Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1549/2024 08.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə Ərizəçi İddiaçı (Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə) “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı nümayəndəsi və vəkili vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1957-ci ildə anadan olmuş, ünvan 1 ünvanda qeydiyyatda olan X2 xx.xx.2022-ci il tarixdə, saat 15:20-də vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı 25 dekabr 1982-ci ildə nikahını dövlət orqanlarında rəsmi qaydada qeyd etdirməklə X5 ilə ailə qurmuşdur. X13 xx.xx.2022-ci ildə özünü pis hiss etdiyinə görə, o, təcili tibbi yardım stansiyasına müraciət etmiş, lakin Tibbi yardım həkimləri gələnə qədər arvadı vəfat etmişdir. Bu barədə ona təcili tibbi yardım stansiyasının 16 saylı bölməsinin həkimləri tərəfindən 12 oktyabr 2022-ci ildə sorğuya cavab arayışı verilmişdir. Həmin sənədi o, yaşayış yeri üzrə 35 nömrəli Poliklinikaya təqdim etmişdir. Lakin, mərhum Polexina Asiyanın poliklinikaya müraciət etmədiyi əsas götürülərək ona tibbi şəhadətnamə verilməsindən imtina edilmişdir. Həmin sənədləri o, Maraqlı şəxsnə təqdim etsə də, ona ölüm haqqında şəhadətnamə verməkdən imtina edilmişdir. Ölüm haqqında şəhadətnamənin başqa qaydada alınması mümkün deyildir. Ölüm haqqında şəhadətnamə ona vərəsəlik hüquqlarının, o cümlədən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə, sərəncam vermək üzrə hüquqlarının həyata keçirilməsi üçün lazımdır. Belə ki, ölüm haqqında şəhadətnamə hüquqi əhəmiyyətli faktı müəyyən edən, hüquq münasibətlərinin yaranmasına, dəyişməsinə və xitam olunmasına əsas olan hüquqi sənəd olduğundan xüsusi əhəmiyyətə malikdir. Hüquqi savadsızlığı səbəbindən aidiyyat qaydalarına riayət edilməyərək İddiaçı cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” publik hüquqi şəxsi 35 saylı Şəhər Poliklinikasına qarşı imtina ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi və tibbi şəhadətnamənin verilməsi barədə iddia tələbi ilə səhvən Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6243/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan apellyasiya şikayəti verilsə də, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-3164/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmişdir. İddia tələbini rədd edən hər iki məhkəmə instansiyasının qənaəti ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən hüquqi müdafiə vasitəsi düzgün seçilməmiş (aidiyyat qaydaları pozulmuş) və iddiaçının arvadının ölüm faktının müəyyən edilməsi ilə bağlı mülki məhkəmə icraatı qaydasında (hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi qaydasında) aidiyyəti üzrə ümumi məhkəmədə (rayon (şəhər) məhkəməsi) müraciət etmək hüququ vardır. Bundan sonra da iddiaçı AR Ədliyyə Nazirliyinin 1 saylı Bakı ASAN Xidmət Mərkəzindəki Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin şöbənin xx.xx.2023-cü il tarixli məktubu ilə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Ona görə hesab edirik ki, hüquqi əhəmiyyətli fakt olmaqla, iddiaçının həyat yoldaşı X2 müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili ərizənin dəlillərinə uyğun izahat verərək, təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan əlavə o bildirmişdir ki, ərizəçi arvadının ölüm haqqında şəhadətnaməsini ala bilmir. Şəhadətnamə ona yaşadıqları evin gələcəkdə sənədləşdirilməsi üçün lazımdır. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində bildirmişdir ki, ünvan 2 ünvanında yaşayır. Mixail və mərhum Asiya ilə qonşu olmuşlar. Belə ki, eyni binanın birinci mərtəbəsinin 2 saylı mənzilində özü, ikinci mərtəbəsinin 5 saylı mənzilində Mixailgil yaşamışlar. Təxminən 2022-ci ilin oktyabr ayının ortalarında Asya vəfat etmişdir. Həmin tarixdə evlərinə təcili yardım gəldiyini görmüşdür. Asiya və Mixail ilə normal qonşuluq münasibətində olmuşlar. Qarşılaşdıqları zaman bir-biri ilə hal-əhval tutmuşlar. Asiya ona hər hansı xəstəliyinin olması barədə məlumat verməyib. Ölümündən sonra qonşulardan öyrənmişdir ki, ürək çatışmazlığından vəfat edib. Asiya ölən günü Mixail evdə idi. Mərhum üçün mərasim təşkil edilməmişdir. Belə ki, ölümündən sonra İmişliyə aparmışdılar. Məhkəmə sübutları tədqiq edib onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(103)-3164/2023 saylı qərarından görünür ki, iddiaçı X4 cavabdeh Azərbaycan Respublikası “X14 İdarəetmə Birliyi” publik hüquqi şəxsinin 35 saylı şəhər Poliklinikasına qarşıBakı İnzibati Məhkəməsinin 2-1(112)-6243/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Qərarda sadalanan iş materiallarında göstərilir: - İİ-BH seriyalı 372320 nömrəli Nikah haqqında şəhadətnamənin notarial qaydada tərcümə və təsdiq edilmiş surətindən görünür ki, 15 avqust 1957-ci il tarixdə anadan olmuş İddiaçı ilə 27 mart 1957-ci il tarixdə anadan olmuş X6 arasında 25 dekabr 1982-ci ildə rəsmi nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1982-ci il dekabr ayının 25-də 701 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra ərə Polexin, arvada Polexina soyadı verilmişdir. - Bakı şəhəri Təcili və X9 Stansiyasının 16 saylı bölməsi tərəfindən iddiaçının ərizəsinə cavab olaraq verilmiş 32 nömrəli xx.xx.2022-ci il tarixli cavab məktubuna əsasən, iddiaçıya bildirilmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 15:20-də ünvan 3 ünvanına X7 adına çağırış daxil olmuşdur. Çağırışı 16 saylı bölmənin həkimi Ə.Əhmədov yerinə yetirmiş və ünvanda həkimə qədər ölüm, qadın cinsli meyid aşkar etmişdir. - Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 17 noyabr 2022-ci il tarixli 05/q-381/13 nömrəli imtina məktubuna əsasən, xx.xx.2022-ci il tarixdə vəfat etmiş arvadı X2 ölümünün qeydiyyata alınması barədə xx.xx.2022-ci il tarixli müraciətinə baxılaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası"nın 8.5-ci bəndlərinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Arvadının adına ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Bununla əlaqədar aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunur. - 03 dekabr 2022-ci il tarixli 35 nömrəli Şəhər Poliklinikası tərəfindən verilən İddiaçı xx.xx.2022-ci il tarixində poliklinikaya etmiş müraciətinə cavab məlumatına əsasən onun xx.xx.2022-ci il tarixində yazdığı ərizəyə cavab olaraq bildirilmişdir ki, mərhum X2 heç vaxt 35 nömrəli Şəhər Poliklinikasına müraciəti olmayıb, ambulator kartı yoxdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Bakı “ASAN Xidmət” X10 tərəfindən İddiaçı ünvanlanan xx.xx.2023-cü il tarixli məktubun mətnində göstərilir: “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”-nın 8.5-ci bəndlərinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölənin ölüm haqqında Ağasalman Ələsgər oğlunun adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizənin təmin edilməsi mümkün olmamışdır.” İddia tələbindən görünür ki, iddiaçının tələbinin hüquqi əsasını şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi təşkil edir. Belə ki, ərizəçi tələbində arvadının ölümü barədə qeydiyyat aparılmadığını bildirir və eyni zamanda onun ölümü ilə bağlı tibbi şəhadətnamənin əldə edilməsinin mümkünsüzlüyünə görə ölüm haqqında şəhadətnamə ala bilmir. Hansı ki, həmin şəhadətnamə ona arvadının ölümündən sonra yaşadığı evin sənədləşmə işlərinin aparılması üçün lazımdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər.Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla və işin halları ilə müəyyən edilir ki, ölüm faktı müəyyən edilməsi xahiş edilən X5 ərizəçi İddiaçı arvadıdır. Arvadının xx.xx.2022-ci ildə vəfat etməsi həm şahid ifadəsi ilə, həm də Bakı şəhəri Təcili və X9 Stansiyasının 16 saylı bölməsi tərəfindən iddiaçının ərizəsinə cavab olaraq verilmiş 32 nömrəli xx.xx.2022-ci il tarixli cavab məktubundan müəyyən edilir. Mərhumun ölümünün hansı şəraitdə baş verməsi ilə bağlı isə şahid ətraflı məlumat vermiş və məhkəmə həmin ifadəni mötəbər sübut kimi qəbul etmişdir. Odur ki, ərizəçi İddiaçı arvadı xx.xx.1957-ci il təvəllüdlü X1 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından və ərizəçinin müəyyən edilməsini xahiş etdiyi fakt hüquqi əhəmiyyətli olduğundan ərizə əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, ərizəçi İddiaçı arvadı xx.xx.1957-ci il təvəllüdlü X2 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməli, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə” ərizəsi təmin edilsin. xx.xx.1957-ci il təvəllüdlü X2 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-1549/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1549/2024
08.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver