Məhkəmə qərarları › İş №2(001)-1764/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1764/2021

11.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1764/2021 11.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, xxkatibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə) ölüm faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 1958-ci il təvəllüdlü əri X1 xx xxxxxx 2020-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx xxxxxx 1958-ci il təvəllüdlü əri X1 xx xxxxxx 2020-ci il tarixdə ölmüşdür. Bu günə qədər də ölümü təsdiq edən sənədi almamışdır. Lakin bəzi sənədləşmə işlərinin aparılması üçün ölüm haqqında şəhadətnamənin alınması zərurəti yaranmışdır. Bu barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhəri Baş Səhiyyə İdarəsi şəhər poliklinikasına və Bakı şəhəri Maraqlı şəxsmə yazılı ərizə ilə müraciət etsə də, lakin poliklinika arayışın, qeydiyyat şöbəsi isə ölüm haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Eyni zamanda imtina məktublarında bu barədə məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Göstərilənlərə əsasən ərizənin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi yuxarıda göstərilən məzmunda izahat verərək ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, oğlu mərhumu həkimə apardıqda mərhum evin həyətində keçinmişdir. Mərhum ürək və ağciyər çatışmazlığı, habelə şəkərli diabet xəstəliyindən əziyyət çəkmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmiş, lakin məhkəməyə ərizə ünvalayaraq, ərizəyə etiraz etmədiklərini və işin həllini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X2 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, ərizəçinin bacısıdır. O, Lənkəran rayonunda yaşayır. xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 08:00-09:00 radələrində ona zəng eleyib dedilər ki, bacısının yoldaşı X3 rəhmətə getmişdir. O, xəbəri eşidən kimi yola düşərək Bakı şəhərinə gəlmişdir. O, gələndə mərhumun nəşi evdə idi. Daha sonra onlar mərhumun nəşini dəfn etmək üçün Lənkəran rayonuna aparmışlar. Həmin günü saat 16:00 radələrində mərhumu Lənkəran rayonu, Yuxarı Nüvədi kəndində dəfn etmişlər. Respublikada yayılmış korovirus epidemiyasına görə yas mərasimi ailə içində keçirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, ərizəçinin iş yoldaşıdır. Belə ki, o, ərizəçi ilə birlikdə “Ömür” Klinikasında işləyir. 2020-ci ilin noyabr ayında adminstrator ona demişdir ki, ərizəçinin həyat yoldaşı rəhmətə getmişdir. Onlar həmin gün bir neçə iş yoldaşı ilə birlikdə yığışıb saat 09:30 radələrində Heydər Əliyev məscidinə getmişlər. Mərhumun nəşi yuyulduqdan sonra nəşi mərhumun yaşadığı evə aparmışlar. Daha sonra isə mərhumun nəşi dəfn edilməsi üçün Lənkəran rayonuna aparılmışdır. Dəfn və yas mərasimi rayonda olduğuna görə o, iştirak etməmişdir. İş materiallarında olan: AZE seriyalı, ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx xxxxxx 1958-ci il tarixdə Lənkəran rayonunda doğulmuşdur; İV-ЖГ seriyalı, 284512 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə X4 arasında xx xxxx 1988-ci il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra arvada “Məmmədova” soyadı verilmişdir. Lənkəran şəhər İcra Hakimiyyəti başçısının Səpnəkəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 603 nömrəli arayışdan görünür ki, xx xxxxxx 1958-ci il tarixdə Lənkəran rayonunun Yuxarı-Nüvədi kəndində anadan olmuş, ünvan 1 mənzil 34 ünvanında qeydiyyatda olan məhrum X3 xx xxxxxx 2020-ci il tarixdə Lənkəran rayonunun Yuxarı-Nüvədi kənd qəbristanlığında dəfn edilmişdir. Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli, 05/Q-2729/13 nömrəli məktubun surətindən görünür ki, onun xx xxxxxx 2020-ci il tarixdə rəhmətə gedən həyat yoldaşı X3 üçün ölüm haqqında şəhadətnamə almaq barədə müraciətinə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edlmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”-nın 8.5 bəndlərinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Həyat yoldaşının adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizəni təmin edə bilmirlər. 9 saylı Şəhər Poliklinikası tərəfindən Binəqədi Rayon Məhkəməsinə ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli, 500 nömrəli məktubun surətindən görünür ki, 1958-ci il təvəllüdlü 9 mkr, H.Babaşov küçəsi, ev 6, mənzil 34 ünvanında yaşamış X3 xx xxxxxx 2020-ci il tarixdə ailəsi tərəfindən həkimə aparılarkən evdən kənar yerdə həkimə çatdırılana qədər vəfat etmişdir. Odur ki, 9 nömrəli Poliklinika tərəfindən mərhuma ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarının 9.3 və 9.4-cü bəndlərində göstərilmişdir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçinin əri X3 xx xxxxxx 2020-ci il tarixdə ev şəraitində ölmüş, lakin ərizəçinin ərinin ölüm faktını təsdiq edə biləcək sənədi məhkəməyə müraciət etmədən əldə etməsi mümkün olmamışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx xxxxxx 1958-ci il tarixdə Lənkəran rayonunda doğulmuş X1 xx xxxxxx 2020-ci il tarixdə ev şəraitində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx xxxxxx 1958-ci il tarixdə Lənkəran rayonunda doğulmuş X1 xx xxxxxx 2020-ci il tarixdə ev şəraitində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar