Məhkəmə qərarları › İş №2(001)-1524/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1524/2023

06.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1524/2023 06.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 20 oktyabr 1969-cu il təvəllüdlü X1nun 16 noyabr 2022-ci il tarixində ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 20 oktyabr 1969-cu il təvəllüdlü X1 16 noyabr 2022-ci ildə ölmüşdür. Bu günə qədər də ölümü təsdiq edən sənədi almamışdır. Bəzi sənədləşmə işləri üçün ölüm haqqında şəhadətnamənin alınması zərurəti yaranmışdır. Bu barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhəri Baş Səhiyyə İdarəsinin şəhər poliklinikasına və Qeydiyyat Şöbəsinə yazılı ərizə ilə müraciət etmişdir. Lakin poliklinika arayışın, qeydiyyat şöbəsi ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Eyni zamanda öz imtina ərizəsində bu barədə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin Maraqlı şəxs məhkəməyə ərizə göndərərək ərizənin təmin edilməsinə etiraz etmədiklərini, işin həllini məhkəmənin mülahizəsinə buraxdıqlarını qeyd etmişlər. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin məhkəməyə gəlməsini məcburi hesab etməmiş və işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatına, şahidlərin ifadələrinə, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə vermiş X7 ifadəsində bildirmişdir ki, o, mərhum X3 və Ərizəçi bacısıdır. X1 uzun müddət Rusiya Federasiyasında yaşamışdır. Qardaşı ağciyər xərçəngi xəstəliklərindən əziyyət çəkirdi. Mərhum qardaşı xx.xx.2022-ci ildə ünvan 1 ünvanında yerləşən yaşadığı evdə ölmüş və onu Binəqədi qəbirstanlığında dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Quliyev Hicran Bahadur oğlu ifadəsində bildirmişdir ki, mərhum X8 onun xalası oğludur. Xalası oğlu X8 ağciyər xərçəngi xəstəliyindən əziyyət çəkirdi . xx.xx.2022-ci il tarixdə Bakı şəhərində yaşadığı evdə qəflətən rəhmətə getmiş və Binəqədi qəbirstanlığında dəfn edilmişdir. O, dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X4 ifadəsində bildirmişdir ki, ərizəçi onun dayısı oğludur. Dayısı oğlu X8 ağciyər xərçəngi xəstəliklərindən əziyyət çəkirdi və xx.xx.2022-ci il tarixdə Bakı şəhərində yaşadığı evdə qəflətən rəhmətə getmişdir. O,dəfn və yas mərasimlərində iştirak etmişdir. İş materiallarında olan AЗ seriyalı ******* nömrəli və AЗ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, xx xxxx 1960-cı il təvəllüdlü Ərizəçi və 20 oktyabr 1969-cu il təvəllüdlü X3 atası X9, anası X2r. İş materiallarında olan AZE seriyalı 06675998 №-li Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1969-cu ildə Ağdam rayonunda anadan olmuşdur. İş materiallarında olan Bakı şəhəri Təcili və X5 Stansiyasının xx.xx.2022-ci il tarixli Ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, həmin günü saat 17:20-də ünvan 1 ünvanına X3 adına çağırış olmuş və çağırış yerinə gələndə, çağırış ünvanında kişi cinsli meyit aşkar olunmuşdur. İş materiallarında olan Binəqədi rayonu Binəqədə qəsəbə bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X8 xx.xx.2022-ci il tarixdə Binəqədi rayonunun, Binəqədi qəsəbəsinin “Kənd” qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri üzrə İdarəetmə Birliyi” X16 “Bakı şəhər Baş Səhiyyə Mərkəzi” X16 35 №-li Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli 290 №-li məktubundan görünür ki, vətəndaş Ərizəçi xx.xx.2022-ci il tarixdə xx.xx.1969-cu il təvəllüdlü qardaşı mərhum X6 ölüm haqqında tibbi şəhadətnamə almaq üçün poliklinikaya müraciət etmişdir. Qardaşı uzun müddət Rusiya Federasiyasında yaşamış 16 noyabr 2022-ci il tarixdə ünvan 4 ünvanında vəfat etmişdir. Mərhumun şəxsiyyət vəsiqəsi olmadığına görə qardaşı vəsiqənin surətini təqdim etmişdir. Şəxsiyyət vəsiqəsi olmadığı və etibarlılıq müddəti bitdiyinə görə müəssisələri tərəfindən mərhuma ölüm haqqında tibbi şəhadətnamə vermək mümkün olmamışdır. İş materiallarında olan Maraqlı şəxsndən verilmiş 26 noyabr 2022-ci il tarixli məktubdan görünür ki, Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməsi olmadığı üçün X3 ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə hesab edir ki, xx.xx.1969-cu il təvəllüdlü X3 xx.xx.2022-ci il tarixdə, Bakı şəhərində vəfat etməsi faktı təqdim olunmuş sübutlarla tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd, ərizəçiyə sənədləşmə işləri üçün tələb olunur və qeyd olunanlara əsasən ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1969-cu il təvəllüdlü X3 xx.xx.2022-ci ildə Bakı şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilsin. Qətnamə xx.xx.1969-cu il təvəllüdlü X3 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar