Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1625/2023 06.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X2 katibliyi, Ərizəçi iştirakı ilə, X3 31 may 2022-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsi üzrə mülki işə 06 mart 2023-cü il tarixdə açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 09 sentyabr 1964-cü il tarixdə doğulmuş arvadı X3 31 may 2022-ci il tarixdə vəfat etməsi faktının müəyyən olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, arvadı X4 31 may 2022-ci il tarixdə yaşadıqları evdə vəfat etmişdir. Belə ki, həmin tarixdə səhər saatlarında o, arvadının oyanmadığını görüb, onu oyatmaq istəyərdək vəfat etdiyini müəyyən etmişdir. X11 çağırmış, həkimlər arvadının qeydiyyatda olduğu 25 saylı şəhər poliklinikasından tibbi şəhadətnamə almalı olduğunu bildirmişlər. Həmin gün o, arvadını Zaqatala rayonunun Ağaşı Çardaxlar kəndinə aparmış, orada dəfn etdirmişdir. Sonradan müvafiq qeydiyyat şöbəsinə ölüm haqqında şəhadətnamə almaq üçün müraciət etsə də, müraciəti təmin edilməmişdir. Sonda Ərizəçi məhkəmədən göstərilənləri nəzərə alıb ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ərizəçinin qonşusu olduğunu bildirərək izahatında göstərdi ki, ərizəçinin arvadı 31 may 2022-ci il tarixdə yaşadıqları evində vəfat etmişdir. Mərhumun xəstə olması barədə məlumatı olmamışdır. Gecə yatdığı zaman qəfil vəfat etmişdir. 31 may 2022-ci il tarixdə mərhum Zaqatala rayonunda qəbirstanlıqda dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 digər şahid S.Ç.Məmmədovun ifadəsinə uyğun ifadə verdi. Mülki iş materiallarında olan: - nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Qurbanov X1 Hürü Musa qızının əridir. - Zaqatala rayonu İcra hakimiyyəti Aşağı Çardaxlar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 06 sentyabr 2022-ci il tarixli, 274 nömrəli arayışından görünür ki, X4 həqiqətən də 31 may 2022-ci il tarixdə Zaqatala rayonu Aşağı Çardaxlar kənd qəbirstanlıqda dəfn olunmuşdur. - Bakı Baş Səhiyyə X9 Şəxs “25 nömrəli şəhər poliklinikası”nın 20 sentyabr 2022-ci il tarixli məktbunda göstərilmişdir ki, X4 10 yanvar 1991-ci il tarixdən 25 saylı şəhər poliklinikasında tibbi qeydiyyatdadır. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Azərbayacan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçinin izahatından, həmçinin mülki iş materiallarından məlum olur ki, X4 ölüm faktının müəyyən edən sənədin başqa qaydada alınması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.8-ci maddələrinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə hesab edir ki, Ərizəçi arvadı X3 31 may 2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktını təqdim etdiyi sənədlərlə sübuta yetirə bildiyinə görə ərizəçinin xahişi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizəçi ərizəsi təmin edilsin. 09 sentyabr 1964-cü il tarixdə doğulmuş X3 31 may 2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsinə dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-1625/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1625/2023
06.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver