Məhkəmə qərarları › İş №2(001)-1712/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1712/2022

16.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1712/2022 16.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə Ərizəçi 23.03.1960-cı il təvəllüdlü X4 26.12.2021-ci il tarixdə ölməsi faktının müəyyən olunmasına dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Ərizəçi 23.03.1960-cı il təvəllüdlü X4 26.12.2021-ci il tarixdə ölməsi faktının müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, xərçəng xəstəliyindən əziyyət çəkən arvadı 23.03.1960-cı il təvəllüddü X9 26.12.2021-ci il tarixdə yaşadıqları evdə vəfat etmişdir. Həmin vaxt o, təcili tibbi yardım çağırmış, ona Təcili və X10 Stansiyası tərəfindən 26.12.2021-ci il tarixdə olüm haqqında xəbərdarlıq vərəqəsi verilmiş və xəbərdarlıq vərəqəsində həkimə qədər ölüm, qadın cinsli meyit aşkar edilməsi göstərilmişdir. X1 Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsində yerləşən qəbrirstanlığında dəfn edilmişdir. Mərhumun Sahil qəbristanlığında 26.12.2021-ci il tarixdə dəfn edilməsi barədə Qaradağ rayonu Sahil Bələdiyyəsi tərəfindən ona 13.01.2022-ci il tarixdə arayış verilmişdir. O, ölüm haqqında şəhadətnamə verilməsi ilə bağlı Binəqədi rayon qeydiyyat şöbəsinə müraciət edilmiş, lakin ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olmaması barədə ona cavab verilərək ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Ölüm faktının müəyyən edilməsi ona mərhuma ödənilən pensiyanın dayandırılması və digər sənədlərin rəsmiləşdirilməsi üçün tələb olunur. Ona görə də, 23.03.1960-cı il təvəllüdlü X4 26.12.2021-ci il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, maraqlı şəxs Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1.şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; Masallı rayonu VVAQ şöbəsi tərəfindən verilmiş İİİ-JQ № 351970 saylı 04.07.1984cü il tarixli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi ilə X9 04.06.1984-cü il tarixdə nikaha daxil olmuş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 14 saylı qeyd aparılmışdır. BŞT və TTYS 1 saylı bölməsinin 26.12.2022-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən müəyyən olunur ki, X4 adına çağırış daxil olmuş, həkim həkimə qədər ölüm, qadın cinsli meyid qeydini aparmışdır. TQS № 027 xəstənin ambulator kitabçasından 5571 saylı çıxarışdan müəyyən olunur ki, X2 vəzisinin xərçəngi diaqnozu qoyulmuşdur. Qaradağ rayonu Sahil Bələdiyyəsinin 13.01.2022-ci il tarixli SB-05/06 saylı məktubundan müəyyən olunur ki, X9 26.12.2021-ci il tarixdə Bakı şəhəri Qaradağ rayonu Sahil qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid X6 ifadəsində göstərmişdir ki, anası 23.03.1960-cı il təvəllüdlü X9 uzun müddət davam edən xəstəlikdən sonra 26.12.2021-ci il tarixdə yaşadığı evdə ölmüş, 26.12.2021-ci il tarixdə Sahil qəbristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahidlər X8 və X7 şahid X3 ifadəsi ilə oxşar məzmunlu ifadələr vermişlər. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsinin 07.01.2022-ci il tarixli 05/9-35/13 saylı məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydasının 8.5-ci bəndinə əsasən ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktının məhkəmə tərəfindən müəyyən edildiyi, arvadı X4 adına ölüm haqqında tibbi şəhadətnaməni təqdim etmədiyinə görə ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi Ərizəçi bildirilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla 23.03.1960-cı il təvəllüdlü X4 26.12.2021-ci il tarixdə ölməsi faktı müəyyən olunduğundan, ərizəçinin bu barədə sənədi başqa qaydada ala bilmədiyindən məhkəmə ərizəni əsaslı hesab edib təmin edir. Məhkəmə məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. 23.03.1960-cı il təvəllüdlü X4 26.12.2021-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar