Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1754/2022 10.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi cəlb edilməklə) “ölüm faktının müəyyən edilməsi”-nə dair ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 29.08.1976-cı il təvəllüdlü mərhum X2 20.01.2022-ci il tarixdə müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 29.08.1976-cı il təvəllüdlü mərhum oğlu X9 uzun sürən xəstəlikdən əziyyət çəkdiyi üçün vəfat etmişdir. Həmin gün evə çağırılmış Təcili və X10 Stansiyasiyası tərəfindən, ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. Xəbərdarlıqda bunlar qeyd edilir: 20.01.2022-ci il tarixdə saat 17:00 radələrində X5 məxsus 1976-cı il təvəllüdlü kişi cinsli meyid aşkarlanmışdır. Ərazi üzrə Poliklinikaya tibbi şəhadətnamənin alınması üçün müraciət etsə də, ölüm haqqında tibbi şəhadətnamənin almaq mümkün olmamışdır. Oğluna bu səbəbdǝn ölüm haqqında şəhadətnamə ala bilməmişdir. X2 ölməsini təsdiq edən sənəd hər bir halda hansısa orqan tərəfindən tələb olunacaqdır. Bu səbəbdən ölüm faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Eyni zamanda oğlunun ölümünün qeydə alınması məqsədi ilə ərazi üzrə qeydiyyat şöbəsinə rəsmi ərizə ilə müraciət etmişdir. Lakin ona qeydiyyat şöbəsindən ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməlidir kimi cavab verilmişdir. Məhkəmə iclasında ərizəçi ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Lakin 17.02.2022-ci il tarixində məhkəməyə ərizə ünvanlayaraq, ərizəçinin ərizəsinə etiraz etmədiklərini və işin həll edilməsini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində bildirmişdir ki, mərhum Seymur Məmmədov onun həyat yoldaşı olmuşdur. ünvan 1 ünvanında övladları ilə birgə yaşamışlar. Mərhum spirtli içki düşkünü idi. Gecə spirtli içki içib yatmış, səhər yuxudan ayılmamışdır. Səhər təcili yardım çağırdıqlarında, içkidən ürəyinin dayandığını söyləmişdilər. 20.01.2022-ci il tarixdə yoldaşı vəfat edib. Mərhum ölən zaman onlar da yanında olmuşlar. Təcili yardıma oğlu zəng vurmuşdur. Məhkəmə, ərizəçinin izahatını, şahidin iadəsini dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək, onlara məcmu halda hüquqi qiymət verib, belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: AZE seriyalı, 16085107 saylı Azərbayca Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 29.08.1976-cı il tarixində Qazı-Məmməd şəhərində doğulmuşdur. Qazıməmməd şəhər soveti tərəfindən verilən 25 iyun 1976-cı il tarixində verilən doğum haqqında şəhadətnamədən görünür ki, X9 29.08.1976-cı il tarixində Qazı- Məmməd şəhərində doğulmuş, anası Ərizəçi, atası X4r. 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilən 30 sentyabr 2015-ci il tarixli, AZ-İİ seriyalı, 077815 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X7 arasında nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 30.09.2015-ci il tarixində 2338 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Məmmədova” soyadı verilmişdir. Təcili və X8 stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 20.01.2022-ci il tarixində çağırış olmuş, Binəqəqdi kəndi, Gülüstan küçəsi, döngə 13, ev 8 ünvanında 20.01.2022-ci il tarixdə saat 17:00 radələrində X5 məxsus 1976-cı il təvəllüdlü kişi cinsli meyid aşkarlanmışdır. Qaradağ rayonu, Müşfiqabad Bələdiyyəsi tərəfindən verilən 02.02.2022-ci il tarixli, 142 saylı arayışdan görünür ki, X9 20.01.2022-ci il tarixində rəhmətə getmiş və Müşfiqabad qəsəbə qəbiristanlığında dəfn edilmişdir. Dəfn xərcini anası Ərizəçi çəkmişdir. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən Ərizəçi göndərilən 25.01.2022-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatın qaydası”–nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəsisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. X1 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı ölüm haqqında şəhadətnamə alınması barədə ərizəsi təmin edilə bilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər.Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla və işin halları ilə müəyyən edilir ki, Ərizəçi X1 anasıdır. X3 20.01.2022-ci il tarixində Bakı şəhərində vəfat etməsi, təqdim edilən arayışlar və şahid ifadəsi ilə sübut olunur. Ərizəçi oğlunun vəfat etməsi ilə əlaqədar səhiyyə orqanlarından tibbi şəhadətnamə əldə edə bilmir. Həmin sənədin alınması ərizəçiyə X3 ölüm haqqında şəhadətnaməsini almaq, habelə onun ölümündən sonra yaranmış bir sıra hüquqi məsələləri həll etmək üçün lazımdır. Odur ki, Ərizəçi oğlu 29 avqust 1976-cı il təvəllüdlü X3 20.01.2022-ci il tarixində Bakı şəhərində vəfat etməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından və ərizəçinin müəyyən edilməsini xahiş etdiyi fakt hüquqi əhəmiyyətli fakt olduğundan ərizə əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 29 avqust 1976-cı il təvəllüdlü X3 20.01.2022-ci il tarixində Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 29 avqust 1976-cı il təvəllüdlü X3 20.01.2022-ci il tarixində Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-1754/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1754/2022
10.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver