavabdehin qanunla qorunan hüquqlarının təmin edilməsi baxımından hər iki tərəfin mənafeyinə uyğundur.

49. İddianın digər hissəsi - keçid yolu üzərində Cavabdeh1 tərəfindən qanunsuz olaraq inşa edilmiş daş hasarın Cavabdeh1 hesabına sökülməsi, onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivndə yerləşən 0,112 ha torpaq sahəsindən ibarət olan 3065 a saylı bağ sahəsinə Cavabdeh1 tərəfindən edilən maneənin aradan qaldırılması, cavabdeh tərəfindən ona məxsus bağ sahəsinin giriş-çıxış qapısının (darvaza yerinin) daşla hörülmüş yerinin sonuncunun hesabına sökülərək açılması, ona məxsus bağ sahəsinin daş hasarının üstündən 40 metr uzunluğunda bir cərgədə cavabdeh tərəfindən sökülmüş mişar daşların Cavabdeh1 hesabına yerinə tikilərək bərpa edilməsi ilə əlaqədar məhkəmə kollegiyası hesab etmişdir ki, sözügedən iddia tələ blərinin dəyərləndirilməsi Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən aparılmalıdır. Həmin maddənin məzmununa görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

50. Yuxarıda qeyd edilən hallardan göründüyü kimi, İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları massivi 3065a bağ sahəsinin ərazinin mövcud vəziyyətində avtomobil yolunun olmadığı, həmçinin ümumi yoldan iddiaçıya məxsus torpaq sahəsinə yolun başqa tərəfdən açılmasının mümkün olmadığı, keçid verilməsinin Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları massivi 3065 bağ sahəsinin sahibi olan Cavabdeh2 tələb edilməsi daha yolverilən olduğu müəyyən edilmişdir.

51. Həmçinin müəyyən edilmişdir ki, Cavabdeh2 istifadəsinə verilmiş Ləhiş qəsəbəsində, 0.12 ha bağ sahəsinə Cavabdeh1 hər hansı aidiyyəti yoxdur. O, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivi 3064 saylı bağ sahəsinin mülkiyyətçisidir və bu bağ sahəsi İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları massivi 3065a bağ sahəsinin şimal qonşusudur. İddiaçı sökülmüş darvazanı qeydiyyatdan keçməyən 3065 saylı bağ sahəsindən nəzərdə tutduğu keçidin sərhəddində qurmuşdur.

52. Buna baxmayaraq Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivi 3064 saylı bağ sahəsinin mülkiyyətçisi olan Cavabdeh1 iddiaçıya verilməsi nəzərdə tutulan keçid yolu üzərində daş hasarı inşa etmiş, iddiaçıya məxsus bağ sahəsinin giriş-çıx ış qapısını (darvaza yerini) sökmüş, həmçinin iddiaçı tərəfindən hörülmüş daş hasarının üstündən 40 metr uzunluğunda bir cərgədə mişar daşlarını sökmüşdür. Qeyd edilən hərəkətləri törətdiyini Cavabdeh1 etiraf etmişdir. Belə ki, o, Cavabdeh2 tərəfindən verilmiş etibarnaməyə əsasən özünü həm də Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivi 3065 saylı bağ sahəsinin qanuni sahibi sayaraq yuxarıda göstərilən formada davranmaqla iddiaçının qanunsuz hərəkətlərinə son qoyulmasına nail olmağa çalışmışdır.

53. Cavabdehin törətdiyi pozuntudan iddiaçının əşya hüquqlarını neqator iddia vasitəsilə müdafiə etməsinin mümkün olması ilə məhkəmə kollegiyası razılaşaraq qeyd edib ki, neqator iddia sahiblikdən məhrum edilməklə əlaqədar olmayan pozuntuların aradan qaldırılması barədə iddiadır. Neqator iddia mülkiyyətçinin ona məxsus olan əmlakdan istifadə və onun üzərində sərəncam səlahiyyətlərinin həyata keçirilməsinə mane olan pozuntuların aradan qaldırılması haqqında üçüncü şəxsə qarşı irəli sürdüyü müqavilədənkənar tələbdən ibarətdir. Neqator iddia habelə mülkiyyət hüququnun həyata keçirilməsinə yönələn maneə təhlükəsinin olması imkanları olduqda da qaldırıla bilər. Neqator iddanın məqsədi mülkiyyətçinin və digər titul sahibinin əşyaya sahiblikdən məhrumetmə ilə bağlı olmayan digər salahiyyətlərini (istifadə və sərəncam səlahiyyətini) müdafiə etməklə, pozulmuş hüquqları bərpa etməkdən ibarətdir.

54. Bu iddiadan üç məqsəd güdülür: birincisi, hüququ pozulmuş hərəkətlərin qarşısını almaq; ikincisi, gələcəkdə mülkiyyət hüququnun pozulmasına gətirib çıxara biləcək hərəkətlərin qarşısını qabaq cadan almaq (preventiv məqsəd); üçüncüsü, hüququn pozulması anına kimi mövcud olan vəziyyəti bərpa etmək üçün müəyyən hərəkət etməyi cavabdehə həvalə etmək. neqator iddia təmin edildikdə pozuntu törədən şəxsin üzərinə yaratdığı maneəni aradan qaldırmaq vəzifəsi qoyulur. Bu vəzifənin icra edilməsi nəticəsində mülkiyyətçi əşya barəsində istifadə və sərəncam səlahiyyətlərini həyata keçirmək imkanı əldə edir. İddiaçının məhkəməyə bildirdiyi faktiki hallar, həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğundur. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

55. Cavabdeh2 (Vəkil2) kassasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etm işdir.

56. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 175.1-ci maddəsində nəzərdə tutulan zəruri keçid yolunun verilməsi hər iki tərəfin zəruri mənafeyi nəzərə alınmaqla aparıla bilərdi. Hazırkı vəziyyətdə iddiaçının tələb etdiyi keçid yolunun cavabdehdən iddiaçının xeyrinə ayrılması, cavabdehin qanuni istifadəsində olan torpağa müdaxilə edilmək ilə mülkiyyətin müdafiəsi hüququnun pozulması ilə nəticələnmişdir.

57. İş üzrə verilmiş bütün ekspert və mütəxəssis rəylərində qeyd olunmuşdur ki, bağ sahələrinin arxiv cizgisi və bölgüsü olmadığından keçid yolunun 3065 saylı bağ sahəsinin ərazisinin hansı hissəsindən keçdiyini aydınlaşdırmaq mümkün olmamışdır və bununla bağlı hər iki tərəfin qarşılıqlı razılığı əsasında notarial qaydada keçid yolu nəzərə alınmaqla faktiki vəziyyətə uyğun bölgü sxemi təqdim olunması məqsədəuyğundur. Lakin işə baxan məhkəmə kollegiyası ekspert rəyinin həmin hissələrinə düzgün hüquqi qiymət verməmişdir.

58. Cavabdehlər tərəfindən edilən maneələrin aradan qaldırılması ilə bağlı tələb, iddia tələbinin ilkin hissəsini əhatə edən zəruri keçid yolunun ayrılması ilə əlaqədar olduğundan, ilkin tələb təmin olunmadığı halda cavabdehlərin iddiaçıya münasibətdə həmin keçid yolunun açılmasına maneə olan hərəkətlərin də edilməsi qadağan edilə bilməzdi. Lakin işə baxan məhkəmə tərkibi buna da düzgün hüquqi qiymət verməmiş, birinci instansiya məhkəməsinin qətnaməsini əsassız olaraq ləğv etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

59. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikas ının Mülki Məcəlləsi

60. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

61. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

62. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

63. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hü ququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

64. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar,bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

65. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

66. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

67. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə t ələb edə bilər.

68. Maddə

159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.

69. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.

70. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər.

71. Maddə 169.1. Bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər.

72. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülk iyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.

73. Maddə 175.1. Əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə a lınmalıdır.

74. Maddə 175.2. Sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər.

75. Maddə 175.3. Əgər torpaq sahəsi ilə artıq mövcud olmuş əlaqə xətləri mülkiyyətçinin özbaşına hərəkətləri nəticəsində ləğv edilərsə, zəruri yola və ya birləşdirici xəttə dözmək vəzifəsi əmələ gəlmir.

76. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

77. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya bunalazımi icazələr alm adan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

78. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

79. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yo l verilmir.

81. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

82. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

83. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş m ateriallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

84. Cavabdeh2 kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini mübahisələndirdiyi üçün kollegiya qətnaməni ona münasibətdə yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

85. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edil mir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

86. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

87. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmı şdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, iddianı rədd edən brinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırmasını təşkil edirdi və apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qismən ləğv etməklə, həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

88. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkə məsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

89. Kassasiya şikayətinin dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

90. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

91. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu madd ələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-44/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar