Məhkəmə qərarları › İş №2(001)-1612/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1612/2024

19.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1612/2024 19.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə) “şəxsin vəfat faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq,məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi (maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə) “şəxsin vəfat faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 19 mart 1980-ci il təvəllüdlü arvadı X1 24 dekabr 2023-cü il tarixində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 19 mart 1980-ci il təvəllüdlü arvadı X3 24 dekabr 2023-cü il tarixdə ölmüşdür. Bu günə qədər də ölümü təsdiq edən sənədi almamışdır. Bəzi sənədləşmə işləri üçün ölüm haqqında şəhadətnamənin alınması zərurəti yaranmışdır. Bu barədə Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” X10 Bakı şəhəri Baş Səhiyyə Mərkəzi publik hüqui şəxsi 4 nömrəli şəhər poliklinikasına və Qeydiyyat Şöbəsinə yazılı ərizə ilə müraciət etmişdir. Lakin poliklinika arvadının heç bir xəstəliklə əlaqədar müraciət etmədiyi üçün tibbi şəhadətnamə vermədiyindən, qeydiyyat şöbəsi ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. O da məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etmişdir. Həmçinin əlavə olaraq bildirmişdir ki, arvadı ölməmişdən bir müddət əvvəl səhər yuxudan oyananda ayağı tutulmuş və xəstəxanaya aparmışlar. Xəstəxanada MRT eləmişlər və onurğa iliyində 12-ci fəqərəsində problem olduğu müəyyən edilmişdir. Daha sonra isə “tromb” nəticəsində öldüyü bildirilmişdir. Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin Maraqlı şəxs məhkəməyə ərizə göndərərək ərizənin təmin edilməsinə etiraz etmədiklərini, işin həllini məhkəmənin mülahizəsinə buraxdıqlarını qeyd etmişlər. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin məhkəməyə gəlməsini məcburi hesab etməmiş və işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatına, şahidlərin ifadələrinə, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə vermiş X5 ifadəsində bildirmişdir ki, o, Ərizəçi qardaşıdır və onlar bir həyətdə yaşayırlar. Qardaşının yoldaşı X1 bir müddət əvvəl ayağı tutulmuş və bununla əlaqədar ona müalictrofdsaahjh ələr edilirdi. 24 dekabr 2023-cü il tarixdə s X1 vəziyyəti pisləşmiş və onu xəstəxanaya apararkən yolda vəfat etmişdir. Mərhumu Novxanı kənd qəbirstanlığında dəfn etmişlər. O, dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X6 ifadəsində bildirmişdir ki, o, Ərizəçi qardaşıdır. Qardaşının yoldaşı X3 xəstə idi, 24 dekabr 2023-cü il tarixdə isə onun vəziyyəti pisləşmiş və onu xəstəxanaya apararkən yolda vəfat etmişdir. Mərhumu Novxanı kənd qəbirstanlığında dəfn etmişlər. O, dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X4 ifadəsində bildirmişdir ki, ərizəçinin qonşusudur. Ərizəçi 24 dekabr 2023-cü il tarixdə onun yanına gələrək, həyat yoldaşının vəziyyətinin pisləşdiyini və buna görə də onunla gedib tibb bacısını gətirməyini xahiş etmiş və onlar gedib tibb bacısını gətirmişlər. Lakin vəziyyəti düzəlmədiyinə görə onu xəstəxanaya aparmışlar və xəstəxanaya apararkən yolda vəfat etmişdir. O,dəfn və yas mərasimlərində iştirak etmişdir. İş materiallarında olan AZ-İ seriyalı 389742 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X2 arasında rəsmi nikah xx.xx.2008-ci il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 79 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına “Əbilova” soyadı verilmişdir. İş materiallarında olan AZE seriyalı 17145139 №-li Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.1980-ci ildə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi həkimə qədər ölüm halını təsdiq edən aktdan görünür ki, X3 həkimə gələnə qədər ölmüşdür. İş materiallarında olan Abşeron rayonu Novxanı bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, mərhum X3 xx.xx.2023-cü il tarixdə Novxanı kənd qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri üzrə İdarəetmə Birliyi” X10 “Bakı şəhər Baş Səhiyyə Mərkəzi” X10 4 №-li Şəhər Poliklinikasının xx.xx.2023-cü il tarixli 244 №-li məktubundan görünür ki, xx.xx.1980-ci il təvəllüdlü X3 hər hansı bir xəstəliklə əlaqədar 4 nömrəli şəhər poliklinikasına müraciət etməmişdir. İş materiallarında olan Maraqlı şəxsndən verilmiş 26 dekabr 2023-cü il tarixli məktubdan görünür ki, Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməsi olmadığı üçün X1 ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə hesab edir ki, xx.xx.1980-ci il təvəllüdlü X1 xx.xx.2023-cü il tarixdə, Bakı şəhərində vəfat etməsi faktı təqdim olunmuş sübutlarla tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd, ərizəçiyə sənədləşmə işləri üçün tələb olunur və qeyd olunanlara əsasən ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1980-ci il təvəllüdlü X1 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ev şəraitində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə xx.xx.1980-ci il təvəllüdlü X1 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar