Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1541/2025 07.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs1 və Bakı şəhəri 2 saylı Mediasiya Təşkilatı cəlb edilməklə “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, MŞB/2-04063 nömrəli, xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onunla cavabdeh Maraqlı şəxs1 arasında mediasiya mərhələsində MŞB/3-04063 nömrəli barışıq sazişi bağlanmışdır. Medatorun iştirakı ilə mübahisənin müzakirəsi zamanı Maraqlı şəxs1 ilə müəyyən razılaşmaları (Maraqlı şəxs1 ilə birgə nikahlarından doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X1 ananın himayəsinə verilməsinə və 18 yaşına qədər saxlanması üçün Maraqlı şəxs1 hər ay Muxtarova (Quliyeva) Leyla Mədəd qızına 250 manat məbləğində alimentin ödənilməsinə dair öhdəlik götürmüşdür) olmuşdır. Lakin Maraqlı şəxs1 barışıq sazişini alimentin ödənilməsi hissəsində bu günə kimi icra etməmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi izahatında bildirmişdir ki, cavabdeh barışıq sazişində təyin olunan alimenti ödəməmişdir. Nikahın pozulmasına razılığı olmasa da, aralarında olan nikah pozulmuşdur. Nikahın pozulmasına dair cavabdehin tələbi Füzuli Rayon Məhkəməsinin 2(064)-880/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə təmin edilmişdir. Keçirilən məhkəmə iclaslarından xəstəxanada müalicə alması səbəbindən iştirak edə bilməmişdir. Barışıq sazişi 2023-cü il tarixində bağlansa da, maddi imkanına görə təsdiqi üçün məhkəməyə müraciət edə bilməmişdir. İşə qəbul olunduqdan sonra, məhkəməyə müraciət və vəkildən hüquqi yardım almaq üçün vəsait toplamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclasında iştirak etməmiş, nümayənədələrinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişlər və maraqlı şəxslərin işitrakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Bakı şəhəri 2 saylı Mediasiya Təşkilatı mediator G.M.Qulizadə tərəfindən məhkəmənin sorğusuna verilən xx.xx.2025-ci il tarixli № 026 saylı cavab məktubunda göstərilir: vətəndaşlar X6 və Maraqlı şəxs1 müraciəti əsasında Bakı 2 saylı Mediasiya Təşkilatında onun mentorluğu ilə ailə mübahisəsinə dair xx.xx.2023-cü il tarixində tam mediasiya prosesi keçirilmiş və tərəflər arasında saziş imzalanmışdır. Lakin texniki səhv nəticəsində barışıq sazişində xx.xx.2023-ci il tarixi əvəzinə xx.xx.2024-cü il kimi qeyd edilmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək, onlara məcmu halda hüquqi qiymət verib, belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Belə ki, Maraqlı şəxs1 (birinci tərəf) ilə X9 (ikinci tərəf) arasında mediasiya prosesində bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi aşağıdakı şərtləri özündə ehtiva edir:
1. Tərəflər aralarında bağlanılmış nikahın davam etdirilməməsi barədə razılığa gəlirlər.
2. Tərəflər razılığa gəldilər ki, aralarında Xəzər rayon qeydiyyat şöbəsində 26 yanvar 2021-ci il tarixdə bağlanmış, akt qeydləri kitabında 01 nömrə ilə qeydə alınmış nikahın onlara barışıq üçün vaxt verilmədən pozulması üçün aidiyyəti üzrə məhkəməyə müraciət etsinlər.
3. Tərəflər razılığa gəldilər ki, birgə nikahdan doğulan xx.xx.2020-ci il təvəllüdlü X4 anası X2 himayəsində saxlanılsın.
4. Tərəflər razılığa gəldilər ki, birgə nikahdan doğulan xx.xx.2020-ci il təvəllüdlü X1 18 yaşa qədər saxlanılması üçün X3 yanvar 2024-cü il tarixdən başlayaraq, hər ay 250 manat alimenti X2 bank hesabına ödəsin. 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 511333 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs1 ilə X5 arasında olan nikah Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi əsasında pozulmuş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixinə 275 № ilə qeyd edilmişdir. Göründüyü kimi, tərəflər arasında nikahın pozulması, uşaqların yaşayış yerinin müəyyən edilməsi və alimentlə bağlı mediasiya prosesində xx.xx.2023-cü il tarixli barışıq sazişi imzalanmışdır. Lakin sazişin tarixi texniki yanlışlıqla xx.xx.2024-cü il kimi qeyd edilmişdir. Sazişin şərtinə əsasən X3 birgə nikahdan doğulan xx.xx.2020-ci il təvəllüdlü X1 18 yaşa qədər saxlanılması üçün yanvar 2024-cü il tarixdən başlayaraq, hər ay 250 manat alimenti X2 bank hesabına ödəməyə razılaşsa da, hazırda sazişin şərtlərini yerinə yetirmir. Ərizəçi isə maddi durumu ilə əlaqədar olaraq daha əvvəl barışıq sazişinin təsdiqi üçün məhkəməyə müraciət edə bilmədiyini bildirir. Odur ki, mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədiyindən Ərizəçi mediasiya prosesində bağlanmış barışıq sazişinin alimentin ödənilməsi hissəsində məcburi icrasi üçün təsdiq edilməsi barədə ərizəsi aşağıda qeyd edilən normalara görə əsaslı hesab edilməklə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə əsasən Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in, 217-ci, 355-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. Maraqlı şəxs1 (birinci tərəf) ilə X9 (ikinci tərəf) arasında mediasiya prosesində bağlanmış MSB/2-04063 saylı, xx.xx.2023-cü il tarixli barışıq sazişinin dördüncü bəndi təsdiq edilsin, barışıq sazişi birgə nikahdan doğulan xx.xx.2020-ci il təvəllüdlü X1 18 yaşa qədər saxlanılması üçün yanvar 2024-cü il tarixdən başlayaraq, hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində alimentin Maraqlı şəxs1 tutularaq X2 bank hesabına ödənilməsi hissəsində məcburi icraya yönəldilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev